Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə20/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   82

 
78 
Firudin Cəlilov...  (Allahın lütfi kimi, bütün bu  isimlər 
bizim  Universitet   müəllimlərimiz olmuşlar.) 
   Azad şeirin poetikası elmi tədqiqat işində XIX-XX əsr 
verlibr 
korifeylərinin 
şeir 
yaradıcılığına 
həm 
modernizm fəlsəfi-metodoloji aspektindən yanaşılmış, 
həm  də  çağdaş  ədəbiyyatşünaslığın  əksinə  olaraq, 
onlardakı  tarixi  ənənəvi  əski  şeir  kanonlarının  
müəyyən“izləri”də  araşdırılmışdır.  Bunlar,  müəyyən 
mənada, 
poeziyada 
novatorluq 
və 
ənənə 
prinsiplərinin  gözlənilməsi  üçün  edilmişdir.  Məhz  bu 
fərqli yanaşmamız ədəbiyyatşünaslıq sahəsində fərqli 
qənaətlərimizi üzə çıxarmışdır. 
Rus verlibrşünaslığının atası, azad şeirin son mogikanı, 
şair,  tərcüməçi,  ədəbiyyatşünas  Vladimir  Buriçin 
(1932-1994)  1976-cı  ildə  Leon  Robelin  tərcüməsində 
Parisdə  nəşr  edilmiş  ilk  kitabındakı  ilk  şeirində 
yazılmışdır: 
              Le temps de la lecture des vers 
              est le temps de leur...   
      (Vladimir Bouritch. Poemes de Vladimir Bouritch.  
       (traduitts du russe par Leon Robel). Publications  
        orientalistes de France. Paris. 1976.) 
   Ruscası: 
               Vremya çteniya stixov 
               eto  vremya ix napisaniya...  
 
   Azəri türkcəsi ilə: 
 


 
79 
               Şeirin oxunma çağı 
               onun yazıldığı zamandır... 
 
   Təəssüf hissilə bildirirəm ki, mənim ötən əsrin 76-82-ci 
illərində  hələ  Bakı  Dövlət  Universitetində  tələbəlik 
illərimdə  yazmağa  başladığım  (qarşınızdakı)  Verlibr 
poetikası  tələbə  elmi  tədqiqat  işimin  taleyi  Vladimir 
Buriçin  Paris  nəşrindən  12  il  sonra  öz  vətənində  (əgər 
belə demək mümkünsə)- keçmiş SSRİ-də işıq üzü görmüş 
“Tekstı  (Stixi.  Udeteronı.  Prozı)”ilk  kitabının  (Sovetsiy 
pisatel.  Moskva-1989)  taleyindən  heç  də  az  faciəvi 
olmamışdır. Bu elmi işin ilk uğurları  Azərbaycan SSR-də 
respublika  tələbə  elmi  işləri  üzrə  VIII  Respublika  elmi 
Konfransında  müvəffəqiyyətlərə  görə:  1980/1981-ci 
illərdə Respublika Ali və Orta Təhsil Nazirliyi, LKGİ, Tələbə 
Elmi-tədqiqat  işləri  üzrə  Respublika  Şurası  tərəfindən  
Qızıl Medal və I dərəcəli Diploma, habelə eyni mövzuda 
digər  elmi  tədqiqatlarım  isə  həmin  illərdə  müxtəlif elmi 
müsabiqələrdə  müxtəlif  dərəcəli  Diplomlara  layiq 
görülmüşdür.  
   Sonradan...    heç  özüm  də  bilmədən    sovet  gizli 
xidmətlərində  “burjua  təmayüllü  ziyalılar”  siyahısına 
düşdüm. Kifayət dərəcədə əlavə “səbəblər”in də üst-üstə 
qoyulması  ilə  Azərbaycan  elminin  astanasında  saxlanıb, 
60  yaşıma  kimi    rəsmi  elmin  Qapılarında  müxtəlif 
bəhanələrlə dayandırıldım.  
    Odur  ki,  bu  elmi  əsərimin  nəşrini    2013-cü  ilin  30 
avqustunda  yanmış  (yaxud  yandırılmış)  ata  evimdən 
salamat  çıxarılan  yeganə  son  nüsxə    əsasında  üzərində 


 
80 
yenidən  təkrar  işləməklə,  2017-ci  ildə  gerçəkləşdirmək 
fikrinə düşdüm... 
   Bu nəşrin gerçəkləşdiyi indiki vaxta  qədər mənim heca 
vəznli 4 poemam, klassik janrlarda 3 divanım və bir nəsr 
kitabım işıq üzü görmüşdür.  
     Lirika həyatı xarakterizə edərkən onu  ictimai-tarixi 
mövcudluq aspektindən deyil, məsələyə ictimai-tarixi 
şüur  aspektindən  yanaşmaqla  izah  edir.  Dilimizdə 
“şeir”və  “şair”  sözlərinin  “şüur”  sözü  ilə  eyniköklü 
olmasında  heç  bir  təsadüfilik  yoxdur.  Şair  öz  daxili 
aləmindən  (öz  Qəlbindən)  çıxış  edərək  mühakimə 
yürüdür.  Şairin  daxili  aləmi    onun  ictimai  şüurunu 
təşkil  edir.  Deməli,  Türk  Azad  şeir  sənətinə  qiymət 
verərkən,  bunları  nəzərə  almadan  mühakimə 
yürütmək  elmilikdən  uzaqlaşmaqdır.Sovet  türkoloqu 
kimi  İ.V.Steblevanın  türk  runi  şeir  sənətinə  Türkliyin 
tarixi gücünü və kimiliyini aşağılayan bir nəzərlə (ona 
yad  Antik  ölçülərlə)  baxması  məqbul  sayıla  bilməz.  
Türk  mədəni-ictimai  şüurunun  səviyyəsini  düzgün 
görə bilmək üçün Y.Balasaqunlunun varisi, ondan cəmi 
bir əsr sonra fəaliyyət göstərmiş dahi Azərbaycan şairi 
Nizami Gəncəvinin Qərb dünyasına türk münasibətini 
çox gözəl  xarakterizə edən fikirlərinə diqqət yetirmək 
kifayətdir.  Nizaminin  “İsgəndərnamə”(İqbalnamə 
hissəsi) poemasında oxuyuruq: 
Xəzər dağından Çin suyuna qədər 
Türklərlə doludur bütün bu yerlər. 


 
81 
Bilirəm Rumları sevməyir bir Türk, 
Rumlara nifrəti Rusdan da böyük...  
Türklərin  rumluları  (romalıları)  tarixi  bir  AVRASİYA 
ustünlük  nəzəri  ilə  özündən  qat-qat  nə  qədər  aşağı 
saydığı  bu  şeir  parçasında  apaçıq  göz  qabağındadır. 
Belə bir şəraitdə Avropanın Türk dünyasından nəyisə 
əxz  etdiyinə,  mərhələ-mərhələ  mənimsədiyinə 
şübhəmiz  yoxdur.  Lakin  türkün  Romadan  nəyi  isə 
götürməsi,  həm  də  Poeziya  kimi  ictimai  şüurda  
subyektiv  Mənin  özünüifadə  vasitəsini  götürməsini 
dilə gətirməyin özü belə əsl qəbahətdir. Burada əsas 
qəbahət  “Xəzər  dənizindən  Çinə  qədər”  böyük  bir 
superetnik sosial cəmiyyətin mədəni simasını Azadlıq 
mənəviyyatı  səviyyəsində  görmək  istəməməkdən 
ibarətdir.  Bu,  Sovet  türkologiyasının  zəifliyidir. 
Əminəm  ki,  önümüzdəki  tarixi  minilliyin,  yəni  III 
minilin  başlıca  inkişaf  tandemi  Avrasiyaçı  geopolitik 
mənəviyyatın yenidən təmərküzləşməsi olacaqdır.  Bu 
mənada,  Türk  dünyasının  kontinental  mədəni 
varisliyini  bütün  Avrasiya  türkləri  (habelə  Xəzər 
əşkinaziləri)  və  slavyanları  üçün  eyni  mövqedən 
qorumaq və  bütünləşdirmək vaxtıdır. 
    Sabiq  Universitet  müəllimim,  çağdaş  Türkiyə 
universitetlərinin  (Konya  Səlcuq  və  İstanbul  Aydın 
universiteti)  professoru,  Türkiyə  Respublikasının 
“Şərəf”  nişanı  lauriatı,  ünlü  türkoloq-avrasiyaçı 
tədqiqatçı  Kamil  Vəli  Nərimanoğlu  Bakıda  tətil 
günlərində  mənə  dahi  özbək  klassiki  Əlişir  Nəvaidən 
Azəri  türkcəsinə  özünün  tərcümə  etdiyi  məşhur 
“Kitabi-mühakimətül-lüğəteyn”(İki  dilin  mübahisəsi) 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə