Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə18/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   82

 
70 
        Məsələn, “Lenin” poemasından aşağıdakı parçaya 
diqqət yetirin: 
 
              Mən hansı bir/ insana   (4+3) 
               bəzədim ki/ Lenini        (4+3) 
               məzarının/ başında  (4+3) 
               ellər ağla/mış olsun. (4+3)   
Burada yalnız son misrada  bölgü heca vəzni üzrə deyil, 
Əruz təfilə bölgüsü üzrə aparılmış, yəni bir söz ritmik 
cəhətdən  iki  hissəyə  ayrılmışdır.  Son  misradakı  bu 
hissələrdən birincisi Əruzun fAilatün, ikincisi isə fəUlün 
təfilə  ritminə  uyğun  gəlir.  Bütün  digər  hallarda  sabit 
daxili Heca ritmik düzənini görürük. 
    Dahi 
şairimizin 
əziz 
xatirəsi 
üçün 
biz 
ədəbiyyatşünaslığımızda tarixi prinsipi əsas götürərək 
“sərbəst  şeir”  terminini  milli  astofik,  lakin  təqtili  və 
sərbəst qafiyəli şeirlər üçün tətbiq etməyi terminoloji 
zərurət  saydıq.  Bu,    rus  şeirində  “volnıy  stix”tipinə 
daha yaxın bir anlayışı ifadə edir. Lakin onunla tam üst-
üstə  düşmür.    Rus  şeirində    “volnıy  stix”termininin 
tətbiqi  misralarda  qafiyə  ünsürü  və  fərqli  sayda  da 
olsa,  təqti  ritmi  qorunan  əsərlərə  şamil  edilir. 
“Vesyolıye kartinki” jurnalının 5-ci nömrəsində (1986) 
Boris  Zaxoderin  “Oyuncaqların  nəğməsi  (“Pesni 
iqruşek”) şeirindən bir parçaya diqqət yetirək: 
 


 
71 
                 Deti lyubyat iqruşki. 
                 Tak vse qovoryat! 
                 Nu a razve iqruş 
                 Ne lyubyat rebyat? 
                 Duşi v nix ne çayut! 
                 Jal, 
                 Çto NE VSE zameçayut!.. 
Belə bir poetik düzən rus şeirində daha çox təmsillər 
(basniya) üçün tətbiq olunmuşdur. 
    Yeri  gəlmişkən,  müasir  rus  verlibrinin  atası  sayılan 
Vladimir Buriç (1932-1994 ) “Aksent ritminin tipologiyası” 
barədə  bunu  yazırdı:  “İnsan  dili  müxtəlif  sistemlərdən 
ibarətdir:  fonetik  tərkib,  qramatik  tərkib,  leksik  tərkib. 
Sistemlərin  hər  hansı  birinin  vahidinin  təkrarlanması 
özünəməxsus  ritm  yaradır.  Dil  ritminin  bütün  növlərini 
öyrənən  elmə  ritmologiya  deyilir  və  o,  ümumi 
ritmologiyanın bir hissəsi sayılır. 
    Rus  dilinin  özünəməxsus  cəhəti  sözlərin  tələffüzü 
zamanı  aksent  (espirator)  vurğusu,  sözlərdə  vurğuların 
dəyişkən  yeri,    sözün  fərqli  hecalara  malik  olmasından 
ibarətdir. 
    Rus  sözlərində  hecalar  vurğulu  və  vurğusuz  olur. 
Vurğulu  və  vurğusuz  hecaların  müxtəlif  mövqe  və 
kəmiyyət  kompozisiyasından  asılı  olaraq,  daxili  ritmik 
bölgülər  (stopa:  Azərbaycan    şeirindəki  təqti,  təfilə  və 
sairəyə    nisbi  uyğun  gələn  anlayışdır.-N.A.)  şəkil  və 
həcmcə  müxtəlif  olurlar.  Ritmik  qruplar  (stopa-N.A.) 


 
72 
vurğulu hecaların yerinə (simmetriya və assimmetriya) və 
vurğusuz hecaların kəmiyyətinə görə fərqləndirilir
.”(Bax, В. 
Бурич. Rus  ədəbi  mətninin  formal  quruluşunun  tipologiyası  (Nəsr. 
Udeteronlar. Şeirlər) kitabı .Giriş hissə). 
     
Azərbaycan əruaşünaslığının banisi
 Dr. 
Professor Əkrəm 
Cəfər  məşhur  “Əruzun  nəzəri  əsasları  və  Azərbaycan 
əruzu”(“Elm”  nəşr.,  Bakı-1977)  fundemental  tədqiqat 
əsərində  “Vəzn  nədir?”  sualına  cavab  verərkən,  “vəzn” 
termininin məna yükünü azaldaraq aşağıdakıları  yazırdı: 
“Terminoloji mənada, vəzn misranın səslər kəmiyyətincə 
ölçüsü,  yaxud  bəhrə  görə  misralardakı  uzun  və  qısa 
hecaların  müəyyən  şəkildə  tərtibi  ilə  yaranan  ritm  və 
ahəngin  ölçüsüdür.”(Gəst.  əsər.  Səh:  21).  Əlbəttə,  əgər 
bu fikir heca və əruz haqqında deyilərsə, onda doğru və 
yerində olardı. Lakin bu qənaət, əfsuslar olsun ki,  Əkrəm 
müəllimin  tərəfindən  onun  bütün  “şeir”  anlayışı  içində 
başa  düşdüyü  və  qəbul  etdiyi  poeziya  aləminə  aid 
edilmişdir. 
    Əhməd  Cavadın  Respublikamız  üçün  yazdığı  Himn 
mətni  də  öz  metrik  və  ritmik  xüsusiyyətləri  etibarilə 
“sərbəst” 
xarakterlidir. 
Aşağıda 
həmin 
şeirdəki 
“sərbəstlik”  göstəricilərinə  diqqət  yetirək:Azərbaycan 
Respublikasının Dövlət himnindəki sərbəst heca təqtiləri, 
əruz təfilələri ilə birgə işlənmiş bənd sərbəstliyi, sərbəst 
qafiyə  düzülüşü  və  s.  digər  ritmometrik  ünsürləri  ilə 
tamamilə  onun  Azad  şeir  nümunəsi  kimi  qəbul 
edilməsinə  haqq  verir.  Əks-təqdirdə  onu  ənənəvi 
filologiyada deyildiyi kimi ya heca vəzninin, ya da əruzun 


 
73 
“metrik pozuntusu” olaraq qəbul etməli olardıq. İki dahi 
Azərbaycan  sənətkarının-  dahi  Üzeyir  Hacıbəylinin  və 
Əhməd Cavadın birgə əsəri sayılan bu himn üçün belə bir 
fikrin  səsləndirilməsi,  əlbəttə,    küfrlərin  ən  irisi  olardı... 
Fikrimizcə, bu poetik fikir və musiqi baxımdan dahi əsərin 
ən  gözəl  cəhətlərindən  biri  də  məhz  bu  nadir  şeir 
ölçüsündə, sərbəst şeir formasında qələmə alınmasından 
ibarətdir:  
Azərbaycan, /Azərbaycan!// 
Ey qəhrə/ -man övladın/ şanlı Vətəni!// 
Səndən ötrü/ can verməyə/ cümləhazırız!// 
Səndən ötrü /qan tökməyə/ cümləqadiriz!// 
Üç rəngli/ bayrağınla /məsud yaşa!// 
Minlərlə can/ qurban oldu,// 
Sinən hərbə /meydan oldu!// 
Hüququndan/ keçən əsgər,// 
Hərə bir qəh/-rəman oldu!// 
Sən olasan/ gülüstan,// 
Sənə hər an/ can qurban!// 
Sənə min bir /məhəbbət// 
Sinəmdə tut/-muş məkan!// 
Namusunu /hifz etməyə,// 
Bayrağını /yüksəltməyə,// 
Cümlə gənclər/ müştaqdır!// 
Şanlı Vətən, /şanlı Vətən!// 
Azərbaycan, /Azərbaycan!// 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə