Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə25/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   82

 
98 
məkanında  uzun  illər  ərzində  “burjua  təmayülü”  damğası 
ilə “ədəbiyyatdankənar şairlər” elan etmiş və sıxışdırmışdır. 
Nəticədə,  Mark  Şaqal,  İosif  Brodski  kimi  dahi  sənətkarlar 
mühacirət etməyə məcbur qalmış, Vladimir Petroviç Buriç 
(1932-1994)  ,  Vaqif  Səmədoğlu  kimi  korifeylər  isə    öz 
ölkəsində cəmi bir və ya iki dəfə kiçik kitabça halında nəşr 
edilmişlər.  V.Buriçin  “Teksti:  Stixi.  Utedoronı.  Proza”adlı 
kiçik  kitabçası  ilk  dəfə  yalnız    1989-cu  ildə  “Sovetskiy 
pisatel”nəşriyyatında  işıq  üzü  gördü.  Dahi  şair  və 
verlibrşünasın ölümündən bir il sonra onun öz vətənində, 
nəhayət,  ikinci kitabı-“Teksti. Kniqa vtoraya: Stixi. Prafrazı” 
kitabı  nəşr  edildi.  V.Buriçi  ilk  nəşr  etmiş  Fransa, 
Yuqoslaviya, Polşa və d. ölkələrdən sonra onun yaradıcılığı 
ilə  öz  həmvətənlərinin  də  tanış  ola  bilməsi,  əlbəttə, 
azadfikirliyə qarşı tarixin ən acı ironiyası idi. 
    Azərbaycan  sovet  ədəbiyyatının  sütunlarından  sayılan 
dahi şairimiz Səməd Vurğunun (1906-1956) doğma oğlu, 
çağdaş  milli  ədəbiyyatımızda    Özgür  şeirin  (verlibrin) 
ustadı  ,  öz  atasının  deyil,  çağdaşlıq  şairi,  ədəbi  Quru 
sayılan  dahi  Rəsul  Rzanın  yolu  ilə  gedən  Vaqif 
Səmədoğlunun  (1939-2015)  bütün  Sovet  dövrü  ərzində 
cəmi  iki  kiçik  kitabı:  “Yoldan  teleqramlar”  (1968)  və 
“Günün baxtı”(1972) işıq üzü gördü... 
Demokratiya  və  azadlığın  beşiyi  kimi  tanınan  Qədim 
Yunanıstanın  və  Romanın  tarixindən  bəzi  məqamları 
xatırlatmaq istərdim. Makedoniya kralı II Filippin dediyi bir 


 
99 
sözü məşhurdur:“Mən oğlum İsgəndərin dünyaya gəlişində 
tanrılarıma onun doğumundan daha çox,  bu oğulu mənə 
filosof-pedaqoq  Ərəstu  zamanında  verdikləri  üçün 
sevindim.”İşğallarından çox məmnun olmuş fateh İsgəndər 
öz  tabeçiliyində  olanlara  qarşı  tezliklə  aşırı  təkkəbbür 
göstərməyə  başladı.  Öz  müəllimi  və  məsləhətçisi 
Ərəstunun istedadlı tələbələrindən və qohumlarından biri 
Kallisfen Olinflini  bir çox başqaları kimi bu təkəbbürünün 
qurbanı etdi. Səbəbi çox sadədir: kibr. Ərəstunun İsgəndərə 
saray  tarixçisi  kimi  təqdim  etdiyi  istedadlı  Kallisfen 
imperatora  yaltaqlıq  etmədiyi  üçün  Dövlət  çevrilişində 
günahlandırılıb,  dəmir  qəfəsə  salındı,  sonra  isə  diri-diri 
şirlərə yedizdirildi.  
   Dünyanın ilk pedaqoqu, filosof Sokratın azadfikirliliyinin 
ona  nəyə  başa  gəldiyi  də  hamıya  yaxşı  məlumdur. 
Arximed isə Sirakuzun Roma tərəfindən işğalı zamanı həlak 
oldu...    Bu  hadisələri  III  min  illik  tarixə  malik  Azərbaycan 
Şirvanşahlar  Dövlətindəki  idarəçilik  ilə  bir  anlıq  müqayisə 
edək:  üç  dəfə  səlibyönümlü  dövlət  çevrilişi  ilə  qarşılaşan 
şirvanşahlar  bu  işdə  şübhələndikləri  sənətkarları  (o 
cümlədən məmurları) heç vaxt edam etmədilər. Dünyanın 
ilk  intibah  hökmdarı  XIX  Şirvanşah  I  Axsitan  (1160-1197) 
Məhəmməd  Fələki  (1108-1146)  və  Əfzələddin  Xaqani 
Şirvaniləri (1126-1199) də həbs etdirdi, lakin edam cəzasına 
əl atmadı. Dünya ədəbiyyatının məhəbbət süjetli ilk intibah 
poeması  hesab  olunan  “Leyli  və  Məcnun”(1188)  əsərini 


 
100 
yazmağı  da  müstəqil  sənətkar  olan  Nizami  Gəncəviyə 
(1141-1209)  məhz  Şirvanşah  I  Axsitan  təklif  etmiş  və 
mükafatlandırmışdır. 
    Bu sırada müasir Qərb dünyasında məşhur olan ən dahi 
mütəfəkkirlərin  öz  ölkələrindəki  çağdaş“demokratik” 
sayılan rejimlər ilə daimi müxalifətdə olmağını xüsusi qeyd 
etməyimizə  dəyər.  Sənətkar  edam  etdirmək  kimi  mənəvi 
əxlaqsızlıqların  qədim  Türk  xaqanlıqlarına  xas  olmaması 
bizim milli ləyaqətimizin bir hissəsidir. Azad şeirin Türkliyə 
xas  ədəbi-lirik  janr  kimi  tarixə  yol  açması,  bu  mənada, 
məntiqi və zəruri bir hadisədir. 
    Verlibr bədii olduğu qədər, xüsusi tip ictimai-tarixi şüur 
aktı,  mənəvi-fenemonal  təcəssüm  aksiyasıdır.  Azad  şeirin 
Amerika  tipində  nəzərə  çarpan  xüsusi  ifadə  vasidələri 
içində daha çox epik təsvirlər özünə yer almışdır. Bu, ən çox 
Uolt Uitmenin və onun davamçılarının yaradıcılığında gözə 
dəyir.  Lakin  əski  türk  şeirinin  nümunələri  əsasında  qəti 
demək  olar  ki,  bu  şeirin  tarixi  nümunələri  onun  epik 
təsvirdən  daha  çox  lirik  növ  xüsusiyyətlərini  daşıdığını 
göstərir. Lirika ümumbəşəri idrakın inkişafında irəli atılmış 
ilk  ən  hümanist  addımdır.  Ədəbi növ  olaraq,  Lirika  həyatı 
xarakterizə edərkən, ictimai-tarixi mövcudluq aspektindən 
deyil,  hər  şeyə  ictimai-tarixi  şüur  aspektindən  yanaşır. 
Lirika  daxili  mənəvi  aləmin  hekayətidir.  O,  şairin  ictimai 
şüurunun  bədii  təcəssümüdür.  Qəti  şəkildə,  lirika  şairin 
daxili 
aləmini 
əks 
etdirən 
özünə 
məxsus 
Söz 


 
101 
meditasiyasıdır. Söz lirik şairin mənəvi simasını təmsil edir. 
Lirik  söz  həyatın  ideyalı  idrakı  və  şıxsi-emosional 
qiymətləndirilməsidir. Bu mənada, əski türk verlibri, Yunan 
eposundan fərqli  olaraq,  daha  çox  Lirik-epik  xarakterlidir. 
İctimai-tarixi  hadisələrin  təsvirində  bu  poetik-sintaktik 
paralelizmlər 
və 
ya 
siqmentiv 
ritmik-intonasiyon 
konstruksiyalardan  yaradılmış  bədii  əsərlər  ilk  növbədə 
onu  yazanların  ictimai  ideallarını:  Vətən  eşqini  və  azadlıq 
duyğularını əks etdirir. 
     Azadlıq  (tarix,  xalq  və  Tanrı  qarşısında)  mənəvi 
məsuliyyətdən  ayrılmazdır.  Fiziki  və  mənəvi  varlığının 
bütün dövrləri ərzində daim öz Azadlığı yolunda savaşlar 
içində olmuş Türk xalqının Azad şeir sənətini onun tarixi 
taleyindən bir an belə ayrı düşünmək, əlahiddə təsəvvürə 
gətirmək tarixə xəyanətdir.  
     Verlibr  söz  sənətində    kanonik  pozuntu  hadisəsi  deyil, 
tarixin  məyyən  mərhələsində  müəyyən  ictimai  şüur 
səviyyəsi  ilə  şərtlənən  xüsusi  kanonik  bədii  düşüncə 
formasıdır.  Azad  şeirin  tarixi  və  bugünü    ona  mahiyyətcə 
Ümumavrasiya  (Ümumtürk)  miqyaslı  materikal    fəlsəfi-
estetik xarakter verir. Bu fərq Verlibrin şeir vəznləri içində 
xüsusi  fenomenallıq daşıdığını açıq ifadə edir. Azad şeirin 
poetikası digər metrik kanonlar kimi, ədəbiyyatşünaslıqda 
ona da xüsusi hal kimi yanaşılmasını tələb edir. Azad şeiri 
vəzn pozuntusu prizmasından izah edənlər ən yaxşı halda 
yanılırlar...  Ya  da  öz  türk  düşmənçiliyini,  xüsusi  tip  irqi 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə