Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə24/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   82

 
94 
etdiyimiz  “sərbəst  şeir”  terminindən  konkret  vəzn 
növü  kimi  imtina  edərək,  onu  yalnız  verlibr 
şəkillənmələrindən  birinin  forma  xüsusiyyəti  olaraq 
qəbul etməyi məqbul saydıq. Biz bu tip şeilərin vəzni 
üçün  milli  istilah  kimi  “azad  şeir”,  beynəlxalq  termin 
kimi isə“verlibristika” adını işlədəcəyik. 
    Lakin  bütün  bunlarla  bərabər,  qeyd  etməliyəm  ki, 
dünya  ədəbiyyatında  Verlibr  şeir  forması  bir 
ritmometrik  şeir  ölçüsü  olaraq  heç  də  Avropa  və  ya 
Rusiyada  XIX-XX  əsrlərin“poetik  avanqardının    ifadə 
üsulu” kimi deyil, əski Ümumtürk/Ümumavrasiya azad 
şeir  sistemindən  start  almışdır...    Tədqiqat  üçün  də 
start  xətti  olaraq,  Fridrix  Qölderlin,  Uolt  Uitmen, 
Stiven  Kreyn,  Artur  Rembo,  Jül  Laforq,    Aleksandr 
Blok,  Bladimir  Mayakovski,  Nazim  Hikmət,  Vitezlav 
Nezval, Kvazimodo Salvatore, Federiko Qarsia Lorka, 
Rəsul  Rza,  Pablo  Neruda,  İosif  Brodski,  Möhsün 
Yazıçıoğlu, Vladimir Buriç, Fazil Hüsnü Dağlarcadan... 
deyil,    daha  əvvəlki  qədim  tarixi  örnəklərin 
müqayisəli  təhlilindən  başlamağı  məntiqi  hesab 
edirəm. 
     Azərbaycan  sovet  şeirşünaslığı,  əsasən,  rus 
ədəbiyyatşünaslığının  nəzəri  prinsipləri  üzərində 
formalaşdığından  milli  poetikanımızın  bir  sıra 
məsələləri  rus  elmi  üçün  ikinci  sıra  problemlər  kimi 
lazımsız və lüzumsuz, filoloji olmaqdan ziyadə, ideoloji 


 
95 
xarakterli 
 
mühakimələr 
ilə 
süni 
surətdə 
“mürəkkəbləşdirilmişdir.”Belə  məsələlərdən  biri  də 
Azad şeir poetikasıdır. 
    Bu  problemin  düzgün  elmi  şərhini  vermək  üçün 
birinci 
şərt 
milli  ədəbiyyatşünaslıq 
terminlər 
aparatının  yaradılmasıdır.  Rus  şeirşünaslığında  Velibr 
kimi  qəbul  edilmiş  şeirin  metrik  təyinatına 
münasibətdə yüzlərcə fərqli baxışlar mövcuddur. Rus 
şeiri üçün, bəlkə də ( -?!), məqbul sayıla biləcək belə 
mülahizələrin    Azərbaycan  şeiri  üçün    tətbiq 
edilməsində    vulqar  ideolojizmdən  savayı  bir  şey 
görmürük. Məsələn, rus filoloji fikrində eyni məsələyə 
müxtəlif 
yanaşmalar 
sırasında 
diqqəti 
çəkən 
şərhlərdən biri belədir ki, Rus şeirində  A.Blokun dolnik 
təqtisi üzrə yazdığı aşağıdakı parça metrik şeirdir: 
 
                       Devuşka pela v çerkovnom xore 
O vsex ustalıx v çujom krayu, 
O vsex korablyax, uşedşix v more, 
O vsex, zabıvşix radost svoyu.   
 
Burada hər bir misrada bərabər sayda (4 ) vurğu vardır. 
Əgər  bu  vurğuların  say  bərabərliyi  pozularsa,  onda 
həmin  şeir  artıq  verlibr  sayılmalıdır.  Deyək  ki,  şeir 
misrasında  dolnikdə  olduğu  kimi  vurğuların  sayı 
bərabər, lakin onların arasındakı interval fərqli olarsa, 


 
96 
bu  aksent  şeiri  hesab  edilməlidir.  Azad  şeirin  
kompozisiya hadisəsi  kimi  izahı  da  geniş  yayılıb.  Onu 
daha çox mütləq ritm və qafiyə sistemindən azad şeir 
kimi  də  xarakterizə  edirlər.  Eyni  zamanda  verlibri 
qafiyəsiz  aksent  şeirinə  yaxın  sayanlar  da  az  deyil.  
Müasir  rus  verlibristikasının  korifeyi,  görkəmli 
“ədəbiyyatdankənar    şair,”dünya  şöhrətli  verlibrist 
Vladimir  Buriç  (1932-1994)  “verlibr”  termininin 
işlədilməsinə  tamamilə  qarşı  idi.  O  özünü  verlibrist 
deyil, 
uitmenist 
adlandırırdı... 
Rus 
ədəbiyyatşünaslarının 
bəziləri 
azad 
şeirin 
başlanğıcını “İqor polku haqqında Söz” dastanından, 
bəziləri    XVIII-XX  əsrlər  rus  dramaturgiyasının  bəzi 
nümunələrində  və  təmsillərdə,  bəziləri  A.Kantemir 
və  İ.A.Krılovda,  bəziləri  Puşkində,  bəziləri  A.Blokda 
və ya V.Mayakovskidə  görürlər. Eyni leksik-sininomik 
məna  verən  “volnıy”,  “svobodnıy”,  “vers”və  s.  kimi 
sözlərdən  ibarət  terminlərlə  müxtəlif    terminoloji 
mənalar  yaratmaq  cəhdləri,  əlbəttə,  özünü  doğrulda 
bilməz.  Bu  dolaşıqlıq  üzündən  rus  şeirşünasları 
“volnıy  stix”i    İ.Krılov,  D.Bedni,  S.Mixalkovun 
təmsillərinə, 
A.Qriboyedovun 
“Ağıldan 
bəla” 
komediyasına,    M.Lermontovun  “Maskarad”ına,  
A.Puşkinin  “Gündüzün  nuru  söndü”  şeirinə    aid 
etdikləri halda,  verlibri də ilk nəzərdə V.Bryusovun 
Emil  Verxarndan    etdiyi  tərcümələrə,  A.Fet, 


 
97 
A.K.Tolstoy,  K.Balmont,  V.Bryusov,    A.Blok, 
M.Voloşin, İ.Bunin, M.Kuzmin, A.Belı yaradıcılığında 
görürlər.  Bundan  başqa,  “destruktiv”  adlanan 
quruluşsuz şeir növündən də söhbət açılır ki, bu forma 
da  daha  çox  rus  şeirində    A.Blokun  bəzi  şeirlərinə, 
ondan  sonra  isə    V.Mayakovski,  S.Yesenin, 
V.Xlebnikov, N.Braun, Y.Yevtişenko, A.Voznesenski və 
b. yaradıcılığına şamil edilir.  
    Bu kimi problemli şərhlərdən əlavə, nəsr ilə nəzmin 
nitq  cəhətdən  fərqlənişində  də  mükəmməl  nəzəri 
qənaət  yoxdur.  Belə  ki,  bəzi  poetika  mütəxəssisləri 
A.Belının “Peterburq” adlı metrik və ya R.Rollanının  
“Kola  Brünyon”  qafiyəli  nəsrlərini  Blokun  nəsr  kimi 
səslənən poetik nitqlərindən daha çox şeir saymışlar. 
    V.Buriçə  görə,    verlibr  hər  cür  saxtalıqdan 
tamamilə  azad  əsl  poeziyadır.  Verlibr  iki  nəhəng 
ədəbi materik arasındakı körpüdür.  O, adi şeirin iki 
vacib ifadə vasitəsindən: ritm və qafiyədən azaddır. 
Məhz  verlibr  şeiri  nitqdə  siqmentasiya  prosesini  əsl 
incəsənətə çevirə bilmişdir. 
     Azad şeirin son iki əsrdə hər iki Amerikada, Avstraliyada, 
Afrikanın  franko  və  ingilisdilli    poeziyasında,  Avropa  və 
Asiyada,  o  cümlədən  mühafizəkar  yapon  cəmiyyətinin 
qeydansu (verlibr) şeirində triumfal yürüşlər etdiyini  hamı 
bilir. Lakin bununla belə, unutmaq olmaz ki, keçmiş sovet 
ideologiyası  bu  şeirin  əksər  yaradıcılarını  postsovet 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə