19
Ağbaba, Şörəyeldi (s.14).
Beləliklə, Aşıq Nəsib sovet dövründə yaşamış Azərbaycan aşıqları içərisində
ilk dissidentlərdən biri, bəlkə də birincisidir. Onun bütün sənəti buna dəlalət edir.
II fəslin ikinci bölməsi “Məhəbbət lirikası” adlanır. Aşıq sənətində məhəbbət
lirikasının xüsusiyyətlərini araşdıran prof. M. Həkimov yazır: «Qadın gözəlliyi, və-
tən təbiətinin füsunkarlığı aşıqların telli sazına söz incilərindən bəzək vermişdir.
Klassik aşıqlar öz şeirlərində təmiz, ləkəsiz, boyasız, müqəddəs duyğuları tərən-
nüm etmişlər»
1
. Prof. V.Vəliyev isə aşıq şeirində gözəlliyin tərənnümünü bu şəkil-
də açıqlayır: «Ümumiyyətlə şifahi və yazılı ədəbiyyatımızın seçilib sevilən nüma-
yəndələrinin yaradıcılığında bəşəri məhəbbətin tərənnümü mühüm yer tutur»
2
.
Nəsibin Bahara həsr etdiyi «Bahar», «Könül», «Oldu», «Alma bağı», «Gözə-
lə» kimi şeirləri əhdinə vəfalı aşiqin səmimi hisslərini əks etdirir. O, sevgilisi ilə
birlikdə olduğu məkanları, xüsusilə röyada buta aldığı alma bağını tez-tez xatırlayır,
bağın (könül bağının) quruduğunu, eşqsiz bir qəlbin viran olduğunu göstərir:
Haradadır o dildarım,
Bir yada sal, alma bağı,
O gedəndən ağlayıram,
Ürəkdə xal, alma bağı.
Almaların tökülübdü,
Dərddən belim bükülübdü,
Gözəlliyin çəkilibdi,
Quruyub dal, alma bağı (s.17).
Nəsibin yar dərdi ömrü boyu davam etmiş, dilindən «Bahar» kəlməsi, gözlə-
rindən yaş, qəlbindən yanğı, ürəyindən vərəm, sazından niskil pərdəsi əskik olma-
mışdır. Bu, aşağıdakı bənddə də aydın şəkildə görünür:
Didələrim qan ağlayır,
Nazlı yarı itirəndən,
Qəhərlənib tez doluram,
Ürək vərəm gətirəndən (s.18).
Aşıq Nəsibin məhəbbət lirikasının bir qismi isə el-obanın gözəl qızlarının tə-
rifinə həsr olunmuşdur. O da digər aşıqlar kimi incəlik, gözəllik, saflıq kimi duy-
ğuların tərənnümü ilə yanaşı gözəlin xarici görkəmini, geyimini, bər-bəzəyini də
zövqlə təsvir etmişdir. Məsələn, onun «Maşallah» şeirində vəsf etdiyi qızın geyimi
etnoqrafik ünsürlərlə (dingə, tül, örpək, qolbağ, qöcük, kəmər və s.) zəngindir:
Dingəsi var, bər-bəzəkli,
Örpəyi tüldən, maşallah,
İlahi, necə göyçəkdi,
Görəsən, tayı var bunun?
İncə-mincə qamətlidi,
1
M.Həkimov. Azərbaycan klassik aşıq yaradıcılığı Bakı, APİ, 1982, s.9.
2
N.Məmmədova. Aşıq poeziyasında mövzu və janr əhatəsi (Aşıq Hüseyn Şəmkirlinin poetikası əsasın-
da). Bakı, ADPU, 1999, s. 25.
20
Seçilir güldən, maşallah,
Nə tökübdü gözü üstə
O qara teldən, maşallah (s.143).
II fəslin üçüncü bölməsi “Təbiət lirikası” adlanır.
Aşıq Nəsibin şeirlərinin mühüm bir hissəsini təbiət lirikası təşkil edir. Bölgə-
nin füsunkar təbiəti onu da valeh etmiş, təsvir obyektinə çevrilmışdır. «Gözəl»,
«İndi», «Dağlar», «Görüm», «Qalıbdı» və digər şeirlərində sənətkarın kövrək və
həzin duyğularının poetik inikasını görmək mümkündür:
Yazı bu yerlərin ayrı büsatdı,
Ağbaba elinin yörəsi gözəl,
Ağ sürü yayılıb yamaca, yana,
Qoyunun kürəsi, kərəsi gözəl.
Sanki bir rəssam kimi təbiət lövhəsi şəkən Aşıq Nəsibin bu misraları öz vətə-
ninin gözəlliklərinə sevgi və məhəbbətdən yoğrulmuşdur. Çoşqun vətənpərvərlik,
təbiətə, doğma torpağa məhəbbət hissləri ilə aşılanmış bu misraların müəllifinin
gözdən şikəst olduğuna inanmaq çətindir:
Çoban asta-asta keçir tütəyə,
Arılar daşıyır şirə pətəyə,
Xalı sərilibdi çölə-təpəyə,
Bulaq ayağının tərəsi gözəl.
Bu yan Ağbabadı, o yan Çıldır-Qars,
Nəsib sözlərinə yaxşı qulaq as,
Gözlərim ağlardı, ürəyimdə yas,
Sərhədin dağları, dərəsi gözəl (s.35).
Aşıq Nəsibin «Dağlar» gəraylısı aşıq yaradıcılığının klassik mövzularından bi-
ridir. Bu şeirdə dərin bir kədər hiss olunur. Yaşlı aşıq ölümün yaxında olduğunu
hiss edərək dağlarla vidalaşır, ömrü boyu el xidmətində bir dağ kimi dayandığını,
el üçün yaşadığını, elə baş əyməyi qoca dağlardan öyrəndiyini dilə gətirir:
Ölüm haqlayıb məni də,
Salamat qal, ulu dağlar,
Mən də elə baş əyənəm,
Elin nökər, qulu, dağlar.
Aşıq Nəsib doğma torpağa övlad məhəbbəti ilə dağları dünyada ən çox sevdi-
yi adamlarla eyniləşdirir, dağları öz ata-anası sayır:
Nə Çorlu var, nə ustam,
Dərd əlində daha matam,
Sənsən anam, sənsən atam,
Seçməm sağı, solu, dağlar (16).
Görkəmli sənətkar sosial-siyasi məzmunlu bəzi şeirlərində dağdan ağır dərdini
təbiətlə, dağlarla, çaylarla bölüşür, dağdan-daşdan, sudan kömək istəyir. «Allah» şe-
irindən alınan aşağıdakı parça bu mənada çox əlamətdardır:
Qəm əlindən gəl, ey Nəsib,
21
Dağlara de dərdini sən,
Dərd görənə, qəm yeyənə,
Ağlara de dərdini sən,
Arpa kimi, Qaraxan tək
Çaylara de dərdini sən,
Dağ-daş, sular kömək olsun,
Dəyişsin əhvalım, Allah (s.42).
II fəslin dördüncü bölməsi «Aşıq rəvayətləri» adlanır.
R.Rüstəmzadə aşıq rəvayətləri barədə yazmışdır: «Rəvayətlərin böyük ictimai-
siyasi, eləcə də tərbiyəvi əhəmiyyəti vardır. Çünki bunlarda qəhrəmanlıq, vətənpər-
vərlik, dostluq və s. kimi ideyalar xüsusi yer tutur. Tarixi və elmi əhəmiyyəti isə
onunla izah olunur ki, klassik aşıq poeziyasının, xalq yaradıcılığının, xalq musiqi-
sinin, ayrı-ayrı görkəmli el sənətkarlarının həyat və yaradıcılığının öyrənilməsində
belə rəvayətlər misilsiz mənbədir»
1
Aşıq rəvayətləri eyni zamanda hər bir aşığın qeyri-rəsmi bioqrafiyasının tərkib
hissəsi, onun aşıqlıq fəaliyyətinin bədiiləşmiş epizodları, başına gələn əhvalatların,
düşdüyü çətin və ya komik vəziyyətlərin tarixçəsi kimi maraq doğurur. Aşığın sə-
fərləri, gəzdiyi yerlər, keçirdiyi məclislər, görüşdüyü tarixi şəxsiyyətlər, rastlaşdığı
və deyişdiyi aşıqlar məhz aşıq rəvayətlərində öz əksini tapır. Aşıq rəvayətləri janr
etibarilə dastanlara yaxın, lakin həcm və süjet baxımından daha kiçik, daha sadədir.
Burada dastanlara xas olan bəzi bədii priyomlar, konflikt qurma, deyişmə, kulmi-
nasiya var, lakin bu rəvayətlərdə, bir qayda olaraq, baş qəhrəman aşığın özüdür, üs-
təlik, məzmun baxımından rəvayətlər daha çox məişət xarakterlidir, komik, gülməli,
zarafatyana səciyyə daşıyır. Onların arasnda sosial, siyasi məzmunlu rəvayətlər
nisbətən az olur. Lakin Nəsiblə əlaqədar rəvayətlər arasında sosial, siyasi məzmun-
lu rəvayətlər çoxdur. Bu da aşığın dövrü və üsyankar ruhu ilə bağlıdır.
Aşıq Nəsiblə bağlı əlimizdə yazıya alınmış 29 aşıq rəvayəti, 11 rəvayətli ifadə
var. Bu rəvayətlərin coğrfiyası çox genişdir. Burada ilk sırada Ağbaba kəndləri gə-
lir. Çıldır və onun Çandra, Suxara, İrişdi, Qucen, Gölə, Ərginə kəndləri, Canbaz
yaylası, Gümrü şəhəri və onun Qızıldaş kəndi, İrəvan, Axılkələyin Sağamoy və
Qulanıs kəndləri və başqa yerlərə səfərləri sənətkarın gəzib-dolaşdığı, məclislər
apardığı coğrafi məkanın, ərazinin genişliyini göstərir. Aşıq İsgəndər Ağbabalının
dediyinə görə, Aşıq Nəsibin yalnız Çıldırla bağlı iyirmidən çox aşıq rəvayəti var.
Aşıq Nəsiblə bağlı rəvayətlər mövzu baxımından xeyli əlvandır. Onlardan 7-si
onun müxtəlif aşıqlarla qabaqlaşmasına, yəni deyişməsinə həsr olunmuşdur. Belə
məlum olur ki, Aşıq Nəsib müxtəlif vaxtlarda Göləli İbrahimlə, Aşıq Şenliklə, Aşıq
Ələsgərlə, Bala Məhəmmədlə, Çorlu Məhəmmədlə, Aşıq Veysi ilə, habelə erməni
mənşəli aşıqlardan Usta Tatosla və Tacir Söyünlə qarşılaşmış və deyişmişdir. «Nə-
sibin Göləli İbrahimlə görüşü və onun Göləyə getməyi» adlanan rəvayət aşığın
sənəti və bioqrafiyası baxımdan əlamətdardır, çünki burada gənc Nəsibin ilk dəfə
şəyird olması təsvir edilir.
1
R.Rüstəmzadə. Aşıq rəvayətləri. Bakı, Gənclik, 1988, s. 3-4.
Dostları ilə paylaş: |