Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə19/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   82

 
74 
 Himnin  mətnində  əruzun  rəməl  (fAilAtün)  və  həzəc 
(məfAilün) təfilə ritmik qrupları ilə birgə Heca vəzninin də 
4  hecalı  təqti  ahəngindən  istifadə  olunmuşdur.  Milli 
himnimizin  əvəzsiz  polifonik  xarakteri  məhz  bu 
ritmometrik ecazdan yaranmışdır. 
     Azərbaycan ədəbi nəzəri düşüncəsində “novatorluq və 
ənənə”  söhbətlərinin  sərbəst  şeir  meydanında  süni 
vüsətlə  şişirdilmiş  vəziyyətə  çatdırılması  bizə  saxta 
alimbazlığın  göbələk  artımından  savayı  heç  nə 
qazandırmamışdır.  Monoqrqfiyada  azad  şeirin  tarixi 
genetik  köklərinin  dərindən  araşdırılması  bu  saxta 
elmbazlığın süni axınına son qoymaq məqsədimizdən irəli 
gəlmişdir. Mən hesab edirəm ki, dahi şairimiz Rəsul Rza 
məhz bu təhlükəni önləmək üçün belə bir qəti mövqedən 
Tarixə  bəyan etməkdə tamamilə haqlı idi: “Azərbaycan 
poeziyasında  sərbəst  şeirin  tarixi  qədimdir...  “(Bax: 
Seçilmiş əsərləri. Azərnəşr, Bakı-1974, IV cild. Səh.: 485).  
Qeyd  edim  ki,  mənim  20  Yanvar  (1990)  günü  yazdığım 
“Bir  kərə  yüksələn  Bayraq”  sərbəst  şeirim  ilə,  habelə 
hazırda  tamamlanmaqda  olan“Azərbaycan  Bayrağı”5-ci 
poemamın  daha  artıq  verlibr  mətni  ilə  dahi  Əhməd 
Cavadın bizə yadigar etdiyi  müqəddəs  
“Azərbaycan  himni”mizin  arasında  kəsilməz  ənənə, 
məna-məzmun əlaqəsi, forma ünsürləri əxzi mövcuddur.  
Azad  şeir  üslubunda  yazdığım  ilk  gənclik  şeirlərimin 
davamını 1991-ci ilin 20 yanvarında qələmə aldığım “Bir 
kərə yüksələn Bayraq” əsərimlə (bax: Bakı,“İlham”qəzeti, 
2.2.1991,  №  13.)  başlamışam.  Həmin  şeirdə  xalq 
poeziyasının  daxili  ölçülərinə  xas  garaylı  bölgüsündən 


 
75 
istifadə  edilsə  də,  astrofizmə  (bənd  azadlığına)  yol 
vermişəm. Bu şeir yuxarıda qeyd etdiyim kimi, eyni adla 
90-cı  illərdə  bəstəkar  Ədviyyə  Rəhmətova  tərəfindən 
simfonik  marş  kimi  bəstələnərək,  Azərbaycan  Dövlət 
simfonk  orkestri  tərəfindən  ifa  edilmiş  və  müsabiqə 
əsasında Qızıl Fonda qəbul olunmuşdur. 
     Mən burada ilk dəfə Milli Bayrağımızın qarşıdan gələn 
100  illiyi  münasibətilə  yazdığım,  lakin  hələlik  bitirə 
bilmədiyim  “Azərbaycan  Bayrağı”  adlı  vəzn  baxımından 
sinkretik  poemamdan da bir parçanı  sizə təqdim etmək 
istərdim. Gətirdiyim digər şeir nümunələri kimi, bu şeirin 
də  vəzn-ritm  xüsusiyyətlərinin  yalnız  texniki  cəhətlərini 
göstərmək istəyirəm. Zənnimcə, ədəbiyyat nəzəriyyəsi ilə 
ədəbi  tənqidin  bədii  mətnə  münasibətləri  tam  fərqli 
yanaşmalar olmalıdır. 
 
 Yuxumda bir VƏTƏN var: 
                               Şirvanşahlar adlanır. 
 Tarixin zülmətində Günəş kimi nur saçır. 
 Bəs mənim kimi hər kəs niyə görməyir onu?! 
 Bəlkə, əsl həqiqət gözə görünməz, dostum... 
 
Görünmək hələ var olmaq deyil, 
Var olmaq görünməksə, 
kölgələrdən irisi yoxdur. 
“bədənsiz, qansız, 
Diləksiz ürək kimi, 
İşıqsız gözlər kimi... “ (M.Qorki) 
tanıdığımız kölgələr necə var ola bilər?!. 


 
76 
Var olmaq ruhən yaşamaqdır. 
 
Bu məmləkətdə  
 ağqoyunluyam, 
qaraqoyunluyam, 
səfəviyəm, 
nadiriyəm, qacariyəm deyən görmədim. 
Şirvanlıyam!- deyə tarixi qanı ilə yazanlar gördüm. 
Xaqanilər, Nəsimilər, Füzulilər, Seyidlər gördüm. 
Bakı, Şamaxı, Dərbəndlər gördüm.- 
              Var olmaq ruhən yaşamaqdır, 
              Ruh gözə görünməz, qardaşım. 
 
Bu  şeir  parçasını  bura  yazmaqda  məqsədim  kiçik  bir 
məsələyə  diqqətinizi  yönəltməkdir.  İlk  baxışda  bu, 
bitirilməmiş  poemadan  bir  parçadır.  Lakin  görünməyən 
yönləri az deyil. Onlardan yalnız birini söyləyəcəyəm: bu 
kiçik  parça  Amerika  azadlıq  şairi  Uolt  Uitmenin  “Ot 
yarpaqları” kitabının rus tərcüməsindən oxuyub tərcümə 
etdiyim aşağıdakı misraların təsiri ilə yazılmışdır: 
Yuxumda bir şəhər var: 
Dostluq şəhəri. 
Bütün aləm üzərinə gələ bata bilməz. 
Çünki orda həqiqi məhəbbət var, 
Həqiqi kişilik var, 
Həqiqi azadlıq var. 
Onlar göründüyü kimi deyil, olduğu kimidirlər. 
Kişidirlər sözlərində də, əməllərində də!.. 
                                    (tərcümə mənimdir-N.A.) 


 
77 
    Uolt  Uitmeni müasir Avropa azad şeirinin banisi kimi 
görənlər  az  deyil.  Lakin  bu  şeirin  vəzni  Avrasiya 
xalqlarının  azad  keçmişindən  gəlir.  Demək  istdiyim 
budur.    Bizdə  “sərbəst  şeir”  termininin  Azərbaycan 
ədəbiyyatşünaslığındakı istifadə tarixi nə qədər yeni olsa 
da,  qəbul  etmək  lazımdır  ki,  onun  şeir  forması  olaraq 
tətbiqi tarixi terminoloji tarixindən çox qədimdir... 
     Dahi  verlibrşünas,  şair,  tərcüməçi,  sovet  ədəbi 
dissidenti,  Rus  azad  şeir  poetikasının  ustadı  Vladimir 
Buriç “Tekstı ” (Sovetskiy pisatel nəşriyyatı, MOSKVA-
1989.)  kitabının  Giriş  qismi  üçün  yazdığı  “Aksent 
ritminin  tipologiyası”  adlı  hissədə  çox  haqlı  olaraq 
qeyd edirdi ki, şeirşünaslıqda “Ritm- cins, Vəzn isə növ 
anlayışıdır.”  (Bax:  “Tipologiya  formalnıx    struktur 
russkoqo  literaturnoqo  teksta  (Proza.  Udeteronı. 
Stixi.).  Ölməz  metrin  dediyi  kimi,  “istənilən  Söz  üç 
vəziyyətdə  ola  bilər:  deyilə  bilər  (nitq),  oxuna  bilər 
(mahnı kimi) və yazıla bilər (mətn). Nitqi (fonasiyanı) 
fonetika  və  resitasiya  nəzəriyyəsi  ,  nəğməkarlığı 
musiqi  nəzəriyyəsi  və  solfecio,  mətni  isə  mətn 
nəzəriyyəsi öyrənir.”(Bax: həmin mənbə). Azad şeirin 
poetikasına  da  Sözün  “mətn”  özünəməxsusluğundan 
yanaşmaq  lazımdır.  Milli  filologiyamızda  bu  sahədə, 
əfsuslar  ki,  çox  az  ismi  çəkmək  mümkündür:  Dr. 
Professor  Əkrəm  Cəfər,  Dr.  Professor  Tofiq  Hacıyev, 
Dr.  Professor  Kamil  Vəli  Nərimanoğlu,  Dr.  Professor 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə