________Milli Kitabxana________
20
bu prosesə hər bir etnosun milli-mənəvi “Mən”ini dərk edərək
qoşulmasıdır. Bəlkə də, bu zərurətin dərkindən doğan həqiqətin
nəticəsidir ki, indi qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi
köklərinə yenidən dönüşü ilə də xarakterizə olunur. Bu da
cəmiyyət tarixinin inkişaf qanunauyğunluğunun özünüqoruma
instinktindən doğur (17, s.8-9).
XX əsrin son on illiyi və XXI əsrin əvvəllərində mədəniy-
yətin qloballaşma prosesi sürətlə inkişaf etmişdir. Mədəni
diffuziya, daha dəqiq desək, mədəni dəyərlərin mənimsənilmə-
sinin kortəbii və yaxud nəzarət edilməyən cəhəti həm pozitiv,
həm də neqativ aspektlərə malikdir. Bir tərəfdən o xalqlara
imkan verir ki, bir-biriilə ünsiyyətə girsin və bir-birini yaxın-
dan tanısın. Ünsiyyət və tanıma xalqların yaxınlaşmasına şərait
yaratmışdır. Digər tərəfdən həddindən artıq fəal ünsiyyət və
mənimsəmə mədəni orijinallığın itirilməsi üçün təhlükədir.
Eyni mədəni nümunələrin bütün dünyada yayılması, mədəni
təsir üçün sərhədlərin açılması və mədəni ünsiyyətin genişlən-
məsi alimləri müasir mədəniyyətin qloballaşma prosesi
haqqında danışmağa məcbur etmişdir. Qloballaşma millətlərin
dünya sisteminə inteqrasiyasının sürətləndirilməsinə təsir edir,
müasir nəqliyyat vasitələrinin və iqtisadi əlaqələrin inkişafı ilə
güclənir, kütləvi informasiya vasitələrinin insanlara təsirini
gücləndirir. Bu xalqlar arasında mədəni kontaktların genişlən-
məsinə imkan verir və insanların miqrasiya proseslərini
güclənidirir.
XX əsr elmi-texniki tərəqqi əsri, XXI əsr isə qloballaşma,
inteqrasiya və informasiya əsri adlanır. Qloballaşma prosesi
təşəkkül tapdığı vaxtdan indiyə kimi Qərb və Şərq dövlətləri
arasında sosial, iqtisadi, mədəni və hərbi əlaqələr sürətlənir,
kommunikasiya vasitələri genişlənir. Qloballaşma inkişaf etmiş
Qərb dövlətlərində məqbul sayılan ideoloji standartlar əsasında
baş verdiyindən, müsəlman dünyası bu proseslər zamanı,
onlara ayrılmış yeri və xüsusi çəkini müəyyən etmək zərurəti
ilə qarşılaşmışdır (50, s.127).
________Milli Kitabxana________
21
Dünyada ortaq dəyərlər olan insan haqları, hüququn
üstünlüyü və demokratiyanın əhəmiyyəti getdikcə artmaqdadır.
Ötən
əsrin sonlarından etibarən maliyyə
bazarlarındaki
sərbəstləşmə hərəkatları və informasiya texnalogiyasındakı
inkişafla başlayan, xarici ticarətdəki sərbəstləşmə və texnoloji
inkişafla sürətlənərək iqtisadiyyatın diğər sahələrini da təsiri
altına alan qloballaşma prosesi, son illərdə sosial və mədəni
sahələrdə da istiqamətverici olmağa başlamışdır.
Kompyuter və informasiya texnologiyalarındakı sürətli
inkişaflar nəticəsində məlumatların uzun məsafələr boyunca
asan və sürətli ötürülə bilməsi Yer üzünün qloballaşmasında
əhəmiyyətli rol oynamışdır. Bu proses, beynəlxalq rəqabət
qaydalarında köklü dəyişikliklərə yol açmışdır. İstehlakçıların
da məlumatlara çox sürətli və asan yiyələnmə imkanı ilə bağlı
tələbi də qloballaşmışdır. Bunun nəticəsində müxtəlif ölkələr-
dəki istehlakçı seçimləri və həyat tərzləri arasında bənzərliklər
meydana gəlməkdədir.
İnformasiya cəmiyyətunun yaranması prosesində
ən
əhəmiyyətli
istehsal
faktoru məlumat
olduğundan,
iş
keyfiyyətinin yüksəldilməsi və inkişaf etmiş bir informasiya
strukturuna sahib olmanın əhəmiyyəti artmaqdadır. Bu səbəblə
də belə fikrə gəlinir ki, XXI əsrdə inkişafda olan ölkələrin
inkişafına ən böyük yardımı insan qaynaqlarına yatırım və
strukturun yaxşılaşdırılması göstərəcəkdir.
Ümumiyyətlə isə, qloballaşma pozitiv və neqativ cəhətlərə
malikdir. Qloballaşmanın neqativ momentləri hər bir xalqın
özünün mədəni özünəməxsusluğunun itməsi imkanını aşkara
çıxarır. Bu proses assimlasiya təsirinə imkan verir. Müasir
cəmiyyətdə
mədəni özünəməxsusluğu qoruyub saxlamaq
sivlizasiyanın ən ali nailiyyəti kimi dəyərləndirilir. Əvvəllər bu
məsələlərə diqqət yetirilmirdi. Ona görə də bir millət digər
milləti öz içərisində əridirdi, itaət altına alınmış xalqın
mədəniyyət qalıqlarının müsbət ünsürlərini tamamilə özünə
götürürdü. Misal üçün Latın Amerikası və Afrika ölkələrinin
________Milli Kitabxana________
22
Avropa müstəmləkəçiliyi dövründə bu işlər baş vermişdir.
Müasir dövrdə əksər sivilizasiyalı insanlar üçün “sosial
siyasət” və “mədəniyyət siyasəti” ifadələri vərdişə çevrilmişdir.
Sual oluna bilər, bunlar nə üçün yalnız sivilizasiyalı insanlar
üçün adiləşmişdir? Ona görə ki, bu, məqsədyönlü cəmiyyətin
sosial-mədəni sahələrinin idarə
edilməsi konsepsiyasına
əsaslanır. Bütövlükdə bunlar sivilizasiyalı ölkələrin fərqlən-
dirici əlamətləri hesab olunur. Bu xalqlar üçün bu hallar yalnız
XX əsrin ortalarından başlayaraq adiləşdirilmişdir. Elə həmin
vaxtdan başlayaraq bütün bəşəriyyətin mədəni genefondunun
saxlanılmasına yeni yanaşma inkişaf etdirilmişdir. Bu
konsepsiya BMT çərçivəsində ayrıca götürülmüş hər bir ölkəyə
aid edilir.
BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə
niazmnaməsində deyilir: “İnsan ləyaqətini qorumaq üçün
mədəniyyət və təhsil ədalət, azadlıq və sülh əsasında bütün
insanlar arasında geniş yayılmalıdır; ona görə də, bu baxımdan
bütün xalqların üzərinə qarşılıqlı əməkdaşlıq ruhunda yerinə
yetirilməli olan müqəddəs vəzifələr qoyulur. Buna görə də
onlar dünyanın bütün xalqlarının təhsil, elm və mədəniyyət
sahəsində əməkdaşlığı yolu ilə tədricən beynəlxalq sülhə və
bəşəriyyətin rifahına nail olmaq məqsədi” (75, s.9) güdür.
Dünya kulturoloji fikri yekdilliklə belə bir ümumi qənaətə
gəlir ki, ənənəvi tədqiqatlarda bir-birindən ayrı, əlahiddə
təqdim edilən qədim mədəniyyətlər, biri digərinin tarixi davamı
və tamamlayıcısı olan qədim sivilizasiyaların təzahürü olmaq
etibarilə vahid bir mədəniyyət hadisəsidir və indi bu sivilizasi-
yaların müasir varisləri XXI əsrin ilk onilliyini tamamlamaq-
dadır. Vahid mənşədən vüsət alan sivilizasiyalar tarixi epoxalar
sınağından keçərək yenidən bir-birinə qovuşur. Beləliklə, türk
etnik-mənəvi
“Mən”inin
dərk
olunma
və
ümumtürk
miqyasında psixoloji həzmi zərurəti bu günün reallıqlarından
doğur. Və bütün bəşəriyyət gücündən, iqtisadi qüdrətindən,
mənəvi-mədəni səviyyəsindən asılı olmayaraq milli varlığını
Dostları ilə paylaş: |