NaiLƏ baxşƏLİ qizi əSKƏR



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
1   ...   4   5   6   7   8   9   10   11   12

 

19 


 

 

Ağbaba, Şörəyeldi (s.14).    



Beləliklə,  Aşıq  Nəsib  sovet  dövründə  yaşamış  Azərbaycan  aşıqları  içərisində 

ilk dissidentlərdən biri, bəlkə də birincisidir. Onun bütün sənəti buna dəlalət edir. 

 II fəslin ikinci bölməsi “Məhəbbət lirikası” adlanır. Aşıq sənətində məhəbbət 

lirikasının xüsusiyyətlərini araşdıran prof. M. Həkimov yazır: «Qadın gözəlliyi, və-

tən  təbiətinin  füsunkarlığı  aşıqların  telli  sazına  söz  incilərindən  bəzək  vermişdir. 

Klassik  aşıqlar  öz  şeirlərində  təmiz,  ləkəsiz,  boyasız,  müqəddəs  duyğuları  tərən-

nüm etmişlər»

1

. Prof. V.Vəliyev isə aşıq şeirində gözəlliyin tərənnümünü bu şəkil-



də açıqlayır: «Ümumiyyətlə şifahi və yazılı ədəbiyyatımızın seçilib sevilən nüma-

yəndələrinin yaradıcılığında bəşəri məhəbbətin tərənnümü mühüm yer tutur»

2



 Nəsibin Bahara həsr etdiyi «Bahar», «Könül», «Oldu», «Alma bağı», «Gözə-



lə»  kimi  şeirləri  əhdinə  vəfalı  aşiqin  səmimi  hisslərini  əks  etdirir.  O,  sevgilisi  ilə 

birlikdə olduğu məkanları, xüsusilə röyada buta aldığı alma bağını tez-tez xatırlayır, 

bağın (könül bağının) quruduğunu, eşqsiz bir qəlbin viran olduğunu göstərir: 

Haradadır o dildarım, 

Bir yada sal, alma bağı, 

O gedəndən ağlayıram, 

Ürəkdə xal, alma bağı. 

 

Almaların tökülübdü, 



Dərddən belim bükülübdü, 

Gözəlliyin çəkilibdi, 

Quruyub dal, alma bağı (s.17). 

Nəsibin  yar  dərdi  ömrü  boyu  davam  etmiş,  dilindən  «Bahar»  kəlməsi,  gözlə-

rindən yaş, qəlbindən yanğı, ürəyindən vərəm, sazından niskil pərdəsi əskik olma-

mışdır. Bu, aşağıdakı bənddə də aydın şəkildə görünür: 

Didələrim qan ağlayır, 

Nazlı yarı itirəndən, 

Qəhərlənib tez doluram, 

Ürək vərəm gətirəndən (s.18). 

Aşıq Nəsibin məhəbbət lirikasının bir qismi isə el-obanın gözəl qızlarının tə-

rifinə həsr olunmuşdur. O da digər aşıqlar kimi incəlik, gözəllik, saflıq kimi duy-

ğuların  tərənnümü  ilə  yanaşı  gözəlin  xarici  görkəmini,  geyimini,  bər-bəzəyini  də 

zövqlə təsvir etmişdir. Məsələn, onun «Maşallah» şeirində vəsf etdiyi qızın geyimi 

etnoqrafik ünsürlərlə (dingə, tül, örpək, qolbağ, qöcük, kəmər və s.) zəngindir: 

Dingəsi var, bər-bəzəkli, 

                                Örpəyi tüldən, maşallah, 

                                İlahi, necə göyçəkdi, 

 

                  Görəsən, tayı var bunun? 



                  İncə-mincə qamətlidi,   

                                                        

1

  M.Həkimov. Azərbaycan klassik aşıq yaradıcılığı Bakı, APİ, 1982, s.9. 



2

 N.Məmmədova. Aşıq poeziyasında mövzu və janr əhatəsi (Aşıq Hüseyn Şəmkirlinin poetikası əsasın-

da). Bakı, ADPU, 1999, s. 25. 



 

20 


 

Seçilir güldən, maşallah, 

                   Nə tökübdü gözü üstə   

O qara teldən, maşallah (s.143). 

II fəslin üçüncü bölməsi “Təbiət lirikası” adlanır. 

Aşıq Nəsibin şeirlərinin mühüm bir hissəsini təbiət lirikası təşkil edir. Bölgə-

nin  füsunkar  təbiəti  onu  da  valeh  etmiş,  təsvir  obyektinə  çevrilmışdır.  «Gözəl», 

«İndi»,  «Dağlar»,  «Görüm»,  «Qalıbdı»  və  digər  şeirlərində  sənətkarın  kövrək  və 

həzin duyğularının poetik inikasını görmək mümkündür: 

Yazı bu yerlərin ayrı büsatdı, 

Ağbaba elinin yörəsi gözəl, 

Ağ sürü yayılıb yamaca, yana, 

Qoyunun kürəsi, kərəsi gözəl. 

Sanki bir rəssam kimi təbiət lövhəsi şəkən Aşıq Nəsibin bu misraları öz vətə-

ninin  gözəlliklərinə  sevgi  və  məhəbbətdən  yoğrulmuşdur.  Çoşqun  vətənpərvərlik, 

təbiətə,  doğma  torpağa  məhəbbət  hissləri  ilə  aşılanmış  bu  misraların  müəllifinin 

gözdən şikəst olduğuna inanmaq çətindir: 

Çoban asta-asta keçir tütəyə, 

Arılar daşıyır şirə pətəyə, 

Xalı sərilibdi çölə-təpəyə, 

Bulaq ayağının tərəsi gözəl. 

 

Bu yan Ağbabadı, o yan Çıldır-Qars, 



Nəsib sözlərinə yaxşı qulaq as, 

Gözlərim ağlardı, ürəyimdə yas, 

Sərhədin dağları, dərəsi gözəl (s.35). 

Aşıq Nəsibin «Dağlar» gəraylısı aşıq yaradıcılığının klassik mövzularından bi-

ridir.  Bu  şeirdə  dərin  bir  kədər  hiss  olunur.  Yaşlı  aşıq  ölümün  yaxında  olduğunu 

hiss edərək dağlarla vidalaşır, ömrü boyu  el xidmətində bir dağ kimi dayandığını, 

el üçün yaşadığını, elə baş əyməyi qoca dağlardan öyrəndiyini dilə gətirir: 

Ölüm haqlayıb məni də,  

Salamat qal, ulu dağlar, 

Mən də elə baş əyənəm, 

Elin nökər, qulu, dağlar. 

 Aşıq Nəsib doğma torpağa övlad məhəbbəti ilə dağları dünyada ən çox sevdi-

yi adamlarla eyniləşdirir, dağları öz ata-anası sayır:  

Nə Çorlu var, nə ustam, 

Dərd əlində daha matam, 

Sənsən anam, sənsən atam, 

Seçməm sağı, solu, dağlar (16). 

Görkəmli  sənətkar  sosial-siyasi  məzmunlu  bəzi  şeirlərində dağdan  ağır  dərdini 

təbiətlə, dağlarla, çaylarla bölüşür, dağdan-daşdan, sudan kömək istəyir. «Allah» şe-

irindən alınan aşağıdakı parça bu mənada çox əlamətdardır: 

 

Qəm əlindən gəl, ey Nəsib, 




 

21 


 

 

 



   Dağlara de dərdini sən, 

 

 



   Dərd görənə, qəm yeyənə, 

 

 



   Ağlara de dərdini sən, 

 

 



   Arpa kimi, Qaraxan tək 

 

 



   Çaylara de dərdini sən, 

 

 



   Dağ-daş, sular kömək olsun, 

 

 



   Dəyişsin əhvalım, Allah (s.42). 

II fəslin dördüncü bölməsi «Aşıq rəvayətləri» adlanır. 

R.Rüstəmzadə aşıq rəvayətləri barədə yazmışdır: «Rəvayətlərin böyük ictimai-

siyasi, eləcə də tərbiyəvi əhəmiyyəti vardır. Çünki bunlarda qəhrəmanlıq, vətənpər-

vərlik,  dostluq  və  s.  kimi ideyalar xüsusi  yer  tutur. Tarixi və  elmi əhəmiyyəti  isə 

onunla izah olunur ki, klassik aşıq poeziyasının, xalq yaradıcılığının, xalq musiqi-

sinin, ayrı-ayrı görkəmli el sənətkarlarının həyat və yaradıcılığının öyrənilməsində 

belə rəvayətlər misilsiz mənbədir»

1

  

Aşıq rəvayətləri eyni zamanda hər bir aşığın qeyri-rəsmi bioqrafiyasının tərkib 



hissəsi, onun aşıqlıq fəaliyyətinin bədiiləşmiş epizodları, başına gələn əhvalatların, 

düşdüyü çətin və ya komik vəziyyətlərin tarixçəsi kimi maraq doğurur. Aşığın sə-

fərləri, gəzdiyi yerlər, keçirdiyi məclislər, görüşdüyü tarixi şəxsiyyətlər, rastlaşdığı 

və deyişdiyi aşıqlar məhz aşıq rəvayətlərində öz əksini tapır. Aşıq rəvayətləri janr 

etibarilə dastanlara yaxın, lakin həcm və süjet baxımından daha kiçik, daha sadədir. 

Burada  dastanlara  xas  olan  bəzi  bədii  priyomlar,  konflikt  qurma,  deyişmə, kulmi-

nasiya var, lakin bu rəvayətlərdə, bir qayda olaraq, baş qəhrəman aşığın özüdür, üs-

təlik, məzmun baxımından rəvayətlər daha çox məişət xarakterlidir, komik, gülməli, 

zarafatyana  səciyyə  daşıyır.  Onların  arasnda  sosial,  siyasi  məzmunlu  rəvayətlər 

nisbətən az olur. Lakin Nəsiblə əlaqədar rəvayətlər arasında sosial, siyasi məzmun-

lu rəvayətlər çoxdur. Bu da aşığın dövrü və üsyankar ruhu ilə bağlıdır.     

Aşıq Nəsiblə bağlı əlimizdə yazıya alınmış 29 aşıq rəvayəti, 11 rəvayətli ifadə 

var. Bu rəvayətlərin coğrfiyası çox genişdir. Burada ilk sırada Ağbaba kəndləri gə-

lir.  Çıldır  və  onun  Çandra,  Suxara,  İrişdi,  Qucen,  Gölə,  Ərginə  kəndləri,  Canbaz 

yaylası,  Gümrü  şəhəri  və  onun  Qızıldaş  kəndi,  İrəvan,  Axılkələyin  Sağamoy  və 

Qulanıs  kəndləri  və  başqa  yerlərə  səfərləri  sənətkarın  gəzib-dolaşdığı,  məclislər 

apardığı coğrafi məkanın, ərazinin genişliyini göstərir. Aşıq İsgəndər Ağbabalının 

dediyinə görə, Aşıq Nəsibin yalnız Çıldırla bağlı iyirmidən çox aşıq rəvayəti var.  

Aşıq Nəsiblə bağlı rəvayətlər mövzu baxımından xeyli əlvandır. Onlardan 7-si 

onun  müxtəlif  aşıqlarla  qabaqlaşmasına,  yəni  deyişməsinə  həsr  olunmuşdur.  Belə 

məlum olur ki, Aşıq Nəsib müxtəlif vaxtlarda Göləli İbrahimlə, Aşıq Şenliklə, Aşıq 

Ələsgərlə, Bala Məhəmmədlə, Çorlu Məhəmmədlə, Aşıq Veysi ilə, habelə erməni 

mənşəli aşıqlardan Usta Tatosla və Tacir Söyünlə qarşılaşmış və deyişmişdir. «Nə-

sibin  Göləli  İbrahimlə  görüşü  və  onun  Göləyə  getməyi»  adlanan  rəvayət  aşığın 

sənəti  və  bioqrafiyası  baxımdan  əlamətdardır,  çünki  burada  gənc  Nəsibin  ilk  dəfə 

şəyird olması təsvir edilir.  

                                                        

1

 R.Rüstəmzadə. Aşıq rəvayətləri. Bakı, Gənclik, 1988, s. 3-4. 




Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə