Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə27/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   82

 
106 
ərəblərə  təslim  Sənədinin  də  məhz  Dərbənd  şəhərində 
hökmdar Şirvanşah  Şəhriyar tərəfindən imzalandığını qeyd 
edərək,  Bəyanatın  tarixi  mətnini“Məktubat”a  daxil 
etmişdir.  Şirvanşahlığın  Bakı,  Şamaxı,  Şabran  və  d.  siyasi-
mədəni  mərkəzlərindən  biri  olaraq,  son  işğala  məruz 
qalmış Dərbənd şəhərinin hakimi kimi Şirvanşah Şəhriyarın 
Ərəblərə verdiyi tarixi Bəyanatında oxuyuruq: “Mənim nə 
dağlılar, nə də ermənilər ilə heç bir əlaqəm yoxdur. Siz (yəni 
ərəblər) 
mənim 
ölkəmi 
və 
xalqımı 
istila 
etmişsiniz.”(S.Aşurbəyli.  Göst.  əsər.  Səh.:  55).  Burada 
Azərbaycan  Şirvanşahlar  dövlətinin  Avrasiya  geosiyası 
məkanının  üzvi  bir  hissəsi  olması  detallı  şəkildə  üzə  çıxır. 
Tarix  elminin  atası  sayılan  yunan  tarixçisi  Heredotun  və 
Plutarxın  kitablarında  massaget  hökmdarı  Tomris 
(Teymurə, 
Tamara 
xanım) 
haqqında 
yazılmış 
əfsanələşdirilmiş 
hadisələri 
“Dərbənd 
hökmdarları 
nəslindən  olan”  və  Azərbaycanın  Ərəb  işğalına  qədərki 
dövrünəcən “2000 ilə yaxın Sultan taxtında oturmuş”(-XIII 
əsr  İslam  tarixçisi  Rəşidəddin)  Şirvanşahların  Avrasiya 
mənşəliyi  şübhə  doğurmur.  Elə  həmin  “Dərbənd  soylu” 
Şirvanşah  Şəhriyarın  şərəfinə  “Şəhriyar”  təxəllüsünü 
götürmüş  XX  əsr  dahi  milli  şairimiz    Məhəmmədhüseyn 
Şəhriyar  özünün  məşhur  “Səhəndiyyə”  əsərində  Qədim 
Azərbaycanın  bu  qədim  azadlıq,  istiqlal  və  cahanşümul 
mədəniyyət ocağına işarə edərək yazmışdı:  
 


 
107 
        Gül ağacları nə tavus kimi çətrin açıb  əlvan, 
     Hillə karvanıdı çöllər, 
                bəzənər sürsə bu karvan. 
    Dəvə karvanıdı dağlar,  
                            yükü atlasdı bu heyvan, 
     Sabirin şəhrinə doğru qatarı  
                           çəkmədə sərvan, 
O xəyalımdakı Şirvan!.. 
  ... Qəsrlər vardı qızıldan, 
              Qalalar vardı əqiqdən, 
   Rafael tablosu tək 
              səhnələri əhdi-ətiqdən. 
     (Bax: M.Şəhriyar. Yalan dünya. Bakı-1993.  
     AE-nin nəşri, səh.: 77) 
 
   Radikal Qərbçiliyin əleyhimizə “arqumentləşdirdiyi” 
tarixi  fakt  Qədim  Yunan  və  Roma  quldarlıq 
imperiyalarının 
tarixi 
sistem 
olaraq 
“ümumbəşəriliyidir.”  Qulların  və  Quldarların  təşkil 
etdiyi 
bu 
ictimai-siyasi 
formasiyanın 
tarixi 
təcrübəsininin 
qlobal 
ümumiləşdirilməsi 
sinfi 
nəzəriyyələr üçün münbit zəmindir. Amma biz belə bir 
quruluşun  tarixini  nə  rus  xalqının  ,  nə  də  Avrasiya  
məkanında  yaşamış  və  yaşayan  Türk  xalqlarının 
taleyində  paralel  xətt  olaraq  görmürük.  Tarixdə 
feodalizm  formasiyasına  qədər  Rus  taleyində  nəinki 
qul köləliyinə, heç təhkimçilik köləliyinə də dair heç bir 


 
108 
iz  yoxdur.  Rus  təhkimçiliyi  xristian  Bizansın  (Şərqi 
Romanın) 1453-cü ildən (İstanbulun türklər tərəfindən 
son  fəthindən)  başlayan  tarixi  çöküşündən  sonra 
meydana  çıxan  mərkəzləşdirilmiş  Rusiya  provaslav 
çarlığının  məhsuludur.  Avrasiyanın  azad  türk  elləri 
haqqında  isə  Tarix  heç  bir    təhkimçilikdən  söz  aça 
bilməz. Rus təhkimçiliyi öz xalqı üzərində 1867-ci ildən 
ləğv  edildiyi  halda,    Rusiya  velikoderjava  hərbi  gücü 
Türk  taleyi  üzərində  XVIII  əsrin  sonu  və  XIX  əsrin 
əvvəllərindən    imperiya  müstəmləkə  hakimiyyətini 
qursa  da,  öz  müstəmləkə    hökmünə  tabe  etdiyi  bu 
ərazilərdə  və  əşirətlərdə    yaşayanlara  təhkimçiliyi 
tətbiq  etməyi  bacarmamışdır  və  hətta  bu  fikirdən 
həmişə    tamamilə  uzaq  durmuşdur.  Avrasiya  Türk 
cəmiyyətinin tarix səhifəsində onların nəinki hər hansı 
qul  statusundan,  hətta  təhkimliliyindən  də    bir  söz 
demək imkansızdır...  
     Əgər  slavyanların  ilk  yazılı  qaynaqları  onların 
“qlaqolitsa”  deyilən  sillabari  yazı  mətnlərindən 
ibarətdirsə, bu yazıların da əsasən kirill əlifbasından az 
öncə  onlara  Skandinav-Turan  mənşəli  rus-norman 
elitası tərəfindən gəldiyin açıq etiraf etməliyik. İqorun 
“İnqobar”,  Vladimirin  “Valdemir,  Bala  Temur”və  i.  a. 
olması Oljas Süleymenov tərəfindən “Az i Ya”əsərində 
gözəl  təhqiq  edilərək,  sübuta  yetirilmişdir.  Bu  kimi 
faktlar heç bir şovinistik xarakter daşımır, əksinə Rus-


 
109 
Turan tarixi geneloji bağlantılarının örtülü sirlərini açır. 
Avrasiya  xalqları  arasında  gələcəkdə  daha  sağlam 
birlik  üçün  bu  kimi  faktlar  perspektivdə  ən  gözəl 
imkanlar  açır.  Yazılı  mətnləri  ən  azı  5-6  əsrə  qədər 
(təkcə  Orxon-Yenisey  yazılarını  nəzərdə  tutsaq) 
slavyanları üstələyən Avrasiya türkləri haqqında isə 
açıq  şəkildə  bunları  demək  lazımdır:  onlar  əsrlərcə 
Qədim 
Avrasiyanın 
həlledici 
azadlıq 
siması 
olmuşlar...  Bu  kimi  faktlar  vahid  Ümumiavrasiya 
mədəniyyəti  olaraq,  türklərlə  birgə  slavyanların  da 
tamamilə haqlı surətdə ortaq  çıxdığı və ya çıxacağı bir 
Azadlıq  tarixinə ümumi varisliyi demək olardı... Tarix 
insan  azadlığının  tarixidir.  Köləlik  ilə  ümumbəşəri 
aqibətə 
tarixi 
don 
geyindirmək 
Bəşəriyyətə 
xəyanətdir.  İnsan  azadlığının  baş  xətti  fikrin  və 
hüququn  azadlığıdır...  
    Burada önəmli bir məsələyə keçid etmək çox yerinə 
düşür: Qədim Türk runi yazı mətnlərindəki Azad şeir 
sistemi  haradandır?..    Bu  sistemə  nə  inkorporlaşan 
(amorf)  dillərə  aid  Çin  dilli,  nə  də  “Hind-Avropa” 
dilləri  hesab  edilən  qədim  pəhləvi  və  hind-sanskrit 
dilli mətnlərində rast gəlinir. Ayrıca, Qədim Türk runi 
mətnlərində  azad  Türk  sir  xalqından,  habelə  bir  irq 
kimi bəzən türklərin onların azadlığını təhdid edən dış 
güclərə qarşı Azadlıq savaşlarından da danışılır... Heç 
bir  quldar  imperiya  tarixində  yazılı  mədəniyyətdə 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə