96
bu kitabımızda, biz, Xilafət dövrü Azərbaycanında baĢ verən bütün hadisə və
faktları əhatə edə bilməzdik. Ona görə də ərəb müəlliflərindən bizə qalmıĢ qiymətli
mirasın bəzi səhifələrini oxucularımızla birlikdə vərəqləmək istərdik.
ƏBU CƏFƏR MƏHƏMMƏD ĠBN CƏRĠR
ƏT-TƏBƏRĠ (838 – 923)
“TARĠX ƏR-RÜSUL VƏ-L-MULUK”
(“PEYĞƏMBƏRLƏR VƏ HÖKMDARLARIN TARĠXĠ”
AZƏRBAYCANIN FƏTHĠ
Ət-Təbəri deyir: Nuaym ikinci dəfə Həmədanı tutduqdan sonra Vacruddan
Reyə yola düĢdü. Ömər ona yazdı ki, o, Simak əl-Ənsarini sərkərdə Bukayr ibn
Abdallahın köməyinə Azərbaycana göndərsin. Nuaym Reyi ələ keçirənədək
Simakın göndərilməsini uzatdı, ancaq bundan sonra onu buraxdı, Simak da
Bukayrın yanına, Azərbaycana yola düĢdü...
Bukayr əmr alan kimi yürüĢə baĢladı. Cərmidan həndəvərində
gözlənilmədən Vacruddan qaçan Azərbaycan mərzbanı Ġsfəndiyar ibn Fərruxzadla
üzləĢdi. Azərbaycan (ərazisində) Bukayrın ilk döyüĢü baĢ verdi. DöyüĢ baĢlandı.
Allahın köməkliyi ilə Ġsfəndiyarın qoĢunu qaçmağa üz qoydu. Bukayr Ġsfəndiyarı
əsir tutdu... Bir neçə qaladan baĢqa, ölkə bütünlüklə onun əlinə keçdi. Elə bu vaxt
Simak onun köməyinə gəldi. Ġsfəndiyar hələ də əsir idi. Bukayr qonĢu yerləri, Utba
ibn Farkad isə qalan tutulmamıĢ yerləri fəth etdilər... (Xəlifə) Ömər Bukayra
yazdığı məktubunda Bab əl-Əbvab istiqamətində yürüĢün razılığını verdi...
ƏL-BABIN FƏTHĠ
Elə həmin 22-ci ildə Sayf ibn Ömərin sözlərinə və hekayətinə görə əl-Bab
fəth edildi. Sayf xəbər verir: Deyirlər ki, xəlifə Ömər öz sərkərdələrindən Əbu
Musanı Bəsrəyə, Zunnur ləqəbli Suraka ibn Əmri isə əl-Baba göndərdi. Yenə
Zunnur ləqəbli Əbdürrəhman ibn Rəbiəni qoĢunun baĢına, Huzayfa ibn Asid əl-
Qaffarini cinahların birinə, Suraka ibn Əmrdən əvvəl əl-Baba gəlib çıxmıĢ Bukayr
ibn Abdullah əl-Leysini cinahların o birinə təyin etdi və ona Suraka ilə birləĢməyi
tapĢırdı. Səlman ibn Rəbiə isə əldə ediləcək qəniməti bölən oldu. Suraka
Əbdürrəhman ibn Rəbiəni qabağa göndərdi; o, Azərbaycanı keçib əl-Baba doğru
yönələndə, ardınca gedərək əl-Bab yaxınlığında Bukayra çatdı. Onun dəstəsilə
birlikdə, xəlifə Ömərin dediyi kimi, əl-Bab hüdudlarına daxil oldu. Ömər Həbib
ibn Məsləməni əl-Cəzirədən onun köməyinə göndərdi...
Əbdürrəhman ibn Rəbiə əl-Bab hökmdarını sıxıĢdırmağa baĢladı, o zaman
vilayətini idarə edirdi və özü də Ġsrail nəslini məhv edərək ġamı onlardan
təmizləyən ġəhribərəzin nəslindən idi. ġəhribərəz [Əbdürrəhmanla] yazıĢmağa
97
baĢladı, onun yanına gəlmək üçün aman istədi. Əbdürrəhman ona aman verən kimi
görüĢünə gəlib dedi: - Mən quduz düĢmənə və əsli olmayan qaba xalqlara qarĢı
durmuĢam. Nəcib və dərrakəli Ģəxs bu cinsdən olanlara kömək etməz və əsli-
nəcabətlilərə qarĢı onlardan kömək ummaz, çünki əsli olan, harada olursa-olsun,
yalnız əsli olana yaxındır. Mənim özümün nə dağlılara, nə də ermənilərə dəxlim
yoxdur. Siz mənim ölkəmin və mənim xalqımın üzərində qələbə çaldınız. Ġndən
belə mən sizlərdənəm, sizinlə əlbəələm, rəğbətim də sizədir. Allah bizimlə sizdən
razı olsun. Qoy bizim sizə verəcəyimiz cizyə-köməyimiz və sizin buyuruğunuza
əməl etməyimiz olsun. Bizi cizyə ilə alçatmayın, əks təqdirdə onunla öz
düĢməniniz qarĢısında bizi zəiflədərsiniz: Əbdürrəhman dedi: Siz [vəzifəcə]
məndən üstün adamın kölgəsindəsiniz. Onun yanına get və xahiĢ et. ġəhribərəz
Surakanın yanına getdi, həmin sözləri ona da dedi. Suraka dedi: Səninlə olanların
da qərəzi budursa, mən bunu qəbul edirəm. Ancaq vuruĢa getməyib qalanların
üzərinə cizyə düĢür. [ġəhribərəz] bunu qəbul etdi. Müsəlmanların düĢmənləri ilə
vuruĢan bütün kafirlər üçün bir qayda oldu. Cizyə verməkdən ancaq döyüĢə
gedənlər azad olunurdular, həmin ilin cizyəsi onların üstündən götürülürdü.
Suraka bu haqda [xəlifə] Ömər ibn əl-Xəttaba yazdı, o da bu tədbiri
[bəyənib] ona razılıq verdi. Həmin dağların yamaclarında olan ölkədə elə hündür
yerlər var ki, ermənilər o yerlərdə az qalırlar, çünki onlar onun ətrafında
yaĢayanlardandır, özləri də gəlmədirlər. [Köçərilərin] hücumları bu hündür
yerlərdəki oturaq [yerli] əhalini dərbədər saldı, dağlılar öz doğma torpaqlarını atıb,
dağlarda gizləndilər. Buralarda yalnız [sərhəddi qoruyan] əsgərlər, bir də onlara
kömək edənlər və ya onlarla ticarət edənlər qaldılar. Məhz bu adamlar Suraka ibn
Əmrdən [aman] fərmanı aldılar...
24-cü (645/46) il
Həmin ildə əl-Valid ibn Ukba Azərbaycan və Ərminiyəyə hücum etdi,
çünki onların əhalisi, Əbu Mihnafın xəbər verdiyinə görə, [xəlifə] Ömərin
günlərində müsəlmanlarla bağladıqları sülh müqaviləsinin Ģərtlərini yerinə
yetirməkdən imtina etmiĢdilər. BaĢqalarının dediklərinə görə bu [hadisə] 26-cı ildə
olmuĢdur.
HiĢam ibn Məhəmməd xəbər verib: Əbu Mihnəf Farva ibn Lakit əl-
Əzdiyə... istinadən ona bildirib ki, kufəlilər Rey və Azərbaycana hücum edirdilər.
Hər iki sərhəd bölgəsində on min kufəli əsgər vardı – bunlardan altı mini
Azərbaycanda, dörd mini Reydə idi. Kufədə [o vaxt] qırx min əsgər vardı. Hər il
bu vilayətlərə on min əsgər göndərilirdi. Beləliklə, hər döyüĢçü dörd ildə bir dəfə
yürüĢdə iĢtirak edirdi.
Əl-Valid ibn Ukba Azərbaycan və Ərminiyəyə xəlifə Osmanın dövründə,
Kufənin hakimi olduğu vaxt hücum etdi. O, qabaqca Səlman ibn Rəbiəni göndərib,
özü də bir dəstə ilə Ərminiyə hüdudlarına doğru tələsdi. Nəhayət, qoĢunu ilə
Dostları ilə paylaş: |