N. Ş. Hüseynov


Şək. 8. Tropopauza səviyyəsinin analizi üçün barik



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   8   9   10   11   12   13   14   15   ...   90

 
 
   Şək. 8. Tropopauza səviyyəsinin analizi üçün barik 
topoqrafiya  
                                   xəritəsi 
     Yuxarıda qeyd edildiyi kimi,  şəkil 9-
 
da göy rənglə rənglənmiş 
səlis əyri xətlər soyuq atmosfer cəbhələrini, qırmızı isə isti atmosfer 
cəbhələrini izah edir.  
Oxlar  isə  mövcud  barik  sistemlərin  mərkəzinin  gələcək 
trayektoriyalarını  bildirir.  Şəkildən  göründüyü  kimi,  siklonların 
mərkəzləri  əsasən  cənub-qərbdən  şimal-şərqə,  antisiklonlarda  isə 
şimal-qərbdən  cənub-şərqə  doğru  yönəlmişdir.  Bu  zaman 
köçürülmənin  istiqamətini  bildirən  oxun  qarşısında  isə  barik 
sahələrin  mərkəzlərinin  hərəkət  sürətləri  (km/s)  göstərilir.  Rəngli 
şərti  işarələr  isə  yaxın  saatlarda  (24  və  36  s)  gözlənilən  atmosfer 
hadisələrini qabaqcadan təyin etməyə imkan verir .   
Yerüstü  xəritələrdə  atmosfer  hadisələri  qəbul  olunmuş  şərti 
işarələrdən istifadə edilməklə, təyin edilirlər (cədvəl 6). 
Yuxarıda  nümunə  kimi  verilən  sinoptik  xəritələrdən  başqa, 
aviasiya  hava  xidməti  idarələrində  müxtəlif  eşalonlar  üçün 
təhlükəli  atmosfer  hadisələri  və  temperatur,  külək  haqqında 


 
müfəssəl,  hərtərəfli    proqnoz  xarakterli  məlumatlar  verən  xəritələr 
də praktiki baxımdan çox faydalıdır. 
     
 
 
Şək. 9. Havanın 24 saatlıq proqnostik yerüstü xəritəsi 
     Belə  xəritələr  beynəlxalq  meteoroloji  peyklərdən  və  radiozond 
müşahidələri  nəticəsində  əldə  edilən  meteoroloji  məlumatlar 
əsasında  tərtib  edilməklə,  aviasiya  uçuşlarının  meteoroloji 
təminatının  keyfiyyətini  yüksəldir.  Bu  xəritələr  vasitəsilə  aşağı  və 
yuxarı  eşalonlarda  gözlənilən  şırnaqlı  axınları  (qalın  oxlarla 
istiqamət və sürətləri), buludluq sahələrinin sərhədlərini, topa-yağış 
buludlarının  aşağı  və  yuxarı  hündürlüklərini  və  yerləşmə 
xüsusiyyətlərini  (gizli,  ayrı,  digər  buludlarla  bağlanmasını), 
turbulentlik  və  buzbağlamanın  intensivliyini,  aşağı  və  yuxarı 
sərhədlərinin hündürlüyünü müəyyən etmək mümkündür (şək. 10).
 
Burada  göstərilən  hündürlüklər  uçuş  eşalonlarının  hündürlüyünə 
uyğun gəlir. Belə ki,  nümunə üçün 100 FL-3000 m, 250  FL- 7000 


 
m,  450  FL  təxminən  12000  m,  630  FL  isə  təxminən  18000  m-ə 
uyğun gəlir. 
Müxtəlif 
hündürlüklərdə 
küləyin 
üfüqi 
profilini 
və 
temperaturun  dəyişməsini  müəyyən  etmək  təcrübi  baxımdan  çox 
faydalıdır.  Belə  xəritələrə  misal  olaraq,  aşağıdakı  xəritəni  nümunə 
kimi vermək olar (şək. 11). 
 
 
 
         
Şək. 10.  Aşağı eşalon üçün (100-450 FL) təhlükəli atmosfer      
                                            hadisələri  xəritəsi              
Cədvəl 6 
Atmosfer hadisələri və onları fərqləndirən şərti işarələr 
 
№ 
Atmosfer hadisələri 
Rəngli 
xəritələrdə 
işarələr 
Bir rəngli 
xəritələrdə 
işarələr 
1. 
Aramsız yağıntılar 
 
 
 
2. 
Fasiləli yağıntılar 
 
 


 
3. 
Leysan yağıntılar 
 
 
4. 
İldırım 
 
 
5. 
Müşahidələrarası müddətdə 
ildırım 
 
 
6. 
Üfüqdə parıltılar 
 
 
7. 
Çiskinlər 

 

8. 
Dumanlar 
 
 
 
9. 
Bəzi yerlərdə dumanlar 
 
 
 
10. 
Çiskinli dumanlar 
 
 
 
11. 
Dımka 
 
 
12. 
Sis 
 
 
13. 
Çovğunlar 
 
 
                                                   
     Atmosferin  vəziyyətini  təhlil  edərkən 
şaquli  kəsiklərdən
  də 
istifadə  olunur.  Şaquli  kəsiklər  meteoroloji  və  aeroloji  məlumatlar 
əsasında tərtib edilməklə, 3 yerə bölünürlər: 
  məkana görə (müəyyən istiqamətdə); 
  zamana görə (müəyyən zaman həddində); 
  -   məkana və zamana görə. 
                




 
   
 
 
 Şək. 11. Aşağı eşalon üçün (FL180) temperatur və külək 
xəritəsi 
 
     Şaquli  kəsiklərdən  uçuşların  meteoroloji  təminatı  zamanı  geniş 
istifadə edilir. Bu cür şaquli kəsiklər atmosferin faktiki havasını və 
yaxud onun müəyyən zaman ərzində dəyişmələrini əks etdirir. 
     Şaquli  kəsiklərdə  qrafiki  olaraq  atmosfer  cəbhələrinin  və 
meteoroloji  elementlərin  profilləri  çəkilir.  Şəkil  12-də  şaquli 
kəsiklərə aid nümunə təsvir edilmişdir. 
     Atmosferdə  bulud  sistemlərinin  təhlili  zamanı  nefanaliz 
xəritələrindən  də  istifadə  olunur  və  bu  xəritələrin  köməyi  ilə 
buludları,  onların  sərhədlərini  xüsusi  şərti  işarələr  vasitəsilə  təyin 
etmək mümkündür. 
 
 
 
 
 
 
­20°С 
­20°С 
 0°С 
+10°С 
 0°С 
Тропопауза 


 
 
 
 
    
 
 
 
 
 
 Şək. 12. Bakı-Gəncə-Tiflis marşrutu üzrə atmosferin şaquli  
kəsiyinin sxemi 
                               
          Meteoroloji məlumatların toplanması  yolları və  
onlara qoyulan əsas tələblər 
 
     Meteoroloji  şərait  haqqında  məlumatlar  təyyarələr  və  gəmilər 
vasitəsilə də aparılır.  Bir sutka ərzində  yer səthində hava üzərində 
100000,  atmosferin  yuxarı  qatlarında  isə  11000-ə  yaxın  müşahidə 
aparılır.  Eyni  zamanda  meteoroloji  peyklərdən  də  çoxlu  miqdarda 
məlumatlar alınır. 
     Meteoroloji  məntəqələrdə  müntəzəm  olaraq  buludluq  (miqdarı, 
forması,  hündürlüyü),  görünüş  məsafəsi,  havanın  temperaturu, 
küləyin istiqaməti və sürəti, atmosfer təzyiqi, havanın rütübətliyi və 
atmosfer  hadisələri  (duman,  ildırım,  yağıntı  və  s.)  üzərində 
müşahidələr aparılır. 
     Müşahidələr eyni vaxtlarda, beynəlxalq sazişlərlə razılaşdırılmış 
proqram  üzrə,  saat  00
00
-dan  başlayaraq  hər  3  saatdan  bir  aparılır. 
Aviasiya  uçuşlarını  meteoroloji  məlumatlarla  tam  təmin  etmək 
üçün  isə  müşahidələr  hər  30  dəqiqədən  bir  aparılır.  Troposfer  və 
stratosferin  aşağı  hissəsində  temperatur,  atmosfer  təzyiqi, 
rütübətlik,  küləyin  istiqaməti  və  sürəti  üzərində  aeroloji 
stansiyalarda radiozondlar vasitəsilə sutkada 4 dəfə (03
00
, 09
00
, 15
00
 
və 21
00
)  müşahidələr aparılır. Sinoptik  xəritələri tərtib etmək üçün 
meteoroloji və aeroloji müşahidələrin nəticələrindən istifadə edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə