NaiLƏ baxşƏLİ qizi əSKƏR



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
1   ...   4   5   6   7   8   9   10   11   12

 

16 


 

lət qarşısındakı xidmətlərini «Vətən» adlı müxəmməsində sevə-sevə vəsf etmişdir: 

Kalvayı Məhəmməd ağa 

Gördü düşüb dara vətən, 

Kömək yoxdu, arxa yoxdu, 

Qalıb baxtı qara vətən, 

Xalid paşanı çağırdı, 

Almasın min yara vətən, 

Pul verdi o, silah aldı, 

Yurd olmasın sara vətən (s.47).   

Aşıq  Nəsib  Ağbabanın qorxmaz  və  cəsur döyüşçülərindən Mahmud ağanın  və 

Məmmədvəlinin  igidliklərindən  də  söz  açmışdır.  Məmmədvəli  Ağbabanın  Göllü 

kəndindən olan məşhur Qaçaq Usubun oğlu idi. O da atası kimi işğalçı ruslara və er-

mənilərə qarşı çarpışmış, vətən uğrunda şəhid olmuşdur. 

Məmmədvəli bir cəng açdı, 

Ermənilər pərən oldu, 

Dağıldılar sərçə kimi, 

Sanki qıran-qıran oldu, 

Qaçaq Usubun bu oğlu 

Bu döyüşdə ərən oldu, 

Yurd uğrunda öldü getdi, 

Yenə düşdü dara vətən (s.48). 

Aşıq Nəsib heç vaxt öz türklüyünü danmamış, hətta 30-cu illər repressiyasının 

tüğyan etdiyi dövrdə də türk olması ilə fəxr etmişdir:  

Canım qurban olsun türkün adına, 

Ata-babasına, həm övladına (s.21). 

Onun  vətənpərvərlik  şeirləri  içərisində  xain  ermənilər  əleyhinə  yazdığı  şeirlər 

xüsusi yer tutur. Erməni xislətinə dərindən bələd olan aşıq «Erməni» müxəmməsin-

də bu milləti haqlı olaraq fitnəkar adlandırmışdır: 

 

Yarnandan şeytan oldun, 



 

Yalandır sözün, erməni, 

 

Elləri dərbədər saldın, 



 

Tökülsün gözün, erməni, 

 

Qarışdırdı aralığı 



 

Oğulun, qızın, erməni, 

 

Zülm eləsin haqqın özü, 



 

Qalmasın tozun, erməni (s.46).   

Aşıq  ermənilərin  tayqulaq  «millət  qəhrəmanı»  Andraniki  də  unutmamış,  onun 

silahsız dinc əhaliyə qarşı əvvəl kişiləndiyini, sonra isə tülkü kimi aradan çıxdığını, 

daşnakların öz qanına bələndiyini yazmışdır: 

 

Andranik kişiləndi, 



 

Axırda «qəhrəman» oldu, 

 

Əkildi tülkülər kimi, 



 

Daşnak qanına bələndi (s.46). 




 

17 


 

Ermənilərin türkə düşmən ruhunda tərbiyə edilməsində kilsənin və din xadimlə-

rinin oynadığı mənfur rol Aşıq Nəsibə yaxşı məlum idi. Ona görə də «Keşişin» adlı 

qoşmasında keşişlərin ümumiləşdirilmiş obrazını çox mükəmməl yaratmışdır:  

 

Tanrı, beləsini yox elə getsin, 



 

Çirkabdı, sularda yaxala getsin, 

 

Nəsib də sevinsin, vüsala yetsin, 



 

Qalsın quru yerdə leşi keşişin (s.24).    

Türk-islam dənizində kiçik bir ada olan bir ovuc erməninin başından böyük ma-

cəralara girişməsinin, qəhrəman, nəcib və ədalətli türk millətinə qarşı üsyan etməsi-

nin səbəbini Aşıq Nəsib düzgün təsbit və izah etmişdir: 

 

Kafir gəzir kölgəsində urusun, 



 

Onun asvas deyən dili qurusun (s.25). 

Haylara  dərin  nifrət  bəsləyən  aşığın  hələ  açılmamış  «Müəmma-qoşma»sında 

təsvir etdiyi obrazın tipikləşdirilmiş erməni olduğunu söyləmək olar:  

 

Anası bilinmir, dədəsi dörddü, 



 

Burnunun kölgəsi tutar dünyanı, 

 

Gəzər ruzigahı qarışbaqarış, 



 

Əgər mümkün olsa, satar dünyanı. 

Burada  «anası  bilinmir»  dedikdə,  ermənilərin  etnik mənşəyi,  soyu-sopu  namə-

lum  bir millət  olduğu nəzərdə tutulur.  «Dədəsi  dörddü»  fikri  isə həqiqətən  müəm-

madır, açımı xeyli çətindir. Ehtimal ki, aşıq ermənilərin qaraçı, kürd, yəhudi və fars 

qanından əmələ gəldiyini, yaxud onların havadarlarını, yəni rusları, ingilisləri, fran-

sızları və amerikalıları qəsd etmişdir.    

Aşıq Nəsibin şeirlərinin bir qismi sovet hökumətinin ikiüzlü siyasətinin ifşasına 

həsr  olunmuşdur.  Sözdə  azadlıq,  bərabərlik  və  qardaşlıq  dünyası  qurduğunu  elan 

edən «davarişlər», əslində, türklərə qarşı ayrı-seçkilik siyasəti aparır, onları sıxışdır-

maq üçün ermənilərə hər cür şərait yaradırdılar. Şeirlərindən görünür ki, Aşıq Nəsib 

bu oyunu bütün incəliklərinə qədər anlamışdır. O, «sən Leninə, firqəyə bir ağız tərif 

söylə, qalanı ilə işin olmasın» deyənlərə belə cavab vermişdir: 

Şura gəlib, dərd yetirib bizlərə, 

Kor taleyə, qara baxta nə deyim. 

Müsəlmanın pəjmürdədir əhvalı, 

Qan qusuruq laxta-laxta, nə deyim  (s.35). 

1937-ci ildə sərhədlərin bağlanması, Ağbaba-Çıldır yolunun kəsilməsi və vətə-

nin parçalanması Aşıq Nəsibin qəlbinə çalın-çarpaz dağ çəkmişdir. Sərhədin bu ta-

yında qalan Ağbabada vəziyyətin ağır olmasını «şuranın gəlməsində» görmüşdür:  

Ağbabada haqq itibdir, dumandır, 

Məni boğur bu ayrılıq, amandır, 

Şura gəlib, burda betər zamandır, 

                    

   Türkün doğma yeri Qarsa gedəlim (s.37). 

Nəsib «Görünür», «Gedəlim», «İndi» şeirlərində şura hökumətini kəskin tənqid 

etmişdir. O, yeni quruluşda heç bir müsbət cəhət tapa bilməmiş, onun xalqa «qırmı-

zı» yalan satdığını, sinfi mübarizə adı altında mərdləri məhv etdiyini, namərdləri ba-




 

18 


 

şa keçirdiyini açıq-aşkar söyləmiş, öz sözü ilə desək, “bəzəmiişdir”: 

Mərdlərin yerində qalana bir bax, 

Ay evi dağılan, talana bir bax, 

Sovetdə qırmızı yalana bir bax, 

Deyər tərifini, bəzərəm indi (s.25).  

Nəsib  bəzi  təzə  terminləri  də  (məsələn,  «patrax»,  yəni  batrak=muzdur  və  «bı-

rat»,  yəni  brat=qardaş)  lağa  qoymuş,  bütün  günü  «əməkçi  kütlə»  arasında  təbliğat 

aparan, qardaşlıqdan, xoşbəxtlikdən dəm vuran yerli siyasi xadimi, yəni muzdur ko-

mitəsinin başıboş, gəvəzə sədrini istehza atəşinə tutmuşdur: 

Nəsib, bu dünyanın getdi məzəsi, 

Partaxla bıratdı sözün təzəsi, 

Allahın başıboş bir gəvəzəsi, 

Sovetin sehirli sirri görünür (s.24). 

«Necə»  rədifli  müxəmməsində  «davarişlərin»  əməllərindən söz  açan  aşıq  şura 

hökumətinin  ziyalılara  və  savadlılara  divan  tutduğunu  göstərmişdir.  O,  ateist  sovet 

rejiminin islam dininə qarşı düşmən münasibətini pisləmiş, «şura kişisini» quyruğu 

yanmış tazıya bənzətmiş, bu dərdlərdən danışarkən özünün yandığını, sazın, pərdə-

nin və telin isə ağladığını söyləmişdir: 

 

 



«Davarişlər» tapdadılar, 

 

 



Yaşlı, qoca demədilər, 

 

 



Savadlını tutdurdular,  

 

 



«Yoldaş», «xoca» demədilər, 

 

 



Dinə hürüşdülər betər, 

 

 



Ona uca demədilər, 

 

 



İman-dinin sahibləri 

 

 



Göz yaşını sildi necə. 

 

 



 

Elin bici, elin gici 

 

 

Haqqı kökündən qazıdı, 



 

 

Görürəm «şura kişisi» 



 

 

Quyruğu yanmış tazıdı, 



 

 

Urus, erməni qaynaşır, 



 

 

Ər xoş günə tamarzıdı, 



 

 

Bu gələn bir bic əyyamı, 



 

 

İli ağır ildi necə. 



 

 

 



…Çalan Nəsib, yanan sazdı, 

 

 



Bir də pərdə, teldi necə (s.49).    

   


 Aşıq Nəsibin yaradıcılığında sayca az, mənaca dərin olan bayatılardan biri şu-

ra quruluşunun xalqa, vətənə vurduğu yaralara həsr edilmişdir: 

 

Eləmi, şura gəldi, 



 

Günümüz qara gəldi, 

 

Qan ağlayan, qan qusan 




Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə