Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

31 

 

qaytarmaq üçün bəzi yarımçıq addımlar atmaq qərarına gəldi. Sovet imperiyasının 



Müdafiə və Daxili İşlər nazirliklərinin, həmçinin Azərbaycan XTMD-nin 6 minlik 

qüvvəsi  ermənilərin  baza  rayonlarına  qarşı  yeridildi.  Bu  qüvvələrin  3  min  nəfəri 

Azərbaycan  XTMD-nə  məxsus  idi  və  əsas  ağırlıq  da  onların  üzərinə  düşürdü. 

Aprelin  30-dan  mayın  15-nə  qədər  davam  edən  əməliyyat  nəticəsində  Çaykənd 

(Getaşen),  Qarabulaq  (Martunaşen),  Hadrut  istiqamətlərində  ermənilərin  bir  sıra 

baza məntəqələri ləğv edildi,  canlı qüvvələri, o cümlədən Ermənistan Daxili İşlər 

Nazirliyinin  11  əməkdaşı  məhv  edildi.  Lakin  Moskva  əməliyyatı  çox  tez 

dayandırdı  və  baza  rayonlarının  ləğv  edilməsi  başa  çatdırılmadı.  İyul  ayında 

Azərbaycan XTM Dəstəsi müstəqil şəkildə Goranboy rayonunun içərilərinə doğru 

irəlilədi.  Ağır  döyüşlərdən  sonra  Manaşid,  Buzluq,  Erkəc  baza  məntəqələri 

düşmənlərdən  azad  edildi.  1991-ci  ilin  yaz-yay  əməliyyatından  sonra  ermənilər 

ciddi şəkildə geri çəkildilər. İyulun 19-da vilayət soveti "qarşıdurmadan dialoq və 

danışıqlar siyasətinə keçmək" haqda qərar qəbul etdi. Ermənilər bu vaxt qoşunların 

Dağlıq  Qarabağdan  çıxarılması  müqabilində  Azərbaycanın  tərkibindən  çıxmağa 

dair qərarlarını ləğv edəcəklərini bildirdilər. Partiya funksioneri Valeri Qriqoryanın 

başçılıq  etdiyi  nümayəndə  heyəti  bu  təkliflə  Xankəndindən  Bakıya  gəldi.  İyulun 

20-də  Bakıda  V.Qriqoryanın  qrupu  ilə  görüş  keçirildi.  Onların  gətirdikləri 

müraciətdə  göstərilirdi  ki,  SSRİ  və  Azərbaycan  SSR  konstitusiyaları  əsasında 

danışıqlar  aparmağa  hazırdırlar.  Bu,  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibində 

qalması demək idi. Nümayəndə heyəti Xankəndinə qayıtdıqdan az sonra, avqustun 

10-da  V.Qriqoryan  öldürüldü.  Bu  hadisələrlə  eyni  vaxtda,  iyulun  20-də  L.Ter-

Petrosyan  Novo-Oqaryovada  M.Qorbaçovla  görüşmüş  və  yeni  ittifaq  müqaviləsi 

ilə bağlı güzəştə getməyə razılaşmışdı. 

Sovet  imperiyasının  rəhbərliyində  Siyasi  böhranın  dərinləşməsi  və  1991-

ci ilin avqustunda baş vermiş dövlət çevrilişi vəziyyəti kökündən dəyişdi. Moskva 

regionlar  üzərində  nəzarəti  itirdi.  Avqustun  sonunda  imperiyanın  Dağlıq 

Qarabağdakı  hərbi  qüvvələri  idarəolunmaz  vəziyyətə  düşdülər,  komandirlərin 

əksəriyyəti erməni silahlı dəstələri tərəfindən ələ alındılar. Bu şəraitdə Ermənistan 

Dağlıq  Qarabağda  geniş  fəaliyyətə  başladı.  Sentyabrın  2-də  burada  'Dağlıq 

Qarabağ  respublikası"  deyilən  qondarma  qurumun  yaradıldığı  elan  edildi. 

Ermənistan  işğal  faktını  gizlətmək  üçün  Qondarma  "qurumu"  ortaya  atdı.  Dərhal 

ərazidəki  15  min  nəfərlik  erməni  silahlı  dəstələri  "Dağlıq  Qarabağ  respublikası 

özünümüdafiə  qüvvələri"  adı  altında  birləşdirildi,  sonralar  isə  "DQR  müdafiə 

ordusu" adlandırıldı. Azərbaycan Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyi" ilə 

manipulyasiya  etməsinə  cavab  olaraq  noyabrın  26-da  bu  ərazinin  muxtariyyətini 

ləğv etdi. 

Ermənilər  1991-ci  il  sentyabrın  ortalarında  Goranboy  rayonunun  qərb 

hissəsində  hücuma  keçərək  bir  neçə  yaşayış  məntəqəsini  yenidən  zəbt  etdilər. 




32 

 

Oktyabrın  əvvəlindən  isə  Azərbaycan  türklərinin  Dağlıq  Qarabağdan  çıxarılması 



məqsədi  ilə  geniş  əməliyyatlara  başladılar.  Moskvanın  hələ  də  burada  olan  hərbi 

qüvvələri bu əməliyyatlarda iştirak edirdilər. Oktyabrın 28-də ermənilər Xocavənd 

(Martuni)  rayonunun  yaşayış  məntəqələrinə  hücum  etdilər.  Noyabrın  16-da 

döyüşlər  Hadrut  rayonunun  ərazisinə  keçdi.  Bu  döyüşlər  nəticəsində  ermənilər 

Dağlıq  Qarabağın  Azərbaycan  türkləri  yaşayan  kəndlərinin  böyük  əksəriyyətini 

zəbt  etdilər.  Noyabrın  24-dən  etibarən  Şuşa  və  Xocalı  tam  mühasirə  vəziyyətinə 

düşdülər, yalnız hava nəqliyyatı vasitəsi ilə əlaqə saxlanılırdı. Dekabrın ortalarında 

Moskva hərbi qüvvələrini Dağlıq Qarabağdan çıxartmağa başladı. Əslində isə hərbi 

hissələr  silah,  texnika  və  sursatlarını  erməni  dəstələrinə  verərək  çıxırdılar.  Təkcə 

81-ci  operativ  alayın  10  ədəd  zirehli  texnikası,  1000  ədəddən  artıq  atıcı  silahı 

ermənilərin ixtiyarına verilmişdi. 

 

 



Sovet imperiyasının süqutu və işğalın yeni mərhələsi 

 

 



1991-ci  il  dekabrın  8-də  Belovejsk  müqaviləsi  ilə  Sovet  imperiyasının 

süqutu rəsmiləşdirildi. Azərbaycan hələ avqust ayının 30-da müstəqilliyinin bərpa 

olunması  haqda  Bəyannamə  ilə  çıxış  etmiş,  oktyabrın  18-də  isə  "Dövlət 

Müstəqilliyi haqqında Konstitusiya aktı" qəbul etmişdi. Həmin dövrdə Ermənistan 

da müstəqilliyini elan etmişdi. Bununla da Qarabağ münaqişəsi iki müstəqil dövlət 

arasında müharibə xarakteri aldı. Həmin vaxta qədər Ermənistan Dağlıq Qarabağa 

iddialarını müxtəlif adlar altında gizlətməyə, münaqişəni yerli ermənilərin hərəkatı 

kimi təqdim etməyə çalışırdı. Bundan sonra Ermənistan Azərbaycana qarşı işğalçı 

müharibəni  açıq  şəkildə  davam  etdirdi.  Hərbi  əməliyyatlara  birbaşa  Ermənistanın 

Müdafiə  nazirliyi  tərəfindən  rəhbərlik  edilir  və  Qağlıq  Qarabağda  "Ermənistanın 

ekspedisiya korpusu" deyilən hərbi birləşmə fəaliyyət göstərirdi. Bütün digər hərbi 

qüvvələr  və    terror  dəstələri  bu  korpusun  tabeçiliyində  idilər.  Ermənistan  silahlı 

qüvvələrini  Rusiyanın  yardımı  ilə  formalaşdırır,  bütün  mühüm  siyasi  və  hərbi 

qərarları  Rusiya  ilə  razılaşdırırdı.  Rusiya  regionu  nəzarətdə  saxlamaq  üçün 

Ermənistandan  və  onun  Azərbaycana  qarşı  iddialarından  istifadə  edirdi. 

Ermənistan  öz  siyasətini  Rusiyanın  maraqlarına  uyğunlaşdıraraq  ərazi  iddialarını 

reallaşdırmaq  üçün  bu  münasibətlərdən  maksimum  yararlanmağa  çalışırdı. 

Azərbaycan  Rusiya-Ermənistan  ittifaqına  qarşı  ərazi  bütövlüyünü  bərpa  etmək 

uğrunda müharibə etmək zorunda qalmışdı. 

Azərbaycan  yeni  yaranmış  şəraitdə  silahlı  qarşıdurmaya  hazır  deyildi. 

Hərbi birləşmələr yox dərəcəsində idi. Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik 

strukturlarının  azsaylı  kontingenti  geniş  miqyasda  döyüş  əməliyyatları  aparmaq 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə