Namiq Atabəyli Azad şeir və onun poetikası


Bizim Tenqrimiz edqusu redni tiyor



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə38/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   82

 
150 
                     Bizim Tenqrimiz edqusu redni tiyor 
                     Rednidə yig mening edqu Tenqrim, Alpım,  
                     Begrəgim, 
                     Belegüsuz yiti vajir tiyor. 
                     Belegüsuz yiti vagir tiyor. 
                     Vajirda  ötüy bilikligim, tüzünüm yarukum 
                     Vajirda ötüy bilikligim, bilgəm, yanqam. 
                     Gün tenqri yaruğin tək köküzlügüm, bilgəm  
                     Gün tenqri yaruğin tək köküzlügüm, bilgəm 
                     Körtə tüzün tənqrim, külügüm,  küzünçüm, 
                     Körtə tüzün tənqrim, burkanım,  
                     bulunçusuzum. 
                             (Cavad Heyət. Göst. əsər. Səh.: 88) 
 
             Çağdaş türkcədə: 
 
                      Bizim Tanrımızın yaxşılığı cövhərdir, deyirlər, 
                      Gövhərdən daha üstün mənim Tanrım,  
                      Qəhrəmanım        
                      Bayrağımdır. 
                      Almazdan daha iti biliklim, əsillim, ziyalımdır. 
                      Almazdan daha iti biliklim, əsillim, ziyalımdır. 
                      Gün tanrı kimi açıq simalım, biliklimdir.      
                      Gün tanrı kimi açıq simalım, biliklimdir. 
                     Gözəl döğru Tanrım, şöhrətimsən, qorucumsan. 
                      Gözəl doğru Tanrım, ələ düşməzim, üzə  
                      çıxmazımsan. 


 
151 
  Şeirdə  verlibrin  ritmik-sintaktik  paralelizm,  daxili 
alletarasiya  və  assonanslar,  ön  qafiyələr,  verlibr 
bəndləri  və  s.  kimi  ritmometrik  sistem  xüsusiyyətləri 
möhkəm mövqe tutmuş görünür.  
   Bu  əski  türk  verlibrinin  ahəng  sistemi  tam-tamına 
“Kitabi-Dədə  Qorqud”  eposunun  metrik  və  ritmik 
sistemi ilə eynidir. Hər iki əsərin tarixi yaranma dövrü 
də, təsadüfi deyil ki, təqribən, eynidir. Aprinçur Tigin 
VIII əsrin görkəmli Türk  şairidir.  
“Kitabi-Dədə 
Qorqud”un 
da 
tarixini 
folklor 
araşdırmaçılarımızın verdiyi müxtəlif fərqli rəqəmlərin 
(VII,  VIII,  IX  əsrlər)  ortaq  yeri  kimi  VIII  əsr  kimi 
götürmək  olar.  Bu,  sözügedən  dövrlərdə  Ümumtürk 
şeirinin başlıca metroritmik mənzərəsinin ifadəsidir.  
  “Kitabi-Dədə  Qorqud”un    “Dirsə  xan  oğlu  Buğac 
boyu”ndan kiçik bir azad şeir parçasına baxaq: 
 
                                  Boynu uzun bədəvi atlar gedərsə, sənin  
                                  gedər, 
                                  Bənim də içində binədim var, 
                                  Qomağım yoq qırq namərdə!   
                                  Qaytabanda qızıl dəvə sənin gedər,  
                                  Mənim də içində yüklətim var,     
                               Qomağım yoq qırq namərdə!    
                               Ağayılda tümən qoyun sənin gedər, 
                               Mənim də içində şişlikim var, 


 
152 
                                  Qomağım yoq qırq namərdə!   
                                  Ağ üzlü, ala gözlü gəlin sənin gedər, 
                                  Mənimdəxi içində nişanlım var, 
                                  Qomağım yoq qırq namərdə!  
                                  Altun başlı ban evlər sənin gedər, 
                                  Mənim də içində odam var,  
                                  Qomağım yoq qırq namərdə!   
                                  Ağ saqallu qocalar sənin gedər, 
                                  Mənim dəxi içində bir əqli şaşmış, 
                                  Biligi yetmiş qoca babam  var,  
                                  Qomağım yoq qırq namərdə!..   
     Bütün  ümumtürk  eposu  tarixində  ən  ağır  Vətən 
xainliyi  epizodu  varsa,  o  da,  məncə,  bu  boyda  təsvir 
edilmişdir. Dirsə xanı aldadıb, öz oğlundan ayıran xain 
ətrafının  onu,  nəhayətdə,  əlləri  arxasında  bağlı, 
boynunda  zəncir,  yalın  ayaqla  (özləri  at  belində)  əsir 
götürüb, yad elə sürüklədikləri bu epik mənzərə ikinci 
heç bir xalqın dastanında yer almamışdır. Qoca Dirsə 
xanın  bu  halı  hətta  oğul  fəlakətinə    öz  gözləri  ilə 
tamaşa 
edən 
ixtiyar 
 
Priamın 
(Homerin“İlliada”əsərində 
Troya 
ağsaqqalı 
və 
Yelenanı 
qaçırmış 
Parisin 
atasıdır) 
faciəvi 
vəziyyətindən qat-qat ağırdır. Çünki Türk hökmdarı öz 
oğlunu  xain ətrafının  feilinə  uyaraq  cəzalandırmışdır. 
Lakin Troya ağsaqqalının oğlu sədaqətli döyüşçülərinin 
əhatəsində  kişi  kimi  vuruşaraq  həlak  olmuşdur. 


 
153 
İkincisi, xainlər Türk hökmdarının yaşına belə hörmət 
qoymadan,  heç  bir  cəngavər  kodeksinə  sayğı 
göstərmədən onu aşağılayaraq, əsir götürüb, başqa bir 
ölkəyə  qaçırmaq  istəmişlər.  Homerin  isə  oğul  dərdli 
Troya  ağsaqqalına  sayqı  ilə  yanaşan  alicənab  Yunan 
hökmdarı və hərbi elitası bu hadisədən sonra Priama 
görə  savaşı  müvəqqəti  dayandırır,  oğlunun  cəsədini 
ataya geri qaytarır, onu dəfn etməyə və yas tutmağa 
vaxt verirlər.  
     Bütün  Türk  dünyası  üçün  böyük  dərs  olan“Kitabi-
Dədə  Qorqud”un    “Dirsə  xan  oğlu  Buğac  boyu”nda 
Buğacın atasına söylədiyi bu poetik müraciətin dünya 
ədəbiyyatında  analoqu  yoxdur.  Burada  ilk  öncə  bir 
Türk  gəncinin  öz  ağsaqqalı  qarşısında  göstərdiyi 
mənəvi  ehtiramı,  ailə  əxlaqı  və  cəngavər  mətanəti 
gözə  dəyir.  Onun  Vətənpərvərliyi  bu  məziyyətləri 
içində əsas yeri tutur. O, aldadılmış qoca atasından heç 
nəyin  hesabını  soruşmur.  Əksinə,  bütün  varlığı  ilə 
xainlərlə  savaşa  atılmaq  istədiyini  bəyan  edir.  Belə 
cahanşümul  mənzərənin  bu  qədər  yüksək  səviyyədə 
poetik  təsvirini,  məncə,  Türk  şeirinin  ilk  vəzni  olan 
Azad şeirdən başqa ikinci heç bir bədii metrik sistem 
ifadə edə bilməzdi... 19 misra kimi görünən bu şeirdə  
6  dəfə    “Qomağım  yoq  qırq  namərdə!”  ifadəsi  təkrir 
kimi    təkrarlanmışdır.  Bu  kiçik  poetik  parçada  Azad 
şeirin  metroritmik  sistemində  məzmunun    bədii-


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə