NaiLƏ baxşƏLİ qizi əSKƏR



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
1   2   3   4   5   6   7   8   9   ...   12

 

14 


 

Orucoğlu,  Aşıx  Faxfur.  Aşıq  Paşa  Çivinnidəndi,  çox  iti  zəkalı,  yaddaşdı  aşıxdı... 

Aşıx Murtuza (-öz doğma oğlu – N.Ə.) uzaxda olur, yanı Qazaxıstandadı... Aşıx Qə-

zənfər  Çorru  Məhəmmədin  nəticəsidi.  Səsinə,  saz  çalmağına  söz  yoxdu,  hərdənbir 

sinədən deməyi də var. Sultan Orucoğlu Mağaracıx kəndinnəndi. Sultan nanayların 

əsl ustasıdı. Qaldı Aşıq Faxfur, bu uşax da öz oğlumdu, əmbə çox həvəsdidi. Deyi-

rəm, bir gün başımı yerə qoysam, bəlkə mənim yerimi bu tuta...»

1

.  



Aşıq İsgəndərin Bakıda yaşayan oğlu Aşıq Fəğfur atasının və Aşıq Nəsibin sə-

nət  yolunu  uğurla  davam  etdirir.  O,  Azərbaycanda,  Gürcüstanda  və  Qazaxıstanda 

keçirdiyi məclislərdə bu iki ustad aşığın sözlərini oxuyur, onlarla bağlı aşıq rəvayət-

ləri söyləyir, adlarını unudulmağa qoymur. Fəğfurun qardaşı, istedadlı sənətkar Aşıq 

Murtuza da eyni missiyanı Qazaxıstanda həyata keçirir.  

Ağbaba-Çıldır aşıq mühitinin  Çıldır  qolu  isə  iki  ustad  aşığın məktəbi  kimi  da-

vam edir. Bunlardan biri Aşıq Şenliyin oğlu Aşıq Qasımın, digəri Aşıq Gülüstanın 

adı ilə bağlı məktəbdir. Aşıq Qasımın məktəbinə Aşıq Şenliyin nəvələri Nuri Şenlik, 

Yılmaz  Şenlik,  Salih  Şenlik,  Aşıq  Qasımın  nəvəsi,  Aşıq  Şenliyin  nəticəsi  Fikrət 

Şenlik və şəyirdləri Dursun Durdağı, Şövqi Xalıçı, Abbas Seyhan, İslam Ərdənər və 

Məhmət Hicrani daxildir. Onların arasında müasir Türkiyənin ən məşhur sənətkarla-

rından olan Şərəf Taşlıova ustad aşıq səviyyəsinə yüksəlmiş və öz sənətini Sədrəd-

din  Ulu,  Nuri  Şahinoğlu,  Hikmət  Arifi  Ataman  və  Aşıq  Şah  İsmayıla  öyrətmişdir. 

Aşıq Gülüstan öz oğlu Murad Çobanoğluna, şəyirdləri Nüsrət Yurtmalı, Haqqı Bay-

dar və Murad Yıldıza aşıqlıq vəsiqəsi vermişdir. Murad Çobanoğlu və Murad Yıldız 

ustad aşıq kimi hərəsi üç şəyird tərbiyə etmişdir. Murad Çobanoğlu istedadlı gənc-

lərdən  Mürsəl  Sinana,  Arif  Çiftçiyə  və  Mətin  Bəktaşa,  Murad  Yıldız  isə  öz  oğlu 

Günay Yıldıza, İlqar Çiftçioğluna və Mahmud Qaradaşa ustadlıq etmişlər

2

.  


Tədqiqatın II fəsli “Aşıq Nəsibin yaradıcılığı” adlanır. 

Aşıq Nəsibin yaradıcılığını üç mərhələyə bölmək mümkündür. Birinci mərhələ 

onun  əlinə  saz  götürüb,  söz  qoşduğu  ilk  gündən  başlayaraq  Aşıq  Şenliyin  yanında 

şəyird  olduğu  dövrü  əhatə  edir.  Bu  mərhələdə  gənc  aşıq  sənətdə  ilk  kövrək  ad-

dımlarını atmış, əvvəlcə Baharın eşqi ilə, sonra isə onun həsrəti ilə çalıb-oxumuşdur.  

Yaradıcılığının  ikinci  mərhələsi  XIX  əsrin  90-cı  illərindən 1920-ci  ilədək  olan 

dövrü əhatə edir. Bu dövrdə o, məclislər aparmış, məşhur aşıqlarla deyişmiş, sənət 

aləmində özünü təsdiq və qəbul etdirmişdir. I dünya müharibəsi, bölgənin əldən-ələ 

keçməsi, qırğınlar, qaçqınlıq, ağır güzəran və s. onun yaradıcılığına damğasını vur-

muşdur. Ona görə də yaradıcılığının ilk mərhələsində nakam

 

məhəbbətinə ithaf etdi-



yi lirik şeirləri, ikinci mərhələdə milli-sosial məzmunlu əsərləri üstünlük təşkil edir. 

Yaradıcılığının  son  mərhələsi  olan  sovet  dövründə  (1920-44)  onu  ustad  sənət-

kar  və  el  ağsaqqalı  kimi  görürük.  Bu  dövr  Ağbabanın  iki  yerə  parçalanması,  şura 

hökumətinin qurulması, Amasiyanın bəzi kəndlərinə ermənilərin doluşması, daşnak-

                                                        

1

 Aşıq İsgəndər Ağbabalı. Ayırdılar Ağbabadan. Bakı, Ozan, 1998, s. 180. 



2

 M.Qasımlı.Ozan-aşıq sənəti. Bakı, Uğur, 2003, s. 204-208; Doğan Kaya. Edebiyatımızda Aşık Kolları 

ve Şenlik Kolu. Aşık Şenlik Sempozyumu Bildirileri. 22-23 Mayıs 1997, Ankara, 2000, s. 143-154; Fer-

hat  Aslan.  Kars  Yöresi  Aşıklık  Gleneklerinin  Usta-Çırak  Geleneği  Bakımından  Değerlendirilmesi  // 

Türk Dili ve Edebiyatı Dergisi, İstanbul, 2007, sayı XXXVI, s. 41-78. 



 

15 


 

ların bu dəfə bolşevik qiyafəsi altında yerli əhaliyə divan tutması, islam dininə qarşı 

total yürüş, süni şəkildə qızışdırılan sinfi mübarizə, mənhus kolxoz quruculuğu, zi-

yalıların  və  varlıların  xalq  düşməni  və  qolçomaq  adı  altında  planlı  şəkildə  məhv 

edilməsi,  dəmir  pərdə  rejiminə  keçən  Sovet  İttifaqının  sovet-türk  sərhədini  tikanlı 

məftillərlə  birdəfəlik  bağlaması,  Türkiyəyə  gediş-gəlişin  tamamilə  kəsilməsi,  nə-

hayət, II dünya müharibəsinin gətirdiyi maddi-mənəvi sıxıntılarla keçmişdir.  

Aşıq Nəsib əsl sənətkar kimi bütün bunlara qarşı üsyan etmiş, öz şeirlərində şu-

ra hökumətinin türkə zidd mahiyyətini açıb göstərmişdir. Ona görə də rejim əleyh-

darı  kimi  ev  həbsinə  alınmış,  hətta  bir  müddət  bayıra  çıxmasına,  çalıb-oxumasına 

belə icazə verilməmişdir. Bu mərhələni Aşıq Nəsib  yaradıcılığının ən müdrik, eyni 

zamanda ən ağır çağı hesab etmək olar. 

Aşıq Nəsibin işlədiyi mövzular əlvan və rəngarəngdir. Bunları aşağıdakı üç əsas 

qrupda  birləşdirmək  olar:  milli-sosial  məzmunlu  vətənpərvərlik  şeirləri,  məhəbbət 

lirikası və təbiət lirikası. Bunlardan başqa, onun həyatın müxtəlif sahələrinə – insani 

münasibətlərə, mərdliyə,  qonaqpərvərliyə,  səxavətə,  xəsisliyə  və  s.  mövzulara həsr 

olunmuş şeirləri və aşıq rəvayətləri də var. 

II fəslin birinci bölməsi “Vətənpərvərlik şeirləri” adlanır.  

Nəsibin yaşadığı dövrün ictimai-siyasi faciələri, I dünya müharibəsi, 1918-20-ci 

illərin  qanlı  olayları,  el-obanın  başına  gələn  müsibətlər,  daha  sonra  «davarişlərin», 

«patraxların» hakimiyyəti, yeni köçlər, sürgün və repressiyalar, milli zülm, ağır gü-

zəran  və  s.  onun  yaradıcılığında  mühüm  yer  tutur.  Aşığın  vətənpərvərlik  şeirlərini 

üç əsas mövzu üzrə qruplaşdırmaq mümkündür: 1. Türkçülüklə bağlı şeirləri. 2. Er-

mənilərin iç üzünü açan şeirləri. 3. Sovet hökumətinin siyasətini ifşa edən şeirləri. 

Aşıq Nəsib bütün varlığı ilə türkçü, yüksək milli şüura sahib milliyyətçi idi. Ya-

şadığı coğrafiyada baş verən, qanlı olaylarla, dinc müsəlman əhalinin kütləvi şəkildə 

qırılması ilə müşayiət olunan savaşların, siyasi oyunların pərdə arxasını və məqsədi-

ni gözəl başa düşürdü. O bilirdi ki, bu mübarizə sırf dini-milli səciyyə daşıyır, impe-

rializm Türkiyəni parçalamaq, türklüyü məhv etmək, bu coğrafiyanın siyasi mənsu-

biyyətini və etnik tərkibini dəyişdirmək, yerli əhalini qırmaq, etnik təmizləmə yolu 

ilə  burada  oyuncaq  erməni  dövləti qurmaq  istəyir.  I  dünya müharibəsi  zamanı rus-

ların Anadoluda və Qafqazda törətdiyi vəhşiliklər, ermənilərin məkrli və xain plan-

ları  ona  yaxşı  məlum  idi.  Bütün  bunları  dərindən  dərk  edən,  lakin  çıxış  yolu  tapa 

bilməyən Aşıq Nəsib çarəsiz qalaraq üzünü tanrıya tutub ondan nicat diləyirdi: 

 

Xərin artdı samanı, 



 

Gəldi gəda zamanı, 

 

Tanrım, bir sənə gəlir 



 

Müsəlmanın gümanı (s.14).  

Aşıq Nəsib bölgə əhalisini qırğından qorumaq məqsədilə çağrılan konqreslərin 

qərarlarını  izləmiş,  Qars  Milli  Şurasının,  Cənub-Qərbi  Qafqaz  Respublikasının ad-

dımlarını  ürəkdən  alqışlamış  və  dəstəkləmişdir.  Məlum  olduğu kimi,  bir  çox  ağba-

balı  siyasi  xadim,  o  cümlədən  Köhnə  İbişli  Hacıabbas  oğlu  Kərbəlayi  Məhəmməd 

ağa Ağbabanın təmsilçisi kimi bu siyasi qurumların işində fəal iştirak etmişdir. Aşıq 

bu müqəddəs mübarizənin dastanını yazmış, Məhəmməd ağanın təşkilatçılığını, mil-




Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə