Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə28/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   82

 
110 
paralel  xətlərdə  Köləlik  altında  olan  xalqın 
ədəbiyyatından  söz  aşılmır,  kölə  “mədəniyyətində” 
belə  bir  Azadlıq  mövzusuna  rast  gəlinmir.  AZADLIĞın 
həyati və bədii ehtirası bu ruhu qoruya və yaşada bilən 
xalqların mənəvi gücünü ifadə edir. 
     Slavyan-Türk  tarixində  bu  kimi  qarşılıqlı  mədəni 
zənginləşmə  və  birlik  faktları  Avrasiyaçılıqda  baş 
ideoloji  postulatdır.  Qədim  Türk  verlibrinin  məhz 
Avrasiya  şeir  sistemi  kimi  Qərb  ədəbiyyatına  qədər 
gedib  çıxmasına  Qərb  modernizmi  aspektindən  izah 
yoxdur.  Bizim  kulturoloji  baxışımızca,  Qərbin  tarixən 
kanonlaşdırdığı ideoloji-estetik  məcburiyyətlərin artıq  
XIX-XX əsrlərdən etibarən Azad şeir sistemi kimi bədii-
kanonik    Avrasiya  Azadlıq  (və  ya  liberalizm)  tarixi 
təcrübəsi  ilə  əvəzlənməsi   heç  bir  xüsusi  və  əlahiddə 
modernizmin  məhsulu  deyil,    Avrasiya  poetik 
cisteminin  və  Azadlıq  ruhunun  yeni  fəlsəfi-estetik 
zəfər yürüşü idi.   
    Azad şeir şəklini, bildiyim qədəri, daha cox, Qərbçilik 
(vesternizasiya)  təmayülü  kimi  qəbul  edən    bəzi 
Türkiyə  alimlərinin səhvlərini də  xüsusi qeyd etmək 
yerinə  düşərdi.  Əminliklə  deyərdim  ki,  bu  ölkədə 
çağdaş Türkiyə verlibrinin  əsasını ölməz qazi, Türkiyə 
Respublikasının  yaradıcısı  dahi  M.K.Atatürkün 
türkləşdirmə  siyasi  xəttindən  ibarət  hesab  etmək 
daha  məntiqidir.  Bu  mənada,  Atatürkü  Yeni 


 
111 
Avrasiyaçılığın  baş  ideoloqu  kimi  də  görmək  olar. 
Çağdaş  modern  türk  şeiri  indiki  yüksək  səviyyəsinə 
görə  qazi  Mustafa  paşa  Kamal  Atatürkə  daha  çox 
borcludur...  Burada  Nazim  Hikmət  faktorundan  da 
danışmaq  lazım  gəlir.  XX  əsrin  Uolt  Uitmeni  sayılan 
Nazim  Hikmət  ilə  əsrin  dahi  Respublikaçı  siyasi 
xadimi  Prezident  M.K.Atatürk  arasındakı  ziddiyyət 
yalnız  siyasi-ideoloji  xarakterli  olmuşdur.  Nazimlə 
Atatürk mübahisəsində estetik konflikt yoxdur. Bunun 
bariz  sübutu  Türkiyədə  sonrakı  ədəbi  inkişafın  əsas 
istiqamətinin  N.Hikmətin  Azad  şeir  yolu  olmasıdır. 
Yeni  Türkiyə  şeir  sənəti  bu  cümhuriyyətin  İstiqlal 
himnini  yazmış  Mehmet  Akif  Ərsoyun  klassik  şeir 
yolunu deyil, əksəriyyətlə Nazimin yolunu getdi... Bu, 
N.Hikmətdən daha artıq Atatürkün qələbəsi idi.  
     Məsələyə  hansı  aspektdən,  modernizm,  yaxud 
Avrasiya  azadlıq  ruhundan  baxılmasından  asılı 
olmayaraq,  Azad  şeirin  poetikasının  tədqiqi  bu  gün 
olduqca aktual əhəmiyyət kəsb edir. Lakin açıq etiraf 
edirəm  ki,  məni  bu  mövzunun  daha  çox  məhz 
Ümumavrasiya  mahiyyəti  cəlb  edir.Əsas  amacımız 
Verlibrin Qədim Türk və Slavyan  şeir vəzni kimi tarixi 
doğuşunun  bir  təsadüf  deyil,  I  Minilliyə  bir  Türk-slav 
(Avrasiya)  mügdəsi  kimi  daxil  olduğuna  diqqəti 
çəkməkdən  ibarətdir.  Turan-Çin  qarşıdurması  ilə 
Türklük  cahana  ilk  ümumbəşəri  tarixi  təhlükənin 


 
112 
episentrini  göstərmiş  oldu.  Bu  yazılı  mətnlərin  Daş 
üzərində  kitablaşması  türklərin  gözlənilən  tarixi  
“geosiyasi  yanğınlar”  qarşısında  öz  ümumbəşəri 
Azadlıq  ruhunu  mənəvi  müqavimət  gücünə  qoruyub 
saxlamaq inadı idi.  
     Bəşər sivilizasiyasının tarixində ilk inqilabi mərhələ 
Daş  əsri  ilə  bağlıdır.  Bu  gün  Məkkənin  Qara  Daşına 
edilən dini inancın da mahiyyətində, məncə, İnsanlıq 
yaddaşının  Daş  dövrünə  ehtiramın  müəyyən  izləri 
yaşamaqdadır. 
     Bu  gün  bütün  dünyada  ədəbi  prosesin  ümumi 
inkişaf  istiqaməti  aydın  göstərir  ki,  şeir  yaradıcılığı 
sahəsində  vəzn  nöqteyi-nəzərindən  əsas  xətt 
Verlibrdir.  Verlibr  poetikasının  (o  cümlədən,  ümumi 
Azad şeir poetikası kimi  Verlibristikanın) yaradılmasını 
bütün  Avrasiya  geoməkanı  üçün  buna  görə  də  ən 
prioritet filoloji elmi istiqamət hesab etdik. 
    Verlibrin  kanonik  tələblərində  politonizm,  strofik 
çoxseçimlik,  ritmik  çoxrənglik,  geniş    fikri  pülarizm 
olduğu  üçün  onun  bütün  dillər  üzrə  istisnasız  bir 
mənəvi yürüşü hiss edilməkdədir. Əlbəttə, burada bir 
xüsusi  məsələyə  aydınlıq  gətirmək  istərdim.  Müasir 
verlibri  Qədim  Türk  şeirinin  arxaik  təzahürü  saymaq 
olarmı? Əsla! Çünki klassik Əruz şeirində yazılmış hər 
bir milli ədəbiyyatı xeyli dərəcədə həmin xalqın öz yeni 
milli mədəniyyət faktı kimi qəbul etmək və elə məhz 
həmin  mövqedən  də  müasir  verlibrə  yanaşmaq 


 
113 
lazımdır. Bu mənada, akademik M.C.Cəfərovun   hələ 
1955-ci ildə yazdığı “Şeirimizin dili və vəzni haqqında” 
adlı məqaləsindəki aşağıdakı fikri tamamilə doğrudur: 
“Sərbəst şeir xüsusi poetik bir forma kimi, mükəmməl 
müasir  şəkli  etibarilə  tamamilə  yeni  bir  şeir 
formasıdır” 
(M.C.Cəfərov. 
Füzuli 
düşünür. 
Azər.Uşaq.Gənc.Nəşr., 
Bakı, 
1959, 
səh.207). 
Göründüyü  kimi,  Azad  şeirin  “müasir  şəkli  etibarilə” 
alim  haqlıdır,  lakin  qədim  şəkli  etibarilə  haqlı  deyil. 
Çünki bu şeirin tarixi-genoloji xəritəsi onu Ümumtürk 
mənəvi dünyasına, daha dürüst desək, Ümumavrasiya 
Azadlıq  mədəniyyətinə  aparıb  çıxarır.  Hörmətli 
akademik elə bunu nəzərdə tutaraq, üstüörtülü işarə 
ilə  Azərbaycan verlibrinin “ən yaxşı poetik ənənələrə 
əsaslanmasını  və  onun  üzərində  inkişaf  etməsini”  də 
xüsusi  qeyd  etmişdir  (yenə  orada:  səh.216).  
Azərbaycan  alimi,  akademik  Məmməd  Arifin  verlibr 
sənətinə  münasibəti  də  maraq  doğurur:  “Sərbəst 
yazmaq işi asanlaşdırmaq üçün deyildir; əksinə, böyük 
sənət yolunda yeni axtarış olan bu vasitə şeirin bədii 
imkanlarını,  ictimai  və  bədii  təsir  qüvvəsini  artırmaq 
üçündür”(Məmməd Arif. Seç. əsərləri, 3 cilddə, I cild,  
EA nəşriyyatı, Bakı, 1967, səh.813). Əlbəttə, M.Arif ilə 
də  verlibrə  tarixi  münasibətdə“böyük  sənət  yolunda 
yeni  axtarış  olan  bu  vasitə”  ifadəsi  üçün  həmfikir 
deyilik. 
Bununla 
belə, 
“sərbəst 
yazmaq 
işi 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə