N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   6   7   8   9   10   11   12   13   ...   90

 
aerologiya  və  hava  xidməti  işində  geopotensial  metrlərdən  (gp.m) 
istifadə olunur. Məlumdur ki, ağırlıq qüvvəsinin (g) qiyməti 20 km 
hündürlüyədək  9,8-dən  bir  o  qədər  də  fərqlənmir.  Məhz  bu  az 
fərqlənməni nəzərə alaraq geopotensialı ölçmək üçün  
geopotensial 
dekametr
  (gp.dkm)  anlayışından  istifadə  olunur.  Təcrübi  olaraq 
geopotensial əksər hallarda aşağıdakı düsturla hesablanır: 
 
                               
.
p
p
ln
 
6,74T
H
2
1

 
1000 hPa-lıq izobarik səth orta hesabla dəniz səviyyəsinə yaxın və 
500  hPa  -lıq  izobarik  səth  isə  təqribən  5  km  hündürlükdə 
yerləşdiyinə  görə 
500
1000

N
  xəritəsi    troposferin  aşağıdakı  5  km-lik 
qatının  orta  temperatur  sahəsini  xarakterizə  edir  və 
nisbi 
topoqrafiya  xəritəsi
  adlanır.  Bu  xəritələr  hava  proqnozlarının 
tərtibində  və  atmosfer  proseslərinin  təhlilində  çox  geniş  istifadə 
edilir. 
     Maksimal  külək  xəritələrini  müxtəlif  hündürlüklərdə  güclü 
küləklər  haqqında  köməkçi  hava  xəritələri  hesab  edirlər.  Bu 
xəritələr üzərində eyni sürətə malik olan maksimal külək sahələrini 
birləşdirən 
izotax  xətləri
  çəkilir.  Küləyin  sürəti  30  m/san-dən  çox 
olan ərazilərdə şırnaqlı axınların oxlarla istiqamətləri də göstərilir. 
     Buludluluq  sahələrinin  xəritələri  Yerin  süni  peyklərinin 
məlumatları  əsasında  tərtib  edilir.  Onlar  Yer  kürəsinin  böyük 
ərazilərində  buludluğun  paylanması  və  xarakteri  haqqında 
məlumatlar  əldə  etməyə  imkan  verir.  Bu  məlumatlar  elmi 
əhəmiyyətə  malik  olmaqla  yanaşı,  həm  də  aviasiya  uçuşlarının 
təminatı  zamanı  da  istifadə  olunur.  Xəritələrdə  eyni  buludluluğa 
malik olan sahələri birləşdirən səlis əyri xətlərə 
izonef
 deyilir. 
     Proqnoz  xəritələrində  yer  səthində  və  hündürlüklərdə  təzyiq, 
temperatur  sahələrinin,  küləyin  və  başqa  meteoroloji  elementlərin 
gələcək vəziyyəti çəkilir. Belə xəritələrin bir hissəsi ancaq aviasiya 
meteoroloji xidmət sahəsinə aid olduğuna görə onlara 
aviasiya hava 
xəritələri
 də deyilir. Bu cür xəritələr müəyyən bir rayonda və yaxud 


 
marşrutlarda  hava  gəmisinin  qarşısına  çıxa  bilən  hava  şəraitini  
daha yaxından öyrənməyə imkan verir.  
     Hava xəritələrinin ilkin təhlili aşağıdakı ardıcıllıqdan ibarətdir: 
     İzoxətlərin  (izobar,  izotendensiya,  izoterm,  izohips  və  s.) 
çəkilməsi;  yerüstü  və  850  hPa  xəritələrdə  cəbhə  xətlərinin 
çəkilməsi;  yağıntı,  duman  zonalarının  və  digər  hava  hadisələrin 
aşkar  edilməsi  və  onların  müvafiq  şərti  işarə  və  rənglərlə 
fərqləndirilməsi;  bir  sıra  zəruri  qeydlərin  aparılması  (siklon, 
antisiklonların  mərkəzlərinin  göstərilməsi  və  onların  yerdəyişmə 
istiqamətləri  və  s.);  müxtəlif  izobarik  səviyyələrdə  şeh  nöqtəsi 
çatışmazlığının  kəmiyyətinə  görə  rütubətli  sahələrin  aşkarlanması 
və müvafiq rənglərlə fərqləndirilməsi. 
     İlkin  təhlil  nəticəsində  hava  xəritələri  əyani  şəklə  düşməklə, 
meteoroloji  kəmiyyətlərin  fəzada  dəyişmə  qanunauyğunluqları 
tamamilə  aydınlaşır. 
Məsələn, 
yerüstü  hava 
xəritələrində 
izobarların (və yaxud mütləq topoqrafiya xəritələrində izohipslərin) 
çəkilməsi  nəticəsində  siklon  və  antisiklon  mərkəzinin  vəziyyəti, 
onların  ölçü  və  formaları,  barik  çuxurların,  yalların  oxlarının 
vəziyyəti  aşkar  edilir.  Atmosferdə  cəbhə  xətləri  müxtəlif  xassəli 
hava  kütlələrini  ayırmaqla,    buludluluq  və    yağıntıların 
formalaşdığı zonaları müəyyənləşdirməyə imkan verir. 
     Hava şəraitini təhlil edərkən, ilk növbədə, yerüstü analiz xəritəsi 
«qaldırılmalıdır».Yerüstü 
xəritələrin 
təhlili 
onların 
«aydınlaşdırılmasından»  başlayır.  Bu  prosesə  «yerüstü  hava 
xəritəsinin  qaldırılması»  da  deyirlər.  Bunun  üçün  atmosfer 
hadisələrinin,  sinoptik  terminlərin  şərti  işarələrini  bilmək  çox 
vacibdir. 
     Yerüstü  hava  xəritələrinin  işlənməsinə  isə  öz  növbəsində 
aşağıdakı ardıcıllıqlar daxildir: 
    1.İzobarların  çəkilməsi,  yüksək  və  alçaq  təzyiq  sahələrinin 
mərkəzlərinin aşkar edilməsi; 
    2.Barik tendensiya izoxətlərinin (izotendensiyaların) çəkilməsi; 
    3.Yağıntı,  duman  və  digər  hava  hadisələrinin  xüsusi  rəng 
çalarları ilə ayrılması; 
    4.Cəbhə xətlərinin çəkilməsi və s. 


 
    5.Siklon və antisiklon mərkəzlərinin əvvəlki vəziyyətlərinə görə 
yerdəyişməsi. 
     İzobarlar
 qara qələmlə bütöv xətlərlə əsas hava xəritələrində hər 
5 hPa-dan  bir, dairəvi xəritələrdə isə hər 2,5 hPa-dan bir çəkilirlər. 
İzobarların  çəkilməsi  üçün  qonşu  məntəqələrdəki  atmosfer 
təzyiqinin  qiymətləri  interpolyasiya  edilir  və  bu  məntəqələrdə 
küləyin istiqaməti, sürəti nəzərə alınır. 
     Bütün 
izobarların 
başlanğıc 
və 
son 
uclarında 
tam 
hektopaskallarla  atmosfer  təzyiqi  qeyd  olunur.  Bu  zaman  təzyiqin 
qiymətləri  açıq  izobarlarda  iki  tərəfdən,  qapalı  izobarlarda  isə 
onların  birləşdiyi  yerlərdə  yazılır.  Alçaq  təzyiq  sahələrinin 
mərkəzlərində  qara  qələmlə
  A
  hərfi,  yüksək  təzyiq  sahələrinin  
mərkəzlərində isə 
Y
 hərfi yazılır. Barik sahələrin mərkəzlərini daha 
dəqiq  tapmaq  üçün  mərkəzlərin  yaxınlığında  nazik  bütöv  xətlərlə 
aralıq izobarlar da çəkilir.            
Dağlıq  rayonlarda  isə  bəzən  dağ  silsilələri  boyunca  izobarların 
kəskin sıxlaşması müşahidə edilir ki, bu da həqiqi külək sürətlərinə 
uyğun gəlmir. Belə hallarda dağ silsilələri boyunca dalğalı xətlərlə 
oroqrafik izobarlar
 da çəkilir. 
     Hava  xəritələrində  barik  sahələri  təhlil  etməklə,  müxtəlif  barik 
relyef  formaları  (barik  sistemlər)  aşkar  olunur:  siklonlar, 
antisiklonlar,  barik  çuxurlar,  yallar,  yəhərlər,  alçaq  və  yüksək 
təzyiq zolaqları, sönən barik sahələr və s.. 
 İzotendensiyalar
 qara qələmlə nazik qırıq-qırıq  xətlər şəklində 
bir  hPa-dan  bir  çəkilirlər.  Təzyiqin  artma  və  azalma  sahələrini 
ayıran  sıfır  hektopaskal  izotendensiyası    böyük  sahələrdə  təzyiqin 
yalnız  zəif  dəyişmələrində  (1hPa/3s  az)  çəkilir.  Təzyiqin  güclü 
dəyişməsi  halında    izotendensiyalar  2  hpa/3s-  dan  bir  çəkilə  bilər. 
Təzyiqin  azalma  sahələrinin  mərkəzlərində  qırmızı  qələmlə  A 
(azalma)  hərfi,  təzyiqin  artma  sahələrinin  mərkəzlərində  isə  göy 
qələmlə  Y  (artma)  hərfi  yazılır.  Bütün  deyilənlər  yerüstü  hava 
xəritəsinin bir nümunəsi kimi aşağıdakı şəkildə verilmişdir (şək. 3).  
Burada, göy rənglə soyuq atmosfer cəbhələri, qırmızı rənglə isti 
cəbhələr, bənövşəyi rənglə isə müvafiq olaraq okklyuziya cəbhələri 
çəkilmişdir.  Həmçinin  yaşıl rənglə  yağıntı zonaları,  sarı rənglə  isə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə