Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə29/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   82

 
114 
asanlaşdırmaq  üçün  deyildir”  deməkdə  hörmətli 
akademik tamamilə haqlıdır. 
     Burada  daha  bir  ənənə  xəzinəsindən  söz  açmaq 
lazım  gəlir.  Bu  məxəz  Azəərbaycan  verlibri  üçün 
Azərbaycan folkloru hesab edilə bilər. Folklarumuzda 
kifayət  qədəri  azad    şeir  xüsusiyyətlərinə  malik 
kanonik  şeir  nümunələri  vardır.  XX  əsr  Azərbaycan 
verlibrinin 
korifeyi 
Rəsul 
Rza 
“Kanonları 
pozaraq...”məqaləsində 
yazırdı: 
“Azərbaycan 
poeziyasında sərbəst şeirin tarixi qədimdir. Bu şeirin 
ayrı-ayrı nümunələrinə“Kitabi-Dədə Qorqud”da rast 
gəlirik. 
Ölçülü, 
qafiyəli 
şeirin, 
yaxud 
bu 
xüsusiyyətlərdən  məhrum  şeirin  daha  əvvəl 
yarandığını  demək  çətindir.  Bu,  dərin  elmi-tədqiqat 
tələb edən bir sahədir ”(Rəsul Rza. Seçilmiş əsərləri. 
4 cilddə, IV cild, Azərnəşr, Bakı, 1974, səh. 485). 
     Dahi  şairimizin  əski  türk  şeirinin  məşhur 
tədqiqatçıları-  Stebleva,  Jirmunski,  Korş  və  b.-dan 
xəbərsiz  olmadığına  əminik.  Lakin  bu  akademik 
tədqiqatlarda  da  xeyli  qüsurlara  yol  verildiyi 
məlumdur. Məsələn, F.E.Korş əski türk şeirini “sillabik-
tonik”,  İ.V.Stebleva  “tonik-temporal”,  V.M.Jirmunski 
isə “ritmik-sintaktik paralelist” şeir adlandırmışdır. 
    F.E.Korş  ilə  İ.V.Steblevanın  definisiyasını  (şərhini) 
əski  türk  şeirinin    dil  xüsusiyyətlərinə  qeyri-müqabil 
hesab  edirik.  Zənnimizcə,  akademik  Jirmunski  daha 


 
115 
düzgün  mövqedən  çıxış  edib.  Yaxşı  haldır  ki, 
Azərbaycan alimi professor Kamil Vəli Nərimanoğlu da 
Jirmunskinin 
bu 
mövqeyni 
dəstəkləməklə, 
ölməz“Kitabi-Dədə Qorqud”umuzun linqvopoetikasını 
düzgün elmi əsasla hazırlamışdır. 
     İstər  VI-VIII  əsrlər  Orxon-Yenisey  abidələrimizin 
poeziyası,  istərsə  də  “Kitabi-Dədə  Qorqud”umuzun 
Azad  şeir  nümunələri,  de-fakto,  onalara  nə  sillabik 
(heca),  nə  də  tonik  şeir  kanonlarının  tələblərindən 
yanaşmağa heç bir əsas vermir. Əski türk şeirinə Antik 
şeir  vəzninin  yamb    və  anapestlərindən  çıxış  edərək 
nəzər yetirmək cəhdləri də tamamilə absurddur. Sözü 
gedən 
vəznlərin 
Ümumtürk 
dillərinə 
aid 
xüsusiyyətlərlə  heç  bir  uyğunluğu  yoxdur  deyə 
bilmərik.  Deyək  ki,  heca  vəzninin  XIII  əsrdən 
Azərbaycan  şeirində  qüvvətli  bir  mövqedən  şifahi  və 
yazılı ədəbiyyatımızda əsas Söz yiyəsi olması təsadüfi 
deyil. Dilimizin liqvopoetik potensialı sillabik şeir üçün 
münbit  mühit  olmuşdur.  Lakin  bunu  tonik  şeir  üçün 
demək  mümkün  deyil.  Çünki  dilimizin  vurğululuq 
potensialı tonik şeir üçün kifayət etmir. Əlbəttə, biz o 
mövqemizi dəyişmirik ki, vəzn-metrika komponentləri 
mahiyyətcə  Dil  hadisəsi  deyil.  Onların  poeziyada 
tətbiqi  bədii  şərtilik  xarakteri  daşıyır.  Lakin  onların 
konkret  bir  dilə  tətbiqindən  danışarkən  bunun  Dilin 
daxili  potensiyalına  nə  qədər  uyum  saxlayacağını  da 


 
116 
gözə  almaq  lazım  gəldiyini  unutmamağın  vacibliyini 
irəli sürürük. 
     V.M.Jurminskinin  “Ritmik-sintaktik  paralelizm  əski 
türk  xalq  şeirinin  əsası  kimi”,  “Türk  qəhrəmanlıq 
eposu”,  “Kitabi-Dədə  Qorqud.  Oğuz  qəhrəmanlıq 
eposu”  və  s.  dəyərli  türkoloji  əsərləri  son  dövr 
ədəbiyyatşünaslığında  ən  çox  müraciət  edilən 
mənbələrdəndir.  Bu  əsərlərə  həm  dilçilər,  həm 
tarixçilər,  həm  də  ədəbiyyat  nəzəriyyəçiləri  sıx-sıx 
müraciət  edirlər.  Dahi  türkoloqun  “ritmik-sintaktik 
paralelizmlər” 
nəzəriyyəsi 
nəinki 
Sovet 
türkologiyasının, 
hətta 
deyərdim 
ki, 
dünya 
filologiyasının  ən  yüksək  zirvəsidir.  Bu  önəm  verlibr 
sənətinin  dünya  poeziyasındakı  çağdaş  mövqeyi  ilə 
bağlıdır.  XX  və  qarşıdakı  XXI  əsrlərin  postsənaye 
yönümlü inkişaf təmayülü ona işarət edir ki, XVI-XVII 
əsrlər Avropa intibahında ellinizm irsinin oynadığı rol 
önümüzdəki  tarixi  mərhələdə    artıq  Ümumtürk-
Avrasiya  azadlıq  ruhuna  tərk  olunmaqdadır.    Türk 
ruhunun  azadxahlığı,  türk  fikrinin  plüralizmi,  türk 
dünyasının  kontinentallığı  imkan  verir  ki,  yeni 
postindistrual  perspektivdə  bəşəriyyət  üçün  növbəti 
Qlobalist mənəvi birliyin əsasını qoya bilsin. Bu birlik 
ümumbəşəri  olduğu  qədər  Slavyan-Türk  mənəvi 
ittifaqı  kimi  də  bizə  daha  canlı  görünür.  Bu  mənəvi-
canlı  ruh,  qəti  qənaətimcə,  əski  Türk  azad  şeir 


 
117 
ruhundan  qaynaqlanır.  Görünür,  ən  görkəmli  rus 
türkoloqlarının uzun illər ərzində  əsas tədqiqat sahəsi 
kimi  Əski  Türk  Şeir  xəzinəsini  seçməsində  əsl  hikmət 
də onlardakı hansısa daxili öncəgörüm hissi olmuşdur. 
Bu birliyin yaranma  gücünün qarşıdakı labüd hər cür 
şovinistik-millətçi  və  ideoloji  irtica  qüvvəsinin  tarixi 
müqavimətindən  daha  güclü  olacağını  zənn  edirəm. 
Çünki 
bəşər 
tarixinin 
tərəqqi 
yolu 
bütün 
mərhələlərində yalnız Azadlıq xarakteri daşımışdır və 
daşımaqdadır... 
    Azad  şeir  poetikası  tarixində  görkəmli  Sovet 
türkoloqu  İ.V.Steblevanın  da  xüsusi  rolu  olmuşdur. 
Steblevanın  əski  türk  şeirində  alleterasiyanın 
əhəmiyyəti ilə bağlı əhəmiyyətli fikirləri əvəzsizdir.  O, 
XI  əsrin    şeir  formalarının  elmi  araşdırarmasını 
apararkən  haqlı  olaraq  yazırdı:“Qədim  türk  şeiri 
alliterasiyalı  idi.  Tonik-temporal  (?!.-N.F.)    bölgünün 
iktinə  (və ya heca qruplaşmasının əvvəlinə) düşdükdə, 
şeirin əvvəlindəki alliterasiya ritmik və kompozisiyonal 
funksiya  daşıyır.  Bənd  daxilində  alliterasiya  olunan 
bölgü  istənilən  cərgə  ilə  yerləşdirilə  bilər:  bir-birinin 
ardınca, sətrin əvvəlində və ya axırında, yaxud ayrı-ayrı 
sətirlərdə.”(İ.V.Stebleva.  XI  əsrdə  türk  poetik 
formalarının  inkişafı. Nauka.  Moskva, 1971,  səh.  88). 
Məlumdur  ki,  türkdilli  poeziyada  Əruzun  tətbiqi    və 
təşəkkülü    ilk  olaraq,  Yusif  Balasaqunlunun  (1017-


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə