N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   74   75   76   77   78   79   80   81   ...   90

 
cəbhənin  köçürülməsinin  proqnozundan  əvvəl  hazırlanmalıdır. 
Cəbhənin  gələcək  vəziyyətinin  proqnozunda  ekstrapolyasiya 
üsulundan  geniş  istifadə  olunur.  Bunun  üçün  sürət  tendensiyasını 
və  cəbhənin  qarışmasının  istiqamətini  müəyyən  edən  dairəvi 
xəritələrdən istifadə olunur. Nəzəri olaraq cəbhə geostrofik küləyin 
toplananına  uyğun  olaraq  cəbhə  normalına  doğru  istiqamətlənmiş 
olur.  Bu  vəziyyəti  praktikada,  qradiyent  xətkeşin  köməyi  ilə 
ekstrapolyasiya  metodundan  istifadə  etməklə,  cəbhənin  bir  neçə 
noqtəsində  geostrofik  küləyin  toplananları  müəyyən  olunur.  İsti 
cəbhə  üçün  mütənasiblik  əmsalı  0,5-0,6,  ikinci  dərəcəli  soyuq 
cəbhə  üçün  0,8-0,9,  birinci  dərəcəli  soyuq  cəbhə  üçün  isə  düzəliş 
qeyd olunmur.  Ekstrapolyasiya metodundan istifadə etməklə cəbhə 
ərazisində barik və izallobarik sahənin xarakterinə əsasən cəbhənin 
yerdəyişməsinin  sürətini  təyin  etmək  olar.  Cəbhənin  yerdəyişmə 
sürəti aşağıdakı düstura əsasən təyin olunur. 
 
                                         
2
2
c
n
p
t
p
n
C









 
     Atmosfer  cəbhələri  siklonlarla  sıx  əlaqədə  olduğu  üçün  təkcə 
siklonda  hərəkət  edən  cəbhənin  yerdəyişməsi  yox,  həmçinin 
siklonun özünün də yerdəyişməsi nəzərə alınmalıdır.  
     Y.N.  Volkonski  bu  prosesi  belə  təsvir  etmişdir.  Verilmiş 
xəritədə,  cəbhə  xətti üzərində cəbhənin  vəziyyəti 
t

(a
1
,  b
1
,  c
1
 …) 
zamanından sonra müəyyən olunan bir neçə nöqtə (a, b, c …) qeyd 
edilir (şək. 102).  
 
 
 
 
 
 
 
Л
 
995 
а
 
а

б
б

 
990 
а



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                   
                  
 
               Şək. 102. Yerüstü xəritələrdə atmosfer cəbhələrinin  
                                         köçürülməsinin proqnozu 
 
     Barik  sahənin  yenidən  əmələ  gəlməsi  a
1
a
2
,  b
1
b
2
,  c
1
c
2
,  … 
kəsiklərinin  qurulması  ilə  təyin  olunur.  Bu  kəsiklərin  uzunluğu 
aşağıdakı düstura əsasən tapılır. 
                                            
,
ad
bd
L
b
b
1
2
1

 
burada, 
     
1
L
 - barik mərkəzin gözlənilən yerdəyişməsi, 
     
bd
ad,
-  baxılan  nöqtə  və  mərkəzdəki  məsafədən  cəbhənin 
dəyişmə nöqtəsinə qədər olan məsafədir. 
     Cəbhənin  gələcək  vəziyyətini  proqnoz  edən  zaman,  nəzərə 
almaq  lazımdır  ki,  azhərəkətli  siklona  yaxınlaşan  cəbhənin  sürəti 
azalır.  Nəhayət,  cəbhə  sirkulyasiyanın  dəyişməsi  nəticəsində  öz 
işarəsini dəyişib, soyuq cəbhədən istiyə və ya əksinə keçə bilər. 


 
     Cəbhənin  köçürülməsinin  proqnozu  üçün,  adətən  AT
700
 
xəritələrindən istifadə olunur.      
                                                                                                                                
                      Hava proqnozları və onların növləri  
 
  Atmosferin  gözlənilən  vəziyyətinin  təsvirinə 
meteoroloji 
proqnoz
  deyilir.  Hava  proqnozları  seçilmiş  proqnoz  metoduna 
müvafiq  olaraq  atmosfer  proseslərinin  qanunauyğunluqları  haqda 
olan məlumatlar əsasında tərtib edilir.  
     Fəaliyyət 
müddətindən 
asılı 
olaraq 
hava 
proqnozları 
qısamüddətli
  (36  saata  qədər)  və 
uzunmüddətli
  (36  saatdan  artıq) 
olurlar.  
     Qısamüddətli  hava  proqnozlarına 
sutkalıq,  operativ  proqnozlar 
və  fırtına  xəbərdarlıqları   
aid  edilir.  Operativ  proqnozlar  uçuş 
müddəti üçün və ya hər hansı təsərrüfat işlərinin görülmə dövrü və 
s.  üçün  tələb  olunan  proqnoz  vaxtı  ilə  tərtib  edilirlər.  Fırtına 
xəbərdarlıqları  –  təhlükəli  və  xüsusi  təhlükəli  atmosfer  hadisələri 
haqqında  xəbərdarlıqlar  –  öncəki    proqnozlarda  həmin  hadisələrin 
proqnoz edilib-edilməməsindən asılı olmayaraq tərtib edilir. Bütün 
növ  hava  proqnozlarına  onların  fəaliyyət  müddəti  qurtarana  qədər 
müvafiq düzəlişlər edilə bilər.   
     Meteoroloji  proqnozlar  məntəqə (şəhər, aerodrom və s.), rayon 
(coğrafi  və  ya  inzibati)  və  marşrut üzrə (uçuş  yolu, dəmir  yolu  və 
s.)  tərtib  edilən  proqnozlara  ayrılırlar.  Bundan  başqa,  müəyyən 
müddətlər  üçün  tərtib  edilən  hava  proqnozları  təyinatından  asılı 
olaraq ümumi və xüsusi təyinatlı kimi də təsnifatlaşdırılırlar. 
     Ümumi  təyinatlı  hava  proqnozları   
geniş  istehlakçıların 
istifadəsi  üçün  hazırlanırlar.  Məsələn,  belə  proqnozlara  əhali  üçün 
qəzetlərdə  dərc  olunan,  televiziya  və  radio  vasitəsilə  yayımlanan 
ümumi  xarakter  daşıyan  proqnozlar  aid  edilir.  Bu  proqnozlarda 
gözlənilən  buludluq,  yağıntılar,  xüsusi  hava  hadisələri,  külək  və 
havanın temperaturu haqqında məlumatlar verilir.  
     Xüsusi  təyinatlı  proqnozlar 
konkret  istehlakçılar  üçün  onun 
fəaliyyət  sahəsini  nəzərə  almaqla  hazırlanırlar.  Bu  tip  hava 
proqnozlarına  aviasiya  hava  proqnozlarını,  dəniz    proqnozlarını, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə