N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   69   70   71   72   73   74   75   76   ...   90

 
     V
700
   və V
500
 – 700 və 500 hPa  izobarik səthlərdə uyğun külək 
sürətləri vektorlarıdır.  
     Siklonların  və  antisiklonların  yerdəyişməsinin  aparıcı  axın 
qaydası ilə proqnozu zamanı  barik sistemlərin  hərəkəti şəkil 99-da 
təsvir edilmişdir:       Şəkildən göründüyü kimi, siklonların şərq və 
antisiklonların qərb  hissələrində küləyin  istiqaməti  yuxarıya doğru 
hündürlük artdıqca sağa meyl edir. Əksinə, siklonların qərbində və 
antisiklonların  şərqində  isə  küləyin  istiqaməti  hündürlük  artdıqca 
sola meyl edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Şək. 99. Aparıcı axın qaydası ilə barik sistemlərin  
            mərkəzlərinin yerdəyişməsi sxemi 
 
     Beləliklə: 
     a)  siklonların  ön  və  antisiklonların  arxa  hissələrində  külək 
hündürlüyə görə güclənir və sağa meyl edir; 
     b)  siklonların  arxa  və  antisiklonların  ön  hissələrində  külək 
hündürlüyə görə güclənir və sola meyl edir; 
    Aparıcı axın (4 – 6 km hцndцrlцkdə kцlək

    Barik sistemlяrin  hярякяти 
A
Y
T
ə
zyi
qi
n
 
 
d
цш
m
я
  
zona

 
S
ikl
o
n
u
n
  
 ö
n
 
h
iss
ə
si
 
Т
я
зй
иг
ин
 г
ал
х
м
а 
зо
н
ас
ы
 
Si
 k
lo
n
u
n
  
 
a
rx
a
 
h
is
s
ə
s

A
nt
is
ikl
o
nun
 
ю

  
щ
is

si
 


 
     c)  siklonların  sol  və  antisiklonların  sağ  hissələrində  külək 
hündürlüyə  ğörə  tədricən  zəifləyir  və  bəzi  səviyyələrdə  isə 
istiqamətini əks istiqamətə dəyişir və sonra yenidən güclənir.      
     Okklyuziya  nöqtəsində  yaranan  siklonun  yerdəyişməsinin 
proqnozu bir qədər çətinlik yaradır. İsti və soyuq hava cəbhələrinin 
davam  edən  qarışması  okklyuziya  nöqtəsini  aparıcı  axının 
istiqamətindən  sağa  aparır.  Ona  görə  də  okklyuziya  nöqtəsinin  və 
ardınca  yaranan  siklonun  gələcək  yerini  isti  və  soyuq  cəbhələrin 
qarışması  əsasında  müəyyən  etmək  məsləhət  görülür.  Bunun  üçün 
isti  və  soyuq  cəbhələrin  bir  neçə  nöqtəsinin  yerini  dəyişmək  və 
onların  proqnostik  vəziyyətinə  əsasən  okklyuziya  nöqtəsinin 
gələcək vəziyyətini müəyyən etmək lazımdır.  
     Yenidən 
yaranan 
siklonun 
(və 
ya 
antisiklonun) 
mərkəzindəki  təzyiqin  proqnozu.  Bu  cür  proqnoz  yerüstü  barik 
tendensiyadan  istifadə  etməklə  həyata  keçirilir.  Həyəcanlanma 
mərkəzindən  250  km  radiusda  orta  tendensiya  aşağıdakı  kimi 
müəyyən edilir:      
        
                                              
 
,
n
p
p
n
i
i
t
1
i



  
 
burada, 
    
i
t
)
(
p
 - müxtəlif məntəqələrdəki barik tendensiya, 
        -  həyəcanlanma  mərkəzindən  250  km  radiusdakı 
məntəqələrin sayı. 
Alınmış 
t
p
  hPa/3s    qiymətini 
3

-ə  vurmaqla,  proqnoz  müddəti 
ərzində həyəcanlanma mərkəzindəki təzyiq dəyişməsini alırlar. 
 
                                               
3
t
p
Δp



 
burada,  


 
     
  - proqnozun müddəti, saatla. 
      Δp  - ni başlanğıc anda həyəcanlanma mərkəzində olan təzyiqlə 
cəbri  toplayaraq,  proqnoz  olunan  barik  sistemin  mərkəzindəki 
təzyiq əldə olunur: 
 
                                            
ΔP
P
P
PR


 
 
     Yadda saxlamaq lazımdır ki, barik tendensiya son üç saatdakı 
təzyiq dəyişməsini göstərir, onların sadə ekstrapolyasiyası  bəzən 
səhvlərə gətirib çıxarır, çünki onların özü də zamandan asılı olaraq 
dəyişir. Əgər sinoptikin əlində bir neçə müddətlər üçün xəritələr 
varsa, onda tendensiyanın dinamikasını  nəzərə almaq lazımdır.  
     Atmosfer 
cəbhələrindən 
kənar 
ərazilərdə 
siklon 
və 
antisiklonların  yaranması  hündürlükdə,  təzyiq  və  temperatur 
qradiyentlərinin kiçik qiymətlərində baş verir. Ona görə də baxılan 
haldakı  proqnozda  barik  tendensiya  əsas  rol  oynayır.  Belə  barik 
sahələrin  formalaşması,  adətən  yer  səthinə  yaxın  kiçik  qradiyentli 
barik  sahələrdə  baş  verir  və  əhəmiyyətli  yerdəyişməyə  məruz 
qalmırlar. Yer səthinin havanı qızdırması və soyutması nəticəsində 
təzyiqin  cüzi  olaraq  artması  və  ya  azalması  siklon  və  ya 
antisiklonların  yaranmasına  səbəb  ola  bilər.  Əlverişli  şərait  əmələ 
gələn  ərazilərdə  barik  tendensiya  əsasında  təzyiq  hesablanır  və 
alınan cavablara görə barik sahələrin yaranmasının mümkünlüyü və 
qeyri-mümkünlüyü haqqında nəticə çıxarılır.         
 
Siklon və antisiklonların yerdəyişmələrinin 
ekstrapolyasiya
 
metodu ilə  proqnozu
 
 
     Qoşa  izallobar  qaydası.  Barik  obyektlərin  Yer  səthində 
mərkəzləri  siklonların  (antisiklonların)  izallobar  sahələrinin 
mərkəzlərini  birləşdirən  xətlərə  paralel  olaraq  təzyiqin  azaldığı 
(artdığı) tərəfə yerini dəyişirlər . Bu qayda o vaxt tətbiq olunur ki, 
hər  iki    izallobar  sahəsinin  aydın  və  dəqiq  mərkəzləri  olsun.  Bu 
zaman aşağıdakı iki keyfiyyət qaydasından istifadə edilir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə