N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   73   74   75   76   77   78   79   80   ...   90

 
evolyusiyasını 
nisbətən 
zəiflədir, 
R≈1000 
km 
dayanıqlı 
stratifikasiya isə bu inkişafa demək olar ki, təsir etmir.         
 
                  Cəbhələrin evolyusiyasının proqnozu 
     
     Cəbhənin  evolyusiyası  dedikdə,  onun  güclənməsi  və  ya 
zəifləməsi  nəticəsində  cəbhə  zonasında  baş  verən  hava  şəraitinin 
dəyişməsi  başa  düşülür.  Cəbhənin  güclənməsi  hava  şəraitinin 
pisləşməsinə,  zəifləməsi  isə  yaxşılaşmasına  səbəb  olur.  Yadda 
saxalamaq  lazımdır  ki,  hava  şəraitinin  formalaşması  bir  çox 
faktorlardan  asılıdır.  Burada  atmosfer  cəbhələrinin  rolu  böyükdür, 
amma  tək  deyil.  Oroqrafiya,  yer  səthinin  xüsusiyyətləri,  cəbhənin 
hər 
iki  tərəfindəki 
hava  kütlələrinin 
və  barik  sahənin 
xüsusiyyətlərini də əsas amillərdən hesab etmək olar.  
     Bütün  bu  faktorları  atmosfer  cəbhələrində  hava  şəraitini 
müəyyən  edən  zaman  nəzərə  almaq  lazımdır.  Cəbhələrin 
evolyusiyasının  poqnozu  zamanı  cəbhə  ərazisində  temperatur 
kontrastı,  cəbhə  səthinin  meylliyi  kimi  ünsürlər  də  mütləq  nəzərə 
alınmalıdır.  Bu  parametrlər  yer  səthi  ilə  əlaqədə  olaraq  cəbhədə 
sirkulyasiyanın  xarakterini  və  intensivliyini,  həmçinin  şaquli 
hərəkətləri təyin edir.  
     Cəbhənin  proqnozunun  ən  sadə  yolu  sinoptik  xəritələrdə  hava 
şəraitinin  yaxın  gələcəkdə  necə  dəyişəcəyini  təyin  etməkdir.  Hava 
şəraitinin  cari  müddətdə  əvvəlki  müddətə  nisbətən  pisləşməsi 
cəbhənin  güclənməsinə  işarədir.  Havanın  əvvəlki  müddətə  görə 
yaxşılaşması  isə  əks  prosesə  işarədir.  Belə  proqnoz  üsulu  ancaq 
qısamüddətli proqnozlar üçün yararlıdır.  
     Temperatur  kontrastı  (T
v
)
  -  temperatur  kontrastının  artması 
cəbhənin  güclənməsinə,  azalması  isə  dağılmasına  səbəb  olur. 
Əslində,  temperatur  kontrastının  artması  cəbhədə  termodinamik 
selenoidlərin 
artmasına, 
cəbhə 
ərazisində 
sirkulyasiyanın 
güclənməsinə və şaquli hərəkətlərin artmasına səbəb olur. (T
v
) – in 
qiyməti  nə  qədər  çox  olarsa,  cəbhə  bir  o  qədər  siklonik  olar. 
Bununla  yanaşı  temperatur  kontrastı  əks  təsir  də  göstərə  bilər. 
Yüksək  frontal  zonada  temperatur  kontrastının  olması  və  ya 


 
artması,  yer  səthində  müəyyən  şəraitdə  antisiklogenezin  əmələ 
gəlməsinə  səbəb  ola  bilər.  Belə  hallarda  cəbhənin  qarışması  baş 
verir.  Kontrastın  azalması  isə  hava  şəraitinin  dəyişməsinə  az  təsir 
edir.  Praktikada  temperatur  kontrastına  təsir  edən  bütün  faktorları 
nəzərə  almaq  qeyri  mümkündür.  Adətən,  iki  əsas  faktor  nəzərə 
alınır:  iqlim  frontogenezi  və  hava  kütlələrinin  tranformasiyası. 
Bunların  nəzərə  alınması  dəyişikliyin  nisbətən  dəqiq  verilməsinə 
dəlalət  edir.  Transformasiya  bir  istiqamətdə  təsir  edir,  nəticədə, 
kontrastın  azalmasına  səbəb  olur.  Əslində,  soyuq  hava  kütləsi 
transformasiya  prosesində  isinir,  isti  hava  kütləsi  isə  soyuyur. 
Temperatur  kontrastının  azalması  da  bunun  nəticəsində  baş  verir. 
Bəzi  hallarda,  cəbhədə  temperatur  kontrastı  oroqrafiyanın  təsiri 
nəticəsində  dəyişir.  Məsələn,  cəbhənin  okeandan  quruya,  qurudan 
okeana  doğru  hərəkəti  zamanı  bu  dəyişikliyi  görmək  olar. 
Okeandan  materikə  və  əksinə  hərəkət  edən  cəbhələr  ancaq 
temperatur  sahələrinin  aşağı  təbəqələrində  qarışır  (güclənir), 
hündürlükdə  isə  temperatur  kontrastları  bir  qayda  olaraq  eyni 
qalırlar.  
     Barik  çuxurun  profili
  –  cəbhə  zonasında,  atmosferin  aşağı 
təbəqələrində  hava  axınlarının  konvergensiyasını  müəyyən  edir. 
Konvergensiya nə qədər güclü olarsa, qalxan hərəkətlər bir o qədər 
çox,  yağıntı  və  buludəmələgəlmə  prosesi  bir  o  qədər  aktiv  olar. 
Barik çuxurdakı izobarik səthlər nə qədər kəskin əyilərsə, cəbhə bir 
o  qədər  güclü  olar.  Barik  çuxurun  dərinləşməsi  cəbhənin 
güclənməsinə, dolması isə cəbhənin qarışmasına səbəb olur.  
     Barik çuxurun sərtliyi aşağıdakı formulla təyin olunur: 
 
                                          
0
s
i
2p
p
p
Δp



 
 
burada, 
     
s
i
p
p
,
 - isti və soyuq hava kütlələrindəki təzyiq, 
     
0
p
 - cəbhə xəttində havanın təzyiqidir. 


 
      Δp  - in proqnoz üsullarından biri də ekstrapolyasiyadır. Yalın 
sərtliyinin  3  saat  ərzində  dəyişməsi  barik  tendensiyaya  görə  təyin 
oluna bilər.  
 
                                          
0
s
i
a
2
a
a
Δp



 
burada, 
     
s
i
a
a
,
-  cəbhədən  hər  iki  istiqamətdə  150  km  aralıqda  barik 
tendensiyanın qiyməti, 
     
0
a
- cəbhə xəttində olan barik tendensiyadır. 
Havanın  rütubətliyi  – 
cəbhədə  hava  şəraitinin  evolyusiyasının 
proqnozunu  verərkən  cəbhənin  hər  iki  tərəfində  havanın 
rütubətliyinin  dəyişməsini  və  oroqrafiyanı  nəzərə  almaq  lazımdır. 
Məsələn,  Skandinaviya  dağlarını  aşan  cəbhələr  yağıntı  vermirlər. 
Cəbhənin Baltik dənizi üzərindən keçməsi zamanı isə, onun hər iki 
tərəfi su səthi ilə əhatə olunduğu üçün cəbhə quru səthinə çatdıqda 
güclü  yağıntılar  verir.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki, 
rütubətli  sahəyə  doğru  hərəkət  edən  cəbhələr  quru  sahəyə  doğru 
hərəkət edən cəbhələrdən daha aktiv olur. 
     
Rütubətli havanın dayanıqsızlığı
 – bəzən barik çuxurun dolması 
zamanı  cəbhədə  yağıntının düşməsi dayanmır,  əksinə güclənir.  Bu 
rütubətli  havanın  dayanıqsızlığı  zamanı  baş  verir.  Barik  sahədə 
cəbhənin 
rolu 
nə 
qədər 
az 
olarsa, 
rütubətli 
havanın 
dayanıqsızlığının  yağıntıların  əmələgəlməsində  rolu  bir  o  qədər 
böyük olar.  Bu  hadisə, əsasən, zəif cəbhələrin  müşahidə olunduğu 
yay  dövrundə  izlənilir.  Belə  cəbhələrdə  isti,  dayanıqlı  havada 
yağıntı düşmür. 
 
        Atmosfer cəbhələrinin yerdəyişməsinin proqnozu   
 
     Cəbhələrin  yerdəyişməsi  atmosfer  sirkulyasiyası  və  barik 
sahənin  vəziyyəti  ilə  sıx  əlaqəlidir.  Buna  görə  siklon  və 
antisiklonların  yerdəyişməsi  və  evolyusiyasının  proqnozu  mütləq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə