N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   77   78   79   80   81   82   83   84   ...   90

 
 
 
 
 
 
 
Şək. 105.  850 hPa səth  üzərində  külək  məlumatlarına  
görə  yer  səthində küləyin sürətinin proqnoz qrafiki 
 
     Şəkildə 
şaquli 
ox 
üzərində 
850 
hPa-lıq 
səviyyədə 
proqnozlaşdırılan  külək  sürəti,  üfüqi  ox  üzərində  isə  yer  səthində 
küləyin gözlənilən sürəti verilmişdir.  
     Küləyin  sürəti  atmosfer  təzyiqinin  fərqindən,  qradiyentdən 
asılıdır.  Qonşu  izobarlar  arasında  təzyiq  fərqləri  nə  qədər  çox 
olarsa,  barik  qradiyent  qüvvəsi  bir  o  qədər  çox,  izobarlar  və 
izohipslər  daha  sıx  olarlar.  Məsələn,  Bakı  və  Abşeron 
yarımadasında  şimal  küləklərini  proqnozlaşdırarkən  aşağıdakı 
tənliklərdən istifadə etmək mümkündür: 
 
.
V
ΔP
160
0.7
V
2
0
p



 
burada,  
     P-  Mahaçqala-Bakı  arasında  müşahidə  edilən  atmosfer 
təzyiqinin fərqi (hPa); 
     V

–  proqnoz  tərtib  olunan  zaman  Mahaçqaladakı  şimal-qərb 
küləyinin sürəti; 
     
p
V
- Abşeronda şimal küləyinin hesablanmış orta sürətidir. 
     Bu  zaman  Maxaçqala  və  Bakı  məntəqələrinin  təzyiq  fərqlərinə 
və  Mahaçqalada  şimal  küləklərinin  sürətinə  baxılır.  Mahaçqala  və 
Bakı  arasında qradiyent nə qədər böyük olarsa,  gözlənilən küləyin 
sürəti də bir o qədər çox olar.  
     Bu  zaman  Bakı  və  Abşeron  yarımadasında  gözlənilən  şimal 
küləklərinin müddəti isə aşağıdakı düsturla hesablanır: 
 


 
.
V
V
200
t
p
0


 
 
     Məsələn,  tutaq  ki,  Mahaçqala  ilə  Bakı  arasında  atmosfer 
təzyiqinin fərqi (ΔP) 3,5 hPa və Mahaçqalada şimal-qərb küləyinin 
faktiki  sürəti  isə  10  m/s  təşkil  edir.  Qeyd  edilən  məlumatları 
tənlikdə yerinə qoyaraq Bakıda gözlənilən şimal küləyinin sürəti 18 
m/s alarıq.  
     Küləyin  yerə  yaxın  təbəqədə  proqnozunun  əsasını  verilmiş 
rayon və məntəqədə proqnoz dövründə təsiri gözlənilən siklonların 
və  ya  antisiklonların  ilkin  hava  xəritəsindəki  külək  məlumatları 
təşkil  edir.  Külək  proqnozunu  dəqiqləşdirmək  üçün  aşağıdakıları 
mütləq nəzərə almaq lazımdır: 
     a)  siklonların  dərinləşməsi  və  ya  antisiklonların  dolması  ilə 
əlaqədar  olan  barik  qradiyentin  dəyişməsi;  bu  halda  nəzərə  almaq 
lazımdır  ki,  barik  qradiyentin  ən  böyük  dəyişmələri  baxılan  və 
qonşu  rayonlarda  əks  işarəli  təzyiq  dəyişmələri  olduqda  və  yeni 
barik sistemlər əmələ gəldikdə baş verir;                                    
     b)  hava  kütlələrinin  dayanıqlığının  ümumi  dəyişməsi:  hava 
kütlələrinin    dayanıqsızlığının  artması  ilə  yerə  yaxın  təbəqədə 
küləklər  güclənir,  istiqaməti  isə  geostrofik  küləklərin  istiqamətinə 
yaxınlaşır; 
     c) cəbhə xətti keçdikdə küləklərin güclənməsi; 
     d)  küləklərin  sutkalıq  gedişi  (gündüz  güclənməsi,  gecə 
zəifləməsi); 
     e)  yerli  küləklər:  xüsusilə,  dəniz  limanı,  dağ  aşırımı  və  s. 
rayonlarda müəyyən istiqamətli küləklərin güclənməsi. 
     Hündürlüklərdə  külək  proqnozlarını  vermək  üçün  küləklərin 
aşağıdakı kəmiyyətləri çox böyük təcrübi əhəmiyyətə malikdir: 
     1) küləyin şaquli profili – verilmiş məntəqələr üzərində küləyin 
sürəti və istiqamətinin hündürlüklərə görə paylanması; 
     2) küləyin üfüqi profili – verilmiş hündürlükdə küləyin sürət və 
istiqamətinin marşrut üzrə paylanması; 


 
     3)  külək  qradiyentinin  şaquli  profili  –  külək  qradiyentinin 
hündürlüklərə görə paylanması; 
     4) məntəqə üzərində küləyin maksimal sürəti, onun istiqamət və 
sürətinin müşahidə edildiyi hündürlük; 
     5)  maksimal  külək  sahələrinin  (MKS)  coğrafi  vəziyyəti  və 
intensivliyi; 
     6) şırnaqlı axınların oxlarının coğrafi vəziyyəti və hündürlüyü. 
     Hündürlükdə külək proqnozunun tərtib edilməsində ilkin istinad 
materialı     kimi atmosferin külək tədqiqatlarının nəticələrindən və 
barik  topoqrafiya  xəritələrindən  istifadə  edilir.  Hal-hazırda 
yuxarıda 
göstərilən 
kəmiyyətlərin 
proqnozlarının 
ümumi 
metodikası  yoxdur.  Ona  görə  mühəndis  sinoptiklər  lazım  olduqda 
təcrübə  zamanı  özlərinin  qazandıqları  fərdi  biliklərdən  və 
qanunauyğunluqlardan da istifadə etməyi bacarmalıdırlar.  
     Yuxarıda  sadalananlardan  başqa  sinoptik  meteorologiyada 
küləyin  aşağıda  qeyd  edilən  proqnoz  növləri  də  mövcuddur  və 
praktikada bunlardan da istifadə etmək zəruridir. 
   1)  Ətalət  proqnozları
  ─  sərbəst  atmosferdə  küləklər  və  onların 
kəmiyyətlərinin  dəyişmələri  bir  qayda  olaraq,  tədricən  baş  verir. 
Baxılan  zaman  fasiləsi kiçik olduqca dəyişmələr  də bir o qədər az 
olurlar.  Bu  hal  küləyin  ilkin  müşahidə  məlumatlarından  proqnoz 
tərtib edilərkən istinad kimi istifadə etməyə imkan verir. Başlanğıc 
məlumatların proqnoz qiymətləri kimi istifadə edilən zaman fasiləsi 
məlumatların 
ilkin
 
yararlılıq müddəti
 adlanır. 
     Bağlanğıc  məlumatların  ilkin  yararlılıq  müddəti  nəinki 
kəmiyyətin  özünün  dəyişkənliyindən,  həmçinin  məlumatlar  üçün 
tələb  edilən  dəqiqlikdən  də  asılıdır.  Tələb  olunan  dəqiqlik  az 
olduqca  yararlılıq  müddəti  artır  və  ya  əksinə  olur.  Misal  üçün, 
aviasiya xidmət idarələrində tərtib edilən aviasiya hava proqnozları 
üçün  tələb  edilən  dəqiqlik  çox  yüksək  olduğu  üçün  onların 
maksimum  yararlılıq  müddəti  də  çox  olmur  (bəzi  istisna  proqnoz 
müddətlərini çıxmaq şərti ilə).  
     2.  Statistik  proqnozlar
  –  atmosferin  keçmiş  və  indiki  halına 
əsasən  müxtəlif  meteoelementlərin  proqnozunun  hazırlanması 
zamanı  istifadə  olunur.  Bu  proqnozları  isə  tərtib  edərkən    hava 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə