N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
babilin-en-varli-adami

ALTINCI ÇARƏ 
S0G8
 
Gələcəyiniz üçün gəlir mənbəyi təmin edin
 
-  Hər  adamın  həyatı  onun  uşaqlığından  qocalığına  kimi  davam 
edir. Tanrı bizi vaxtından əvvəl öz yanma çəkmədikcə, həyat yolumuz 
budur  və  heç  kim  ondan  yayına  bilməz.  Ona  görə  də  deyirəm  ki, 
cavanlıq ötdükcə adam gələcək günləri üçün layiqli gəlir əldə etməyə 
hazırlıq  görməlidir.  Artıq  öz  ailəsinin  yanında  olmayacağı  vaxtı 
nəzərə  alaraq,  onlara  necə  dəstək  olacağı  və  rifahları  haqqında 
düşünməlidir.  Bu  dərs,  artıq  heç  nə  öyrənə  bilməyəcəyiniz  günlər 
üçün  həmişə  ehtiyatda  olacaq  dolu  pul  kisəsinə  sahib  olmağın 
yollarını öyrədəcəkdir. - Ar- kad tələbələrinə altıncı gün bu sözlərlə 
müraciət  etdi.  -  Pul  yığmış  adam  var-dövlətin  artım  qanunlarını 
anlayaraq, həmişə gələcək haqqında düşünməlidir. Vaxtı ikən düşün-
düyü həmin gün gələndə, o, uzun illərə kifayət edəcək bəzi yatırım və 
gündəlik tələbatlarını planlaşdırmalıdır. 
Rahat  gələcəyi  təmin  etmənin  müxtəlif  yolları  var.  Xəlvəti  yer 
tapıb, öz əmanətlərini orada gizlicə basdırmaq olar. Ancaq siz onu nə 
qədər yaxşı gizlətsəniz də, on 
53 


 
lar  oğruların  şikarına  çevrilə  bilər.  Odur  ki,  mən  bu  yolla  getməyi 
məsləhət görmürəm. 
Özünə çox sayda ev və torpaq almaq olar. Əgər onlar doğru-dürüst 
seçilsə və gələcək üçün öz dəyərini qoruyub- saxlasa, onlardan gələn 
gəlir  və  ya  satışlarından  əldə  olunan  mənfəət  bu  məqsədlərə  yaxşı 
qulluq edə bilər. 
Məbləğin  bir  hissəsini  sələmçiyə  verib,  onun  daimi  artımını 
izləmək  olar.  Faizləri  ilə  birgə  gələcəkdə  o  müəyyən  qədər  yüksələ 
bilər. Mən Ansan adında bir pinəçi tanıyıram, o bu yaxınlarda mənə 
danışıb ki, səkkiz il ərzində hər həftə sələmçiyə iki dənə gümüş qəpik 
verirdi. Bu günlərdə sələmçi hesabat apararaq xoş nəticəyə gəldi. Hər 
dörd  il  üçün  gəlirin  adi  artımının  dörddəbir  olduğunu  nəzərə  alsaq, 
onun ehtiyatda min qırx dənə gümüş qəpiyi yığılmışdı. 
Əgər o, daha on iki il, həftəyə iki qəpik olmaqla, yenə belə daimi 
yatırımlar etsə, onda sələmçinin ona dörd min gümüş ödəyə biləcəyini 
hesablayıb, daha da çox sevindi, belə ki, bu ona ömrünün sonuna qədər 
layiqincə yaşamağa bəs edəcək. 
Əgər hətta bu cür xırda yatırımlar belə, nəticədə gəlir gətirirsə, o 
zaman  işinin  nə  dərəcədə  gəlirli  olmasından  asılı  olmayaraq 
har  bir 
kas öz qocalığının bolluq içində keçməsini və ailəsinin rifahını təmin 
etməyə borcludur.
 
Düşünürəm  ki,  bütün  söylənənlərə  bir  şey  də  əlavə  etmək 
lazımdır.  Ürəyimdə  mən  əminəm  ki,  bir  gün  hansısa  müdrik  adam 
ölümdən  sığortalanmağın  elə  bir  yolunu  tapacaq  ki,  bütün  insanlar 
həyatı boyu mütəmadi xırda 
54 


 
ödənişlər  etməklə,  nəticədə,  ölənin  ailəsi  üçün  yuvarlaq  məbləğ 
toplayacaqlar. Mən bunu çox istəyərdim, lakin bu gün belə  bir şey 
mümkün  deyil,  çünki  bu  cür  sövdələşmələr  istənilən  sələmçinin 
ömründən daha uzunmüddətli olmalıdır. Belə razılaşmalar hökmdar 
taxt-tacı  qədər  daimi  və  etibarlı  olmalıdır.  Mən  hiss  edirəm  ki,  bir 
gün  bu  planlar  həyata  keçəcək  və  bir  çoxları  üçün  qazanc  olacaq. 
Belə ki, ən xırda ilk yatırım belə, ailənin hər hansı bir fərdi öləcəyi 
təqdirdə bütün ailəyə külli miqdarda pul almaq haqqını verəcək. 
Nəzərə alsaq ki, biz gələcəkdə yox, öz zəmanəmizdə yaşayırıq, bu 
gün əlverişli olan vasitələrdən və yollardan istifadə etməliyik. Odur 
ki,  mən  ahıl  yaşımızda  pul kisəmizi  hansı yolla  sığortalayacağımız 
haqda  düşünməyi  məsləhət  görürəm.  Əks  təqdirdə,  əgər  bir  insan 
artıq çörək pulunu qazanmaq iqtidarında deyilsə və ya ailə başsız qa-
larsa, böyük fəlakət baş verə bilər. 
Bu  da  boş  pul  kisəsi  üçün  altıncı  çarə: 
yaşlanacağınız  vaxtı 
düşünüb,  ailinizin  rifahının  vı  öz  ehtiyaclarınızın  qeydim  ıwılcıdm 
qalın.
 
55 


 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə