88
Nəticədə bu yollardan kənarda qalmıĢ bir sıra Ģəhərlərin (Qəbələ, Amaras –
Ağoğlan və b.) əvvəlki əhəmiyyəti azaldı.
***
Erkən orta çağ coğrafiyaĢünas-səyyahların (Ġbn Xordadbeh, əl-Ġstəxri, Ġbn
Havqəl, əl-Müqəddəsi və b.) Xilafətin nabələd yollarını öyrənmək zərurətindən
doğan “yol və məmləkətlər”ə həsr olunmuĢ əsərləri, hələ də davam etməkdə olan
ərəb iĢğalları dövründə müsəlman xəlifələrinin bu sahədəki ehtiyaclarını ödəmək
baxımından böyük maraq doğururdu. Bəzən öz xələflərinin də “quru” dillərinə
görə bəyənmədikləri bu əsərlərdə olan ayrı-ayrı Ģəhər və yaĢayıĢ yerləri arasındakı
məsafə və yollar xəlifə qoĢun baĢçılarına tanımadıqları yerlərdə istiqaməti
müəyyənləĢdirmək imkanı verirdisə, müasir tədqiqatçılara da əsrlərin toz-torpağı
altında qalmıĢ Ģəhər və kəndlərimizi aĢkarlaĢdırmağa kömək edir.
Ərəb iĢğalı, Ģübhəsiz, əvvəlki yol və marĢrutlarda da müəyyən dəyiĢikliklər
törətdi. Bəzi inzibati mərkəzlərin, yaĢayıĢ məskənlərinin dağılması onların
yanından keçən yollara da təsir etdi. Lakin bununla belə, bir çox yerlərdə köhnə
yollar əvvəlki gücündə fəaliyyət göstərirdi. Bu yolların çoxunu poçt yolları təĢkil
edirdi, onların üstündə isə xüsusi poçt-gömrük məntəqələri yerləĢdirilmiĢdi.
Dövlət əhəmiyyəti daĢıyan arasıkəsilməz rabitəni qorumaq üçün ərəblər
iĢğal etdikləri ölkələrdə, o cümlədən Azərbaycandakı əvvəlki poçt idarəsini
saxlamıĢdılar. Artıq IX əsrin ortalarında bütün Xilafət yollarında 930 poçt-gömrük
məntəqəsi vardı. Yolçular atlarını bu məntəqələrdə dəyiĢir, poçt torbalarını bu və
ya digər yerə aparan qasidlər burada təyin edilir, gömrükxanalar burada olurdu.
Azərbaycan ərazisindən keçən mühüm yol qovĢaqlarında əhalidən artıq belə poçt-
gömrük məntəqəsi vardı. Maraqlı burasıdır ki, Xilafətin mərkəzindən, məsələn,
Bağdaddan keçən yollarda, bu məntəqələr biri digərindən 9 – 12 km (1,5 – 1,7
fərsəx) aralı yerləĢirdisə, mərkəzdən uzaqlaĢdıqca bu məsafə daha da artırdı;
mənbələrin müqayisəli təhlili göstərir ki, Xilafətin ucqar vilayətlərindən biri
sayılan Arranın yollarında poçt-gömrük məntəqələri arasındakı məsafə 69 – 70 km-
ə çatırdı.
Yolçuların nabələd yollarda azmaması, hər hansı yaĢayıĢ yerinə qədər olan
məsafəni müəyyənləĢdirə bilməsi üçün Xilafətin yerlərdəki poçt idarələri,
tabeliklərində olan yollarda yol göstəricisi rolunu oynayan xüsusi mil (məsafə
vahidi 1 min təqribən 2 km-ə bərabərdir) daĢları qoyurdular. Bu daĢların üstündəki
qısa yazılarda növbəti mənzilədək olan məsafənin qədəri ilə yanaĢı, bəzən, həmin
yolun kim tərəfindən salındığı qeyd olunurdu. Məsələn, Suriya ərazisində tapılmıĢ
mil daĢı üzərində belə bir yazı vardı: “Möminlərin əmiri Abdallah Əbdülməlik bu
yolu saldırmağı və mil daĢları düzəltməyi əmr etdi... DəməĢqdən bu mil daĢınadək
yüz yeddi mildir”. Arxeoloji qazıntılar Tiflis Ģəhəri yaxınlığında VIII əsrin
əvvəlinə aid edilən belə bir daĢ aĢkar edə bilmiĢdir. Onun üstündə yazılmıĢdır:
“Allahın adı ilə Tiflisdən üç mil”.
89
Xilafətin Ģimal vilayətlərinə aparan yollar içərisində ən mühümü məĢhur
Xorasan yolunun Bisitun dağı zirvələrindən biri yanında baĢlayan Ģimal qolu idi.
Bu yol Xilafətin ucqar vilayətlərini, o cümlədən Arranı və Azərbaycanı mərkəzlə
birləĢdirir, bu yol vasitəsilə mərkəz uzaq Ģimal və qərb ölkələri ilə əlaqələnirdi.
Bisitun yanında haçalanan yolun biri Ģimal-Ģərqə - Zəncana, oradan isə
Ərdəbil və Varsana doğru uzanırdı. Ġkinci yol Azərbaycanın cənub hüdudunda
yerləĢən Sisərdən keçərək, cənubdakı Beyləqana doğru istiqamətlənirdi.
Mənbələrdəki məlumat göstərir ki, Sisərin özündən də Beyləqana təbii Ģəraitin
çətinliyindən yaranan iki yol aparırdı: qıĢ yolu adlanan doqquz fərsəxlik (və ya
iyirmi yeddi mil) yol dağ Ģəraitində hərəkətin ağırlaĢması dövründə, havaların
pisləĢməsi ilə əlaqədar fəaliyyət göstərirdi. Bu zaman Beyləqana getmək üçün
mütləq yuxarıda haqqında danıĢdığımız cənubdakı əl-Əndərabdan keçmək lazım
gəlirdi. Daha uzun yay yolu isə əl-Əndərabdan aralı keçərək, birbaĢa Beyləqana
aparırdı. Beyləqandan Bərzəyə də altı fərsəxlik qıĢ və səkkiz fərsəxlik yay yolları
gedirdi. Bərzənin özü Ģimala və Ģimal-qərb istiqamətlərinə aparan yollar
qovĢağında yerləĢmiĢdir. ġimala-Marağaya gedən yol iki istiqamətdə haçalanırdı:
biri Urmiya gölünün cənub-Ģərq tərəfində yerləĢmiĢ Cənzə, Musa-abad və
Saburxast Ģəhərlərindən keçərək Marağaya yetiĢir, digəri isə Cabravan, Neriz və
UĢnudan keçərək Urmiya Ģəhərinə çatırdı. Urmiya gölünün ətrafındakı bu yolar
həmin yerlərdəki Ģəhərləri Azərbaycanın müxtəlif istiqamətləri ilə birləĢdirirdi.
Gölün Ģərq tərəfində yerləĢmiĢ Marağadan gölün qərb sahilindəki Urmiya Ģəhərinə
72 milə bərabər su yolu vasitəsilə də gedib çıxmaq olurdu. Buraya yetiĢən yolçular
Ģimala – Səlmasa, oradan bir neçə yolun qovĢağında yerləĢmiĢ Xoya (Xuveyyə),
daha sonra isə Azərbaycanın Ģimalına – Naxçıvana və ya Kiçik Asiyaya getmək
üçün Səlmasadək ya su, ya da ki, quru yollarından istifadə edirdilər.
O dövrdə bu ərazidə yerləĢən ən mühüm nəqliyyat qovĢağı Marağa idi.
Buradan müxtəlif istiqamətlərdə aparan bir neçə karvan yolu keçirdi. Dehxərqana,
oradan isə Təbrizdən keçərək Mərəndə aparan Ģimal yolu Mərənddə iki istiqamətə
yönəlirdi. Onlardan bu gün də fəaliyyət göstərən biri Xoydan Amidə (Türkiyədəki
müasir Diyarbəkrə), o biri isə Naxçıvana, Sisyana, Dəbilə və s. aparırdı.
Marağadan Ģərqə gedən yol böyük yarmarkası ilə məĢhur olan Kulsurədən,
daha sonra isə Miyanə və Xunəcdən (Kağızkunandan) keçərək Ərdəbilə çatırdı.
Onu da deməliyik ki, ana xəttlə birləĢən bu Ģəhərlərin hər birini ayrı-ayrılıqda
Ərdəbillə birləĢdirən baĢqa yollar da mövcud idi. Ərdəbil özü də müxtəlif
istiqamətlərə gedən yollar qovĢağında idi. Haqqında məlumat verdiyimiz qərb
yolundan baĢqa buradan Ģimala – Bərdəyə, Ģərqə - Muğana, cənuba – Xunəc və
Zəncan vasitəsilə Xorasan yoluna çıxmaq olurdu. Ərdəbildən Ģimala doğru gedən
Bərdə yolu XuĢĢ, Bərzənd və Varsandan keçərək Arran ərazisinə daxil olurdu. Onu
da qeyd edək ki, IX əsr müəlliflərinin (Ġbn Xordadbeh) Ərdəbillə Bərzənd arasında
– Ərdəbilin 8, Bərzəndin isə 6 fərsəxliyində adını çəkdikləri XuĢĢu XIII əsr
müəllifləri Yaqut Azərbaycanın kiçik Ģəhərlərindən biri kimi xarakterizə edir.
Dostları ilə paylaş: |