Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə30/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   82

 
118 
1077) “Kutadqu bilik”poemasından başlanğıc götürür. 
Bu  keçid  prosesini  nəzərə  alaraq,  İ.V.Stebleva  yazır: 
“Strofik alliterasiya “Kutadqu bilik”də də mövcuddur. 
Poemanın əsas hissəsi  beytlə yazılıb, lakin misraların 
əvvəli 
tez-tez 
alliterasiya 
edildiyindən, 
bu, 
Y.Balasaqunlunun  başlanğıc  qafiyəsinə  can  atdığını 
söyləməyə  imkan  verir.”(Y.Balasaqunlu.  Göst.  əsər. 
Səh.  91).  Türk  “Şahnamə”si  sayılan  bu  əsər 
Ə.Firdovsinin işlətdiyi Əruzun döyüş bəhri Mütaqarib 
ilə yazılmışdır. Əlbəttə, bu  əruzda yazılmış ilk türkdilli 
poemada  əski  türk  şeir  ünsürlərinin  belə  sıx  nəzərə 
çarpması  Ümumtürk  poeziya  tarixində  Azad  şeir 
sisteminin uzunillik ənənələrinə bağlı hadisədir. 
   İ.V.Stebleva  “Əski  türk  ədəbiyyatının  poetikası  və 
onun  erkən  klassik  mərhələyə  transformasiyası” 
əsərində  yazır:  “Yusif  Balasaqunlunun  erkən  klassik 
türk  poeziyasına  aid  olan  “Kutdqu  bilik”  poeması  və 
Mahmud  əl-Kaşqarinin  “Divani  lüğət  it-türk” 
əsərindəki  şeirlər  türkdilli  poeziyada  əsl  qafiyənin 
ənənəvi  inkişaf  yolunu  göstərir.”(İ.V.Stebleva.  Göst. 
əsər. Nauka, Moskva, 1976, səh. 154). 
    İ.V.Stebleva 
“VI-VIII 
əsrlərdə 
türklərin 
poeziyası”(Nauka, Moskva, 1965, ) əsərindən nümunə 
gətirdiyi  “Kiçik  Gültəkin”  abidəsindən  bir  parçanın 
sxemini belə tərtib etmişdir:     
 


 
119 
 
                              1.Tenri tek tenride bolmuş  
                              2.Türk bilge kağan bu odke olurtım. 
                              3.Sabımın tüketi eşidğil, 
                              4.Ulayu iniyüqünim oğlanğm 
                              5.biriki oğuşım budunum. 
                              6.biriye şad-apıt beqler. 
                              7.yıraya tarkat buyuruk beqler. 
                               .............. 
           Həmin parçanın sxeminə fikir verək: 
-----------------------------------------------------------------------
----------------------------------- 
Sətirlərin  sırası                  Hecaların  sayı                                                    
Vurğuların sayı 
-----------------------------------------------------------------------
------------------------------------ 
1.                                    8                                                                     3 
2.                                  11                                                                     4 
3.                                    9                                                                     3 
4.                                  11                                                                     4 
5.                                    9                                                                     3 
6.                                    8                                                                     3 
7.                                  10                                                                     4 
-----------------------------------------------------------------------
-------------------------------------- 
   (Göst. əsər. Səh. 14) 


 
120 
 
 
Sxemdən göründüyü kimi, əski türk şeirinə Antik vəzn 
kriteriyalarından  yanaşılmışdır.  Buradakı        yamb    və 
anapestlər  misralara sillabik-tonik interpretasiya üçün 
süni  şəkildə  tətbiq  edilmişdir.  De-fakto,  əski  türk 
şeirində  sillabik-tonik  interpretasiya  üçün  əsas  ola 
biləcək  nə  antik  heca  proporsiyası,  nə  də  vurğu 
tənasübü  mövcuddur.    Antik  vəznin  metrik-ritmik 
kanonlarının ümumən türkdilli poeziyaya tətbiqi dilin 
daxili  ahəng  sistemi    baxımından  imkansızdır.  
Göründüyü  kimi,  Stebleva  əski  türk  Azad  şeir 
sisteminin  xüsusi  xarakterini,  xüsusi  kvantativ 
mahiyyətini  qəbul  etmək  istəmədiyi  üçün  (bəlkə  də, 
cəsarəti çatmadığından) fərqli şeir ölçülərini bir-birinə 
qarışdırmağa məcbur olmuşdur. 
    Orxon-Yenisey abidələrinin şeir misralarının metrik-
ritmik  konstruksiyaları  aydın  göstərir  ki,  onlarda  nə 
heca,  nə  də  tonik  orta  kəmiyyət  hədləri  var.  Bu  da 
Steblevanın 
əski 
türk 
şeirininin 
vəzni-metrik 
mahiyyətini  düzgün  başa  düşmədiyini  göstərir.  Türk 
runi  ədəbiyyatında  Atlı  bir  xalqın  azadlıq  ruhu  ilə 
həmahəng  bir  maddi  və  estetik  harmoniya  hökm 
sürür. Azad şeirin türk ruhunun azad ifadəsi kimi tarixə 
yoldaşlıq etdiyinə şübhə ola bilməz. Bu verlibrin daxili 
ritmik kompozisiyası uzun illərin Azadlıq mühiti içində 


 
121 
formalaşan  ümumtürk  dil  ahənginin  etno-psixoloji 
xüsusiyyətlərindən  doğmuşdur.    Bu  şeir  sisteminin 
XIX–XX  əsrlərdən  etibarən  böyük  Türk  (Osmanlı, 
Qacar,  Babur...)  imperatorluqlarının  dağılması  ilə 
bütün  dünya  xalqlarının  aparıcı  poeziya  sisteminə 
çevrilməsi,  bir  bədii-fikri  intibah  hərəkatı  kimi 
formalaşması  təsadüfi  deyil.  Türk  dünyası  öz 
imperatorluqlarını 
tarixin 
arxivinə 
yollamaqla  
ümumbəşəri  Azadlıq  yürüşünün  daha  bir  mənəvi 
zirvəsinə  imza  ataraq,  III  Minilliyin    Yol  xəritəsini 
yaratmış oldu. Bəzi tarixçilərin səhv mülahizəsinə görə 
guya  Türk  xalqları  öz  İmperiyalarını  digər  Güclər 
qarşısında qoruyub saxlaya bilməmişlər. Bu tamamilə 
axmaq bir mühakimədir. Heç şübhəmiz yoxdur ki, Türk 
dünyası  XX  əsrdən  etibarən  imperializmin  tarixi 
perspektivsizliyini  bütün  dünya  xalqlarından  daha 
qabaq  hiss  etmiş,  onlara  tarixi  məsuliyyətlə 
yanaşmamış, öz imperiyası kimi qoruyub saxlamaqdan 
könüllü və elliklə imtina etmişdir.  Bu, Türkün özündın 
şox  özgələri  üçün  yaşayan  ”milli”  imperiyaları  və 
imperatorlarını qorumaqdan tamamilə vaz keçməsinin 
tarixi  izahıdır.  Bu  imperiyalar  əksəriyyətlə  türk  milli 
dilini,  milli  şüurunu  və  türk  milli  məktəbini  əsrlərcə 
sıxışdırıb, 
geri 
saldılar... 

mənada, 
Məhəmmmədəmin  Rəsulzadə  və  Mustafa  Kamal 
Atatürkün öz milləti qarşısında tarixi haqqı vardır. 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə