Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

25 

 

mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən 



mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". E.Qriqoryan 

Sumqayıt  hadisələri  zamanı  5  ermənini  şəxsən  özü  öldürmüş,  8  erməni  qadınını 

zorlamışdır.  Bu  cür  faktlar  çoxdur.  Erməni  təşkilatları  bu  cür  cinayətlər  törətmiş 

E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə Azərbaycan türkü Əhməd 

Əhmədov  haqda  ölüm  hökmü  çıxardı  və  hökm  dərhal  yerinə  yetirildi. 

E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı. 

Bu hadisələr məşhur deyimi bir daha təsdiq etdi: "ermənilər üçün ən yaxşı erməni 

ölü  ermənidir".  Ermənilər  ölmüş  və  yaxud  öldürülmüş  həmtayfalarından  həmişə 

məharətlə  istifadə  edirdilər.  Ermənilər  Sumqayıt  hadisələrindən  öz  məkrli 

niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda 

dərhal  dünya  ictimaiyyətində  yanlış  rəy  formalaşdırmağa,  antiazərbaycan  əhval-

ruhiyəsi  yaratmağa  başladılar.  Digər  tərəfdən,  erməni  təşkilatları  Azərbaycan  və 

Ermənistan  arasında  qarşıdurmaya  dönməz  xarakter  verməyə,  münasibətləri  daha 

da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışırdılar. 

Ermənilər qanlı terror aktlarını davam etdirirdilər. Martın 10-da İrəvandan cənubda 

Azərbaycan  türklərinin  yaşadıqları  Mehmandar  kəndinin  4  sakini  qətlə  yetirildi, 

martın  25-də  Ararat  rayonunun  kəndlərində  100-dən  artıq  ev  yandırıldı,  əhalisi 

qovuldu.  Ermənistanın  Azərbaycan  türkləri  yaşayan  kəndlərinə  hücumlar  adi  hal 

aldı. 

Vəziyyətin  gərginləşməsi  Moskva  rəhbərliyini  bəzi  addımlar  atmağa 



məcbur  ctdi.  Münaqişə  zonasına  əlavə  hərbi  qüvvələr  yerləşdirildi.  Fevralın 

sonunda Azərbaycan və Ermənistanda Moskvanın   hərbi   qüvvələrinin   sayı   13   

min   nəfərə   çatdırıldı. 

Təxminən  həmin  vaxtda  Ermənistan  ərazilərində  ilk  hərbləşdirilmiş 

dəstələr  yaradıldı.  Bu  dəstələr  İrəvanda  fəaliyyət  göstərən  və  beynəlxalq  erməni 

terror  təşkilatlarının  dəstəyi  ilə  yaradılan  "Qarabağ  komitəsi"nə  tabe  idilər.  Bu 

Komitənin  rəhbərlərindən  biri  sonralar  Ermənistanın  prezidenti  olmuş  L.Ter-

Petrosyan  idi.  1988-ci  ilin  yayına  qədər  bu  dəstələr  konkret  şəxsi  heyəti  olan 

mütəşəkkil birləşmələrə çevrildilər, ov və döyüş silahları ilə təmin edildilər. Eyni 

zamanda  Ermənistanın  kənd  rayonlarında  sərhədboyu  yaşayış  məntəqələrini 

qorumaq  adı  altında  silahlı  "özünümüdafiə  dəstələri"  yaradıldı.  Bu  dəstələrin 

hamısı  vahid  mərkəzdən-millətçi  erməni  hərəkatının  liderləri  tərəfindən  idarə 

olunurdu.  1988-ci  il  iyulun  12-də  Dağlıq  Qarabağda  "vilayət  soveti"  deyilən 

qurumun  toplantısı  keçirildi  və  Azərbaycanın  tərkibindən  çıxmaq  haqda  qərar 

qəbul olundu. Bu toplantıya orada yaşayan azərbaycanlıların nümayəndələri dəvət 

olunmadılar. 

Ermənistanda  və  Dağlıq  Qarabağda  yaşayan  Azərbaycan  türkləri  isə 

silahlı  erməni  dəstələri  qarşısında  tam  müdafiəsiz  qalmışdılar.  Dağlıq  Qarabağda 




26 

 

Azərbaycan  türkləri  aramsız  olaraq  erməni  silahlılarının  hücumlarına  məruz 



qalırdılar.  Ermənistanda  isə  erməni  silahlı  dəstələrinin  hücumları  1988-ci  ilin 

noyabr-dekabr  ayları  ərzində  250  mindən  artıq  Azərbaycan  türkünün  öz 

yurdlarından  zorla  deportasiya  edilməsi  ilə  nəticələndi.  Bu  zaman  dinc  əhaliyə 

qarşı  dəhşətli  vəhşiliklər  törədildi,  216  nəfər,  o  cümlədən  57  qadın,  5  körpə  və 

müxtəlif yaşlarında 18 uşaq öldürüldü. 1988-ci ilin noyabrında Ermənistanın şimal-

şərq  hissəsindəki  Vartan  kəndində  12  azərbaycanlı  diri-diri  yandırıldı.  Ermənilər 

"etnik  təmizləmə"  siyasəti  nəticəsində  Azərbaycan  türklərinin  əsrlərlə  yaşadıqları 

172 yaşayış məntəqəsini, 8 min kv.km ərazini ələ keçirdilər. Bəzi yerlərdə qalmış 

dinc  əhali  də  1991-ci  ilə  qədər  qovulub  çıxarıldılar.  Azərbaycan  türklərinin 

yaşadıqları  sonuncu  kənd-Nüvədi  1991-ci  il  avqustun  8-də  boşaldıldı.  İnsanlar 

daim onları hədələyən ölüm ləhlükəsi qarşısında öz yurdlarını tərk etməli oldular. 

1988-ci  ilin  dekabr  ayında  Ermənistanda  baş  vermiş  zəlzələ  zamanı  da 

azərbaycanlı  və  ermənilərin  əsil  mənəvi  dəyərləri  nümayiş  etdirildi.  Zəlzələdən 

dərhal sonra, dekabrın 11-də Azərbaycandan xüsusi dəstə təyyarə ilə təbii fəlakət 

zonasına  yola  düşdü.  Lakin  köməyə  gələn  təyyarə  Leninakan  hava  limanının 

dispetçer  heyəti  tərəfindən  qəzaya  uğradıldı.  Bu  qəza  nəticəsində  73  nəfər 

azərbaycanlı  həlak  oldu,  yalnız  bir  nəfər  xilas  ola  bildi.  Həmin  şəxsi  isə 

Ermənistanda heç bir xəstəxana qəbul etmədi, onu təcili olaraq Bakıya göndərməli 

oldular.  Zəlzələdən  zərərçəkənlərə  kömək  üçün  gəlmiş  fransalı  xilasedicilər  isə 

daha  dəhşətli  hadisənin  şahidi  oldular.  Onların  aşkar  etdikləri  qaynaqlanmış 

borunun  içərisindən  71  azərbaycanlı  uşağın  meyidləri  çıxarıldı.  Məlum  oldu  ki, 

erməni  quldurları  hələ  noyabrın  12-də  uşaqları  diri-diri  həmin  borunun  içərisinə 

salaraq,  hər  iki  tərəfini  qaynaq  etmişdilər.  Bu  hadisə  uşaqlardan  birinin  anası 

Mədinə  Şərifovanın  gözləri  qarşısında  baş  vermişdi.  M.Qorbaçov  başda  olmaqla 

Moskva  rəhbərliyi  Ermənistanın  "etnik  təmizləmə"  və  ilhaqçı  siyasətini 

dəstəkləyir,  işğalçı  tərəfin  Azərbaycanın  hesabına  ərazilər  əldə  edərək 

möhkəmlənməsində maraqlı olduğunu gizlətmirdi. Hadisələrin bu ssenari əsasında 

davam  etdirilməsində  M.Qorbaçovun  erməni  əhatəsinin  də  kifayət  qədər  rolu  var 

idi. Zəlzələdən sonra M.Qorbaçov Ermənistanda oldu, bir sıra görüşlər keçirdi və 

"Qarabağ komitəsi"nin fəaliyyəti ilə bağlı bəzi tənqidi fikirlər səsləndirdi. Lakin bu 

fıkirlər yalnız söz olaraq qaldı. Düzdür, M. Qorbaçovun səfərindən dərhal sonra bu 

komitənin üzvlərini həbs edərək  Moskvaya apardılar, lakin cəmisi altı aydan sonra 

onları sərbəst buraxdılar  və  onlar  geriyə  qayıdaraq  öz  fəaliyyətlərini  davam 

etdirdilər. 

Ermənilər Azərbaycan türklərinin Ermənistandan deportasiya olunması ilə 

yanaşı  Dağlıq  Qarabağın  Azərbaycanın  nəzarətindən  hər  hansı  ad  altında 

çıxarılmasına  çalışırdılar.  Onlar  tezliklə  bu  niyyətlərinə  nail  oldular.  1988-ci  il 

iyunun  24-də  Moskva  özünün  xüsusi  təmsilçisini  Dağlıq  Qarabağa  göndərdi, 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə