N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   2   3   4   5   6   7   8   9   ...   90

 
tərkibi,  temperaturu,  təzyiqi,  rütubətliyi  və  hava  axınları  haqqında 
məlumat almaq olur.  
               
 
    
Atmosferin təzyiqi və kütləsi 
 
     Q. Qaliley göstərmişdir ki, hava kütlədir və o, müəyyən ağırlığa 
malikdir.  Onun  tərəfindən  havanın  sıxlığı  da  qiymətləndirilmişdir, 
lakin  bu  kəmiyyət  o  qədər  də  düzgün  olmamışdır.  Hesablamalar 
zamanı  yer səthində havanın sudan 780 dəfə yüngül olduğu nəzərə 
alınmalıdır. 
     Torriçelli  göstərmişdir  ki,  hava  sütununun  çəkisini  civə 
sütununun çəkisi ilə bərabərləşdirmək olar. Müxtəlif formalı, lakin 
oturacaq  sahələri  eyni  olan  qablarda  civə  sütununun  hündürlüyü 
dəyişməz  qalır.  Buradan  mühüm  bir  nəticə  çıxarmaq  olar:  hava 
sütununun çəkisinin (P) təsir etdiyi səthin sahəsinə (δs) olan nisbəti 
səthin  sahəsindən  asılı  deyil  və  bu  kəmiyyət 
atmosfer  təzyiqi
 
adlanır. İstənilən səthdə atmosfer təzyiqini aşağıdakı düsturla təyin 
etmək olar: 
 
P = 
0
lim

s

δs
F
 (N/m
2
). 
 
     Sıxlığı 13.29 q/sm
3
, vahid en kəsiyi  1 sm
2
 olan civə sütununun 
hündürlüyü 760 mm təşkil edir və eyni en kəsiyi olan hava sütunun 
çəkisinə  bərabərdir.  Yer  kürəsinin  hər  kvadrat  metrinə  hava 
sütununun aşağıdakı ağırlıq qüvvəsi təsir edir: 
 
P = 9.8 · 13290 · 0.76 · 10.000 = 101000 N. 
 
     Deməli, hər hansı P

yer səthində atmosfer təzyiqi 101004 N/m

olmalıdır. Aydındır ki, vahid en kəsiyə malik olan hava sütununun 
kütləsini də (M) aşağıdakı düstura uyğun təyin etmək olar:                 
                                                                                                                           


 
                                                    M = 
g
Ps  . 
 
     Vahid en kəsiyə malik olan hava sütununun çəkisini yer səthinin 
sahəsinə  (4πR

=  5.1·  10
14
  m
2
)  vuraraq,  atmosferin  kütləsini  təyin 
edə bilərik: 
 
M = 5.1 ·  10
18

 
     Vahid en kəsiyə malik olan hava sütununun kütləsini bilərək və 
hesab  edərək  ki,  atmosferin  sıxlığı  sabitdir  (1.28  kq/m
3
),  onda 
vahid  en  kəsiyə  malik  olan  sütununda  hava  qatının  hündürlüyünü 
hesablamaq olar. Bu hündürlük, 
bircins atmosferin hündürlüyü (H)
 
adlanır  və  bu  günə  kimi  elmi  və  praktiki  məsələlərin  həlli  zamanı 
atmosfer  hündürlüyünün  miqyası  kimi  qəbul  olunur.  H  aşağıdakı 
düstur vasitəsilə hesablanır: 
 
                                      H =  
ρ
M  = 
ρg
Ps  = 
g
RT (m). 
 
burada,  
 R  –  universal  qaz  sabiti  ,  T  –  havanın  temperaturu,  g  – 
sərbəstdüşmə təcilidir. 
     Bircins atmosferin hündürlüyü təqribən 8000 m bərabərdir.  
     Yer  səthində  və  atmosferdə  yerləşən  cisimlərə  atmosfer  öz 
ağırlığı ilə təzyiq göstərir. 
     Atmosfer  təzyiqi
,  yaxud  havanın  təzyiqi,  hər  hansı  bir 
səviyyədən  atmosferin  yuxarı  sərhəddinə  qədər  en  kəsiyi  1  sm
2
 
olan hava sütununun çəkisinə deyilir.  Atmosfer təzyiqi adətən mm 
civə sütununun hündürlüyü ilə ölçülür. Dəniz səviyyəsində normal 
atmosfer  təzyiqi,  beynəlxalq  SGS  sistemi  üzrə,  orta  hesabla  760 
mm.c.s  və  ya  1013  hPa-a  bərabərdir.  Hesablamalarda  dəniz 
səviyyəsi  olaraq  Baltik  dənizinin  səviyyəsi  götürülür.  Beynəlxalq 
vahidlər sistemində  ( Sİ )  atmosfer təzyiqi hektopaskalla ölçülür: 


 
1 mm civə sütunu = 1,33 (hPa), 1 hPa = 0,75 mm civə sütunu təşkil 
edir. 
     Meteoroloji  məntəqələrdə  atmosfer  təzyiqi  civəli  barometr  və 
barometr-aneroidlə ölçülür. Bundan  başqa  atmosfer təzyiqini təyin 
etmək  üçün  xüsusi  lentə  yazan  baroqraf  cihazından  da  istifadə 
edilir. Ölçmədən sonra faktiki atmosfer təzyiqinin kəmiyyəti dəniz 
səviyyəsinə  gətirilir.  Bu  isə  öz  növbəsində  təzyiq  paylanmalarını 
təyin  etməyə xidmət edir.  Dəniz səviyyəsinə gətirilmiş  və sinoptik 
xəritəyə köçürülmüş atmosfer təzyiqi haqqında məlumatlar bir-biri 
ilə  müqayisə  edilir  və  araşdırmalar  aparılır.  Atmosfer  təzyiqini 
dəniz  səviyyəsinə  gətirmək  üçün  məntəqənin  hündürlüyü  (h)  və 
həmin hündürlükdə atmosfer təzyiqi (P
h
) məlum olmalıdır. Bundan 
sonra  dəniz  səviyyəsindəki  təzyiq  P
0
  tapılır 
(QNH)
.  Eyni  ilə  bu 
qayda  ilə  qalxma-enmə  zolağı  səviyyəsi  üçün  atmosfer  təzyiqi 
hesablanır 
(QFE)
.  Uçan  aparatların  enməsi  üçün  atmosfer  təzyiqi 
heyətə qalxma-enmə zolağının səviyyəsində mm.c. sütunu və hPa – 
la verilir. Atmosfer təzyiqi müntəzəm olaraq dəyişir, tərəddüd edir. 
Yer  üzərində  dəniz  səviyyəsinə  gətirilmiş,  qeydə  alınmış  ən  alçaq 
atmosfer təzyiqi təxminən 887 hPa, ən yüksək təzyiq isə 1078 hPa-
dır. 
     Atmosfer  təzyiqinin  hündürlüyə  görə  dəyişməsi  aşağıdakı 
barometrik tənliklə
 təyin olunur:        
  
                                        Z

- Z
1
= (
g
RT )  ln (
1
2
P
P ), 
burada,  
     Z

və  P
1
    -  aşağı    səthdəki  hündürlük  və  təzyiq;  Z
2   
və    P
2
  – 
uyğun  olaraq  yuxarı  səthdəki  hündürlük  və  təzyiq;  R    -  universal 
qaz  sabiti  olmaqla,  2,8710
6
  sm/c
2
dərəcə;  g      -  ağırlıq  qüvvəsinin 
təcili; T  -  atmosferdə Z
2
-Z

təbəqələrinin orta mütləq temperatu; ln   
- natural loqarifmin işarəsidir. 
     Əgər  yer  səthində  (  P
1
)  və  hər  hansı  bir  hündürlükdə  yerləşən 
məntəqədə  (P
2
)  atmosfer  təzyiqini,  həmçinin  yer  səthindən  Z
2
 
səviyyəsinədək olan orta temperaturu (T) bilsək, onda, məntəqənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə