N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   82   83   84   85   86   87   88   89   90

 
 
     T və T
d
 xətlərinin kəsişdiyi nöqtə çənin əmələgəlmə zamanı,  T 
və  T
T
  xətlərinin  kəsişdiyi  nöqtə  isə  dumanın  əmələgəlmə  zamanı 
kimi  hesab  edilir.  Təbii  ki,  qrafikə  əsasən  duman  və  çənin 
əmələgəlmə vaxtı günəşin çıxma vaxtından gec olmamalıdır və bu 
şərt mütləq nəzərə alınmalıdır. 
     Dumanın  dağılmasının  proqnozu  zamanı,  təbii  ki,  ümumi 
sinoptik 
vəziyyətə, 
ilin 
və 
sutkanın 
vaxtına, 
ərazinin 
xüsusiyyətlərinə  fikir  verilməlidir.  Yayda  buludsuz  havada 
radiasiya dumanları günəş çıxdıqdan 1-2 saat, buludluq olduqda isə 
2-3 saat sonra dağılır. Payızda dumanların davamiyyəti yay və qışa 
nəzərən  (antisiklon  şəraitində)  çox  olur,  belə  ki,  güclü  inversiya 
qatı dumanları sutka ərzində də saxlaya bilir.  
      
Advektiv 
dumanlarının 
proqnoz 
üsulları.
 
Advektiv 
dumanları  soyuq  səth  üzərinə  isti  və  rütubətli  hava  kütləsinin 
adveksiyası 
mümkün 
olan 
sinoptik 
şəraitlərdə 
gözləmək 
mümkündür.  Bu  dumanlar  sutkanın  istənilən  vaxtında  müşahidə 
edilə  bilər.  Advektiv  dumanlar  qışda  və  ilin  keçid  vaxtlarında 
nəzərə  çarpacaq  dərəcədə  isti  olduqda  yaranırlar.  Advektiv 
dumanların proqnozu zamanı duman sahəsinin yerdəyişməsini,  yer 
səthində  havanın  və  şeh  noqtəsi  temperaturunun  advektiv 
dəyişmələrini,  buludların  yer  səthinədək  enmə  mümkünlüyünü, 
həmçinin  havanın  gecə  ərzində  radiasiya  soyumasını  da  nəzərə 
almaq lazımdır.  
      Advektiv dumanların ümumi yaranma şəraitləri aşağıdakılardır: 
      1)  yer  səthində  şeh  nöqtəsi  temperaturunun  çatışmazlığı  çox 
böyük 
olmamalıdır. 
(d>3°C 
şəraitində, 
adətən, 
dumanlar 
yaranmırlar); 
      2)  yer  səthində  küləyin  sürəti  8  m/san-dən  çox  olmamalıdır 
(böyük  sürətli  küləklərdə  yerüstü  inversiya  qatı  pozulur,  bu  da  ki, 
dumanın dağılmasına səbəb olur); 
     Advektiv  dumanların  proqnozu  üçün  bir  neçə  üsul  və 
metodlardan  istifadə  etmək  olar.  Əsas  proqnoz  üsulları  isə 
aşağıdakılardır: 


 
     İ.V.Koşolenko  metodu  ilə  advektiv  dumanların  proqnozu.
 
İ.V.Koşolenko  advektiv  dumanların  proqnozu  üçün  aşağıdakı 
qrafiki təklif edir (şək. 109) 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Şək.  109.  Advektiv dumanların əmələgəlmə mümkünlüyü 
üçün    
                                      İ.V Koşolenko qrafiki  
 
     Qrafikdə  şaquli  ox  üzrə  flüger  hündürlüyündə  küləyin 
proqnozlaşdırılan  kəmiyyəti,  üfüqi  ox  boyunca  isə  temperaturun 
üfüqi  qradiyenti  göstərilir.  Burada  temperaturun  üfüqi  qradiyenti 
hava  xəritələrinə  görə  təyin  edilir.  Hava  xəritələrində  temperatur 
məlumatlarına  görə  havanın  proqnoz  məntəqəsindən  və  əksinə 
hərəkət  istiqamətini  müəyyənləşdirmək  mümkün  olur.  Bu  qrafikin 
köməkliyi 
ilə 
advektiv 
dumanları 

saat 
qabaqcadan 
proqnozlaşdırmaq  mümkündür.  Belə  ki,  əgər  verilən  ilkin 
məlumatlar  qrafikdə  göstərilən  əyridən  aşağıdadırsa,  onda 
u
f , 
m/san 
Булуд сащяси 
  
Думан сащяси 
    
 
10 
 
   

 
  
 
   

 
   
 
   

  
 
   

 
 
 
   
      0  0,2   0,4   0,6  0,8  1,0  1,2   
ΔS
δT
100
C

км 


 
proqnozda duman gözləmək mümkündür, əksinə, əgər verilən ilkin 
məlumatlar  göstərilən  əyridən  yuxarıdadırsa,  onda  duman 
proqnozlaşdırılmır.  
      N.V.Petrenko  metodu  ilə  advektiv  dumanların  proqozu.
 
N.V.Petrenko  advektiv  dumanların  proqnozu  üçün  hərəkət 
trayektoriyasının  başlanğıcında  temperaturun  üfüqi  qradiyentini 






ΔS
δT ,  şeh  nöqtəsi  çatışmazlığını  (d)  və  yer  səthində  küləyin 
proqnozlaşdırılan  sürətini  (u)  nəzərə  almağı  təklif  edir.  Bütün 
bunları göstərmək üçün N.V.  Petrenko kompleks  qrafik təklif  edir 
(şək. 110).  
     Advektiv  dumanların  dağılma  vaxtını  təyin  etmək  və 
proqnozlaşdırmaq  üçün  aşağıdakıları  bilmək  vacibdir:  Advektiv 
dumanlar: 
-  isti  adveksiyadan  sonra  dağılırlar  (küləyin  istiqamətinin  əksinə 
dönməsi); 
     - günəşin çıxmasından sonra dağılırlar (temperaturun artması və 
yer səthinin qızması nəticəsində);  
     -  yer  səthinin  radiasiya  soyuması  nəticəsində  dağılırlar 
(radiasiya soyuması,  inversiyanın  pozulması  və dumanların  yuxarı 
sərhəddində  temperaturun  düşməsi  dumanın  dağılmasına  səbəb 
olur).  Bu  isə  həmçinin  gecə  ərzində  buludluğun  özünün  proqnozu 
üçün əlverişli hesab edilir; 
-  yerüstü küləyin  sürətinin  8  m/san  və daha çox  artması 1-6  s-dan 
sonra dumanların dağılmasına səbəb olur; 
     -  yağıntıların  düşməsi  nəticəsində  də  advektiv  dumanlar 
dağılırlar. 
 
  
 
 
 
 
 
булуд сащяси 
Думан сащяси 
   3 
 
 
   2 
 
    
   1 
 
 
   0 
 
 
   2 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə