98
məkanında uzun illər ərzində “burjua təmayülü” damğası
ilə “ədəbiyyatdankənar şairlər” elan etmiş və sıxışdırmışdır.
Nəticədə, Mark Şaqal, İosif Brodski kimi dahi sənətkarlar
mühacirət etməyə məcbur qalmış, Vladimir Petroviç Buriç
(1932-1994) , Vaqif Səmədoğlu kimi korifeylər isə öz
ölkəsində cəmi bir və ya iki dəfə kiçik kitabça halında nəşr
edilmişlər. V.Buriçin “Teksti: Stixi. Utedoronı. Proza”adlı
kiçik kitabçası ilk dəfə yalnız 1989-cu ildə “Sovetskiy
pisatel”nəşriyyatında işıq üzü gördü. Dahi şair və
verlibrşünasın ölümündən bir il sonra onun öz vətənində,
nəhayət, ikinci kitabı-“Teksti. Kniqa vtoraya: Stixi. Prafrazı”
kitabı nəşr edildi. V.Buriçi ilk nəşr etmiş Fransa,
Yuqoslaviya, Polşa və d. ölkələrdən sonra onun yaradıcılığı
ilə öz həmvətənlərinin də tanış ola bilməsi, əlbəttə,
azadfikirliyə qarşı tarixin ən acı ironiyası idi.
Azərbaycan sovet ədəbiyyatının sütunlarından sayılan
dahi şairimiz Səməd Vurğunun (1906-1956) doğma oğlu,
çağdaş milli ədəbiyyatımızda Özgür şeirin (verlibrin)
ustadı , öz atasının deyil, çağdaşlıq şairi, ədəbi Quru
sayılan dahi Rəsul Rzanın yolu ilə gedən Vaqif
Səmədoğlunun (1939-2015) bütün Sovet dövrü ərzində
cəmi iki kiçik kitabı: “Yoldan teleqramlar” (1968) və
“Günün baxtı”(1972) işıq üzü gördü...
Demokratiya və azadlığın beşiyi kimi tanınan Qədim
Yunanıstanın və Romanın tarixindən bəzi məqamları
xatırlatmaq istərdim. Makedoniya kralı II Filippin dediyi bir
99
sözü məşhurdur:“Mən oğlum İsgəndərin dünyaya gəlişində
tanrılarıma onun doğumundan daha çox, bu oğulu mənə
filosof-pedaqoq Ərəstu zamanında verdikləri üçün
sevindim.”İşğallarından çox məmnun olmuş fateh İsgəndər
öz tabeçiliyində olanlara qarşı tezliklə aşırı təkkəbbür
göstərməyə başladı. Öz müəllimi və məsləhətçisi
Ərəstunun istedadlı tələbələrindən və qohumlarından biri
Kallisfen Olinflini bir çox başqaları kimi bu təkəbbürünün
qurbanı etdi. Səbəbi çox sadədir: kibr. Ərəstunun İsgəndərə
saray tarixçisi kimi təqdim etdiyi istedadlı Kallisfen
imperatora yaltaqlıq etmədiyi üçün Dövlət çevrilişində
günahlandırılıb, dəmir qəfəsə salındı, sonra isə diri-diri
şirlərə yedizdirildi.
Dünyanın ilk pedaqoqu, filosof Sokratın azadfikirliliyinin
ona nəyə başa gəldiyi də hamıya yaxşı məlumdur.
Arximed isə Sirakuzun Roma tərəfindən işğalı zamanı həlak
oldu... Bu hadisələri III min illik tarixə malik Azərbaycan
Şirvanşahlar Dövlətindəki idarəçilik ilə bir anlıq müqayisə
edək: üç dəfə səlibyönümlü dövlət çevrilişi ilə qarşılaşan
şirvanşahlar bu işdə şübhələndikləri sənətkarları (o
cümlədən məmurları) heç vaxt edam etmədilər. Dünyanın
ilk intibah hökmdarı XIX Şirvanşah I Axsitan (1160-1197)
Məhəmməd Fələki (1108-1146) və Əfzələddin Xaqani
Şirvaniləri (1126-1199) də həbs etdirdi, lakin edam cəzasına
əl atmadı. Dünya ədəbiyyatının məhəbbət süjetli ilk intibah
poeması hesab olunan “Leyli və Məcnun”(1188) əsərini
100
yazmağı da müstəqil sənətkar olan Nizami Gəncəviyə
(1141-1209) məhz Şirvanşah I Axsitan təklif etmiş və
mükafatlandırmışdır.
Bu sırada müasir Qərb dünyasında məşhur olan ən dahi
mütəfəkkirlərin öz ölkələrindəki çağdaş“demokratik”
sayılan rejimlər ilə daimi müxalifətdə olmağını xüsusi qeyd
etməyimizə dəyər. Sənətkar edam etdirmək kimi mənəvi
əxlaqsızlıqların qədim Türk xaqanlıqlarına xas olmaması
bizim milli ləyaqətimizin bir hissəsidir. Azad şeirin Türkliyə
xas ədəbi-lirik janr kimi tarixə yol açması, bu mənada,
məntiqi və zəruri bir hadisədir.
Verlibr bədii olduğu qədər, xüsusi tip ictimai-tarixi şüur
aktı, mənəvi-fenemonal təcəssüm aksiyasıdır. Azad şeirin
Amerika tipində nəzərə çarpan xüsusi ifadə vasidələri
içində daha çox epik təsvirlər özünə yer almışdır. Bu, ən çox
Uolt Uitmenin və onun davamçılarının yaradıcılığında gözə
dəyir. Lakin əski türk şeirinin nümunələri əsasında qəti
demək olar ki, bu şeirin tarixi nümunələri onun epik
təsvirdən daha çox lirik növ xüsusiyyətlərini daşıdığını
göstərir. Lirika ümumbəşəri idrakın inkişafında irəli atılmış
ilk ən hümanist addımdır. Ədəbi növ olaraq, Lirika həyatı
xarakterizə edərkən, ictimai-tarixi mövcudluq aspektindən
deyil, hər şeyə ictimai-tarixi şüur aspektindən yanaşır.
Lirika daxili mənəvi aləmin hekayətidir. O, şairin ictimai
şüurunun bədii təcəssümüdür. Qəti şəkildə, lirika şairin
daxili
aləmini
əks
etdirən
özünə
məxsus
Söz
101
meditasiyasıdır. Söz lirik şairin mənəvi simasını təmsil edir.
Lirik söz həyatın ideyalı idrakı və şıxsi-emosional
qiymətləndirilməsidir. Bu mənada, əski türk verlibri, Yunan
eposundan fərqli olaraq, daha çox Lirik-epik xarakterlidir.
İctimai-tarixi hadisələrin təsvirində bu poetik-sintaktik
paralelizmlər
və
ya
siqmentiv
ritmik-intonasiyon
konstruksiyalardan yaradılmış bədii əsərlər ilk növbədə
onu yazanların ictimai ideallarını: Vətən eşqini və azadlıq
duyğularını əks etdirir.
Azadlıq (tarix, xalq və Tanrı qarşısında) mənəvi
məsuliyyətdən ayrılmazdır. Fiziki və mənəvi varlığının
bütün dövrləri ərzində daim öz Azadlığı yolunda savaşlar
içində olmuş Türk xalqının Azad şeir sənətini onun tarixi
taleyindən bir an belə ayrı düşünmək, əlahiddə təsəvvürə
gətirmək tarixə xəyanətdir.
Verlibr söz sənətində kanonik pozuntu hadisəsi deyil,
tarixin məyyən mərhələsində müəyyən ictimai şüur
səviyyəsi ilə şərtlənən xüsusi kanonik bədii düşüncə
formasıdır. Azad şeirin tarixi və bugünü ona mahiyyətcə
Ümumavrasiya (Ümumtürk) miqyaslı materikal fəlsəfi-
estetik xarakter verir. Bu fərq Verlibrin şeir vəznləri içində
xüsusi fenomenallıq daşıdığını açıq ifadə edir. Azad şeirin
poetikası digər metrik kanonlar kimi, ədəbiyyatşünaslıqda
ona da xüsusi hal kimi yanaşılmasını tələb edir. Azad şeiri
vəzn pozuntusu prizmasından izah edənlər ən yaxşı halda
yanılırlar... Ya da öz türk düşmənçiliyini, xüsusi tip irqi
Dostları ilə paylaş: |