Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə23/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   82

 
90 
fikrin  ardıcıllığını  saxlayan  xüsusatlar  da  mütləq 
olmalıdır. Şeirdə bunun ən iri vahidlərindən biri də şeir 
bəndi sayılır. Azərbaycan verlibrində belə bir formaya 
Rəsul Rzanın “Rənglər ”silsiləsini aid etmək olar.  Bizim 
bu  silsilənin  poetikasına  dair  yazdığımız  xüsusi  bir 
tədqiqat  əsərimiz  vardır.  Burada  verlibr  bəndinə  aid 
geniş bilgi verilmiş, bu şeir sisteminin termin aparatına 
faydalı  yeniliklər  gətirilmişdir.  Odur  ki,  verlibr  bəndi 
üzərində burada ayrıca dayanmaq fikrimiz yoxdur. 
    İlya 
Selvinskinin 
“Mən 
şeirlər 
haqqında 
danışacağam”kitabında  bu  haqda  daha  maraqlı  fikir 
yürüdülür:  “Konstruksiya  bütövlükdə  şeirin  texniki 
əlamətidir”(Göst.əsər. Sovetski pisatel. Moskva, 1973, 
səh.  438).  Bənd  də  bir  konstruksiya  elementi  kimi 
texniki ünsürdən başqa bir şey deyil, ola da bilməz... 
Deməli, 
fərqli 
vəznlərdə 
fərqli 
bənd 
konstruksiyalarının  olması  adi  məsələdir.  Belə  bir 
fərqli  bənd  konstruksiyası  verlibr  üçün  də  vardır. 
Verlibrin özünəməxsus bənd şəkillənməsi onun fərqli 
metrik sistemə malik olmasının əsas göstəricilərindən 
biridir.  
      Məncə,  hörmətli  müəllimim,  professor  Tofiq 
Hacıyevin  “Elmi-zehni  səviyyə  və  bədii  dildə 
novatorluğun faktı” məqaləsində irəli sürdüyü fikirlər 
Şair  düşüncəsinin  bədii  dillə  genetik  və  intellektual 
bağlantılarını  çox  gözəl  aşkarlamışdır.  Talesiz  şair  Əli 


 
91 
Kərimin  yaradıcılığının  nümunəsində  türkoloq-alim  
haqlı olaraq yazır: “Şairin yüksək həndəsi abstraksiya 
imkanı  qrammatikada tabesiz  söz  birləşməsi  adlanan 
sintaktik  qəlibdə  daha  tutarlı  əyaniliklə  görünür.  Şair 
müxtəlif  tipli  anlayışlar  bildirən  sözləri  eyni  sual 
səviyyəsində  birləşdirir,  eyni  qrammatik  hüquqa 
gətirir  və  təbii  ki,  müxtəlif  məzmun  çəkisinə  malik 
sözlərin bayrağı altındakı hüquq bərabərliyi bədii nitq 
şəraitində müəyyən üslubi tonlar verir: kinayə, yumor, 
dramatizm  və  s.  üslubi  çalarlar,  birinci  növbədə  isə, 
ümumiyyətlə  bədiilik-  çünki  sözlərin  belə  qeyri-adi 
bərabərliyi  publisist  və  elmi  üslublar  üçün  məqbul 
sayılır:  ”...Azadam  səs-küylü  həyətimizdən,  oradakı 
bəd  istidən...  Bir  mənəm,  Bir  kağızdır,  Bir  də 
tənhalıq.”(“Mehmanxanada”); 
“Açılıb 
pəncərə 
Günəşə, 
Qarışqaya, 
Ota, 
Pəncərə 
iyula, 
yanvara.”(“Xətlər  variasiyaları”)  ”(Tofiq  Hacıyev. 
Göstərilən  məqalə.  “Azərbaycan”jurnalı,  Bakı,  1980, 
№10). 
    Azad  şeir  (-verlibr,  ağ  şeir,  sərbəst  şeir  və  s.)  sənəti 
poeziya  tarixində  bir  deformasiya  (şəkil  dəyişmə)  deyil, 
daha  çox  ümumbəşəri  mənəvi-idraki  irəliləyiş  yönümlü 
estetik-filolojiforma 
və 
məzmun 
hadisəsidir.  
Ədəbiyyatşünaslıqda daha çox“Verlibr”in bir termin kimi 
XIX əsrin ikinci yarısında Fransada meydana çıxdığı və ilk 
dəfə  Rembonun  1872-ci  ildə  yazdığı  “Marina”  və 
“Hərəkət”  adlı  şeirlərində  istifadə  etdiyi  bədii  formanın 


 
92 
adı  kimi  terminləşdiyi  bildirilir.  Bununla  belə,  eyni 
zamanda  onun  XX  əsrin  əvvəllərində  imajizmin 
metodologiyası kimi ingilisdilli şairlərə tətbiqən işləndiyi 
də  söylənilir.   Bədii  metodologiya  kimi  “verlibr” termini 
ilk  dəfə  1915-ci  ildə  Riçard  Oldinqton  tərəfindən 
İmajizmin antologiyasına yazılmış Ön sözdə işlədilmişdir. 
Əksər  lüğətlərdə  “verlibr”  XX  əsr  üçün  xarakterik  olan 
metrik  kompozisiya  forması  sayılır.  Azad  şeir  anlamına 
gəlir.    Məsələn,  L.İ.Timofeyeva  və  N.P.Venqrov“Qısa 
ədəbiyyatşünaslıq  terminləri  lüğəti”ndə  (Moskva-1963) 
yazır:  “Verlibrin  əsasında  hər  bir  misrada-  azad  şeir 
ifadəsində/frazada 
eynicinsli 
intonasiyanı 
müəyyənləşdirən 
eynicinsli 
sintaktik 
quruluşlar 
(siqmentizasiya)  durur.  Bu  frazaların  sintaktik  quruluşu 
ilə  ifadə  olunan  təkrarlanan  intonasiya  şeirin 
özünəməxsus 
ritmini 
müəyyənləşdir.”(Səh.: 
137).  
V.Rudnev  də    “XX  əsrin  mədəniyyət  lüğəti”ndə  verlibri 
ritmoloji  cəhətdən“nəsrin  hissələrə  bölünüb  yazılması” 
hesab edir.  Lakin o, həmin hissələrə bölünüb yazılmanı 
“artıq 
yaradıcılıq 
momenti” 
adlandırır. 
Rus 
ədəbiyyatşünasları verlibrşünaslığın əsas məsələlərini üç 
nəzəri  problem  ətrafında  birləşdirməyi  daha  məqbul 
sayırlar:  a)  rus  şeir  yaradıcılığında  verlibrin  yerinin 
müəyyənləşdirilməsi; b) verlibrin yaradıcılıq psixologiyası 
və  texnologiyası  ilə  əlaqəsinin  müəyyənləşdirilməsi;  c) 
verlibrin rus poeziyasında yerinin müəyyənləşdirilməsi.  
     Burada  bir  vacib  məqamı  qeyd  etməyə  bilmərik. 
Hələ  rus  şeirində  verlibrin  “avanqard  üslub”  kimi 
qiymətləndirildiyi 
ilk 
dönəmlərdə 
Vladimir 
Mayakovski məşhur “Şeiri necə etməli”(Kak delat stixi) 


 
93 
məqaləsində açıq şəkildə bildirirdi ki, qeyri-dəqiqliyinə 
görə  verlibr  terminindən  əl  çəkilməlidir.  Məsələ 
bundadır  ki,  müəyyən  xüsusiyyətlərinə  görə  fransız 
verlibri  ilə  rus  verlibri  ritmoloji  cəhətdən  eyni  şeylər 
deyildir.  
    Aydın məsələdir ki, dahi rus şairi “fransız verlibri ilə 
rus  verlibrinin  ritmoloji  cəhətdən  eyni  şeylər” 
olmamasında tamamilə haqlı idi. Bu bizə də müəyyən 
haqq  verir  ki,  Azərbaycan  verlibrşünaslığının  işlənib 
hazırlanmasında öz orijinal və milli mövqeyimizi ortaya 
qoyaq.  Burada    ilk  addım  kimi  milli  verlibrşünaslıq 
terminlərimizin işlənib hazırlanmasıdır. İlk addım kimi 
verlibr  termininin  milli  sözümüz  olan  “özgür  şeir”  ilə 
əvəz  edilməsindən  başlamağı  lazım  bilirəm.    İkinci 
addım  isə,  rus  ədəbiyyatşünaslığında  verlibrin  “iki 
qardaş”olmaqla “Ağ şeir”və “Verse”yə bölünməsi kimi 
təsnifatları  Azərbaycan  verlibrşünaslığı  üçün  qeyri-
məqbul  saymağımızdır.  Nəhayət,  biz  də“fransız 
verlibri  ilə  rus  verlibrinin  ritmoloji  cəhətdən  eyni 
şeylər” 
olmamasından, 
yəni 
müxtəlif 
milli 
verlibrşünaslıq  elminin  zərurəti  prinsipindən  çıxış 
edərək,  Azərbaycan  verlibrşünaslığında  Azad  şeirin 
bütün  növ  fərqliliklərinə  baxmayaraq,  şeirdə  sərbəst 
formaların  hamısını  “Azad  şeir”termini  kimi  vahid 
metrik  ad  altında  birləşdirmişik.  Odur  ki,  indiyəcən 
bizim  özümüzün  də  tədqiqatlarımızda  geniş  istifadə 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə