NaiLƏ baxşƏLİ qizi əSKƏR


Tədqiqatın  elmi  yeniliyi



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 



Tədqiqatın  elmi  yeniliyi.  Aşıq  Nəsibin  yaradıcılığı  folklorşünaslığımızda  ilk 

dəfə  olaraq  monoqrafik  planda  elmi  tədqiqata  cəlb  edilir.  Bununla  bağlı  Ağbaba-

Çıldır aşıq mühitinin  tarixi  inkişaf  yoluna nəzər  salınır,  bu mühitə  xas  olan  xüsu-

siyyətlər,  orijinal  saz havaları,  bölgənin  tarixi-coğrafi, mədəni  və  etnoqrafik  özəl-

likləri barədə məlumat verilir. Aşığın dövrü, mühiti, həyatı və müasiri olan sənət-

karların yaradıcılığının ideya-estetik keyfıyyətləri, əxlaqi-etik xüsusiyyətləri müqa-

yisəli şəkildə araşdırılır, Aşıq Nəsibin bioqrafiyası ilk dəfə olaraq elmi şəkildə işlə-

nir,  doğum  və  ölüm  tarixləri  dəqiqləşdirilir, məhəbbət  və təbiət lirikası,  vətənpər-

vərlik şeirləri, aşıq rəvayətləri və sənətkarlıq xüsusiyyətləri təhlil edilir. Bütün bun-

lar aşığın ədəbi şəxsiyyətinin və sənətinin təsdiqi sahəsində yenilik sayıla bilər. 



Tədqiqatın  metodoloji  əsasları.  Azərbaycan  folklorşünaslıq  elminin  yüksək 

elmi-nəzəri müddəaları, qazandığı nailiyyətlər, klassik ədəbi-mədəni irsə tarixi-ob-

yektivlik baxımından qiymət verilməsi prinsipi tədqiqatın metodoloji əsaslarını təş-

kil edir. Aşıq Nəsib yaradıcılığını tədqiq edən alimlərin axtarışları, toplanmış mate-

riallar  və  məlumatlar  istiqamətində  aparılan  araşdırmada  tarixi  və  tarixi-tipoloji 

tədqiqat metodundan, habelə müqayisə və təsvir metodundan istifadə edilmişdir. 



Tədqiqatın_nəzəri_və_praktik_əhəmiyyəti.'>Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Dissertasiya Azərbaycanın bugün-

kü siyasi sərhədlərindən kənarda yaranmış mədəni irsimzin tədqiqi baxımından xü-

susi  əhəmiyyət  daşıyır.  Azərbaycan  və  Anadolu  aşıq  sənətini  bir-birinə  bağlayan 

Ağbaba-Çıldır aşıq  mühitinin tanınmış nümayəndəsi  Aşıq Nəsibin  sənətinin  öyrə-

nilməsi  sahəsində  ilk  addım  olan  bu  araşdırma  folklorşünaslar,  filoloq-tələbələr, 

müəllimlər, eləcə də aşıq sənətini sevənlər üçün müəyyən maraq kəsb edə bilər. Bu 

araşdırmadan doğan nəticələr həmin mühitin digər saz-söz ustalarının yaradıcılığı-

nın tədqiqi üçün bir mənbə və nümunə rolunu oynaya bilər.  



Tədqiqatın məqsəd  vəzifələri. Tədqiqatın əsas məqsədi Aşıq Nəsibin döv-

rü, həyatı və yaradıcılığını araşdırmaq, Ağbaba-Çıldır aşıq mühitinin özəlliklərini, 

bu mühitin inkişafında və zənginləşməsində, orijinal saz havalarının yeni nəsillərə 

çatdırılmasında onun xidmətlərini göstərmək, ustadları və şagirdləri haqqında mə-

lumat vermək, Azərbaycan aşıq sənətində tutduğu mövqeyi təsbit etməkdir. 

Tədqiqatın  tətbiqi.  Bu  tədqiqatdan  ali  məktəblərin  fılologiya  fakültələrində 

aşıq sənətinə dair xüsusi kursların tədrisi zamanı elmi vəsait kimi istifadə oluna bi-

lər, folklor ixtisası üzrə keçilən dərslərdə və aparılan elmi-tədqiqat işlərində, Aşıq 

Nəsibin zəngin yaradıcılığının tədrisi, təbliği və öyrənilməsində istifadə edilə bilər. 



Tədqiqatın  quruluşu.  Dissertasiya  giriş,  üç  fəsil, nəticə  və ədəbiyyat  siyahı-

sından ibarətdir. 



İşin  aprobasiyası.  Tədqiqat  AMEAFolklor  İnstitutunda  yerinə  yetirilmişdir. 

Tədqiqatın nəticələri öz əksini müəllifin konfrans və seminarlardakı məruzələrində, 

müxtəlif elmi məcmuələrdə çap etdirdiyi məqalələrində tapmışdır.  

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı, nəzəri və praktiki əhəmiy-

yəti, məqsəd və vəzifələri, tətbiqi, quruluşu və aprobasiyası barədə məlumat verilir.  

Tədqiqatın I fəsli “Aşıq Nəsibin dövrü  və mühiti” adlanır. Məlum olduğu ki-

mi, Osmanlı imperiyası 1828-29-cu və 1877-78-ci illərdə baş verən rus-türk mühari-



 

 



bələrində məğlub olaraq ilk savaşda Poti, Anapa, Axıska və Axılkələyi, ikinci savaş-

da isə Ardahan, Qars, Batum və Bəyazid vilayətlərini itirdi.

1

 Buradakı türklərin ço-



xu Türkiyəyə köçdü, onların yerinə Qars və Bəyaziddən gətirilən ermənilər yerləşdi-

rildi. Təkcə  Axıskada  yüz  otuz mindən  çox  erməni  Axıskada  məskunlaşdı

2

.  Ruslar 



1878-ci ildən  sonra  Qarsa  və ətraf  yerlərə  xoxol,  duxobor, molokan, alman,  eston, 

yunan, erməni, yezidi kürd, aysor kimi qeyri-müsəlman ünsürləri yerləşdirdilər

3

.      


1914-cü ildə I dünya müharibəsi, həmin ilin noyabrında Rusiya ilə Türkiyə ara-

sında ilk toqquşmalar başlandı. 1915-ci ilin yanvarında Ardahanı tutan ruslar üç ay 

ərzində 40 mindən çox adamı qətlə yetirdilər, sağ qalanları isə aclığa məhkum etdi-

lər.  Bakıdakı  İslam  Cəmiyyəti-Xeyriyyəsi  apreldə  əraziyə  gəldi.  1917-ci  ilə  qədər 

fəaliyyət göstərən şöbə 22 min türkü ölümün pəncəsindən xilas etdi

4



7  noyabr  1917-ci  ildə  Rusiyada  hakimiyyət  bolşeviklərin  əlinə  keçdi.  1918-ci 

ilin martında  bolşeviklərn imzaladığı  Brest-Litovsk  müqaviləsinə  görə  Qars,  Arda-

han və Batum bölgələri yenidən Osmanlı dövlətinə verilməli idi. Bu müqaviləni ta-

nımayan daşnaklar Qars-Axıska-Şörəyeldə, Ərzincan və Ərzurumda qırğına girişdi-

lər,  1918-ci  ilin  mart-aprel  aylarında  Qarsı,  Sarıqamış  və  Qağızman  qəzalarını  qı-

lıncdan  keçirdilər,  Şörəyel  və  Arpaçayda  dəmiryolu  və  şose  kənarındakı  kəndlərdə 

20 mindən artıq türkü beşikdəki uşağa qədər məhv etdilər

5

. Türk ordusu 1918-ci ilin 



mart-aprel aylarında Ərzurum, Sarıqamış və Qarsı ermənilərdən geri aldı.  

Brest-Litovsk müqaviləsinə görə xalqların öz müqəddəratını təyin etməsi məq-

sədilə 1918-ci ilin 14 iyulunda Qars, Ardahan və Batumda referendum keçirildi. Re-

ferendumda  iştirak  edən  87.048  nəfərdən  85.129-u  Türkiyəyə  birləşmənin  lehinə, 

1.693 nəfəri isə əleyhinə səs verdi. Bu üç vilayət və onların tərkibində Ağbaba, Çıl-

dır, Axıska, Axılkələk və Naxçıvan Osmanlı dövlətinə birləşməli idi

6



Sovet hökuməti və ermənilər bu referendumu kəskin tənqid etdilər. Erməni vəh-



şəti görünməmiş dərəcədə şiddətləndi, Bakını, Qarabağı, Şamaxını, Qubanı və digər 

əraziləri  bürüdü.  Qafqaz  İslam  Ordusu  bu  soyqırımın  qarşısını  almaq  üçün  sürətlə 

irəliləyərək 15 sentyabr 1918-ci ildə Bakıya daxil oldu və müsəlman əhalini kütləvi 

qırğından  qurtardı.  Lakin  qərb  cəbhəsindəki  uğursuzluqlar və  müttəfiqlərin  məğlu-

biyyəti Türkiyəni 10 oktyabr 1918-ci ildə Mondros müqaviləsini imzalamağa məc-

bur etdi. Müqavilənin şərtlərinə görə türk ordusu Qafqazdan çıxaraq 1914-cü il sər-

hədlərinə çəkilməli, Qars, Ardahan, Batum, Axıska, Axılkələk, Ağbaba, Şörəyel və 

Naxçıvanı boşaltmalı idi. Müdafiəsiz qalan, daha əvvəl rus, gürcü və erməni soyqı-

rımını yaşamış yerli əhali özünü qorumaq üçün 29 oktyabr 1918-ci ildə Axıska Hö-

kuməti-müvəqqətəsi, noyabrın 3-də Aras Türk hökuməti, noyabrın 5-də isə Qars İs-

lam Şurası adlanan müvəqqəti hökumətin yarandığını elan etdi

7



Noyabrın 30-da Qars İslam Şurasının çağırışı ilə Ordubad, Naxçıvan, Qəmərli, 

                                                        

1

 Fahreddin Çelik. Kars İli Tarihi. Кars, 1943, s. 20. 



2

 Asıf Hacılı. Qəribəm bu vətəndə. Bakı, Gənclik, 1992, s. 15. 

3

 Fahreddin Kırzıoğlu. Kars Tarihi, c. I, s. 553. 



4

 V.Arzumanlı, N.Mustafa. Tarixin qara səhifələri. Bakı, Qartal, 1998, s. 65-68. 

5

 Ahmet Ender Gökdemir. Cenub-i Garbi Kafkas  Hükümeti. Ankara, 1998, s. 28. 



6

 Nihat Erim. Devletlerarası Hukuk ve Siyasi Tarih Metinleri, c. I, Ankara, 1953, s. 17. 

7

 Akdes N.Kurat. Üç Sancak: Kars, Batum, Ardahan // Türk Yurdu, c. VII, sayı 3, Ankara, 1970, s. 35. 




Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə