N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   9   10   11   12   13   14   15   16   ...   90

 
Hava  xidmətlərini  təmin  etmək  üçün  cəlb  olunan  meteoroloji 
məntəqələrə 
sinoptik  məntəqələr 
deyilir.  Bütün  məntəqələrdə  
atmosfer  təzyiqi  dəniz  səviyyəsinə  gətirilir  və  bu  məlumatlar 
əsasında  tərtib  olunan  xəritələr  sinoptik  təhlilin  əsasını  təşkil 
edirlər.  Meteoroloji  məntəqələrin  təşkili  zamanı  onların  ərazi  üzrə 
bərabər  paylanması  təşkil  edilir  və  çətin  keçilən  ərazilərin  hava 
şəraiti  haqqında  da  məlumatların  yığılması  nəzərə  alınır. 
Meteoroloji  məntəqələr  yerli  və  beynəlxalq  əhəmiyyətli  olurlar. 
Beynəlxalq  əhəmiyyətli  məntəqələrin  müşahidə  nəticələri  ümumi 
istifadə  olunur  və  həmin  ölkənin,  eyni  zamanda  digər  ölkələrin 
sinoptik xəritələrinə köçürülür.  
      Müxtəlif  hava  proqnozlarını,  həmçinin  təhlükəli  atmosfer 
hadisələri  haqqında  xəbərdarlıqları  tərtib  etmək  üçün  meteoroloji 
məlumatların  vaxtlı-vaxtında  qəbul  olunması  çox  mühüm  şərtdir. 
Buna  görə  də,  məlumatların  müşahidəçilərdən  istehlakçılara 
çatdırılmasını  operativ  şəkildə  təmin  etmək  üçün  müşahidələrin 
nəticələri kodlaşdırılmış teleqramlar şəklində yayımlanır. 
     Havanı  xarakterizə  edən  meteoroloji  kəmiyyətlər  toplusuna, 
məcmusuna 
meteoroloji 
məlumatlar
 
deyilir. 
Meteoroloji 
məlumatlar aşağıdakı ümumi tələblərə cavab verməlidirlər: 
     1.  Meteoroloji  məlumatlar 
irimiqyaslı
  olmalıdırlar.  Meteoroloji 
məlumatların  irimiqyaslığı  dedikdə,  məlumatların  nisbətən  daha 
böyük ərazilərdən proqnoz mərkəzlərinə daxil olması başa düşülür. 
Məsələn,  H.  Əliyev  Beynəlxalq  Hava  limanının  sutkalıq  hava 
proqnozlarını  tərtib  etmək  üçün  Mərkəzi  və  Cənubi  Avropanın, 
Cənub-Qərbi  Asiyanın,  Qara  dəniz  və  cənub  rayonlarının  hava 
şəraitləri haqqında ilkin meteoroloji məlumatların olması vacibdir; 
     2.  Meteoroloji  məlumatlar 
üçölçülü
  olmalıdırlar.  Meteoroloji 
məlumatların  üçölçülü  olması,  yəni  müəyyən  coğrafi  rayonlarda 
müşahidələr  yalnız  üfüqi  ölçüləri  deyil,  həm  də  hündürlükləri 
nəzərə  almaqla  aparılmalıdır.  Bu  tələblərin  əsas  cəhətlərindən  biri 
kimi onu qeyd etmək olar ki,  güclü siklon  və antisiklonlar  yerüstü 
təbəqədən stratosferin aşağı təbəqələrinə qədər qalxırlar. Buna görə 
də meteoroloji məlumatların üçölçülü olması vacib şərtlərdəndir; 


 
     3.  Meteoroloji  məlumatlar 
kompleks
  olmalıdırlar.  Meteoroloji 
məlumatların  kompleksliyi  ilk  növbədə  təzyiq,  külək,  temperatur 
sahələrinin  kompleks  araşdırmaları  nəticəsində atmosfer prosesləri 
ilə qarşılıqlı əlaqələri aşkar etməyi nəzərdə tutur; 
    4.  Meteoroloji  məlumatlar 
sinxron
  olmalıdırlar.  Məlumatların 
sinxronluğu, müşahidələrin bütün ərazidə eyni vaxtlarda aparılması 
deməkdir. 
Məsələn, 
aviasiya 
meteoroloji 
stansiyalarında 
müşahidələrin  sinxronluğuna  yüksək  fikir  verilməklə,  müşahidələr 
30  dəqiqədən  bir  aparılır.  Bu  zaman,  eyni  müddətlərdə  alınmış 
meteoroloji  kəmiyyətlərin  paylanma  sahələri  haqqında  məlumatlar 
sinoptik obyektləri daha yaxşı tədqiq etməyə imkan verir; 
     5.Meteoroloji məlumatlar 
fasiləsiz
 olmalıdır. İlkin məlumatların 
fasiləsizliyi, 
müşahidələrin 
sistematik 
müəyyən 
edilmiş 
müddətlərdə  aparılması  deməkdir.  Məhz  bu  halda,  meteoroloji 
məlumatlar  atmosfer  proseslərini  araşdırmağa  və  onların  inkişaf 
mərhələlərini, tendensiyalarını izləməyə imkan verir; 
     6.  Meteoroloji  məlumatlar 
operativ
  olmalıdır.  Məlumatların 
operativliyi,  onların  istehlakçılara  minimal  vaxt  müddətlərində 
çatdırılması  deməkdir.  Məlumdur  ki,  vaxtında  istehlakçılara 
çatdırılmayan  meteoroloji  məlumatlar  proqnozların  tərtibi  üçün 
artıq köhnəlmiş hesab edilir və əhəmiyyətini itirirlər. 
     İqtisadi  cəhətdən  yüksək  inkişaf  etmiş  ölkələrdə,  meteoroloji 
məlumatlar  aşağıdakı  məntəqələrdə  müşahidələr  aparılmaqla  əldə 
olunurlar: 
     a)  sinoptik və aeroloji məntəqələrin yerüstü şəbəkələri; 
     b)  aviasiya avtomatik meteoroloji stansiyaları; 
     c)  gəmi,  stasionar  və  hərəkətdə  olan  (dreyf  xüsusiyyəti),  yakor 
tipli avtomatlaşdırılmış dəniz hidrometeoroloji məntəqələri; 
     d)  meteoroloji radiolokasiya məntəqələri; 
     e)  meteoroloji kosmik sistemlər; 
     f)  təyyarə müşahidələri (AMDAR məlumatları). 
     Qeyd  edilən  ölçmə  sistemlərinin  hər  birinin  meteoroloji 
məlumatların  toplanmasında  özünəməxsus  rolu  vardır.  Ölçmə 
sistemləri  əsas  və  qeyri-əsas  ola              bilərlər,  yəni,  meteoroloji 


 
məlumatlara  qoyulan  tələblərə  nə  dərəcədə  cavab  verilməsindən 
asılı olaraq onların işi qiymətləndirilir.  
     Sinoptik  və  aeroloji  məntəqələrin  yerüstü  şəbəkəsinin  sayı 
hazırda on minlərlə ölçülür (şək. 13). 
             
 
 
   Şək. 13. Sinoptik və aeroloji məntəqələrin yerüstü şəbəkəsinin  
ümumi sxemi 
 
      Xəritə-sxemdə qeyd edilən qırmızı nöqtələr Yer kürəsində olan 
meteoroloji  məntəqələrin  şəbəkəsini  göstərir.  Şəkildən  göründüyü 
kimi,  Yer  kürəsində  meteoroloji,  sinoptik  məntəqələrin  ən  sıx 
şəbəkəsi  Avropa,  Şərqi  və  Cənub-Şərqi  Asiya  öləkələrindədir. 
Xəritədə verilmiş yaşıl rəngli nöqtələr aeroloji şəbəkəni, göy rəngli 
nöqtələr  isə  dəniz  hidrometeoroloji  (hərəkətdə  olan  və  stasionar) 
məntəqələri  göstərirlər.  Sinoptik  məntəqələrdən  başqa,  hava 
xidmətlərində 
aeroloji məntəqələrdən
 də geniş istifadə olunur.   
     Sinoptik  və  aeroloji  məntəqələrin  hava  xidmətləri  üçün 
apardıqları  fasiləsiz  müşahidələr 
yerüstü  şəbəkəni
  təşkil  edirlər. 
Sinoptik  və  meteoroloji  məntəqələr  aşağıdakı  tələblərə  cavab 
verməlidirlər:    


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə