Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

39 

 

yolu açıldı. Əsgərlərimiz Tərtər çayını keçərək cənuba doğru irəlilədi. Azərbaycan 



Ordusu sentyabrın 2-də Çıldıran yaşayış məntəqəsinə çıxaraq 83 gün davam etmiş 

hücum  əməliyyatını  başa  çatdırdı.  Bu  hücum  əməliyyatı  nəticəsində  Dağlıq 

Qarabağ  ərazilərinin  yarısına  qədəri  Ermənistanın  işğalından  azad  edildi. 

R.Koçaryan  sonralar etiraf edirdi ki,  "vəziyyət  dəhşətli idi, Azərbaycan qoşunları 

Qarabağın 48 faizini tutmuşdu". Ermənistan ordusu ciddi tələfat verdi. Yalnız 3-cü 

əlahiddə  motoatıcı  briqadanın  hücum  istiqamətində  düşmənin  2    min  nəfər  canlı 

qüvvəsi,  50-ə  qədər  zirehli  texnikası,  16  artilleriya-minomyot  sistemi  məhv 

edilmişdi. 1992-ci ilin yayında çoxminli erməni axını Dağlıq Qarabağın cənubuna 

doğru  axışırdı.  Bu  axın  vidieolentə  alınmışdır.  Onlar  Xankəndinə  çatmağa    can  

atırdılar.    Yaşlı    bir    qadın    kameranın    obyektivinə  qışqırırdı:  "Kim  bizi 

lənətləmişdir?  Biz  yiyəsiz  yetimlərikmi  ki,  onlar  bizə  belə  əzab  verirlər?" 

Azərbaycan  Ordusunun  yaxınlaşmaq  xəbəri  çatan  kimi  hərbçilər  və  dinc  əhali 

başıpozuq şəkildə qaçmağa başlayırdılar. Ağdərəyə girmiş Azərbaycan döyüşçüləri 

xatırlayırlar ki, heç bir müqavimət olmadı, şəhərə girdik, hamı qaçmışdı, yerdə bir 

dənə  də  olsun  atılmış  giliz  yox  idi,  başlarını  götürüb  qaçmışdılar.  Bu  şəraitdə 

Azərbaycan  Ordusunun  qələbəsi  çox  yaxın  idi.  Yüksək  səviyyəli  bir  erməni 

məmuru etiraf edir ki, "Stepanakertə (Xankəndinə) doğru gələn qaçqın  sürüsünün 

qarşısını almaq mümkün deyildi, şəhərin müdafiəsi yox dərəcəsində idi, bu axının, 

fəlakətin qarşısını ruslar aldılar, erməni rəhbərliyi rusları məsələyə qarışmağa razı 

sala  bildilər,  rus  döyüş  vertolyotları  havaya  qalxdı,  azərbaycanlılara  ağır  zərbə 

vurdu, bundan sonra hücum dayandı". Digər istiqamətlərdə tərəflər əsasən mövqe 

döyüşləri  ilə  kifayətlənirdilər.  Ermənistan  diqqəti  Qarabağ  cəbhəsindən 

yayındırmaq  məqsədilə Qazax  və Gədəbəy rayonları istiqamətində hücuma keçdi. 

Birbaşa  Ermənistan  ərazilərindən  həyata  keçirilən  hücumlar  dinc  əhalinin  məhv 

edilməsinə  yönəlmişdi.  Düşmən  1992-ci  ilin  mart-iyun  ayları  ərzində  Qazax 

rayonunun  Xeyrimli  (8  mart),  Aşağı  Əskipara  (12  mart)  Barxudarlı  (27  aprel), 

Sofulu (27 aprel), Qızıl Hacılı (11 may) Yuxarı Əskipara (8 iyun) kəndlərini işğal 

etdi.  Azərbaycan  ordusu  Gədəbəy  rayonu  istiqamətində  ermənilərin  hücumlarının 

qarşısını almaq üçün 1992-ci il avqustun 8-də əks hücuma keçdi. Ağıq döyüşlərdən 

sonra  Ermənistan  Daxili  İşlər  nazirliyi  sərhəd  alayının  hissələri  geri  çəkildilər  və 

Başkənd yaşayış məntəqəsi azad edildi. 

Sentyabr  ayının  əvvəlində  Azərbaycan  Ordusunun  Baş  Qərargahı  rəisi 

general-leytenant  Valeh  Bərşadlının  istefaya  göndərilməsi  dərhal  öz  mənfi 

nəticələrini  göstərdi.  Yeni  rəhbərlik  Dağlıq  Qarabağın  şimalında  əldə  olunmuş 

uğurları davam etdirmək əvəzinə əsas zərbəni Laçın dəhlizi istiqamətinə yönəltdi. 

Sentyabrın  18-də  dəhlizin  şimal  səmtinə  doğru  hərbi  əməliyyat  başladı.  Eyni 

vaxtda  3-cü  dağatıcı  alay  paraşut  desant  dəstəsi  ilə  birlikdə  Qarabağı  dağlarından 

Şuşa  istiqamətinə  zərbə  endirdilər.  Üçüncü  zərbə  Xocavənd  istiqamətinə 




40 

 

yönəldildi.  İlk  iki  gün  ərzində  qoşunlarımız  ermənilərin  müdafiə  xəttini  yararaq 



irəlilədilər.  Xocavənd  şəhəri  azad  edildi,  Azərbaycan  ordusunun  hissələri  Laçına 

yaxınlaşdılar.  Rusiya  dərhal  məsələyə  müdaxilə  etdi  və  danışıqların  bərpa 

edilməsinə  nail  oldu.  Rusiyanın  təkidi  ilə  hərbi  əməliyyatlar  sentyabrın  21-də 

dayandırıldı.  Azərbaycan  hərbi  əməliyyatların  gedişini  öz  xeyrinə  dəyişmək 

imkanını  əldən  verdi.  Ermənilər  əlavə  silah  və  texnika  almaq  üçün  Rusiyaya 

müraciət etdi. L.Ter-Petrosyan  B.Yeltsinlə olan  xoş münasibətlərindən  də istifadə 

edirdi.  Onun  özünün  bildirdiyinə  görə,  Ermənistana  silah  B.Yeltsinin  birbaşa 

tapşırığı ilə göndərilirdi. Sonralar rus generalı L.Roxlin rəsmi açıqlamasında 1995-

1996-cı  illər  ərzində  Rusiyanın  Ermənistana  1  milyard  ABŞ  dolları  dəyərində 

silah-sursat,  o  cümlədən,  84  ədəd  T-72  tankı,  50  ədəd  BMP-2  verməsini 

bildirməklə yanaşı həmçinin qeyd edirdi ki, 1992-ci ilin avqustundan 1994-cü ilin 

iyununa qədər Mozdokdakı rus hərbi bazasından Ermənistana külli-miqdarda silah-

sursat  göndərilmişdir.  Qeyd  olunmalıdır  ki,  yüksək  səviyyəli  3  rus  generalı  - 

P.Qraçov, F.Reut, M.Kolesnikov  ermənipərəst mövqeləri ilə xüsusi fərqlənmiş və 

ermənilərə  hərtərəfli  yardım  göstərilməsi  üçün  həmişə  canfəşanlıq  etmişlər. 

P.Qraçov Rusiyanın müdafiə naziri,  F.Reut  əvvəllər Rusiyanın Ermənistandakı 7-

ci  ordusunun  komandanı,  sonra  isə  Zaqafqaziya  hərbi  dairəsinin  komandanı, 

M.Kolesnikov  həmçinin  əvvəl  7-ci  ordunun  komandanı,  sonra  isə  Rusiya  silahlı 

qüvvələrinin  Baş  qərargah  rəisi  kimi  bu  yardım  göstərmək  üçün  geniş  imkanlara 

malik olmuşlar. 

1992-ci ilin payızında    iri    miqyaslı    əməliyyatlar    həyata keçirilmədi. 

Ermənistan  vəziyyətdən  istifadə  edərək  bəzi  yaşayış  məntəqələrini,  o  cümlədən 

sentyabrda      Ağdam,  oktyabrda  isə  Xocavənd  rayonlarının  bəzi  kəndlərini  zəbt 

etdi.  Noyabrın  16-da  errnəni  birləşmələri    Ağdam  şəhərinin  həndəvərinə 

yaxınlaşdılar.  Düşmən  Bakı  hərbi    məktəbinin  kursantlarından  təşkil  olunmuş 

taburun qüvvəsi ilə geri oturduldu. Noyabrın 23-də Azərbaycan daxili qoşunlarının 

bir  alayı  Dağlıq  Qarabağın  şimal  hissəsində  hücuma  keçdi  və  Sırxavənd  yaşayış 

məntəqəsini tutdu, lakin əlavə qüvvə gəlmədiyinə görə bir gündən sonra kəndi tərk 

etməli oldu. 

Daha  çox  fəallıq  Laçın  dəhlizi  zonasında  hiss  olunurdu.  Oktyabr-dekabr   

aylarında      tərəflər      dəfələrlə      dəhlizin  cənub  və  şimal  hissələrindəki  həlledici 

məntəqələri  ələ  keçirməyə  cəhd  göstərdilər.  İşğalçı  Ermənistanın  hərbi 

komandanlığı  Azərbaycan  Ordusunun  diqqətini  Laçın  dəhlizindən  yayındırmaq 

məqsədilə  dekabrın  10-12-də  15  km  ölkənin  içərisinə  doğru  irəlilədi.  Qubadlı  və 

Zəngilan  rayonlarının  Şayıflı,  Seidlər,  Ərkənd,  Bərəli,  Qazançı,  Günqışlaq, 

Pirveyisli,  Canbar,  Yuxarı  Qayalı  kəndlərini  zəbt  etdi.  Ermənilərin  bu  hücumu 

nəticəsində  23  nəfər  öldürüldü,  40  nəfər  yaralandı,  60  nəfər  itkin  düşdü. 

Azərbaycan  Ordusunun  əks-hücumları  ciddi  nəticə  vermədi.  Bundan  sonra 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə