86
qeyd edək ki, ġəki hakimi Azərnərsə (Atrnerseh) ibn Həmam IX əsrin sonlarında
Albaniyada dövlət hakimiyyətini bərpa edən məĢhur alban knyazı Həmamın oğlu
idi. Ona görə onun mənĢəcə gürcü olması ehtimalı, necə deyərlər, heç bir əndazəyə
sığmır. Ġkincisi, məhz X əsrin ortalarında ġəki, mənbələrin məlumatına görə,
yuxarıda qeyd etdiyimiz kimi, əvvəl Sacilərə, sonra isə Salarilərə vergi verirdi.
Tarixən məlumdur ki, 957-ci ildə Mərzban ibn Məhəmməd öldükdən sonra bir çox
yerli hakimlər Salarilərin tabeliyindən çıxa bilmiĢdilər. Məhz bu zaman alban
katolikosu ġəki hakimi Sənəkərimin baĢına “alban taxt-tacını bərpa etməsi
münasibətilə tac qoymuĢdu. Onun X əsrin sonunadək davam edən uzun
hakimiyyəti dövründə hətta Sanariya (Kaxetiya) da ġəkiyə tabe edilmiĢdi (A. Y.
Krımski). Yalnız o, öldükdən sonra ġəki siyasi cəhətcə zəifləmiĢdi. Beləliklə, VII –
XI əsrlərdə ərəb mənbələrində ayrı-ayrılıqda adı çəkilən ġəki və Curzan (ġərqi
Gürcüstan) D. L. MusxeliĢvilinin səyinə baxmayaraq heç cür eyniləĢdirilə bilməz.
Onun ərəb mənbələrinə əsaslanan bəzi dəlillərini nəzərdən keçirmək istərdik.
Bunlardan birincisi V. F. Minorskinin nəĢri ilə iĢıq üzü görmüĢ MünəccimbaĢının
əsərindəki “Ģirvanlılarla Ģəkililərin arasında Qəbələ rustaqında baĢ verən döyüĢ”
haqqında olan məlumata əsaslanır. Qeyd edək ki, bu məlumatdan əvvəl,
MünəccimbaĢının əsərində bu zaman ġirvanĢaha tabe olan Qəbələdə baĢ verən
ġirvan – Dərbənd toqquĢmasından danıĢılır. V. Minorski özünün qeydlərində “əĢ-
ġəkəriyyə” sözünün “ġəkəviyyə-Ģəkili” olması gümanını irəli sürür. Ümumiyyətlə
isə, bu söz, V. Minorskinin özünün də qeyd etdiyi kimi “muzdlu döyüĢçü”
mənasını verirdi (bu dövrdə Dərbənd əmirinin qoĢununda ruslardan olan muzdlu
döyüĢçülər xidmət edirdi). Gürcü alimi MusxeliĢvili V. Minorskinin fərziyyəsinə
görə özünün “yeni” fərziyyəsini irəli sürərək, “ġirvan – ġəki mənafeyinin
Qəbələdə toqquĢduğunu” və beləliklə, bu dövr üçün gürcü vilayəti Ereti
adlandırdığı ġəkinin öz siyasi hakimiyyətini Qəbələyə də yaydığını bildirir.
D. MusxeliĢvilinin ikinci dəlili yenə də MünəccimbaĢının məlumatına
əsaslanır. Burada Gəncə əmirinin gürcülərdən Bəsrə qalasını alması faktı qeyd
edilirdi. Gürcü aliminin iddiasına görə, həmin faktı təsdiq edən V. Minorski, guya,
adı çəkilən Bəsrə qalasını ġəki rayonunda, Əlicançay üstündə olan Ərəbbəsrənin
yerində lokalizə edir. Buna görə də o, belə bir nəticəyə gəlir: “Bəsrə, görünür ġəki
və Qəbələ arasında sərhəd qalası olub, bu isə göstərir ki, bu zaman ġəkinin sahibi
gürcülər olub”. Qeyd edək ki, V. Minorski Bəsrəni D. MusxeliĢvilinin dediyi kimi
ġəki rayonundakı Əlicançay üstündəki Ərəbbəsrə ilə deyil, Göyçay çayı üstündəki
eyni adlı yerlə eyniləĢdirir. Ona görə də D. MusxeliĢvilinin bu quraĢdırma iddiası
da göydəndüĢmədir.
MünəccimbaĢının baĢqa bir məlumatına görə “1067-ci ilin aprelində C. ph.
sri ibn Kurki (Georqi?) ġirvanĢaha qarĢı aĢıq çıxıĢ etdi. O, ġəkiyə tərəf istiqmət
götürdü və Dəskərət əl-Hüseyn qalasını tutdu”. Bu faktdan çıxıĢ edən D.
MusxeliĢvili belə bir nəticəyə gəlir ki, “ərəb mənbələrinə görə XI əsrdə ġəki
87
kantonu Kaxetiya padĢahlığı tərkibində idi. Bundan əlavə, Qaqikin olu Axsartanın
iddiaları, göründüyü kimi, uzaq Ģərqə doğru da gedib çıxırdı”.
Tarixən məlumdur ki, 1067-ci ildə Kaxetiya padĢahı I Qaqikin oğlu II
Axsartan, ĢirvanĢahın düĢdüyü çətin vəziyyətdən istifadə edərək, onun torpaqlarına
hücum edib ġəkini tutmuĢdu. Bu hadisə MünəccimbaĢı tərəfindən yuxarıda D.
MusxeliĢvilinin haqqında danıĢdığı xəbərdən bilavasitə sonra verilib. Lakin 1072-
ci ilin aprelində ġirvanĢah ġəki yaxınlığındakı Malut qalasını qaytara bildi. Qeyd
etməliyik ki, 1067-ci ildə gürcü çarı IV Baqrat Bərdəyə hücum edərkən, Səlcuq
sultanı Alp Arslan ona qarĢı çıxıĢ etmiĢdi. ġirvanĢaf Fəriburz da bu yürüĢdə sultanı
müĢayiət edirdi. ġübhəsiz, ĢirvanĢah gürcülərin tutduğu torpaqlarını, o cümlədən
ġəkini azad etmək istəyir. Sədrəddin əl-Hüseyninin “Səlcuq tarixinə” həsr etdiyi
əsərindəki məlumata görə, sultanın qoĢunları gürcüləri məğlub etmiĢ, Kaxetiya
padĢahı Axsartan isə sultanın qulluğuna gəlmiĢ, öz mülklərini saxlamaq naminə
hətta Ġslamı da qəbul etmiĢdi. Beləliklə, gördüyümüz kimi, Axsartanın ġirvan
torpaqlarını, o cümlədən ġəkini tutmaq istəyinə rəğmən, o, özü səlcuqlara tabe
olmuĢ, hətta müsəlmanlığı da qəbul etmiĢdi.
Buna görə də XI əsrdə, yəni Azərbaycan və o cümlədən Gürcüstanın bir
hissəsi üzərində Səlcuq hakimiyyəti illərində də ġəkini gürcü torpağı hesab etmək
tarixə zidd faktdan baĢqa bir Ģey deyil
*
.
Yaqutun coğrafi əsərində bu məĢhur Ģəhərlərlə yanaĢı ərəb hakimiyyəti
illərində Arran ərazisində olan baĢqa yaĢayıĢ yerləri haqqında da məlumat vardır:
“Kərkər, Arranda Beyləqan yaxınlığında Ģəhər, onu ƏnuĢirəvan inĢa etdirmiĢdi...
Ġzz – Bərdə rustaqında bir qala... Saysabin – Arran nahiyələrindən birində yerli
əhalinin (əcəmlərin) Saysavan adlandırdıqları kiçik Ģəhər. Onunla Beyləqan
arasında Azərbaycan tərəfdən (getsən), dörd gün yol var... Səncan – Bab əl-Əbvab
yanında yer adı... Firuzqubad – ƏnuĢirəvanın atasının Ģərəfinədir. Bab əl-Əbvabın
– Dərbəndin yaxınlığında Ģəhər. ƏnuĢirəvan orada qəsr tikdirmiĢ, onu Bab
Firuzqubad adlandırmıĢdı... Xunlıq (Xınalıq) – Dərbənd yanında yer, Həkim bin
Ġbrahim bin Həkim əl-Lakzi əl-Xunlıqi əd-Dərbəndi buradandır, o, Bağdadda Ģəfii
fəqihi olmuĢ... 538-ci ilin Ģaban ayında (1144, II.) ölənədək Buxarada yaĢamıĢdı.
Xutta – Dərbənd yaxınlığında Ģəhər... ġətər – Arran nahiyələrinin birində Bərdə ilə
Gəncə arasında qala... əl-Əndərab, Kərnə (Kurrah), Lasub, Naftan (Yaktan) –
Bərdə yaxınlığında yaĢayıĢ yerləri... Akana – Arranda Cəncə (Gəncə) nahiyəsində
qala” və b.
Orta əsr Azərbaycanının iqtisadi, siyasi və mədəni həyatında ərəb iĢğalının
əmələ gətirdiyi dəyiĢiklik nəticəsində bəzi qədim Ģəhərlərin siması baĢqalaĢdı, yeni
inzibati mərkəzlər, Ģəhərlər yarandı, köhnə karvan yollarının istiqaməti dəyiĢdi.
*
ġəkinin müxtəlif dövrlərdə gürcülərin tabeliyində olması haqda D. MusxeliĢvilinin iddiaları
“Azərbaycanın tarixi coğrafiyası” kitabında Z. Bünyadov, F. Məmmədova, V. Piriyev və N. Vəlixanlı
tərəfindən ayrı-ayrı məqalələrdə təkzib və tənqid edilib.
Dostları ilə paylaş: |