Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə15/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   82

 
57 
qəzəlin  (burada:  Verilbrin-  N.F)  xatəmi  yox,  mən  də 
rəsuləm, Maqəblə mənəm xatəmi mabədinə fateh”. Mən 
əminəm  ki,  dahi  sənətkarımız  XXI  əsrdə  yaşasa  idi,  məhz 
azad  şeirin    milli  ədəbiyyatımızdakı  mövqe  “savaşına” 
qatılardı.  Seyid  Əzimə  təsadüfən  “yeni  dövrün  ilk 
şairi”deməmişlər.  
     Əlbəttə,  azad  şeirin  metroritmik  xüsusiyyətləri 
müəllifdən onun bədii məzmunu qədər və bəlkə də, daha 
artıq  “fatehlik”  tələb  edir.  Bu  mənada,    verlibrin  bu  gün 
bütün  dünyada  poetik  avanqardın  ifadə  üsulu  sayılması 
yalnız  Azərbaycan  milli  məktəbinin  banisi,  şair-pedaqoq 
Seyid  Əzim  Şirvaninin  dediyi  kimi,  “mən  də  rəsuləm, 
Maqəblə  mənəm  xatəmi  mabədinə  fateh”    prinsipi  ilə 
mümkündür. 
    Biz  də    (ədəbiyyatşünaslığımızda  ilk  verlibr/özgür  şeir 
poetikası  tədqiqatçısı  kim)məhz  Seyid  Əzim  Şirvaninin  bu 
mövqeyini  bütün  metrik  ölçülərimiz  üçün  elmi  nöqteyi-
nəzərdən  tamamilə  ciddi  mövqe  hesab  edirik.      Müasir 
dünyanı    bu  gün  belə  Barbariya  və  Romaniya  kimi  iki 
düşmən 
hissəyə 
bölmək 
istəyənlərin 
antibəşəri 
fəaliyyətləri qarşısına gənc Avrasiyanın xüsusi təkamül yolu 
ilə  getməkdə  olduğu  iddiası  ilə  tarixi  əsaslar  göstərmək 
vaxtıdır.  Bu  əsaslardan  biri  kimi  Azad  şeir  Avrasiya  mirası 
olaraq,  tədqiq  və  təqdir  edilməlidir.  Beləliklə,  biz  Azad 
şeirin  (o  cümlədən  Verlibrin)  novatorlaşmasını,  əslində, 
Avrasiya azadlıq ruhunun yeni xüsusi tarixi mərhələsi kimi, 


 
58 
qarşıdakı postsənaye erasının  ilk bədii təzahürlərindən biri 
olaraq qiymətləndiririk.  Lakin onu materikimizdəki çeşidli 
imperialist  planların    saxta  “yenilikçilik”  missiyalarına  da 
alət  görmək  istəmirik.  İlk  ibtidai  imperiyalarla  indiki 
modern  imperializmlərin  mahiyyətcə  fərqi  yoxdur.  Qərbi 
Avropada  dərin  tarixi  izlərini  qoruyub  saxlamış  Troya 
keçmişimizin  pan  Hindavropaçılıq  üzərindəki  danılmaz 
mənəvi  üstünlüyü  bizim  azad  keçmişimizlə,  qeyri-quldar 
tarixi həyatımızla və azadfikirliyimizlə bağlıdır. Bunu əyani 
sübutu  yalnız  universitet  müəllimim  dr.  Firudin 
Ağasıoğlunun  deşifrələdiyi  qədim  Troya/Turan  etrusk 
yazıları  deyil,  hətta  oradakı  ən  qədim  insan  nyaşayışı 
məskənləri, qitənin mağara keçmişi ilə də bağlıdır. 
    Azad  şeir  poetikasının  işlənib  hazırlanması,  Türk  
milliyyətinə 
məxsusluğumuzun 
 
səbəbindən, 
əcdadlarımızın  yaratdığı  qədim  bir  mədəniyyətə  qövmi 
varisliyimizi, ondan heç vaxt imtina etməyəcəyimizi bütün 
dünyaya  duyurmaq  amacımızı  açıq  şəkildə  ortaya 
qoymağımızdan  irəli  gəlir.  Müasir  arxeologiya  ilk  insan  
yaşayış yerinin ünvanını Fransada müəyyən etmişdir. Buna 
etiraz  etmədən,  bir  faktı  göstərmək  istərdik.  Aşağıda 
Türkiyə    alimlərinin  Orxon-Yenisey  və  Qlozel  işarələrinin 
müqayisəsi üçün hazırladığı  Cədvəli Sizə təqdm edirik. Bu 
kimi  faktlar  qlobal insan taleyinin və tatrixinin indiyəcən 
düzgün araşdırılmadığını əyani əks etdirir: 


 
59 
Fransanın  “Qlozel  müzeyi”ndə 
saxlanılan  çoxsaylı  kitabələrin 
Yazıları 
tamamən 
Orxon-
Yenisey  əlifbası  ilə  eynidir.  
Sarbon  Universitetində  Qlozel 
yazıları  ilə  bağlı  keçirilmiş 
“Əlifba  yazısının  başlanğıcı  və 
Qlozel 
kitabələri” 
adlı 
Beynəlxalq  elmi  Konfransda   
türk  alimləri:    tarixçi-dilşünas 
Kazım 
Mirşan 
və 
etnomüzikoloq 
Xaluq 
Tarcan 
bu 
işarələrin 
tamamən  Prototürk  yazı 
işarələri 
olduğunu 
müqayisəli  şəkildə  sübuta 
yetirdilər.  Fransanın Viciyh 
bölgəsində 
aşkarlanmış 
3000  parçadan  ibarət  bu 
kitabə  e.ə.  2500-ci  illərə 
aid edilir.  Qərbi Avropanın 
mərkəzində 
tarixi 
türkizmin  bu  açıq  “elmi 
təsdiqi”bizdən 
Tarixi 
təzədən  yazmağı  tələb 
edir. 


 
60 
Dahi  əruzşünas  alimimiz  Ə.Cəfərin  öz  sözü  ilə  desək, 
“sərbəst  əruz”da  yazdığı  “Sərbəst  əruzla  ilk  şeirim. 
Vəfasızlığa  cavab
”(Bax,  Xəlil  Rza  Ulutürk.  “Ustadım  Əkrəm  Cəfər” 
kitabı, “Elm və təhsil”nəşriyyatı, Bakı-2017, səh 241-242)
 adlı əsərini 
tam  olaraq,  hörmətli  oxucuya  təqdim  etməkdə  fayda 
görürəm: 
               Oox, o gecə 
O qaranlıqda mən sayıqlarkən 
Sən inandınmı saxta sözlərimə? 
Gizli yaşlar axıb süzüldükcə, 
O qaranlıqda sən 
Baxa bilsəydin onda gözlərimə 
Gözlərin bəlkə əfv edərdi məni. 
 Gözlərin bəlkə əfv edərdi, əlbət, 
 Fəqət  
 Oox mən qəlbini, 
 Söylə, heç incidər, qırarmıydım? 
 Zalim! 
 Sən məni tərk edib atarmıydın? 
 Lakin heyhat, 
 Indi çox başqa görür eşqi həyat! 
 Indi bilməm nə deməkdir hicran. 
              Sənə qəlbimdə uzun bir üsyan 
               Indi sən ruhum üçün 
              O gözəlliklə bütün çirkinsən...  
 Indi, yaşlar dolaraq gözlərimə, 


 
61 
Yenə mən inləyərəkdən varsam, 
Sənə əfv istəyərək yalvarsam. 
Inanarsanmı yalan sözlərimə?! 
(Əkrəm Cəfər, 24 noyabr 1924). 
 
     Əkrəm  Cəfərin  bu  şeirə  nə  üçün  “sərbəst  əruz” 
deməsinin əsas səbəbi şeirdəki ritmik qrupların, yəni 
əruz təfilələrinin “sərbəstliyi”və ənənəvi klassik bənd 
sisteminin  olmamasıdır.  Lakin  bu  şeir,  Əkrəm 
müəllimin  dediyi  kimi,  heç  də  “sərbəst  əruzda  ” 
deyildir: o, sərbəst təfiləli əsl sərbəst şeirdir. Sərbəst 
əruz isə bu gün yazıçı Anarın, İlqar Fəhminin və mənim 
bu    son  illərdə  nəşr  etdirdiyim  “Vahidiyəm 
Azərbaycanımın”  ilk  qəzəllər  kitabımdakı  bəzi 
şeirlərimdə  və  digərlərinin  yeni  minillikdə  sınaqdan 
keçirdiyi  eksperimental  şeirlərdə  gözə  dəyməkdədir. 
Bu  cür  qəzəllərin  təfilə  sistemində,  ənənəvi    şeir 
tematikasında 
və 
s. 
klassik 
şeirə 
müəyyən 
“islahatçı”dəyişikliklər edilməsi cəhdləri vardır...  Lakin 
bu  kimi  “sərbəst”  yanaşma  həmin  şeirlərin  vəzn 
xarakterini  dəyişmir.  Bu  şeirlər  nə  qədər  “sərbəst”  
olursa-olsunlar yazıldığı vəznin içindədirlər, müəyyən 
həddə  onun  kanonlarına  tebedirlər.  Məsələn,  Seyid 
Əbülqasim  Nəbatinin  (XIX  əsr)  çarpalar  adlı  janrda 
yazdığı  şeirlərdə  ənənəvi  qafiyə  sisteminə  uyğun 
gəlməyən xeyli şeir bəndləri var. Bunlardan: 
 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə