NaiLƏ baxşƏLİ qizi əSKƏR



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
1   ...   4   5   6   7   8   9   10   11   12

 

24 


 

 

 



   

Aşıx Nəsif 

 

 

   



Əhdin kəsif, 

 

 



   

Ay binəsif, 

 

 

   



Hürü, durma, 

 

 



   

Dabanqırma, 

 

 

   



İt-pişiyin yığ başına, gördüyünü söylə sən (s.92).            

«Aşıq Nəsibin Qulanıs səfəri» isə Axılkələyin Qulanıs kəndində vaqe olur. Bu 

kəndə toya gələn Aşıq Nəsib erməni aşığı Usta Tatosla deyişir. O, Vahan adlı qolu-

zorlu bir erməninin təhriki ilə məclisə girib aşığı təhqir edir, «kor» adlandırır, türk-

lərin,  müsəlmanların  ünvanına  hədyan  deyir.  Nəsib  eynən  Aşıq  Söyün  kimi  Usta 

Tatosun da dərsini verir (s.121-126), onu damdançıxmaya, yəni cöngəyə bənzədir: 

   

Nəsif deyər, korruğuma baxma sən, 



   

«Mən-mən» deyif çox özünnən çıxma sən, 

   

Olsa-olsa, bəlkə damnançıxmasan, 



   

Sizdə axı ədəb-ərkan, soy hanı? 

Ermənilərlə  bağlı  üçüncü  rəvayət  «Aşıq  Nəsivin  Zoru  bəynən  qarşılaşıf  Gül-

lübulağı tərk eləməsi» adlanır. Şörəyeldə və Ağbabada əllərinə keçən müsəlmanları 

qıran ermənilər kəndin ortasında Aşıq Nəsiblə çolpanı da yaxalayırlar, onları öldür-

mək istəyəndə quldurbaşı Zoru bəy özü gəlib çıxır, Nəsibi tanıyır və ona deyir ki, 

gəl sən məni təriflə, mən də səni buradan sağ-salamat buraxım, çıx get. Aşıq Nəsi-

bin heç tükü də tərpənmir. Sakitcə sazını bağrına basır və «tərifə» başlayır: 

 

Qaxdağan ajdarı tökülüf gəlif, 



 

İndi bəy olubsan, ədə, Zoru bəy? 

 

Böyründə mauzer, çiynində tüfəh, 



 

Yaman yekəlifsən, gədə, Zoru bəy. 

Nəsibin  qorxmazlığı,  mərdliyi  Zoru  bəyin  xoşuna  gəldiyi  üçün  onu  və  çolpanı 

buraxır. Ermənilərin əlindən xilas olub kənddən xeyli uzaqlaşandan sonra Aşıq Nə-

sib  zəmanədən, dövrandan  şikayətlə dolu  «Eylər»,  «Ay  Allah»  və «Fələk»  rədifli 

üç qoşma oxuyur, yaradandan nicat, sonra Dələver kəndinə yola düşür (s.66-71).   

Nəsiblə  bağlı  bəzi  rəvayətlər  açıq  şəkildə  siyasi  xarakter  daşıyır.  Bunlardan 

«Haqverdi Qarammədoğlunun əhvalatı», «Aşıq Nəsibin Təzə İbiş səfəri» və «Aşıq 

Nəsibin İrəvan səfəri» onun sosializmə, sovet hökumətinə münasibətini əks etdirir.  

Birinci rəvayətdə bütün varı-yoxu əlindən alınıb kolxoza verilən Haqverdi Qa-

rammədoğlunun qeyri-adi bir atı varmış, sovet hökuməti axırda bu atı da zorla on-

dan alır. Aşıq Nəsib gedib dostuna təsəlli verir. Bundan bir neçə gün sonra Haqver-

dinin nökəri Güllübulağa gələrək ağasının Sibirə sürüldüyünü xəbər verir (s.92-96). 

İkinci rəvayətdə isə sovet hökumətinin Təzə İbiş sakini Həmzə ağanı incitmə-

sindən  söz  açılır.  Məlum  olur  ki, ağanın  sürüləri  və naxırları  ilə iki  kolxoz  quran 

hökumət axırda gəlib onun qapısındakı itləri də kolxoza aparıb. Bundan  xəbər tu-

tan Aşıq Nəsib dərhal dostu ilə görüşür və ona Türkiyəyə köçməyi məsləhət görür: 

 

Yoxsullar atası yoxsula döndü, 



 

Gur yanan çıraxlar söndü, nə söndü, 

 

Şura bir bəladı, göylərdən endi, 




 

25 


 

 

Dağıldı həm dövlət, həmi var, yeri. 



 

 

Gedəndə o Qarsa bir salam eylə, 



 

Nəsivin halını Çıldıra söylə, 

 

Canbaza güzar et, gül-çiçək iylə, 



 

Tutmamış yolları boran-qar, yeri (s.166-168).        

«Aşıq Nəsibin İrəvan səfəri» adlanan rəvayət sırf siyasi rəvayətdir. Onun ciddi 

bir süjet xətti yoxdur. İrəvana gələn aşıq burada bir qadına rast gəlir, öyrənir ki, o, 

bəy arvadıdır, evlərini qaxdağanlar tutandan, var-yoxlarını sovet hökuməti alandan 

sonra dilənçilik edir. Nəsib çox dilxor olur və «Bəy qızı» şeirini qoşur. Sonra Aşıq 

Şenliyin İrəvan səfərini xatırlayır, özünün «Şenliyin» rədifli şeirini oxuyur. İrəvan-

da bəyə, xana rast gəlməyən Aşıq Nəsib «yanıf töküldü, burda çox qala bilmədi».

 

Süjetinin zəifliyinə  baxmayaraq  bu rəvayət  (s.100-103)  siyasi  baxımdan  Aşıq 



Nəsibin  yaradıcılığı  üçün  çox  xarakterikdir.  Eyni  sözləri  «Ağbaba  ellərinin  Qars 

köçü» haqqında da demək olar. 1920-ci illərin əvvəllərində Ağbabanın səkkiz kən-

di  ellikcə  Türkiyəyə  köçəndə  Aşıq  Nəsib həmkarı  Çorlu  Məhəmməd  və  Şair  Yu-

nusla birlikdə onları yola salmış və «Ağbaba zinharısı» üstündə yanıqlı-yanıqlı ça-

lıb oxumuşdu (s.176-180).     

Aşıq  Nəsiblə  bağlı  bəzi  rəvayətlər  insanların  xarakterindəki  mənfi  cəhətlərə, 

xüsusilə xəsisliyə həsr  olunmuşdur.  Belə rəvayətlərə  misal olaraq  «Ları  xoruz əh-

valatı»nı, «Aşıq Nəsibin İrişdi səfəri»ni, «Aşıq Nəsibin Təpəköy səfəri»ni, «Qonaq 

sevməyən kişinin əhvalatı»nı, «Aşıq Nəsibin Hacabbasoğlu Əhməd ağaynan görü-

şü»nü, «Aşıq Nəsibin Gümrü səfəri»ni, «Aşıq Nəsibin Hasan ağaynan görüşməyi»-

ni göstərmək olar. Məişət xarakterli bu rəvayətlər mövzu və süjet baxımından bir-

birinə çox yaxındır, yalnız coğrafi məkan, qəhrəmanlar və şeirlər fərqlidir.  

 «Aşıq Nəsiblə Çorlu Məhəmmədin Seldağılan səfəri»ndə (s.145-148) qızı Ba-

harı zorla altmış yaşlı ağaya vermək istəyən ev sahibini bu fikirdən daşındırır. Çor-

lu Məhəmməd də onu dəstəkləyir. Məlum olur ki, Bahar bu evdə çoban olan Nəsib 

adlı oğlanı sevir. Rəvayətdəki Nəsib və Bahar adları bilərəkdən belə seçilmişdir. 

Sevgi motivi «Aşıq Nəsibin Sağamoy səfəri»ndə (s.140-141) və «Aşıq Nəsibin 

Qucen  səfəri»ndə  də  (s.155-161)  də  işlənir.  Aşıq  birinci  səfərində  faytonçu  gənci 

sevdiyi qıza qovuşdursa da, ikinci səfərində Çıldırın Qucen kəndində yaşayan Aşıq 

Sultanəli  ilə  Gölə  kəndindən  olan  Zərnişana iki  kənd  arasındakı  qan  davası  üzün-

dən kömək edə bilmir.         

Rəvayətlərin bir qismi isə aşığın atı Alaşa ilə bağlıdır. 

Rəvayətlər arasında gülməli olanları da var. «Qoca arvad əhvalatı» (s.168-170) 

və  «Ağbabalı  çobanlarla  qarşılaşma»  (s.172-176)  bu  qəbildəndir.  Birinci  rəvayət 

Nəsibə gözü düşən bir qadın, ikinci rəvayət aşığa sataşan bir çoban haqqındadır.   

Nəsib  haqqında  olan  aşıq  rəvayətlərinin  bir  qismi  rəvayətli  ifadələrdir,  onun 

müxtəlif vaxtlarda söylədiyi bir sözün və ya cümlənin açımı, izahıdır. Həcmcə çox 

kiçik olan bu mətnlərdə Aşıq Nəsibin hazırcavablığı ön plana çəkilmişdir.   

Tədqiqatın III fəsli “Aşıq Nəsib şeirlərinin poetik xüsusiyyətləri” adlanır. 



Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə