N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   82   83   84   85   86   87   88   89   90

 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 113. İsti adveksiya zamanı 300 m-dən aşağı və yuxarı 
buludluluğun proqnozu üçün nomoqramma     
                                                                                                     
      Hər iki tənlikdə H- buludların aşağı sərhəddinin hündürlüyü, m; 
T- yer səthində havanın temperaturu, C; R- isə nisbi rütubətlikdir, 
%.   
     Abşeron yarımadası üzərində aşağı sərhəd buludlarının minimal 
hündürlüyünü  təyin  etmək  üçün  N.Hüseynov  tərəfindən  tərtib 
olunmuş aşağıdakı formullardan istifadə edilir. 
     - şimal küləkləri zamanı  H
min
 = [0.56 H
0
 + 58] ± 50,  
     - cənub küləkləri zamanı  H
min
 = [0.79 H
0
 + 3] ± 36, 
burada, 
     H
min 
–  aşağı  sərhəd  buludları  yarandıqdan  sonra,  yaxın  3  saat 
ərzində proqnozlaşdırılan buludların minimal hündürlüyü, 
     H
0
  –  proqnoz tərtib  olunan  zaman  proqnoz  məntəqəsində  aşağı 
sərhəd buludlarının hündürlüyü, m. 
     Buludların  yuxarı  sərhəddinin  proqnozu.  Buludların  yuxarı 
sərhəddinin  hündürlüyü  buludların  aşağı  sərhəddi  ilə  müqayisədə 
uçuşların  təhlükəsizliyinə  az  təsir  edir.  Bununla  belə,  bulud 
təbəqələrinin  şaquli  gücü  uçuşların  təhlükəsiz  yerinə  yetirilməsinə 
əhəmiyyətli dərəcədə təsir göstərən amillərdəndir.  
     Havada  olan  hava  gəmilərindən  verilən  məlumatları  buludların 
yuxarı sərhəddinin diaqnozu və proqnozu üçün kifayət qədər dəqiq 
məlumat  hesab  etmək  olar.  Bütün  dolayı  yollarla  alınan  bu 
məlumatlar 
operativ 
praktikada 
istifadə 
edilir 
və 
çox 


 
əhəmiyyətlidir.  Hava  gəmilərindən  verilən  məlumatlar  olmadıqda 
buludların  yuxarı  sərhəddi  haqqında  məlumatları  meteoroloji 
radiolokatorların  və  aeroloji  diaqramların  köməyi  ilə  əldə  etmək 
mümkündür.  Aeroloji  diaqramlarda  buludların  yuxarı  sərhəddi 
havanın  nisbi  rütubətliyinin  kəskin  və  nəzərə  çarpan  dərəcədə 
azalan səviyyəsinə uyğun gəlir. Aeroloji diaqramlarda bu səviyyəni 
şeh  noqtəsi  temperaturunun  əyrisi  ilə  stratifikasiya  əyrisinin    bir- 
birindən kəskin aralanması ilə təyin etmək olar.  
     Buludların  yuxarı  sərhəddinin  hündürlüyünü  müxtəlif  bulud 
sistemlərinin orta şaquli güclərinə görə təxmini olaraq təyin etmək 
olar.  Müxtəlif  bulud  sistemlərinin  şaquli  gücü  haqqında  ətraflı 
məlumat isə aşağıdakı cədvəl 11-də verilmişdir. 
Buludların  yuxarı  sərhəddini  təyin  etmək  üçün  bəzi  empirik 
tənliklərdən  istifadə  etmək  olar.  Məsələn,  laylı-topa  buludların 
yuxarı sərhəddini  hesablamaq üçün aşağıdakı tənlik təklif edilir: 
 
),
 
100
a
H
 
2(
y
H


 
burada,  
     H
a
 – buludların aşağı sərhəddinin hündürlüyüdür, m. 
     İsti atmosfer cəbhələrində isə buludların yuxarı sərhəddini təyin 
etmək üçün aşağıdakı tənlikdən istifadə etmək olar: 
 
1,
100
L
y
H


 
burada,
 
     H
y
 – buludların yuxarı sərhəddinin hündürlüyü, km;  
     L – atmosfer cəbhəsində  yağıntı zonasının eni, km. 
 
     Cədvəl 11 
Müxtəlif bulud sistemlərinin şaquli gücünün (qalınlığının) 
orta  
kəmiyyətləri 
 
Buludların forması 
Buludların qalınlığı, km 


 
Laylı və laylı topa  
0,5 – 07 
Qışda isti bölmədə laylı və laylı-yağışlı  
2 – 3 
Laylı-topa 
2 – 3 
Yuyulmuş cəbhələr zamanı laylı-
yağışlı  
2 – 3 
Aktiv cəbhələrdə yüksək-laylı və     
laylı-yağışlı  
5 – 8 
Həmçinin yuyulmuş cəbhələrdə       
laylı-yağışlı 
1 – 2 
Yüksək-topa 
1 – 3 
Topa –yağış    
9-11  
Lələkvari  
1-3  
      
     Operativ  iş  zamanı  bulud  sahələrini  və  onların  hərəkət 
istiqamətlərini,  yuxarı  sərhədlərinin  hündürlüklərini  və  digər 
parametrlərini  aşkarlamaq  üçün  daha  əlverişli  vasitə  olan  peyk 
məlumatlarından istifadə etmək lazımdır.   
                                                                                            
Atmosfer yağıntılarının proqnoz üsulları 
 
     Çiskin yağıntıların proqnozu.
 Çiskin yağıntılar laylı və yaxud 
laylı-topa  buludlardan  düşürlər.  Bu  yağıntıların  damcılarının 
ölçüləri, adətən, 0,5  mm-dən çox olmur.  Çiskin  yağıntılar,  əsasən, 
siklonların  isti  bölməsində  müşahidə  edilməklə,  isti  hava  kütlələri 
üçün  xarakterikdirlər.  Aşağı  laylı  buludluq  üçün  səciyyəvi 
yağıntılar müsbət temperaturlarda çiskin, mənfi temperaturlarda isə 
həddən artıq soyumuş çiskin və qar dənələridir. 
     Çiskin  yağıntılar  zamanı  buludların  yuxarı  hündürlükləri  mənfi 
10°C-dən  yüksək  olmur.  Bu  yağıntılarda  havanın  zəif  şaquli 
hərəkətləri müşahidə edilir.  
     Çiskin  yağıntıların  proqnozu,  əsasən,  850  hPa  səthdə  aparıcı 
axın  üzrə  yağıntı  zonalarının  hərəkət  istiqaməti  və  evolyusiyası 


 
nəzərə  alınmaqla  verilir.  Yağıntı  zonalarının  hərəkəti  siklonun  isti 
bölməsinin  hərəkəti  ilə  əlaqədardır.  Əgər  yağıntılar  antisiklonların 
ətraf  hissələrində  müşahidə  edilirsə,  onda  onların  yerdəyişmə 
istiqaməti  mərkəzdə  olan  qradiyent  küləyin  istiqaməti  boyunca 
olacaqdır.  Çiskin  yağıntıların  proqnozu  zamanı  ərazinin  yerli 
xüsusiyyətlərini  və  yağıntıların  sutkalıq  gedişini  nəzərə  almaq 
lazımdır.  Çiskin  yağıntılar  zonası  MT
850
  xəritəsinin  izohipsləri 
boyunca buludluğun dəyişməsini nəzərə almaqla təyin edilir. Bu tip 
yağıntılar  tez-tez    gecə  saatlarında  buludluğun  radiasiya  soyuması 
nəticəsində güclənirlər. 
     
Aramsız  yağıntıların  proqnozu.
  As-Ns  buludlar  sisteminin, 
yəni  bütöv  cəbhə  buludları  sisteminin  yağıntıları  adi,  aramsız 
yağıntılar  adlanır.  Cəbhələrdə  yağıntılar  zonasının  enindən, 
cəbhənin  yerdəyişmə  sürətindən  və  müşahidə  məntəqəsinə  görə 
hərəkət  istiqamətindən  asılı  olaraq  aramsız  yağıntılar  fasiləsiz 
olaraq bir neçə saat və hətta bir neçə sutka da davam edə bilər. 
     Aramsız yağıntılar zonasının siklonların mərkəzi hissələrində və 
ya isti cəbhə qarşısında əmələgəlməsi daha çox səciyyəvidir. Onlar, 
həmçinin  okklyuziya,  bəzən  də  soyuq  cəbhələrin  keçməsi  zamanı 
da müşahidə edilir.  
     Bununla  belə,  aramsız  yağıntılar  zonasının  eni  həmişə  onların 
intensivlikləri  ilə  uyğun  gəlmir.  Məsələn,  isti  atmosfer  cəbhəsinin 
qarşısında siklonlar  yaranmağa  başladıqca dar,  ensiz zonada (100-
200  km)  intensiv  yağıntılar  müşahidə  edilir,  lakin  ilin  soyuq 
dövrlərində  siklonlardan  (400  km  və  daha  çox  üfüqi  paylanma 
məsafəsi olmaqla)  zəif qar  müşahidə edilə  bilər.  Hava kütlələrinin 
rütubətliyi  və  küləklərin  şaquli  hərəkətləri  böyük  olduqca, 
yağıntıların intensivliyi də böyük olur. 
      Atmosfer  yağıntılarının  proqnozu  aşağıdakı  sinoptik  şəraitlər 
nəzərə alınmaqla tərtib edilir: 
 1.    Aramsız  yağıntıların  proqnozu  yeni  cəbhə  siklonlarının 
əmələgəlməsi  və  ya  əmələ  gəlmiş  siklonların  dərinləşməsinin 
proqnozları  ilə  eyni  zamanda  qabaqcadan  müəyyən  edilir.  Təzyiq 
çuxurlarında  hələ  yağıntı  verməyən  isti  atmosfer  cəbhəsi 
yerləşdikdə və ya təzyiq çuxurunun dərinləşməsi gözlənilirsə, onda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə