NaiLƏ baxşƏLİ qizi əSKƏR



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
1   ...   4   5   6   7   8   9   10   11   12

 

22 


 

Göləli İbrahim aşıqlıqla yanaşı həm də qalayçılıqla məşğul olmuşdur. Bir gün 

onun  yolu  Güllübulağa  düşmüş,  təsadüfən  Baharın  atası  evində  qonaq  qalmışdır. 

Gecə qonşu evdən bir gəncin, yəni Nəsibin şiddətli iniltisini, sızıltısını duymuş, ev 

sahibindən bunun səbəbini soruşmuşdur: 

 

Bu nə bəla, bu nə səsdi, 



 

Bu nə işdi, agah elə. 

 

Səni bu səs heç tərpətmir, 



 

Bağrım şişdi, agah elə. 

Ev sahibi onu başından eləmək üçün qeyri-müəyyən cavab vermişdir: 

 

Mən nə bilim, bir yetimdi, 



 

Kor baxtına ağlar qalıb, 

 

Gözü yoxdu, yoldaşı yox, 



 

Sinəsində dağlar qalıb. 

Göləli İbrahim bu işdə bir sirr olduğunu anlayır, ona görə də səhər Nəsibin ya-

nına  gələrək  onunla  tanış  olur,  dərdini  öyrənir.  Göləli  İbrahim  Nəsibin  istedadını 

görüb təklif edir ki, yaxşı aşıq kimi yetişmək üçün onun şəyirdi olsun. Nəsib əmi-

sindən  icazə alaraq razılıq  verir.  «Göləli  İrbaham  Nəsivi  götürüf  özüynən  Göləyə 

apardı. Nəsif bir xeylax orda qalıf şəyirtdih elədi. Əmə qəza gəldi, Göləli İrbaham 

bafat elədi. Nəsif oydu ki, yarımçıx qayıtdı geri» (s.165).             

«Aşıq Şenliyin Nəsiblə görüşməsi, Nəsibin ona şəyird olması» adlanan aşıq rə-

vayəti  bu rəvayətin məntiqi  davamı  kimi  görünür.  Burada Aşıq  Nəsibin həyatının 

və sənətinin növbəti səhifəsi açılır. Bu rəvayətdən anlaşıldığına görə, onlar Güllü-

bulaqda bir toyda qarşılaşmışlar. Nəsibin yanıqlı səsi, gözəl saz çalması, bədahətən 

dediyi ilhamlı şeirlər Aşıq Şenliyin xoşuna gəlmişdir. Nəsibin simasında gələcəyin 

məşhur  sənətkarını  görən  Aşıq  Şenlik  «elə  o  günnən  Nəsivi  şəyirtdiyə  götürdü. 

Məclis başa çatannan sonra Aşıx Şennih Nəsivi aparıf Çıldıra yola tüşdü» (s.87). 

Rəvayətlər arasında «Aşıq Ələsgərlə Aşıq Nəsibin qabaqlaşması» süjet və sə-

nətkarlıq  baxımından  çox  maraqlıdır.  Rəvayətdən  anlaşıldığına  görə,  Güllübulağa 

toya gələn Ələsgər burada Nəsiblə deyişmişdir. Heç biri yenilmədiyi üçün qıfılbən-

də keçmişlər. Nəsibin doqquz pərdəni nəzərdə tutaraq söylədiyi müəmma Ələsgəri 

təntitmiş, xeyli düşündürmüş, hətta «gözlərinə qan sağılmıış», nəhayət, onu aça bil-

mişdir.  Ələsgər  isə  Nəsibin  əlindəki  qəlyan  haqqında  bir  qıfılbənd  demiş,  Nəsib 

duruxmuş, cavab tapa bilməyib məğlub olmuşdur.  

Bu rəvayətin süjet xəttində bir-iki məqamda şərtilik hiss olunsa da, o, ümumən 

dinamik  və  canlıdır,  şeirləri  də  zəif  deyil. Tədqiqatçı  İslam Ələsgərin  fikrincə,  bu 

rəvayətin tarixi əsası və heç bir sənət dəyəri yoxdur.

1

 Ağbulaq kəndindən (Göyçə) 



Aşıq  Mahmud  Məmmədovun  dilindən  yazıya  alınan  bu  rəvayət  Aşıq  Hüseyn  Sa-

raclının  kitabında

2

 yığcam,  A.Bayramovun  tərtib  etdiyi  kitabda  isə  geniş  şəkildə 



verilmişdir

3

. Hər iki variantda göstərilir ki, Ələsgər güllübulaqlı seyidlərin qonağı 



olanda Nəsib də məclisə gəlir və iki azman aşıq deyişir.  

                                                        

1

 İslam Ələsgər. Ələsgər ocağı ilə bağlı yaradılmış dastan-rəvayətlər haqqında. Bakı, 2007, s.137. 



2

 Aşıq Hüseyn Saraclı. Şeirlər, söyləmələr. Bakı, Yazıçı, 1992, s. 179-181. 

3

 Oğuz elindən - ozan dilindən. Tətib edəni: Aslan Bayramov. Bakı, Elm, 2000, s. 105-110. 




 

23 


 

Əslində, bu rəvayət uydurma deyil, onun tarixi əsası vardır. Bunu Aşıq Nəsi-

bin «Ələsgər» qoşması da sübut edir. Nəsib pirlər piri Ələsgərə dərin hörmət və eh-

tiramla yanaşmış, özünü ona şəyird saymış, Ələsgərlə həqiqətən görüşdüyünü, de-

yişdiyini göstərmişdır: 

Nəsib, fürsət düşdü, üz-üzə gəldim, 

Belə bir ustadla göz-gözə gəldim, 

Hərbə-zorba oldu, söz-sözə gəldim, 

Gördüm açılmamış sirdi Ələsgər (s.30).  

Mansur babanın dediyinə görə, Ələsgərlə Nəsib güllübulaqlı Hacı Mamoy ağa-

nın oğlunun toyunda qarşılaşmışlar.

1

 Mahmud babanın məlumatına görə, Nəsibi bu 



deyişməyə göyçəli Həllac Məhəmməd təhrik etmişdir

2

.  



Həyatda  gerçək  ustadları  olan  Göləli  İbrahimdən  və  Şenlikdən  sonra  Ələsgər 

yeganə aşıqdır ki, Nəsib onu özünə ustad, özünü isə ona şəyird elan etmişdir. Bu, 

Nəsibin dədə Ələsgərə sonsuz ehtiramını göstərən bir fakt kimi diqqətəlayiqdir.   

«Çıldırlı Aşıq Veysinin Güllübulaq səfəri» bu ülvi sənətin qaydalarına, etika-

sına həsr olunmuşdur. Aşıq Veysi özünün daha üstün olduğunu sübut etmək üçün 

Nəsiblə deyişir, lakin məğlub olur (s.132-135). Nəsib müştəbeh aşığın dərsini verir:  

 

Səni qoşam harabıya, 



 

Qağızmannan duz gətirəm, 

 

Sürəm birbaş Gürcüstana, 



 

Borçalıdan qoz gətirəm, 

 

Sürəm tozlu yollarınan, 



 

Üst-başında toz gətirəm. 

 

Adamlıxdan lap çıxıfsan, 



 

Əlini üzüf gəlifsən (s.135). 

 «Bala Məhəmmədlə Aşıq Nəsibin görüşü» adlı rəvayətdə qocalmış sənətkarla 

gənc  Nəsibin  rastlaşması  epizodu  işlənmişdir.  Rəvayətdə  nəql  edilir  ki,  Bala  Mə-

həmməd  yazda  Canbaz  yaylasında  təsadüfən  Nəsiblə  tanış olur,  onun nakam  eşqi 

barədə hekayəsini dinləyir və ona təsəlli verir.    

 «Aşıq Nəsibin Tacir Söyünnən görüşməsi» adlı rəvayətdə (s.91-92) Nəsib er-

məni aşığı Tacir Söyünlə deyişir. Burada Nəsibin yüksək milli şüuru, vətənpərvər-

liyi, prinsipiallığı və təəssübkeşliyi görünür. Aşıq Nəsib türkə xor baxan, lovğa Ta-

cir Söyünün ünvanına kəskin bir həcv deyir, Aşıq Söyün ona cavab verə bilmir: 

 

 

 



Hər nə desəm sana azdı, adamlıxdan uzaxsan, 

 

 



 

Məqam olsa qan içərsən, müsəlmana duzaxsan, 

 

 

 



Tək olanda yalmanırsan, deyillər ki, yazıxsan, 

 

 



   

Ürəyini doldurmazsan saflıx ilə, yeylə sən, 

 

 

   



Tülkü-çaqqal balası, 

 

 



   

Sarı urus tulası, 

 

 

   



Köpəhlərin alası, 

 

 



   

Qırx qazana çalası, 

                                                        

1

 Mansur baba ilə müsahibənin mətni arxivimizdədir. 



2

 Mahmud baba ilə müsahibənin mətni arxivimizdədir. 




Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə