Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə30/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

61 

 

görə,  Xankəndində  23,5  min,  Şuşada  5  min  nəfərə  qədər  əhali  yaşayır.  Laçın 



şəhərinin    adı  dəyişdirilərək  Berdzor,  rayonun    adı    isə  Kaşataq  qoyulmuşdur. 

Laçında  evlərin  85  faizi  bərpa  edilmişdir.  Burada  10  min  nəfərə  yaxın  erməni 

məskunlaşdırılmışdır.  Kəlbəcər  və  Ağdam  rayonlarına  da  əhali  köçürülmüşdür. 

Kəlbəcər  şəhərində  evlərin  yandan  çoxu  bərpa  edilmiş,  yeni  binalar  tikilmişdir. 

Kəndlərin də bəzilərində yaşayış vardır. Kəlbəcər şəhərində "Şaumyan rayonunun 

icra hakimiyyəti" deyilən qondarma qurum yaradılmışdır. Burada əsasən Şaumyan 

rayonundan  olan  ermənilər  məskunlaşmışlar.  Ağdam  şəhəri  yaxınlığındakı 

kəndlərdən  birində  280-300  erməni  yerləşdirilmişdir.  Onlar  buraya  Marağa 

kəndindən  gətirilimiş  və  məskunlaşdıqları    məntəqənin  adını    dəyişərək  Nor 

Marağa  (Yeni    Marağa)  qoymuşlar.  Dağlıq  Qarabağdakı  qondarma  qurumun  öz 

pasportları yoxdur. Xaricə getmək istəyənlər üçün Ermənistan pasportu verilir. 

Dağlıq  Qarabağda  aeroportlar  fəaliyyət  göstərmir,  Xocalıdakı  kiçik 

aeroport isə yalnız vertolyotlar üçün istifadə olunur. "DQR"-in illik büdcəsi 50-60 

milyon ABŞ dollan təşkil edir. Onun 25-30 milyon dollarını "dövlətlərarası kredit" 

formasında Ermənistandan alır. ABŞ Ermənistandan sonra ikinci ölkədir ki, Dağlıq 

Qarabağdakı  qondarma  rejimə  dövlət  səviyyəsində  yardım  (ildə  20-25  milyon 

dollar) göstərir. 

1998-ci  ildə  ABŞ  Konqresi  ilk  dəfə  Dağlıq  Qarabağa  ayrıca  humanitar   

yardım   göstərilməsi   haqda   qərar qəbul etdi. Dağlıq Qarabağda istifadə olunan 

elektrik enerjisinin 70 faizi özündə istehsal olunur, qalamm isə Ermənistandan ahr. 

Dağlıq Qarabağda məskunlaşan gəlmə əhali torpağı yalnız 25 illiyə icarəyə götürə 

bilərlər. Bu  məsələ  ilə  bağlı  Laçın  istisna  təşkil edir, orada  torpaq özəlləşdirilmiş 

və  əbədi  istifadəyə  verilir.  Xarici  müşahidəçilər  Dağlıq  Qarabağ  ətrafındakı 

rayonlardan evlərin sökülərək kütləvi surətdə daşınmasının, çoxlu sayda  ağacların 

qırılaraq aparılmasının, yeraltı sərvətlərin çıxarılaraq mənimsənilməsinin dəfələrlə 

şahidi olmuşlar. 

Bu  gün  Ermənistan  ordusunda  45  min  nəfərlik  canlı  qüvvə  5  korpusda 

cəmləşdirilimişdir. İşğalçı ölkənin silahlı qüvvələri 136 tank, 210 zirehli maşın, 57 

tank əleyhinə qurğu, 186 artilleriya qurğusu, az  sayda  təyyarə  və  vertolyotlara  

malikdir.   Rusiya  tərəfindən Ermənistana 8 operativ taktiki R-17raket kompleksi, 

27  "Kruq"  zenit-raket  kompleksi,  84  T-72  tankı,  18  "Qrad"  qurğusu  və  digər 

silahlar  verilmişdir.    Bunlardan  başqa  Ermənistan  işğal  olunmuş  ərazilərdə  3 

korpusda  cəmləşdirilimiş  18,5  min  nəfərlik  canlı  qüvvə,  180  tank,  174  zirehli 

maşın, 72 tankəleyhinə qurğu, 163 artilleriya qurğusu saxlayır. Dağlıq Qarabağdakı 

işğalçı qüvvələrdən 8,5 min nəfəri  yerli  ermənilər, 7  min  nəfəri  Ermənistandan  

gətirilimiş  çağırışçılar,  3  min    nəfərini    isə  başqa  ölkələrdən    cəlb    olunmuş 

muzdlular  təşkil  edir.  Bu  canlı  qüvvənin  40  faizi  müqavilə  əsasında  xidmət  edir. 

Ermənistanın 2007-cı il üçün hərbi büdcəsi 280 milyon ABŞ dolları təşkil etmişdir. 




62 

 

İşğalçı ölkə silah arsenalını əsasən Rusiyanın hesabına  təkmilləşdirir. Ermənistan 



və    Rusiya    həm  ikitərəfli,  həm  də  kollektiv  müqavilələr  əsasında  müttəfiqlik 

edirlər.  Rusiya,  Belorus,  Ermənistan,  Qazaxıstan,  Qırğızıstan,  Tacikistan  və 

Özbəkistanın  daxil olduqları  Kollektiv     Təhlükəsizlik  haqda  Müqavilə  Təşkilatı 

(KTMT)  Rusiya  tərəfindən  quruma  üzv  olan  ölkələrə  silahların  çox  ucuz  və 

simvolik  qiymətə  satılmasını  nəzərdə  tutur.  Rusiya  2006-2007-cı  illərdə 

Ermənistandakı  hərbi bazasını  modernləşdirmiş,   eyni   zamanda    Ermənistanın   

özünün   silahlı qüvvələrinin yenidən qurulmasına, yeni silah, sursat və texnika ilə 

təmin olunmasına yardım göstərmişdir. Hazırda Rusiya tərəfindən verilmiş  S-300 

raket qurğuları  Ermənistanın hava  hücumundan müdafiə sisteminin əsasını təşkil 

edir. Ermənistan  1999-cu ildə Çindən 4 ədəd MLRS "WM-80" tipli artilleriya atəşi 

sistemi, 2005-ci ildə isə Slovakiyadan 10 ədəd SU-25 təyyarəsi almışdır. 

Azərbaycan  Ordusunun  80  min  nəfərlik  şəxsi  heyəti  5  korpusda 

birləşdirilmişdir.  Qoşunların  arsenalı  220  tank,  220  zirehli  maşın,  285  artilleriya 

qurğusu, 100 döyüş təyyarəsi, 50 zərbə vertolyotu, 1 freqat, 3 patrul kateri, 5 mina 

əleyhinə  tral  gəmisindən  ibarətdir.  Azərbaycanın  hərbi  xərcləri  2004-2005-cı 

illərdə 51% , 2006-cı ildə 82% artmışdır. 2005-ci ilin dekabrında Müdafiə sənayesi 

nazirliyi yaradılmış və keyfiyyətli hərbi avadanlıq istehsalına başlanılmışdır. 2007-

ci ildə Azərbaycanın hərbi büdcəsi 1,1 milyard dollara çatmışdır. Azərbaycan son 

illərdə  çoxlu  sayda  güclü  silahlar,  o  cümlədən  12  "Smerç"  raket  sistemi,  85  ədəd 

PM-38  artilleriya  qurğusu,  72  ədəd  MT-12  tank  əleyhinə  top,  105  T-72  tankı,  6 

SU-25  qırıcı-bombardımançı  təyyarə,  1  SU-25  UB  qırıcısı,  14  MİQ-29  qırıcısı 

almışdır.  Yeddi  hərbi  aerodrom  modernləşdirilmişdir.  Bütün  bunların  nəticəsində 

Azərbaycan  Ordusu  işğalçı  Ermənistanın  silahlı  qüvvələri  ilə  müqayisədə  ciddi 

üstünlüyə nail olmuşdur, 

Azərbaycan  iqtisadi  göstəricilərinə  görə  Ermənistanı  bir  neçə  dəfə 

üstələyir. Ümumi Daxili Məhsul 2006-cı ildə 34,5% artmışdır. Adambaşına düşən 

ümumi  milli  gəlir   1995-ci  ildəki 470 ABŞ dollarından 2005-ci ildə 1240 dollara 

çatmışdır.  Orta  aylıq  əmək  haqqı  2007-ci  ildə  25,6%  artmışdır.  2008-ci  il  üçün 

dövlət  büdcəsi  12  millyard  dollar  həcmində  müəyyən  edilmişdir.  Azərbaycanın 

sübut olunmuş  neft ehtiyatları  7  milyard barrel civarındadır. Bu göstəriciyə  görə, 

Azərbaycan  MDB  məkanında  Rusiya  və  Qazaxıstandan  sonra  üçüncü  yerdədir. 

Azərbaycan    həmçinin  böyük    qaz    ehtiyatlarına  malikdir.  Müxtəlif  məlumatlara 

görə,  ölkənin  850  milyard-1,4  trilyon  kubometr  sübut  olunmuş  qaz  ehtiyatları 

vardır.  Ermənistanın  isə  iqtisadi  inkişafı  sabit  deyildir.  Bu,  Ermənistanın  xarici 

amillərdən,  o  cümlədən  maliyyə  yardımlarından  asılı  olması  ilə  bağlıdır.  1992-ci 

ildən  sonra  Ermənistana  ABŞ  tərəfindən  ildə  75-100  milyon  dollar,  "Minilliyin 

çağırışı" ABŞ proqramı çərçivəsində 235 milyon dollar, ABŞ-da fəaliyyət göstərən 

"Linsi"  fondu  tərəfindən  285  milyon  dollar,  Dünya  Bankı  tərəfindən  40  proqram 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə