Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə33/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   82

 
130 
misrada oxuyuruq: “Türk bilgə kağan ilinə bitidim ben 
bilgə  Tonyukuk.”  Burada  iki  əvvəlki  incə  ahəngli 
sözdən sonra qalın hecalı “kağan”leksemi işlənmişdir. 
Ardınca  yenə  də  dörd  incə  hecalı  sözdən  sonra qalın 
hecalı  beşinci  olaraq“Tonyukuk”  sözü  gəlmişdir. 
Görüdüyü  kimi,  bu  şeirin  başlıca  ritmik  ünsürü 
sintaktik paralelizmlərlə bahəm,  ondakı  qalın  və incə 
hecalı sözlərin özünəməxsus əvəzlənməsi nəticəsində 
meydana çıxan bədii harmoniyadır. Bu cür gözəl daxili 
ahəng  yaradan  bədii  təsvir  üsuluna  ən  yeni  dövr 
Azərbaycan  şeirində  də  sıx-sıx  rast  gəlinir.  Məsələn, 
Məmməd  Arazın  aşağıdakı  heca  vəznli  misrasına  
diqqət yetirək: 
  --   Dünya mənim, dünya sənin, dünya heç kimin. 
Üç dəfə təkrarlanan qalın hecalı “dünya” sözünün hər 
birindən  sonra    incə  hecalı  sözlərin  növbələşməsi 
misrada necə də gözəl ahəgdarlıq yaratmışdır. Bütün 
bu  bədii  təsvir  və  ifadə  vasitələrində,  heç  şübhəsiz, 
qədim türk şeirinin dərin təsiri duyulmaqdadır. 
       Müasir 
verlibr 
təcrabəsi 
şairlərin 
bədii 
axtarışlarının çox geniş vüsət aldığını əyani əks etdirir. 
Belə  ki,  Bəxtiyar  Vahabzadənin,  İsa  İsmayılzadənin, 
Ramiz Rövşənin yaradıcılığında Heca və Əruz rükünlü 
ritmik ünsürlərin strofik sabitliyi pozaraq, sərbəst şeir 
şəkli  aldığını  görürük.  Bu  şeirlərdə  verlibr  sözlərinin 
musiqiləşmiş  diffuz  səs  axını  deyil,  differens    ritmik 


 
131 
qruplar  sisteminə  çevrildiyini  görürük.  Müasir 
Türkiyədə  Nzaim  Hikmətlə  ənənəsi  qoyulmuş  bu  cür 
şeir  üsulunun  yeni  davamçılarının  əsərlərninin  daha 
çox Musiqi əsərlərinin söz mətnini təşkil etməsi hesab 
edirəm  ki,  daha  çox  bu  üzdəndir.  Azərbaycan 
musiqisində  bu    yeri  hələ  də  əksəriyyətlə  Heca 
mətnləri  tutur.  Bu  da,  milli  musiqimizin  mətn 
arsenalında monotonluq yaradır.  Musiqimizin  kütləvi 
arenada    əcaib    “Üç  badam,  bir  qoz”ritminin 
hüdudlarından  kənara çıxışını əngəlləyir. Dahi Üzeyir 
Hacıbəyli  “Azərbaycan  xalq  musiqisisnin  əsasları  ” 
kitabında  Azərbaycan  musiqisində  elmi  baxışın 
güclənməsi üçün aydın şəkildə bildirirdi: “Dəstgahların  
qəzəlləri mütləq əruz vəzni ilə yazılmış şeir və qəzəllər 
olmalıdır...  Əruzla    yazılmış  qəzəlin  vəzni  dəstgahın 
musiqisi üçün dəxi vəzn məqamını tutur. ”Biz bu statı 
“Vahidiyəm Azərbaycanımın” ilk qəzəllər divanımızda 
da  yazmışıq.  (Bax,  Göst.  əsər,  Bakı-2014,  səh:  11). 
Müasir musiqi harmoniyasının geniş ritmik imkanları, 
çağdaş  bəstəkarlıq  tələbləri  müasir  Azad  şeir 
poetikasının 
da 
dərindən 
araşdırılmasını 
musiqişünaslarımız  üçün  zəruri  edir.  Azərbaycan 
Səfiyəddin  Urməvi  (XIII  əsr)  kimi  ölməz  musiqi 
nəzəriyyəçilərinin  vətənidir.  Onun  müasir  musiqi 
sənəti    ahəngin  7  notunda  da  səslənməlidir.  Azad 
şeirin  polifonizmi  çağdaş  vokal  janrların  –  kantata, 


 
132 
oratoriya,  romans,  mahnı-  hamısın  üçün  əsl  mənəvi 
məxəz ola bilər və olmalıdır. Məhz yeni poeziyanın yol 
yoldaşlığı  ilə  müasir  musiqimizdə  instrumental, 
simfonik  və  teatr  janrlari    dövrün  zövqünə  və 
ictimaiqayələrə müvafiq inkişaf etdirilməlidir. 
    Ədəbiyyatımıza  belə  bir  nəzəri-təcrübi  münasibət 
sahəsində  dahi  ədibimiz  və  musiqişünasımız  Üzeyir 
Hacıbəylinin  xüsusi  xidmətləri,  bədii  yaradıcı 
simasından  əlavə  dahi  tədqiqatçı-alim  kimi  yorulmaz 
fəaliyyətləri  də  bu  gün    hər  birimiz  üçün  ölməz 
nümunə,  əsl  mənəvi  məktəbdir.    Nə  qədər  acı  etiraf 
olsa  da,  deməliyəm  ki,  çağdaş  Türkiyə  müsiqisində 
vokal  oxunuşda    Sözün  “səsi”musiqi  alətinin  səsini 
batıra bilir, müasir Azəri mahnısında isə əksinə olaraq, 
çox  vaxt  Sözdən  ziyadə  alətin  çıxardığı  səslər  qulağı 
dəlir.  Bunun  əsas  səbəbi  Türkiyədə    çadaş  mahnı 
mətnlərinin  daha  çox  azad  şeir  nümunələri 
olmasından irəli gəlir. 
     Müəyyənləşdirdiyimiz bəzi mühüm  xüsusi cəhətlər 
vardır ki, onlar milli  verlibristikada şeirin vəzn və ritm 
xüsusiyyətlərini  müəyyənləşdirmək  üçün  bu  gün  ən   
vacib  oriyentrlər  ola  bilər.  Bunlar  azad  şeirin  daxili 
ritmik sistemi, forma xüsusiyyəti, qafiyə sistemi, bədii 
məzmun  cəhətləri,  janrlaşma  meyli  və  sairədən 
ibarətdir.  Aşağıda  bu  cəhətləri  nəzərə  alaraq,  Azad 


 
133 
şeirin milli ədəbiyyatşünaslığımız üçün ilk dəfə olaraq  
növ təsnifat sistemini təqdim edirik. 
  I. Azad şeirin zahiri forma-şəkil üzrə növləri: 
 1.  Nəsr  tərtibli  növ.  (Əsasən,  Əski  Türk  və  slavyan 
eposlarının poetik mətni,XIX əsrdən başlayaraq, Uolt 
Uitmenin,  bir  çox  amerikalı  şairlərin  və  çağdaş 
Türkiyə 
şairlərinin 
bəzilərinin 
yaradıcılığında 
təsadüfedilir.  Ədəbiyyatımızda  mənsur  şeir,  bəhri-
təvil, bəzi atalar sözləri və  60-   cı illər yazıçılarımızın 
bəzilərinin  poetik  nəsri  bu  növ  verlibrist  mətnlərə 
nümunə  sayıla  bilər ). 
  2. Dalğa tərtibli növ. (Rəsul Rzadan başlayaraq, 
Azərbaycan şeirində bu növ çox geniş yayılmışdır.) 
3. Həndəsi (kvadrat, kub və s.) tərtibli növ. (bu 
növün ilk yardıcısı şeirimizdə  Mikayıl Rəfili 
olmuşdur). 
4. Rəsm tərtibli növ. (bu forma şeirimizdə Ərəb 
əlifbasına aid xəttatlıqənənəsi kimi yaşamaqdadır). 
5. Qeyri-müəyyən tərtibli növ. 
 
 II. Verlibr ritminin leyt-ünsürü baxımından növləri: 
1.
 
Azad heca təqtili növ. 
2.
 
Azad əruz təfiləli növ. 
3.
 
 Qarışıq ritmli növ. 
4.
 
 Nəsr ritmli növ (mənsur şeir və s.) 
5.
 
 Qafiyəli,  qafiyəsiz   (disrifmik  şeir,  yəni  ağ 
şeir)  və qarışıq qafiyəli növ. 
6.
 
 Disstopik  (təqti,  bənd  və  s.  daxili  ritmik 
ünsürsüz)növ. 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə