N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   2   3   4   5   6   7   8   9   ...   90

 
     Troposfer təbəqəsində atmosfer təzyiqi çox  sürətlə aşağı düşür. 
Yuxarı  sərhəddə  təzyiq  yerüstü  səthdə  olduğundan  4  dəfə  azdır. 
Troposfer özü 3 əsas təbəqəyə bölünür:  
1.  Aşağı 
2.  Orta 
 
3.  Yuxarı troposfer
 
Aşağı
  və  ya 
sərhəd  təbəqəsi
  Yer  səthindən  1,0-1,5  km 
hündürlüyədək  yayılmışdır.  Burada  yerüstü  təbəqənin  istilik  və 
mexaniki  təsiri  özünü  kəskin  sürətdə  biruzə  verir.  Bu  qatda 
atmosfer  parametrləri  daha  kəskin  tərəddüdlərə  məruz  qalırlar, 
aşağı  buludluluq  və  dumanlar,  hündürlüyə  görə  küləyin  sürətinin 
daha çox dəyişməsi,  görünüşü zəiflədən  hadisələr,  toz tufanları  və 
s. müşahidə edilirlər. 
Orta təbəqə
 isə 6-8 km hündürlüyədək yayılmışdır. Bu təbəqədə 
yer  səthinin  təsiri  azalır.  İlin  isti  dövründə  0
0
C  izotermi  bu 
təbəqədən  keçdiyinə  görə  burada  buludlar  su  damcıları  və  buz 
kristallarından ibarət olur. 
      Yuxarı 
təbəqə
 
orta 
təbəqənin 
üzərində 
yerləşməklə, 
tropopauzaya  qədər  yayılır.  Bu  təbəqədə  yer  səthinin  təsiri  daha 
çox    azalmaqla,  havanın  temperaturu  həmişə  mənfi  olur.  Yuxarı 
təbəqədə daha yüksək buludluq müşahidə olunur .    
     Troposfer  və 
stratosfer
  qatları  arasında  keçid  təbəqəsi  - 
tropopauza
  yerləşir,  onun  şaquli  hündürlüyü  1-4  km-ə  çatır.  Bu 
təbəqədə temperatur hündürlük artdıqca çox az dəyişir, hündürlüyü 
qütblərdən  ekvatora  doğru  artır.  Lakin,  30-40
0
  enlikdə  kəskin 
dəyişərək, bəzən, parçalanmaya məruz qalır.  
     Troposferdə  külək  hündürlük  artdıqca  güclənir,  tropopauzanın 
aşağı hissəsində küləyin sürəti maksimuma çatır ( ≥ 100 km/saat və 
artıq),  bununla da  intensiv  yırğalanmalar  müşahidə olunan şırnaqlı 
axınlar  yaranır.  Şimal  yarımkürəsində  ilin  bütün  mövsümlərində 
qərb küləkləri üstünlük təşkil edir. 
     Atmosferin 
troposferdən 
sonrakı 
təbəqəsi 
stratosferdir. 
Stratosfer
  -  tropopauzanın  üzərində  yerləşməklə,  50-55  km 
hündürlüyə  qədər  yayılır.  Bu  qata  atmosferin  ümumi  kütləsinin 


 
cəmi  20%-i  daxildir.  Stratosferi  iki  hissəyə: 
aşağı  və  yuxarı
 
hissələrə bölmək olar.  
     Aşağı stratosferdə (20 km  hündürlüyə qədər)  əsasən  izotermiya 
və  zəif  inversiya  müşahidə  olunur.  Daha  yuxarı  hündürlüklərdə 
temperatur  hər  1000  m-də  3
0
C  artır.  Bu  təbəqədə  havanın  orta 
temperaturu   0
0
C-yə yaxındır. 
     Yuxarı  stratosferdə  temperaturun  artması  ozonun  Günəşin 
ultrabənövşəyi  şüalarını  və  su  buxarının  infraqırmızı  radiasiyasını 
udması  ilə  əlaqəlidir.  Beləliklə  də,  atmosferdə  ozonun  payı  su 
buxarının  payından  artıq  olur.  Bu  təbəqəyə 
ozonosfer
  qatı  da 
deyilir. 
 
 
      
 
 
 
 
 
 
 
 
 
    
 
 
 
 
 
 
 
 
 
 
 
50000
3000
10000
20000
28000
42000
1000
800
600
500
400
300
200
100
80
70
60
50
40
35
30
25
20
15
10
5
H,km
90
80
70
60
50
40
30
20
10
0
0
0
-80
-2,5
0
0
-44,5
-56,5
-56,5
t=
15
0
-2,5
0
0
0
1000
0
Atmosferin fiziki  sərhədi
Yer tacının  sərhədi
Quru havanın 
tərkibi %-lə
Azot-78,09
Oksigen-20,95
Arqon-0,93
Karbon-0,03
Digər qazlar-0,01
Cəmi: 100%
P=760mm
TERMOPAUZA
MEZOPAUZA
STRATOPAUZA
TROPOPAUZA
Gümüşvari buludlar
Aşağı kosmos
0
E
K
Z
O
S
F
E
R
T
E
R
M
O
S
F
E
R
M
E
Z
O
S
F
E
R
S
T
R
A
T
O
S
F
E
R
T
R
O
P
O
S
F
E
R
H
E
T
E
R
O
S
F
E
R
H
O
M
O
S
F
E
R
енлик 


 
 
 
 
 
 
Şək. 1. Temperatur stratifikasiyasına görə atmosferin 
təbəqələri 
Stratosferdə  buludluluğun  yaranması  nadir  hadisə  hesab  edilir. 
Yalnız  sədəfvari  buludlar  istisna  təşkil  edir.  Bu  buludlar  parlaq, 
rəngarəng  və çalarlı olduqlarına görə belə adlanırlar.  Onlar adətən 
Skandinaviya,  Şimali  Ural  və  Sibirin  şimal  ətraflarında  21-30  km 
hündürlükdə  müşahidə  olunurlar.Stratosferdə  külək  özünəməxsus 
xüsusiyyətlərə  malikdir.  Qərb  küləyinin  sürəti  hündürlük  artdıqca 
azalmaqla,  18-21  km-lik  qatda  minimal  həddə  çatır.  Daha  yuxarı 
hündürlükdə küləyin sürəti yenidən artır, yayda isə qərb küləyi şərq 
küləyi  ilə  əvəz  olunur.  Stratosferdə  kəskin  istiləşmə  də 
mümkündür.  Bu  hal  ən  çox  yanvar  və  fevralda,  ən  az  isə  noyabr, 
dekabr və mart aylarında baş verir. İstiləşmənin davamiyyəti 20-25 
km  hündürlükdə  7-12  sutka  təşkil  edir,  temperaturun  orta  artımı  
26

C-yə bərabərdir. Stratosfer və ondan sonra gələn mezosfer qatı 
arasında 
stratopauza
  yerləşir.  Bu qatda temperaturun artması onun 
azalması ilə əvəz olunur. 
     Mezosfer
  –  55  km-dən  85  km-dək  hündürlükdə  yerləşir.  Onun 
kütləsi  atmosferin  ümumi  kütləsinin  0,3%-ni  təşkil  edir. 
Mezosferdə havanın temperaturu orta hesabla hər 1000 m-də 3,5
0

aşağı  düşür.  Burada  havanın    minimal  temperaturu  mənfi  86
0

təşkil  etməklə,  atmosfer  təzyiqi  və  havanın  sıxlığı  azalır. 
Mezosferin  yuxarı  sərhəddində  gümüşvari  buludlar  müşahidə 
olunur.  Onların  ən  çox  təkrarlanması  iyul-avqust  aylarına  təsadüf 
edir. Gümüşvari buludların üfüqi paylanması çox vaxt 100-300 km, 
nadir  hallarda  500-800  km,  şaquli  paylanması  isə  1-3  km  təşkil 
edir.  Bu  buludlar  şərqdən  qərbə  doğru  40-60  km/s  sürətlə  hərəkət 
edirlər.  Mezosferin  hüdudlarında  hətta  meteoritlərin  yanması  da 
müşahidə olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə