N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   2   3   4   5   6   7   8   9   ...   90

 
qazların  faiz  tərkibi  və  havanın  xüsusi  molyar  çəkisi  dəyişməz 
qalır.  Yer  səthində  təmiz  və  quru  havanın  (tozsuz  və  rütubətsiz) 
kimyəvi  tərkibi  cədvəl  1-də  verilmişdir.    Molyar  kütlə  dəniz 
səviyyəsində 28,96442 kq/mol-a bərabərdir. 
     Real  havanın  tərkibinə  dəyişkən  qazlar:  azot,  oksigen,  arqon, 
helium,  hidrogen,  neon,  kripton  və  ksenon  daxildir.  Homosfer 
hüdüdlarında bu qazların faiz tərkibi vahid həcmdə dəyişməz qalır, 
qazların  konsentrasiyası  isə  hündürlük  artdıqca,  amosferin  ümumi 
sıxlığının azalması ilə birlikdə azalır.                                                
     İkinci qrup qazlar isə havada az miqdardadır və onları atmosfer 
qarışığı da adlandırırlar. Bunlara 
su buxarı, ozon, karbon qazı, azot 
oksidi 
daxildir. 
     Su  buxarı  atmosferə  yer  səthindən,  rütubətli  torpaqdan  və  bitki 
örtüyündən  suyun  buxarlanması  nəticəsində  daxil  olur.  Onun 
miqdarı dəyişkəndir: hündürlük artdıqca və materiklərin dərinliyinə 
doğru  tədricən  azalır.  Su  buxarının  maksimal  miqdarı  yüksək 
temperaturlarda  dəniz  üzərində  öz  həcminin  yalnız  4%-ə  qədərini 
təşkil edə bilər. 
Cədvəl 1 
                                     Atmosferin qaz tərkibi 
 
Qazın Adı 
Miqdarı (%) 
Molekul çəkisi 
1.  Azot 
78,09 
28,16 
2.  Oksigen 
20,95 
32,00 
3.  Arqon 
0,93 
39,94 
4.  Karbon qazı 
0,03 
44,01 
5.  Neon 
1,810
-3
 
20,18 
6.  Helium 
5,2410
-4
 
4,00 
7.  Kripton 
1,010
-4
 
83,8 
8.  Hidrogen 
5,010
-5
 
2,0 
9.  Ksenon 
210
-6
 
131,3 


 
10.  Ozon 
1,010
-6
 
48,00 
      
     Karbon  qazı  yanma  və  çürümə  zamanı  yaranır.  Onun  orta 
miqdarı  həcm  üzrə  0,0314%  təşkil  edir.  Sənaye  rayonlarında  o, 
Arktika  və  Antarktidada  olduğundan  iki  dəfə  çoxdur.  Sənayenin 
sürətli  inkişafı  və  çoxlu  miqdarda  yanacağın  yanması  nəticəsində 
son  100  ildə  havada  karbon  qazının  miqdarı  10%  artmışdır. 
Hesablamalara görə, 2015-ci ildə onun konsentrasiyasının 30-40%-
ə çatması gözlənilir. 
     Su  buxarı  və  karbon  qazı  yer  səthindən  şüalanan  infraqırmızı 
radiasiyanı  udaraq  atmosferi  «isidir».  Bu  istilik  yerüstü  havanın 
qızmasına  sərf olunaraq  müəyyən  miqdarda  yer səthinə qayıdır  və 
gecə saatlarında güclü soyumanın qarşısını alır.  
     Atmosferin  tərkibində 
ozon
  qatı  50  km  hündürlüyə  qədər 
yayılır. Ozon (O
3
) xarakterik iyi olan rəngsiz qazdır. Yer kürəsində 
həyatın  olmasında  ozonun  böyük  əhəmiyyəti  vardır.  Normal 
atmosfer  təzyiqi  şəraitində  (760  mm.c.s)  0
0
C-də  ozonun  qalınlığı 
cəmi  3  mm  təşkil  edir.  Yerüstü  hava  qatında  ozonun  miqdarı  çox 
azdır  (ümumi  həcmin  milyonda  bir  faizini  təşkil  edir).  Onun 
miqdarı  hündürlük  artdıqca  çoxalır  və  25  km-lik  səviyyədə 
maksimal  konsentrasiyası  müşahidə  olunur.  Bu  qaz  yer  səthinə 
daxil  olan  Günəş  enerjisinin  4%-ni  udur  və  udulan  enerji 
atmosferin isinməsinə sərf olunur.  
     Qazlardan  başqa  atmosferdə  həm  sənaye,  həm  də  təbii  mənşəli 
kiçik  maye  və  bərk  hissəciklər də  vardır.  Bunlara toz, tüstü,  dəniz 
duzu,  dağ  suxurlarının  hissəcikləri  və  s.  aiddir.  Hava  axınları 
vasitəsilə  onlar  böyük  məsafələrdə  hərəkət  edərək  kondensasiya 
nüvəsi  rolunu  oynayırlar.  Bərk  və  maye  qarışıqlar  Günəş 
radiasiyasını  zəiflətməklə,  görünüş  məsafəsini  xeyli  aşağı  sala 
bilirlər.  
     Atmosfer kütləsinin 50%-i aşağı 5 km-lik qatda, 75%-i 10 km-ə 
qədər, 90%-i 16 km-ə qədər, 95%-i 20 km-ə qədər və 99%-i 30-35 
km-ə qədər olan qatda cəmlənmişdir. 


 
     Homosferdən  yuxarıda  800-1000  km  olan  hündürlükdə 
heterosfer
  qatı  yerləşir.  «Hetero»  müxtəlif,  «sfera»  isə  təbəqə 
deməkdir.  Bu  qatın  qaz  tərkibi  hündürlük  artdıqca,  daha  yüngül 
qazların  artması,  bununla  əlaqədar  molyar  kütlənin  azalması  ilə 
xarakterizə  olunur.  Bu  qatda  Günəşin  rentgen  və  ultrabənövşəyi 
şüalarının təsiri nəticəsində fotokimyəvi və ionlaşma prosesləri baş 
verir,  qaz  molekulları  atomlara  ayrılır,  ion  və  elektron  elektrik 
hissəcikləri yaranır. 
     Qeyd  olunduğu  kimi,  atmosfer  Yer  kürəsində  və  həmçinin 
planetimizdə  bütün  canlıların  mövcud  olmasında  böyük  rol 
oynayır.  Buna  görə  də  atmosferin  və  onda  baş  verən  hadisələrin 
öyrənilməsi arasıkəsilmədən aparılmalıdır. 
     Atmosfer özünün qaz tərkibinə və fiziki xassələrinə görə bircins 
mühit  deyildir.  Onun  quruluşunun  və  ya  təbəqələrə  bölünmə 
prinsiplərinin bir neçə sxemi mövcuddur: 
     1.  Qazların tərkibinə görə (homosfer, heterosfer); 
     2.  Atmosferin  yer  səthi  ilə  qarşılıqlı  təsirinə  görə  (sərhəd 
təbəqəsi, sərbəst atmosfer); 
     3.  Atmosferin  uçan  aparatlara  göstərdiyi  təsirə  görə  (yerüstü 
təbəqə, kosmik fəza); 
     4.  Atmosferdə  temperaturun  şaquli  dəyişməsinə  (temperatur 
stratifikasiyasına) görə. 
     Havanın 
temperaturunun 
hündürlük 
üzrə 
paylanmasına 
əsaslanan  sxem  daha  geniş  yayılmışdır.  Bu  sxemə  görə  atmosfer 
beş  əsas  qata  (təbəqəyə)  bölünür: 
troposfer,  stratosfer,  mezosfer, 
termosfer, ekzosfer 
(şək. 1). 
Troposfer
  –  atmosferin  ən  aşağı  qatıdır.  Onun  yuxarı  sərhəddi 
qütb  rayonlarında  8-10  km,  mülayim  enliklərdə  10-12  km, 
tropiklərdə 16-18 km-ə çatır. Troposferdə bütün atmosfer kütləsinin 
80%-i,  su  buxarının  isə  90%-i  cəmlənmişdir.  Burada  havanın 
temperaturu hündürlük artdıqca hər 1000 metrdə 6,5
0
C aşağı düşür 
və  yuxarı  sərhəddə  minimuma  çatır.  Troposferin  yuxarı 
sərhəddində havanın orta temperaturu -56
0
C təşkil edir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə