6
Sürməli, Ağbaba, Şörəyel, Çıldır, Axıska və Axılkələk bölgələrini təmsil edən 60
nəfər millətvəkili statusu ilə Qars konqresinə toplaşdı. Konqres Axıska Hökuməti-
müvəqqətəsi, Aras Türk hökuməti və Qars İslam Şurası adından qətnamə qəbul etdi.
«Batumdan Ordubada və Ağrı dağından Azqura qədər əhalinin əksəriyyəti türk və
müsəlman olan yerlərdən Osmanlı ordusu çəkilən vaxt idarə və yurd qoruması iş-
lərinə baxmaq üçün mərkəzi Qars olmaqla Milli Şura höküməti qurulması yekdil-
liklə qərara alındı»
1
. Cahangiroğlu İbrahim bəy Milli Şura hökumətinin başçısı, Kə-
pənəkci Emin ağa isə onun müavini seçildi.
1918-ci ilin dekabrında türk ordusu Axıska və Axılkələkdən çəkildi. Həmin
ayın 4-5-də gürcülər Axıskanı, ermənilər Axılkələyi, dekabrın 8-də isə ingilislər Ba-
tumu işğal etdilər.
Milli Şura hökumətinin çağırışı ilə 1919-cu il yanvarın 17-18-də Qarsda topla-
nan konqres Cənub-Qərbi Qafqaz Respublikasının qurulduğunu elan etdi. Konqres-
də 18 maddəlik konstitusiya qəbul olundu. Cahangiroğlu İbrahim bəy yenidən höku-
mət başçısı, Çıldırlı Əsəd bəy isə parlament sədri seçildi, 9 nazir, 4 dövlət idarəsi
müdiri təyin olundu. Konstitusiya türk dilini rəsmi dövlət dili elan etdi, ağ, yaşıl, qa-
ra zəmin üzərində ay-ulduz olan dövlət bayrağını təsdiq etdi. Batumda çıxan «Sə-
dayi-millət» qəzeti isə dövlətin rəsmi mətbu orqanı oldu. Cənub-Qərbi Qafqaz hö-
kuməti qısa müddət ərzində 8 min nəfərlik ordu qurdu. İngilis hərbi valisi Tempeley,
ADR və Türkiyə Cənub-Qərbi Qafqaz Respublikasını tanıdı. Buna baxmayaraq Er-
mənistan və Gürcüstanın hərbi təcavüzləri daha da artdı. Ordu pis silahlansa da, dinc
xalqı kütləvi qırğınlardan qoruya bildi. Belə ağır şəraitdə Batumdan Ordubada qədər
40.000 kv km ərazisi və 1 milyon 700 min nəfərdən çox əhalisi olan 34 vilayət və
qəzadan ibarət bu türk respublikası təxminən 6 ay yaşadı.
Türk ordusu 25 yanvar 1919-cu ildə Qarsdan çəkildi. 12 aprel 1919-cu ildə in-
gilislər Qarsı işğal etdilər. İngilis komandanı general Tomsonun dekreti ilə parla-
ment və hökumət buraxıldı, hökumətin bütün üzvləri həbs olundu. Cahangiroğlu İb-
rahim bəy Malta adasına sürüldü, Cənub-Qərbi Qafqaz Respublikası süqut etdi
2
. İn-
gilislər Qarsın idarəsini erməni qüvvələrinə verdilər. Ardahan və Posof gürcü işğalı-
na məruz qaldı. ADR bu işğalı pisləyərək Gürcüstana, Ermənistana, Qafqazdakı in-
gilis komandanlığına və Paris sülh konfransının sədrinə öz kəskin etirazını bildirdi
3
.
Cənub-Qərbi Qafqaz hökuməti yıxıldıqdan sonra Batumdan Naxçıvana qədər
olan ərazidə yaşayan müsəlman əhali məhəlli Milli Şuralar şəklində təşkilatlanaraq
mübarizəni davam etdirdi. Cəmi 12 Milli Şura, o cümlədən Ağbaba və Çıldır Milli
Şuraları quruldu. Ağbaba Milli Şurasının başçısı Məhəmməd ağa idi. O, əhali ara-
sında böyük nüfuz sahibi idi. Onun səyi nəticəsində Ağbaba Milli Şurası nəzdində
xalq ordusu yaradıldı, Ağbaba və Şörəyel camaatı 1918-20-ci illərdə erməni qırğın-
larından və talanlardan qurtuldu. Məhəmməd ağa İstanbula gedərək minbaşı Məh-
mət Əli bəyin rəhbərliyi altında bir alayın Ağbabaya göndərilməsinə nail oldu.
16 mart 1920-ci ildə qalib dövlətlər Osmanlı torpaqlarını işğal etməyə başladı-
1
Yenə orada, s. 69.
2
Yenə orada, s. 156-159.
3
Azərbaycan SSR EA Tarix, Fəlsəfə, Hüquq İnstitutunun Xəbərləri, 1989, N 4, s. 111-115.
7
lar. İstanbul işğal olundu və şəhərdə fövqəladə hal elan edildi. Anadoluya keçən
Mustafa Kamalın başçılığı altında 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məc-
lisi açıldı
1
. TBMM-in qərarı ilə Kazım Qarabəkirin başçılıq etdiyi şərq ordusu 29
sentyabrda Sarıqamışı, 30 oktyabrda Qarsı, 7 noyabrda Gümrünü düşməndən azad
etdi
2
. Noyabrın 17-də ermənilər sülh danışıqlarına razı oldular. Gümrüdə başlayan
müzakirələr 2 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə başa çatdı
3
. Mü-
qaviləyə görə 1877-78-ci illər türk-rus savaşı zamanı itirilmiş Qars, Sarıqamış, Qulp,
Qağızman və İğdır (Sürməli) Türkiyə torpaqlarına qatıldı.
Bolşevik təhlükəsindən qorxan gürcülər də sülh danışıqlarına girərək 23 fevral
1921-ci ildə Çıldırın qərb hissəsini, Ardahanı, Artvini və Batumu Türkiyəyə geri
verdilər. Türk ordusu martın 7-də Axıskaya, 11-də Batuma, 14-də Axılkələyə girdi.
Bu zaman bolşeviklər Qafqazda hakimiyyəti ələ almışdılar. Türkiyə 16 mart 1921-ci
ildə Moskva sazişini imzaladı. Bu sazişə görə Batum, Axıska, Axılkələk və Acarıs-
tan bölgələri Rusiyaya güzəştə gedildi, Naxçıvana Azərbaycan daxilində muxtariy-
yət verildi, Ağbabanın böyük bir hissəsi isə Rusiyaya tərk edildi. 13 oktyabr 1921-ci
ildə bağlanan Qars müqaviləsi ilə Moskva sazişi rəsmiləşdi, sərhədlər sabitləşdi
4
.
Bu müqavilədən ən çox Ağbaba əhalisi zərər çəkdi. 1877-ci ildə Qarsın tərki-
bində Ağbabanın ərazisi 1.100 kv km-dən artıq idi. Müqaviləyə görə Ağbaba parça-
landı. Ağbabanın Ermənistanda qalan ərazisində 1930-cu ildə Amasiya və Qızılqoç
rayonları yaradıldı. Ağbabanın mərkəzi qismi Amasiya rayonunun payına düşdü.
Amasiyadakı 32 kənddən 8-nin (Mumuxan, Qoncalı, Ördəkli, Sınıx, Söyüdlü, Sel-
dağılan, Mustuqlu, Bağçalı) əhalisi 1920-ci illərin əvvəllərində ellikcə Türkiyəyə
köç etdi
5
. Rayonun Qızıldaş, Qıdaşen, Xançallı, Qızılkilsə, Bozqala kəndləri 1930-
40-cı illər repressiyaları zamanı xarabalığa çevrildi
6
. 1988-ci ildə isə Ağbabanın
azərbaycanlılar yaşayan sonuncu 19 kəndi də bütünlüklə deportasiyaya məruz qaldı.
I fəslin ikinci bölməsi “Aşıq Nəsibin mühiti” adlanır.
Milli aşıq sənətimizi on altı aşıq mühitinə bölən prof. M.Qasımlı həmin termi-
ni belə izah edir: «Sənət çevrəsi kimi düşünülən «aşıq mühiti» anlayışı təkcə sənə-
tin müəyyən ərazidəki mədəni-coğrafi məskunluğunu əks etdirmir, həm də yaradı-
cılıq və ifaçılıq proseslərinin bölgədaxili mənzərəsini bir kompleks halında təqdim
eləyir. Bu baxımdan aşıq mühiti mürəkkəb bir kompleksdir: oraya saz-sözlə bəra-
bər, tarixi-coğrafi çevrənin adət-ənənəsi, iqlimi, suyu, havası, təbiəti, yerli camaa-
tın psixologiyası, aşıq sənətinə həssaslıq dərəcəsi və s. bu kimi çoxsaylı və çoxqatlı
atributlar daxildir»
7
.
«Çıldır aşıq mühiti»nin sərhədlərini dəqiqləşdrən M.Qasımlı yazır: «XIX-XX
yüzilliklər ərzində Çıldır mahalı üç bölümdən ibarət olmuşdur:
1
Akdes N.Kurat, həmin əsər, s. 197-199.
2
Y.Stefanos. Türk-Sovyet İlişkileri Ekim Devriminden Milli Mücadeleye. İstanbul, 1965, s. 192-193.
3
İsmail Soysal. Türkiyenin Siyasal Antlaşmaları (1920-1945). Ankara, 1983, cilt I, s. 17-29.
4
Yerasimos Stefanos, həmin əsər, s. 39-47.
5
Baxşəli Əsgərov. Ağbabada qalan izlər. Bakı, Nurlan, 2001, s. 8-9.
6
Əziz Ələkbərli. QədimTürk – Oğuz yurdu “Ermənistan”. Bakı, Sabah, 1994, s. 37.
7
Məhərrəm Qasımlı. Ozan-aşıq sənəti. Bakı, Uğur, 2003, s.177-178