NaiLƏ baxşƏLİ qizi əSKƏR



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
1   2   3   4   5   6   7   8   9   ...   12

 

10 


 

«Daşdanoğlu»,  «Sümmanı»,  «Aşıroğlu»,  «Bayramı»  və  başqa  havalar  Aşıq 

Nəsib tərəfindən qorunmuş və şəyirdləri vasitəsilə günümüzə qədər gəlib çatmışdır. 

On  iki  simli  sazda  çalınan  Çıldır  saz havaları  ənənəvi  olaraq  üç kök  üstündə  (şah 

pərdə, baş pərdə, orta pərdə) ifa edilmişdir.  

Prof. H.İsmayılov bu mühitin saz havalarının Göyçə, Borçalı və Urmiya havala-

rına yaxın olduğunu göstərir, «Çıldırı», «Çıldır zinharısı» kimi saz havalarının, sufi 

havalarından  «Ağam,  hey»,  «Göy  atlı»,  «Sirri-sübhan»,  «Rəhmanı»,  nanaylardan 

«Aşıq Tüccarın nanayı»nın adını çəkir

1

.  



Beləliklə,  40-dək  orijinal  saz  havasına  sahib  olan,  «Borçalı  və  Qars  mühitləri 

arasında yerləşən Çıldır aşıq mühiti özündə həm Azərbaycan, həm də Anadolu aşıq-

lığının özəlliklərini cəmləşdirir. Ümumi nisbətdə Azərbaycan aşıq sənətinə məxsus 

xüsusiyyətlər  –  ifa  tərzi  və  repertuar  şəbəkəsi  daha  qabarıqdır.  Təksazlı  ifaçılığa 

əsaslanan bu mühit aşıqlaşmış ozanlar qrupuna daxildir. Bardaş qurub oturaraq ça-

lıb-oxumaq ənənəsi də Çıldır aşıqlarının ifaçılığında müəyyən yer tutmuşdur»

2

.   


Ağbaba-Çıldır aşıq mühiti  bugün  öz  bütövlüyünü  itirmişdir.  Bu mühitin  Gür-

cüstana  qatılan  və  hazırda  «Mesxet-Cavaxetiya»  adlanan  bölümü  təxminən  70  il 

bundan  əvvəl  türklərin  Orta  Asiyaya  və  Qazaxıstana  sürgün  edilməsi  və  amansız 

repressiyalar  nəticəsində  tam  tənəzzülə  uğramışdır.  Həmin  mühitin  Ermənistana 

qatılan Ağbaba kəsimi 20 il əvvəl baş verən deportasiya nəticəsində zor gücünə da-

ğıdılmış,  ağbabalı  aşıqlar  Azərbaycanın  müxtəlif  guşələrinə  və  Qazaxıstana  səpə-

lənmişlər. Mahalın Türkiyə ərazisində qalan və indi də «Çıldır» adını daşıyan his-

səsi isə Anadolu aşıq sənətinə uyğunlaşmışdır

3

. Ona görə də bugün Ağbaba-Çıldır 



aşıq mühitindən deyil, yalnız Çıldır aşıq mühitindən danışmaq mümkündür. 

I fəslin üçüncü bölməsi “Aşıq Nəsibin həyatı” adlanır. 

Aşıq Nəsib həyatı və yaradıcılığı haqqında ilk elmi məlumat 1988-ci ildə folk-

lorşünas-alim Q.Vəliyevin Aşıq Şenlikdən bəhs edən məqaləsində

4

 verilmişdir. Mü-



əllif  burada  Aşıq  Şenliyin  müasirləri  sırasında  Aşıq  Nəsibdən  də  qısa  şəkildə  söz 

açmış, onun əsərlərindən bəzi nümunələri çap etdirmişdir. Q.Vəliyev öz namizədlik 

dissertasiyasında da

5

 Aşıq Nəsibə xüsusi yer ayırmışdır.  



Folklorşünas S.Ağbabalı tərtib etdiyi «Ağbaba folkloru» kitabında Aşıq Nəsibin 

həyatı  haqqında  müxtəsər  məlumatla  yanaşı  onun  bir  qoşmasını  və  iki  gəraylısını 

vermişdir. Lakin tərtibçi burada iki yanlışlığa yol vermişdir. Birincisi, o, Aşıq Nəsi-

bin 1874-cü ildə anadan olduğunu yazmışdır. Bu səhv aşığın çapdan çıxmış yeganə 

kitabında da təkrar olunmuşdur. İkincisi, tərtibçi Aşıq Nəsibin gözlərinin uşaqlıqda 

deyil, ömrünün sonuna yaxın tutulduğunu yazmışdır

6

. Bu fakt da doğru deyil.  



AMEA  Folklor  İnstitutunun əməkdaşı T.Səmimi  2000-ci ildə  çap  etdirdiyi  ki-

tabında  Aşıq  Nəsibin  həyat  və  yaradıcılığına  geniş  yer  ayırmış,  qoşma,  gəraylı  və 

                                                        

1

 Aşıq Nəsib. Bakı, Səda, 2004, s. 3. 



2

 Məhərrəm Qasımlı. Ozan-aşıq sənəti. Bakı, Uğur, 2003, s. 204. 

3

 E.Aslan. Çıldırlı Aşıq Şenlik: Hayatı, Şiirleri  ve Hikayeleri. Ankara, 1975, s. 21  



4

 Q.Vəliyev. Aşıq Nəsib // Azərbaycan jurnalı, 1988, № 6, s. 139-140. 

5

 Q.Vəliyev. Aşıq Şenliyin həyatı, mühiti və poetik yaradıcılığı. NDA, Bakı, 1991, s.169 



6

 Azərbaycan folkloru antologiyası Ağbaba folkloru (toplayıb tərtib edəni S.Ağbabalı). Bakı, Azərnəşr, 

1997, s. 60. 



 

11 


 

divanilərindən nümunələrlə yanaşı onun sənətkar və insan kimi xarakterini açan ma-

raqlı əhvalatlardan, aşıq rəvayətlərindən bir neçəsini vermişdir

1



Filoloq  A.Bayramov  tərtib  etdiyi    kitabında  Aşıq  Nəsibin həyatı  və  sənət  yolu 

haqqında daha müfəssəl söz açmışdır

2

. Burada sənətkarın dörd şeiri verilmişdır. 



2004-cü  ildə  AMEA  Folklor  İnstitutu  Elmi  Şurasının  qərarı  ilə  aşığın  həmin 

dövrdə  əldə  olan  əsərləri  «Aşıq  Nəsib»  adı  altında  çapdan  buraxılmışdır

3

.  Kitaba 



onun  bayatıları,  gəraylıları, qoşmaları, təcnisləri, divaniləri,  müxəmməsləri  və aşıq 

rəvayətləri daxil edilmişdir. H.İsmayılov kitaba «Kor taleyə, qara bəxtə nə deyim?» 

adlı iri bir müqəddimə yazmış, aşığın yaradıcılığını geniş şəkildə təhlil etmişdir. 

Folklorşünas  A.Ağbaba  «Aşıq  Nəsibin  sənət  dünyası»  adlı  araşdırmasında  bu 

görkəmli  saz-söz  ustasının  həyatı  və  yaradıcılığı  barədə  ətraflı  məlumat  vermiş, 

onun sənətkarlıq xüsusiyyətlərini ciddi tədqiq etmişdir. 

Aşıq Nəsib barədə yazanların əksəriyyəti onun 1874-cü ildə Qərbi Azərbayca-

nın  Ağbaba  mahalının  (Amasiya  rayonunun)  Güllübulaq  kəndində  doğulduğunu 

qeyd etmişlər. Bu, aşığın 70 il ömür sürdüyü barədə yayılmış fikrin nəticəsi olaraq 

ortaya çıxmışdır. A.Ağbabanın yazdığına görə, aşığın əsl təvəllüd tarixi 1870-ci ildir. 

Müəllif  göstərir  ki,  Aşıq  Nəsib  1944-cü  ildə  öz  doğma  kəndi  Güllübulaqda  vəfat 

etmiş, «təzə qəbristanlıq» adlanan yerdə dəfn olunmuş və başdaşında «1870-1944» 

rəqəmləri həkk edilmişdir

4

.  



Aşıq Nəsib Bayram adlı orta hallı bir kəndlinin ailəsində dünyaya gəlmiş, özün-

dən başqa Yusif və Rza adlı iki qardaşı olmuşdur. Nəsib hələ kiçik ikən atası vəfat 

etmiş, özü və qardaşları əmisi Əmirin yanında böyümüşlər. Aşıq Nəsib haqqında ən 

dəqiq və yeganə yazılı məlumat onun şəyirdı Aşıq İsgəndər Ağbabalının xatirələri-

dir: «Aşıx Nəsivin hər iki gözü koruydu. Ustadın öz dediyinə görə, uşax vaxtlarında 

qızılca  gözlərini  kor  eliyifdi».

5

 Dünya  işığına  həsrət  qalması  ömrü  boyu  ona  əzab 



vermiş, xalq arasında və sənət aləmində «Kor Nəsib» adı ilə çağrılmışdır. 

Aşıq Nəsibin gözlərinin ömrünün sonunda, yaxud lap uşaqlıqda tutulduğu barə-

də  iki  fikir  var.  Əgər  birinci  variant  doğru  olsaydı,  ona  «Kor  Nəsib»  ləqəbi  veril-

məzdi. Aşığın gözləri lap uşaqlıqda tutulsaydı, onun dünyagörüşü və sənəti çox bə-

sit və məhdud olardı. Halbuki Aşıq Nəsibin bəzi təsvirləri o qədər müfəssəl və də-

qiqdir ki, gözləri görməyən adam bunları deyə bilməzdi. Deməli, onun gözləri yeni-

yetməlik dövründə, dünya haqqında tam təsəvvür əldə etdikdən və bir şəxsiyyət ki-

mi formalaşdıqdan sonra tutulmuşdur. Şikəstliyi üzündən hərəkət qabiliyyəti azalan 

gənc Nəsib meylini saza salmış və yaxşı çalıb-oxumağı öyrənmişdir.  

Bütün  haqq  aşıqlarının  həyatında  görülən  röya  motivi  Aşıq  Nəsibdən  də  yan 

keçməmişdir. O da Aşıq Şenlik kimi röyada bir dərvişdən buta almışdır. Yaşlıların 

dediyinə görə, Nəsib 15-16 yaşlarında ikən qonşu qızı Bahara vurulur. Nəsib tez-tez 

                                                        

1

 Tacir Səmimi. Duman dağı bürüdü. Bakı, 2000.  



2

 Oğuz elindən – ozan dilindən. Tərtib edən: A.Bayramov. Bakı, Elm, 2000, s. 84-86. 

3

 Aşıq Nəsib. Toplayıb tərtib edənlər: H.İsmayılov, T.Səmimi. Bakı, Səda, 2004, 200 s. (Məntdəki şeir-



lər səhifələri göstərilməklə bu mənbə üzrə verilir).  

4

 A.Ağbaba. Aşıq Nəsibin sənət dünyası. Bakı, Elm, 2008, s. 6. 



5

 Aşıq İsgəndər Ağbabalı. Ayırdılar Ağbabadan. Bakı, Ozan, 1998, s. 178. 




Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə