________Milli Kitabxana________
8
həsində inkişafın təmin edilməsinə dair problemlər bir çox kul-
turoloqların, tarixçilərin, filosofların, filoloqların, sənətşünasların,
psixoloqların, sosioloqların, politoloqların, pedaqoji sahə mütəxəs-
sislərinin diqqətini cəlb etmişdir. Mədəniyyət sahəsində siyasətin
uğurla həyata keçirilməsinə dair araşdırmalarda bir sıra suallara
cavab axtarılmış, dünya kulturoloji fikrində müəyyən elmi qənaət-
lər əldə edilmişdir. Eləcə də son dövrlərdə azərbaycanlı alimlərin
araşdırmaları içərisində mədəniyyət siyasətinə və milli-mənəvi
dəyərlərimizin mühafizəsi probleminə həsr olunmuş (və ya bu
mövzuya toxunulan) bir çox elmi tədqiqatlar aparılmış, elmi-nəzəri
əsərlər yazılmışdır. Lakin müasir şəraitdə mədəniyyət siyasəti və
mənəvi dəyərləri mövzusu Namiq Abbasovun “Mədəniyyət siya-
səti və mənəvi dəyərlər” adlı monoqrafiyasında ilk dəfə sistemli
şəkildə araşdırılmışdır.
Bu sevindirici bir haldır ki, Azərbaycanın müstəqilliyinə qovuş-
duğu dövrdən etibarən yaranan imkanlar və milli-mənəvi dəyərləri-
mizin mühafizəsinə göstərilən qayğı, gənc alimlərin və tədqiqat-
çıların bu sahədəki araşdırmalarına da stimul verməkdədir. Bu
mənada Namiq Abbasovun “Mədəniyyət siyasəti və mənəvi dəyər-
lər” mövzusunda yazmış olduğu monoqrafiya da məhz belə bir
zəmin üzərində ərsəyə gəlmişdir. Mədəniyyət siyasəti sahəsindəki
fəaliyyətlərə elmi dəstək vermək məqsədindən irəli gələn bu
tədqiqatın aparılması prosesində, təbii ki, mədəniyyət fenomeni ilə
bağlı yuxarıda qeyd olunan səciyyəvi xüsusiyyətlər və bu sahədə
əldə edilmiş elmi qənaətlər nəzərə alınmışdır. Bu baxımdan, milli-
mənəvi dəyərlərin mühafizəsi və inkişafını, mədəniyyət siyasətinin
mahiyyəti, icra mexanizmi və perspektivlərinin tədqiqini nəzərdə
tutan monoqrafik araşdırma mövzusu aktuallıq kəsb etməkdədir.
Mübariz Süleymanlı
________Milli Kitabxana________
9
Giriş
Mədəniyyət siyasəti sahəsində qazanılan nailiyyətlər sübut
edir ki, Azərbaycan dövlət müstəqilliyi getdikcə möhkəmlən-
dirilməkdə, respublikamızda demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu prosesi daha da sürətlə inkişaf etməkdədir.
Dövlətçiliyin təməlinin, milli varlığın özülünün, əsasının mədə-
niyyətə bağlı olduğunu aydın dərk edən mərhum prezident
Heydər Əliyev 13 avqust 2001-ci il tarixli bəyanatında
söyləmişdir: “Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini
dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız
yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyər-
lərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviy-
yatını təşkil edən amillərdir”.
Ümummilli liderimiz Heydər Əliyevin yürütdüyü siyasi-
mədəni xəttin layiqli davamçısı prezident İlham Əliyevin
inamla və sədaqətlə həyata keçirməkdə olduğu mədəniyyət
siyasətinin uğurlu nəticələri və perspektivləri artıq göz
qabağındadır. Belə ki, “2006 – 2016-cı illər üçün mədəniyyət
sahəsində dövlət inkişaf konsepsiyası”nın əsas qayəsi daxili və
xarici dövlət mədəniyyət siyasətinin təminatı mexanizmlərini
dünya standartları səviyyəsinə çatdırmaq yolunda mədəni irsin
qorunması, yaradıcılığın dəstəklənməsi və mədəni sənayelərin
dirçəldilməsi kimi prioritet istiqamətləri müasir dövrün
tələblərinə uyğun şəkildə inkişaf etdirməklə qədim və möhtə-
şəm Azərbaycan mədəniyyətinin və incəsənətinin qorunub
saxlanılmasına, gələcək inkişafına və dünya mədəniyyətinə
uğurlu inteqrasiyasına nail olmaqdır. Mədəniyyət və incəsənə-
tin bütün sahələrində müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi həyata keçiriləcək islahatların əsas
məğzi kimim nəzərdə tutulmuşdur.
Mədəniyyət siyasətinin perspektivlərini müəyyənləşdirən
“2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət inkişaf
konsepsiyası”nın ümumi məqsəd və vəzifələri mədəniyyət
________Milli Kitabxana________
10
siyasətinin təminat mexanizmləri kimi çıxış edən və mədəniy-
yətin bütün sahələrini əhatə edən mədəniyyətin idarəolunma,
hüquqi, maliyyə, elmi-informasiya təminatı, insan resurslarının
inkişafı, maddi-texniki infrastrukturun müasirləşdirilməsi və
beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi kimi ümumi
məsələlərin inkişaf etdirilməsindən, o cümlədən daxili və xarici
dövlət mədəniyyət siyasətinin göstərilən sahələrinin dünya
standartları səviyyəsinə çatdırılması üçün tələb olunan islahat-
ların həyata keçirilməsinin təmin edilməsindən ibarətdir.
“2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət
inkişaf konsepsiyası”nın müddəalarında belə bir elmi yanaşma
yer alır ki, digər ictimai-siyasi konsepsiyalarla yanaşı
mədəniyyət konsepsiyası da cəmiyyətdə mühüm dərketmə və
dünyagörüşü funksiyasını yerinə yetirməli, baş verən mədəni
proseslərin mənasını, məzmununu, istiqamətini müəyyənləş-
dirməli, kulturologiyanın gələcək inkişaf yollarını, vasitələrini
və
məqsədlərini
əsaslandırmalı, gələcəyə
doğru gedən
insanların ali humanist sərvətlərini qorumalı, müasir inkişaf
etmiş ölkələrin mədəniyyət praktikasının neqativ tərəflərini,
mədəniyyət haqqında qeyri-bəşəri “ifrat müasir” konsepsiyala-
rının əsassızlığını sübut etməlidir. Mədəniyyət konsepsiyası
mədəniyyətin bir ictimai hadisə kimi mahiyyətini açmalı, onun
müasir cəmiyyətdə müxtəlif əlaqələrini, yerini və rolunu
aydınlaşdırmalı, mədəni həyatın yaradıcılıq, mədəni irsə müna-
sibət, mədəni sərvətlərin yayılması, istifadə olunması və
qorunması kimi mühüm tərəflərini hərtərəfli öyrənməlidir.
Belə bir kulturoloji yanaşmaya görə, mədəniyyət konsep-
siyasına ehtiyac həm də gündəlik mədəni fəaliyyət praktika-
sında, siyasətdə, müəssisələrin və sosial mədəniyyət institut-
larının işində, habelə mədəniyyətin sosial idarəolunması və
cəmiyyətin mədəni həyatının təşkili sahəsində də özünü
göstərir. Bu ehtiyac müstəqillik əldə etmiş cəmiyyətlərdə insa-
nın hərtərəfli inkişafına, humanist tipli şəxsiyyətin formalaş-
masına yönəldilmiş elmi, mədəni, tərbiyəvi işə və maariflən-
Dostları ilə paylaş: |