Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə26/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   82

 
102 
aperteizmini  gerçəkləşdirirlər...  Bu,    bizim  prinsipial  elmi 
mövqeyimizdir. 
     Bu məsələ, zənnimizcə, bu gün üçün olmasa da, sabah 
üçün  ümumdünya  geopolitik  dəyişikliklərinin  baş 
qaldıracağı  labüd  gələcək  postsənaye    dövründə  
Ümumavrasiya  kulturoloji  müstəvisində  baş  ideoloji  və 
estetik  xəttə  çevriləcəkdir.  Qarşıdakı  əsr  Avrasiya 
geopolitik məkanında  liberalizmin yad Qərb kanonları ilə 
bizim  azad  superetnik  Ümumavrasiya  dəyərlərimizin 
arasında daha bir  həlledici qarşıdurmanı ortaya çıxaracaq. 
Sistemli  Qərb  texnologiyası  azad  ruhlu  Avrasiya 
cəmiyyətinə qarşı Liberal örtükdə yeni  işğal və təcavüzlər 
üçün yenidən bayraqlaşdırılmaya üz qoymuşdur. Bu və ya 
digər  təhlükəni  önləmək  üçün  ümumi  Avrasiya  tarixi 
keçmişimizə,  hər  cür  ideologiyadan  təmizlənmiş  halda,  
doğma  gözlə  baxmaq  zamanı  gəlib  çatmışdır.  Bu  sahədə, 
məncə,    başlıca  istiqamət  kultroloji  cəbhədir  ki,  başda 
Verlibr  poeziyası  gəlir.  Çünki  ilk  verlibr  düşüncəsi  tarixən 
Avrasiya ünvanlıdır. 
    Azad  şeirin  yeni  Qərb  modernizmi  kimi  təqdimatı 
çağımızın  ən  qorxulu  ideoloji-estetik  tendensiyasıdır. 
Söhbət  bədii  məzmunun  bədii  formadan  ayrılmasında 
deyil, bütöv bir geosiyasi sistemin mənəvi-tarixi varlığına 
saxtakarlıq baltası çalınmasından gedir.  
    Biz  Avrasiyamızın  materikal  mənəvi  simasına  qarşı  bu  
qanlı zərbəni elm kimi qəbul etsək , onda çox tezliklə onlar 


 
103 
adımıza köhnə Barbarlıq yarlığını da təkrarən  yapışdırmağa 
çalışacaqlar. Qərb siyasi texnoloqlarının amacı məhz budur.  
Heç  şübhəsiz,  bunun  ardınca  bizim  “barbar”adlandırılam 
üzərimizə 
liberal 
əbalı 
yeni-yeni 
 
tiran-ağalar 
göndəriləcək... Və ya təyin ediləcəkdir. Bu addımların yalnız 
yeraltı, 
yerüstü 
sərvətlərimizin 
talançılığı 
ilə 
yekunlaşacağını zənn etmirəm. Bu yeni ideoloji yürüşün əsl 
amacı  Avrasiyaçılığın  superetnik  azad  bəşəri  ruhunu 
ümumən məhv etməklə Kapitalın absurd Planetar ağalığına 
yeni  yol  açmaqdır.  Biz  bəşəri  aqibətin  postsənaye  erasını 
beyinmərkəzli  hümanitar  federal  sistemlər  şəklində 
təsəvvür  edirik.  Növbəti  dünya  ağalığı  kimi  yox.  Əski 
Ümumavrasiya liberal irsinə, o cümlədən qədim Azad şeir 
irsinə  mənəvi  varisliyimizi  qorumaq bu  mübarizəmizin  bir 
hissəsidir. 
   Lirika bəşərin  mədəniyyət tarixində onun öz ilk sərvəti- 
Dili  özərində  həyata  keçirdiyi  ilk  düşüncəli  estetik 
fəaliyyətidir. Dilin adi nitq şəklindən çıxıb, daha ahəngdar, 
ritmik  və  nizamlı-ölçülü  bir  formaya  salınması  insanlığın 
öz təbiəti üzərində ilk qələbəsi idi. Mədəniyyət ( “kultura” 
termini  kimi-  latın  sözü  olub,  yenidən  emal  edib 
hazırlamaq, təzədən işləmək mənasını verir) ümumbəşəri 
dəyərlər  sistemidir.  Bu  sistemin  ideoloji-simvolik  
təyinatlarından biri Dilin estetikasıdır. İnsan idrakının öz dili 
üzərində 
həyata 
keçirdiyi 
müəyyən 
harmoniya 
“əməlyyatları”  nəticəsində  yaratmaq  istədiyi  ilk  “bədii 


 
104 
sənət” Lirikadır. Məhz lirik səslənti ilə bəşər öz ürəyinin əsl 
səsini  dinləmiş  və  onu  canlı  bir  şəkildə  başqalarına  ifadə 
etmişdir.  Sinkretik  ədəbiyyat  növü  kimi  qəbul  edilmiş  bu 
yaradıcılıq  Korufeylərin  (xor  başçılarının)  simasında  yalnız 
ümumi bir nəğmə kimi oxunmuşdur. Bu könül ifası, əslində,  
insanlığın ilk bədii dünyasıdır. Bu ifa ilə o, həm bütlər, həm 
Tanrı,  həm  öz  eşqi,  həm  öz  idealları  qarşısında  ilhamla 
dayanıb durmuş, özünü və özgələri qorumuş, dünyanı yıxıb 
yenidən 
yaratmağa  cəsarət 
göstərmişdir. 
İnsanın 
fəaliyyətini məhdudlaşdıran ram olunmaz Təbiət qüvvələri 
qarşısında  da  o,  öz  zəif  fiziki  gücünə  ilk  olaraq  Lirikanın 
(inam,  əmək  və  mərasim  nəğmələrinin)  mənəvi  qüdrətini 
əlavə  etmişdir.  Lirika  mübariz  insan  qəlbinin  ilk  Azadlıq 
döyüntüsüdür. 
    Bizim eranın V əsrində Türk/Hun hərbi demokratiyasının 
başçısı Atilla quldar Roma imperatorunu və onun Papasını 
öz qarşısında diz üstə çökdürmüşdü (452-ci il). Bizans elçisi 
Priskus Hun hökmdarı Atillanın onlara verdiyi ziyafətdə iki 
şairin  məclisə  təşrif  buyuraraq,    hun  dilində  hökmdarın 
şərəfinə  həsr  etdikləri  şeirləri  oxuduğuna  şahidlik  etdiyini 
yazmışdır.  Bu  tarixi  fakt  qüdrətli  bir  Dövlətçilik 
mədəniyyətinə malik Türk cəmiyyəti üçün  əski Türk verlibr 
şeirinin yüksək bədii zövq və ifadə gücünü əyani əks etdirir. 
Belə bir hal sonralar XII əsrdə ilk dünya intibahının  əsasını 
qoymuş  Azərbaycan  Şirvanşahlarından  XIX  Şirvanşah  I 
Axsitanın  (1160-1197)  sarayında  da  yaşanmışdır.  Təbii 


 
105 
fəlakət  üzündən  Kür  çayı  üzərində  dağılmış  Baqilanı 
bəndinin tikintisinin başa çatması münasibətilə I Axsitan öz 
keçmiş Saray katibi, şair Xaqaninin üzərindən verdiyi ölüm 
hökmünü  geri  götürür.  Gəncədə  gizlədilmiş  şairə  xəbər 
çatdırılır  ki,    bu  bəndin  tikilib  başa  çatması  münasibətilə 
keçiriləcək  törəndə  onun  da  iştirakını  zəruri  sayılır.  Dahi 
Şirvani  həyati  riskini  gözə  almadan  həmin  törənə  gəlir  və 
orada  Ölüm  hökmü  altında  öz  tarixi  Qəsidəsini  söyləyir. 
Şübhəsiz  ki,  ölməz  şairimiz  İslam  hökmdarının  qarşısında 
Əruzun  təlatümlü  Rəməl  bəhrində  durmadan  yarım  saat 
şeir oxumuşdu. Elə oradaca özü və Beyləqanda həbsdə olan 
kürəkəni  ilə  bərabər,  ölüm  hökmünün  icrasını  gözləyən 
daha  300  şirvanlı  aliməssəb  dövlət  məmurunun  həyatını 
edamdan  xilas  etmişdi.  Bu  hadisə  görkəmli  xaqanişünas 
alim akademik Qafar Kəndlinin “Xaqani Şirvaninin həyat və 
yaradıcılığı”  adlı  monumental  monoqrafiyasında  ətraflı 
şəkildə təsvir edilmişdir. 
    “Mədain  xərabələri”  əsəri  ilə  ilk  İntibaha  imza  atan 
Əfzələddin  Xaqani  Şirvani  (1126-1199)  üç  min  illik 
Şirvanşahlar  Dövlətinin  mədəni  səviyyəsinin  əlçatmaz 
ümumdünya  zivəsi  idi.  XIII  əsr  görkəmli  İslam  tarixçisi 
Rəşiddədin  “Məktubat”  əsərində  yazırdı:“Şirvanşahlar 
Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır.... 
Artıq  2000  ilə  yaxındır  ki,  sultan  taxtı  onların  nəslinə 
məxsusdur.”(Bax. Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Bakı, 
2006,  Avrasiyapress,  səh.:  50).  Rəşidəddin  Azərbaycanın 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə