N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   76   77   78   79   80   81   82   83   ...   90

 
atomosfer hadisələri, üfüqi görünüş məsafəsi, yer səthi yaxınlığında 
və hündürlüklərdə küləklər, havanın temperaturu və s.. 
     Yuxarı  hündürlüklərdə  və  stratosferdə  uçuşlar  zamanı  əlavə 
olaraq  aşağıdakılar  da  proqnozlaşdırılır:  güclü  hava  axınlarının 
hündürlüyü,  istiqaməti  və  sürəti,  tropopauzanın  hündürlüyü, 
turbulentlik və buzbağlama əraziləri, topa yağış buludlarının yuxarı 
sərhədinin  hündürlüyü  və  s..  Dəyişkən  profilli  ərazilərdə  və  alçaq 
hündürlüklərdə uçuşlar zamanı aviasiya hava proqnozlarında əlavə 
olaraq dəniz səviyyəsinə gətirilmiş atmosfer təzyiqi və marşrut üzrə 
yer səthində havanın temperaturu da göstərilir. 
     Buludluq,  miqdarı,  forması,  aşağı  və  yuxarı  sərhədləri 
göstərilməklə  proqnozlaşdırılır.  Buludların  miqdarı  2-3  oktant 
intervalla, forması isə buludların morfoloji təsnifatına uyğun olaraq 
proqnozlaşdırılır,  lakin  aviasiya  proqnozlarında  ancaq  aviasiya 
üçün  təhlükəli  olan  buludların  (Cb)  formaları  göstərilir.  Üfüqi 
görünüş məsafəsi bütün hallarda proqnozlarda göstərilir. Bu zaman 
görünüşün  pisləşməsi  gözlənilirsə,  onda  onun  minimal  həddi 
göstərilməlidir. 
    Külək proqnozlarına onun istiqamətinin və sürətinin proqnozları 
daxildir.  Küləyin  istiqaməti  və  sürəti  konkret  kəmiyyətlə 
göstərilərək,  güclü küləklərin  şiddəti də proqnozlaşdırılır. Havanın 
temperaturu da Yer səthində bir kəmiyyətlə göstərilərək, maksimal 
və  minimal  qiymətləri,  onların  gözlənilən  müşahidə  vaxtı 
proqnozlaşdırılır.  Tropopauzanın  hündürlüyü  isə  1  km  intervalla 
göstərilir.Aerodromlarda operativ hava proqnozları 3 saat intervalla 
olmaqla, proqnoz müddəti 9 və ya 6 saat, 6 saatlıq intervalla isə 12, 
18  və  24  saatlıq  müddətlərdə  proqnozlaşdırılır.  Aerodromlar  üzrə 
proqnozlar  beynəlxalq  aviasiya  kodu  - 
TAF 
vasitəsi  ilə  tərtib 
olunur və aşağıda verilmiş qaydalar bu məlumatları əhatə edir: 
      a) proqnozun növünün müəyyənləşdirici identifikatoru; 
      b) hava limanının beynəlxalq kodu; 
      c) proqnozun buraxılma vaxtı; 
      d) proqnozun tarixi və fəaliyyət müddəti; 
  e) yerüstü külək; 
  h) görünüş məsafəsi; 


 
  v) atmosfer hadisələri; 
      q) buludluq; 
     Hər  bir  meteoroloji  element  və  hadisə  müəyyən  metod  və 
üsullarla proqnozlaşdırılır.  
                                                                                                                                                                             
         Külək və onunla əlaqədar olan bəzi təhlükəli 
atmosfer hadisələrinin proqnoz üsulları 
 
     Yuxarıda  qeyd  edildiyi  kimi 
külək
-  havanın  üfüqi  istiqamətdə 
yerdəyişməsidir.  Atmosfer  təzyiqinin  yer  səthində  qeyri-bərabər 
paylanması  havanın  üfuqi  istiqamətində  yerdəyişmələrinə  səbəb 
olan barik qradiyent qüvvəsini yaradır. Barik qradiyent qüvvəsinin 
təsiri  altında  hava  hissəcikləri  yüksək  təzyiq  sahələrindən  alçaq 
təzyiq sahələrinə doğru hərəkət edirlər. 
     Yer  səthində  küləyin  sürətinin  bir  çox    proqnoz  üsulları 
mövcuddur.  
     A.S.  Zverev  metodu  ilə  küləyin  sürətinin  proqnozu.  A.S. 
Zverev  ilin  və  sutkanın  vaxtından  asılı  olaraq  təzyiqin  üfüqi 
qradiyentindən  istifadə  etməklə,  küləyin  gözlənilən  sürətini  təyin 
etmək üçün qrafik tərtib etmişdir (şək. 103). 
     Şəkildən  göründüyü  kimi,  küləyin  sürətinin  artması  təzyiq 
qradiyentinin artmasına uyğun gəlir. Yer səthində küləyin sürətinin 
proqnozu  üçün  istifadə  edilən  ikinci  metod  O.Q.  Boqatkin 
metodudur.  Bu  metoda  görə  yer  səthində  küləyin  sürətinin 
proqnozu yarımempirik tənlik vasitəsilə təyin edilir: 
 
                                          
k(a),

 
burada, 
     U-küləyin  sürəti,  m/san;  k-yarımempirik  əmsal  olub,  2,5-ə 
barəbərdir;  (a)  -  barometrik  tendensiya  (hPa/3s)  olub,  sonuncu 
müşahidə müddətinin mütləq kəmiyyəti kimi götürülür. 
 
 
 
    
5,0 
 
       
  4,5 
 
  
 
  4,0 
 
 
 hPa/1
0
 meridian 
 
Yay – gecə 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 103. Külək sürətinin təzyiqin üfüqi qradiyentindən 
asılılıq     
 qrafiki 
     Bu tənlik, xüsusilə, soyuq atmosfer cəbhəsinin keçməsi zamanı 
daha etibarlı hesab edilir.   
Aeroloji  dioqramların  köməkliyi  ilə  ildırım  zamanı 
maksimal  küləklərin  proqnozu.  Aeroloji  diaqramların  köməkliyi 
ilə ildırım zamanı maksimal küləklərin proqnozu üçün yer səthində 
havanın 
maksimal 
temperaturunun 
proqnozlaşdırılan 
kəmiyyətindən  rütubətli  adiabat  boyunca  600  hPa-lıq  səviyyəyə 
qalxmaqla,  bu  səviyyədə  ΔT  kəmiyyəti  təyin  edilir.  Burada  ΔT 
kəmiyyəti  rütubətli  adiabatla  hal  əyrisinin  temperaturlar  fərqidir. 
Bu  zaman  maksimal  külək  sürəti  aşağıdakı  tənlik  vasitəsilə  təyin 
edilir. 
 
T,
 

U
maks

 
 
burada,  


 
     U – küləyin sürəti, m/san;  
     ΔT – dərəcələrlə temperatur fərqidir.  
     İldırım  zamanı  yer  səthində  küləyin  maksimal  şiddət  sürəti  isə 
şəkil 104-də  öz əksini tapmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 104. İldırım zamanı yer səthində küləyin maksimal   
şiddətinin proqnoz qrafiki 
 850  hPa  izobarik   səthdəki   külək  məlumatlarına  görə  yer 
səthində  küləyin    proqnozu.  Bu  üsul  vasitəsilə  yer  səthində 
küləyin  sürətini  bir  sutkayadək  qabaqcadan  proqnozlaşdırmaq 
mümkündür (şək. 105).  
 
 
 
 
 
 
 
 
 
 
     0          5       10        15        20      25  Δ T 
U
max. 
m/san 
     35
     
 
     30
 
     25
     20
     
 
     15
     
 
     10
       5
     14        18       22       24         26
    
V
m/san
 
          
850 
                  km/s 
             160  
      
             140 
    
             120 
     
 
             
              100 
        
                80 
     
 
 
                60   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə