AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL
NAZİRLİYİ
N. Ş. Hüseynov
SİNOPTİK METEOROLOGİYA
Azərbaycan RespublikasıTəhsil
Nazirliyinin 2011 – ci il 26 oktyabr
tarixli 1715 nömrəli əmri ilə dərslik
təsdiq edilmişdir.
BAKI - 2011
Elmi redaktorlar: Milli Aviasiya Akademiyasının rektoru,
akademik A.M. Paşayev,
MAA-nın Aeronaviqasiya kafedrasının müdiri,
t.e.n., dosent V.Z. Sultanov
Rəyçilər: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentinin
direktoru, c.e.d., prof. R.N. Mahmudov
AMEA-nın H.Əliyev adına Coğrafiya
İnstitutunun İqlim və aqroiqlimşünaslıq
şöbəsinin müdiri, c.e.n., X.Ş. Rəhimov
Bakı Dövlət Universitetinin
Hidrometeorologiya kafedrasının baş müəllimi,
f.r.e.n., dosent
Ə.S. Məmmədov
Hüseynov N.Ş, Sinoptik meteorologiya, dərslik, Bakı, 2011, 315s.
113 şəkil.
Dərslik azərbaycan dilində sinoptik meteorologiyadan bəhs edən
geniş həcmdə yazılmış ilk tədris vəsaitidir. Burada sinoptik
meteorologiyada istifadə olunan xəritələrin təhlil qaydaları, sinoptik
proseslərin yaranma mexanizmləri və proqnozunun qanunauyğunluqları
geniş şəkildə şərh edilmişdir.
Dərslik, MAA-nın, universitetlərin, ali hərbi məktəblərin tələbələri,
xüsusi və ümumi təyinatlı operativ proqnozlarla məşğul olan
mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Azeraeronaviqasiya
С
İxtisarlar
MSP – Meteoroloji süni peyk
QEZ – Qalxma-enmə zolağı
MKS – Meteoroloji kosmik sistemlər
ÜMT – Ümumdünya Meteorologiya Təşkilatı
AMDAR – Aircraft Meteorological Data Relay
AWOS – Automatic Weather Observation Station
TQQ – Təzyiqin qradiyent qüvvəsi
MOR – Meteoroloji görünüş məsafəsi
MRL – Meteoroloji radiolokator
YCZ – Yüksək cəbhə zonaları
AKH – Arktik kontinental hava
ADH – Arktik dəniz havası
MDH – Mülayim dəniz hava
MKH – Mülayim kontinental hava
TDH – Tropik dəniz havası
TKH – Tropik kontinental hava
EH – Ekvatorial hava
ESP – Elementar sinoptik proses
ESM – Elementar sirkulyasiya mexanizmləri
MKS – Maksimal külək sahələri
KDT – Konvektiv dayanıqsız təbəqə
GİRİŞ
Meteorologiya elmi atmosferi, onun quruluşunu, xüsusiyyələrini
və onda baş verən fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki
yunan sözünün birləşməsindən: meteor - atmosfer hadisəsi, yaxud
səma
hadisəsi
və
logiya-elm
sözlərindən
yaranmışdır.
Meteorologiya geofizika elmlərinə aiddir. Atmosferdə baş verən
proseslərin öyrənilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu
proseslər üzərində müşahidələr aparılır və alınmış nəticələr
sonradan təhlil edilir. Bu zaman fizika, hidromexanika,
aerodinamika və termodinamikada qəbul olunmuş ümumi
qanunlardan istifadə olunur.
Meteorologiya elminin tarixi qədim dövrlərə təsadüf etməklə,
e.ə. II əsrdə Yunanıstanda Hipparx tərəfindən elmə gətirilmişdir.
Lap qədim zamanlardan insanlarda havanın dəyişməsinin bəzi
əlamətlərə görə qabaqcadan bilmək marağı olub. Bu əlamətlər hər
hansı bir məntəqədə atmosfer prosesləri haqqında gözəyarı
müşahidələr aparmağa imkan verirdi. Ancaq meteoroloji cihazlar
kəşf olunduqdan sonra (XVII əsr) elmi əsaslarla müşahidə aparmaq
mümkün oldu. 1856-cı ildə Rusiya ilə Fransa arasında bağlanmış
müqaviləyə əsasən onlar fırtınalar haqqında məlumatları bir-birinə
xəbər verməyə başladılar. 1 yanvar 1872-ci ildən Rusiyada isə
gündəlik hava bülletenləri tərtib edildi.
Meteorologiya elmi bir neçə sahəyə bölünür və onlardan ən
mühümləri aşağıdıkılardır:
- Aviasiya meteorologiyası
–
aviasiya uçuşlarının meteoroloji
təminat məsələlərini öyrənir;
- Atmosfer fizikası
– atmosferin dinamik və termodinamik
məsələlərini, optikasını və atmosfer cərəyanını öyrənir;
Dostları ilə paylaş: |