147
Rzazadə də eyni mövqeyi bölüşərək, “Avesta”nın
şeirlərindən misal çəkir və həmin qitələrin 8-lik
olçüdə heca vəznli şeirlər olduğunu göstərirdi (Bax,
Ə.Cəfər. Göst. əsər. Səh:-33).
Sanıram ki, əski şeirdə verlibr şeiri ilə birgə Heca
vəznli şeirin nümunələrinin paralelliyinin əsas səbəbi
kimi məhz Qədim Türk ədəbiyyatına müxtəlif dini-
ideoloji təsirlərin nəticəsi hesab etmək üçün kifayət
qədər əsaslar vardır. Türk buddist şeirin aşağıdakı
nümunəsinə diqqət yetirək:
Bilig bilig ya bəgim
Bilig sanqa eş bolurə
Bilig bigən ol ərkə
Bir gün dövlət tuş bolur.
Çağdaş türkcəsi:
Bilik bilin, ey bəgim, (4+3)
Bilik sənə iş olur. (4+3)
Bilik bilən insana (4+3)
Bir gün dövlət yar olur. (4+3)
(Cavad Heyət. Türklərin tarix
və mədəniyyətinə
bir baxış. Azərnəşr. Bakı-1993. Səh.: 89-90)
Dördlük şəklində yazılmış bütün buddaçı şeirlərdə 7
hecalıdan 20 hecalıya qədər nümunələrə rast gəlinir.
Bu metrik sistem təsiri qeyri-dini şeirlərə uzun
müddət təsirsiz qalmışdır. Azərbaycan folklorunun
Heca vəznli şeirinin yazılı Klassik əruz şeirimiz ilə
paralel tarixi, məncə, daha çox XIII əsrlə bağlıdıır. Bu