N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   75   76   77   78   79   80   81   82   ...   90

 
kənd təsərrüfatı proqnozlarını və s.  misal  göstərmək olar. Belə ki, 
aviasiya proqnozlarında buludluq və görünüşü pisləşdirən atmosfer 
hadisələrinin  xüsusiyyətlərinə,  dəniz  proqnozlarında  küləyin,  kənd 
təsərrüfatı  proqnozlrında  isə  yağıntı,  temperaturun  və  s. 
xüsusiyyətlərinə xüsusi diqqət yetirilir. 
     Proqnozlaşdırılan  parametrin  tipindən  asılı  olaraq  bütün 
proqnozlar kəmiyyət və keyfiyyət proqnozlarına ayrılırlar.  
     Xətaları  müəyyən  bir  ədədlə  qiymətləndirilə  bilən  proqnozlara 
kəmiyyət  proqnozları
,  qalan  hallar  isə 
keyfiyyət  proqnozları
 
adlandırılır.  Məsələn,  maksimal  hava  temperaturunun  proqnozu 
kəmiyyət  proqnozudur,  çünki  temperaturun  proqnozlaşdırılan  və 
müşahidə  olunan  qiymətləri  arasındakı  fərqi  müəyyən  qiymətlə 
ifadə  etmək  olar.  Buludluğun  formasının  proqnozu  isə  keyfiyyət 
xarakterlidir,  çünki  proqnozlaşdırılan  topa-yağış  buludları  ilə 
müşahidə  olunan  laylı  buludluq  arasında  müəyyən  edilmiş  fərqi 
ədədi qiymətləndirmək qeyri-mümkündür. 
     Aerosinoptik  proseslərin  və  hava  proqnozlarının  təhlilinin 
əsasını  atmosfer  hadisələrinin,  meteoroloji  elementlərin  dövrü  və 
qeyri-dövrü  dəyişkənliklərinin  nəzərə  alınması  təşkil  edir. 
Müəyyən  meteoroloji  elementin  dövrü  dəyişməsi  dedikdə,  onun 
sutkalıq  və  illik  gedişi  nəzərdə  tutulur.  Meteoroloji  elementlərin 
qeyri-dövrü  dəyişmələri    isə  hava  kütlələrinin  növbəli  dəyişməsi, 
atmosfer  cəbhələrinin  keçməsi,  siklon  və  antiksiklonların  inkişafı 
ilə  əlaqədardır.  Məhz,  buna  görə  də  hər  bir  elementin 
proqnozundan  əvvəl  sinoptik  vəziyyətin    proqnozu,  yəni  hava 
kütlələrinin, 
atmosfer 
cəbhələrinin 
və 
barik 
sistemlərin 
yerdəyişmələrinin 
proqnozu 
verilir. 
Bununla 
belə, 
hava 
proqnozlarını tərtib edərkən aşağıdakılar mütləq nəzərə alınmalıdır: 
     a)  proqnozların  davam  etdiyi  müddətdə  barik  sistemlərin, 
atmosfer  cəbhələrinin  evolyusiyaları,  yaxud  hava  kütlələrinin 
transformasiya nəticəsində dəyişmələri; 
     b)  ilin  fəsillərinin  xüsusiyyətləri  və  meteoroloji  elementlərin  
sutkalıq gedişi; 
     c)  hərəkət  zamanı  hava  kütlələrinə  və  cəbhələrə  yerli  şəraitin, 
oroqrafiyanın təsiri. 


 
     Aviasiya 
üçün 
hava 
proqnozları 
təyinatına 
görə 
xüsusiləşdirilmiş  proqnozlar  olmaqla,  onun  məqsədi  uçan 
aparatların  uçuşlarına  yer  səthində  və  hündürlüklərdə  təsir  edən, 
gözlənilən  meteoroloji  element  dəyişmələrinin,  hava  hadisələrinin 
proqnozlaşdırılmasından ibarətdir. Ümumiyyətlə, xüsusi proqnozlar 
konkret istehlakçılar üçün onların fəaliyyət xüsusiyyətlərini nəzərə 
almaqla,  hazırlanır.  Müasir  aviasiya  hava  haqqında  məlumatları 
nəinki  faktiki  şəkildə,  həmçinin  onun  gələcək  dəyişmələrinin  də 
tendensiyasını  tələb  edir.  Aviasiya  üçün  hava  proqnozları  hava 
limanlarında,  zonalarda  və  marşrut  boyu  meteoroloji  şəraitin  elmi 
cəhətdən  əsaslandırılması  və  xüsusi  kodlar  vasitəsilə  qısaldılmış 
şəkildə  tərtibatını  nəzərdə  tutur.  Ümumiyyətlə,  hava  proqnozları 
üç: sinoptik, ədədi və statistik metodlar əsasında tərtib olunurlar. 
     Sinoptik  metodlar  barik  sahələrin,  atmosfer  cəbhələrinin  təhlili 
ilə 
həyata 
keçirilir. 
Ədədi 
metodlarla 
isə 
mürəkkəb 
hidrotermodinamika  tənliklərinin  həlli  əsasında  yerüstü  barik 
sahələrin,  mütləq  izobarik  səthlərin  qısamüddətli  və  uzunmüddətli 
proqnozları tərtib olunur. 
     Riyazi  statistikanın  köməyi  ilə  hər  hansı  bir  meteoroloji 
elementin  və  ya  hadisənin  çoxillik  statistik  sırasının  (məsələn, 
buludların  aşağı  sərhədlərinin  proqnozu,  görünüş,  külək,  şimşək, 
duman  və  s.)  empirik  yollarla  təhlili  aparılır  və  bunun  nəticəsində 
xüsusi  statistik  metodlar  yaradılır.  Sinoptiklər  bu  və  ya  başqa 
üsulun  proqnoz  effektivliyini  qiymətləndirməyi  və  qoyulan 
məsələlərə 
uyğun 
olaraq 
səmərəli 
həll 
yolları 
seçməyi 
bacarmalıdırlar.  
     Seçilmiş proqnoz üsulları aşağıdakı tələblərə cavab verməlidir: 
     1)  hər  hansı  bir  meteoroloji  kəmiyyətin  proqnozu  həm  ilkin 
müşahidə  materialları  həm  də  başqa  meteoroloji  elementlərin 
proqnoz  materilları,  əsasında  tərtib  edilə  bilər.  Birinci  növ 
proqnozlara  misal  olaraq  müəyyən  müddət  üçün  geopotensial  və 
temperaturların müşahidə edilmiş ilkin qiymətləri əsasında izobarik 
səthlərin  hündürlüklərinin  qabaqcadan  hesablanmasını,  ikinci  növ 
proqnozlara  isə  buludluluq  və  küləyin  proqnozlarından  istifadə 
etməklə temperaturun proqnozunu misal göstərmək olar; 


 
     2)  proqnoz  üsulları  kifayət  qədər  obyektiv  olmalıdır.  Başqa 
sözlə,  eyni  bir  üsuldan  və  ilkin  məlumatlardan  istifadə  edərək  iki 
sinoptik  eyni  və  ya  yaxın  bir  nəticə  almalıdırlar.  Bu  tələbi  ən  çox 
ödəyən proqnoz barik sahənin riyazi proqnozudur; 
     3) proqnozlarda meteoroloji kəmiyyətlərin qiymətləri gözlənilən  
intervalla  (qradasiya)  göstərilir.  Məsələn,  temperatur  15
0
C-dən 
18
0
C-dək, küləyin sürəti 4-7 m/san və s..  
     Bütün  tip  hava  proqnozları  aşağıdakı  mərhələləri  keçməklə 
tərtib edilməlidir: 
     a)  havanın  faktiki  vəziyyətini  qiymətləndirmək,  yəni  faktiki 
məlumatları, öyrənmək və ondan səmərəli istifadə etmək; 
b) hava və radiolokasiya kəşfiyyatının məlumatlarından istifadə 
etmək; 
c) aerosinoptik materialları dərindən və hərtərəfli analiz etmək; 
d) hava kütlələrinin transformasiyasını nəzərə almaq; 
e)  atmosfer  cəbhələrinin  və  barik  sistemlərin  yerdəyişməsi  və 
evolyusiyasını nəzərə almaq; 
f) meteoroloji elementlərin həmin rayonlarda çoxillik gedişinin 
xüsusiyyətlərini təhlil etmək. 
     Aviasiya üçün hava proqnozları iki yerə bölünür: 
    - fəzaya görə tərtib edilən hava proqnozları; 
    - zamana görə tərtib edilən hava proqnozları. 
    Fəzaya görə tərtib edilən hava proqnozları dörd yerə bölünür: 
    - aviasiyanın yerləşdiyi ərazi üzrə; 
    - aerodrom üzrə; 
    - uçuş rayonu üzrə; 
    - marşrut üzrə. 
Zaman  amilinə  görə  isə  tərtib  edilən  proqnozlar  üç  yerə 
bölünür: 
     - çox qısamüddətli ( 0 - 6 saat ) 
     - qısamüddətli ( 6 – 18 saata ) 
     - uzunmüddətli ( 18 - 30 saat ). 
     Qısamüddətli  hava  proqnozlarında    aşağıdakı  meteoroloji 
elementlər  və  atmosfer  hadisələri  proqnozlaşdırılır:  buludluq, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə